saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Citizen Journalist

Qadınlarımızın problemləri var, amma bu, gender bərabərliyi deyil! / 07.10.2010



          “Azərbaycanda qadınlar zorakılığa məruz qalırlar”. Bu məsələ son vaxtlar yüksək dairələrdə və KİV-lərdə ən çox səsləndirilən məsələlərdən biridir. Mövzu ətrafında fikir müxtəlifliyi olsa da rəsmi dairələr Azərbaycanda qadınlara qarşı zorakılığı bu və ya digər şəkildə təsdiq edir. Maraqlıdır , görəsən niyə  bu məsələ bu qədər geniş  “təhlil” olunaraq cəmiyyətin beyninə yeridilir.

         Əslində dəfələrlə  ziyalı qadınlarımızın bu məsələyə münasibətinin şahidi olmuşuq. Münasibət adətən birmənalı olub : “Ailənin başçısı kişidir , və son söz də ona məxsusdur”. Bəli, məhz bu amil Azərbaycan ailəsini əsrlərdir ki, yaşadır və xarici müdaxilələrdən qoruyur. Azərbaycanda ailə ənənəsinin əsasını kişinin tək hakimiyyəti prinsipi deyil ,  ailədə hər kəsin öz yerinin olması və hər kəsin öz yerini bilməsi prinsipi  təşkil edir. Məhz bu prinsip ailədə ataya ,anaya, oğula, qıza və “yad” ailədən daxil olmuş gəlinə, kürəkənə qarşı düzgün münasibəti təmin edir.

         Hazırda Avropada “ailə münasibətlərinin qorunması proqramı” tətbiq edilməkdədir. Bu məsləyə dövlətlərin dəstəyində və maliyəsində olan ictimai təşkilatlar cəlb edilib. Məqsəd boşanmalara bir yolla təsir edib onun sayının azaldılmasıdır. Məhz yuxarıda qeyd etdiyim prinsipin olmaması burada ailələrin dayanıqsızlığına şərait yaradır. Atanın-kişinin , ananın-qadının fikiri nəzərə alınmadan ailələr qurulur və dağılır. Bu nöqteyi-nəzərdən hazırda bizdə qadın hüquqlarının məhdudlaşdırıldığını iddia edənlər Azərbaycan ailə ənənəsindən çox şey öyrənə bilərlər. Peşə fəaliyyətimlə əlaqədar olaraq ünsiyyətdə olduğum Avropa və amerikalı həmkarlarım həmişə Azərbaycan ailəsinin unikallığından , ailə prinsiplərinin səlistliyindən və ailə tellərinin möhkəmliyindən danışırlar.

         Amma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi durmadan regionlarda və paytaxtda seminarlar və bunabənzər tədbirlər keçirərək Azərbaycan qadınlarının bu nöqteyi-nəzərdən “problemlərini”  həll etməyə çalışır. Bu tədbirlərdə Gender bərabərliyi deyilən məsələ,  yəni faktiki avropa-amerika ailələrini məhv etmiş bir amil təbliğ olunur. Özü də bu məsələ demokratiyanın əsas hissəsi kimi önə çəkilir. Nədənsə cəmiyyət üçün daha lazımlı bir demokratik amil, vətəndaşların hüquq bərabərliyi heç yada da düşmür. Minlərlə qadının 3-4 nəfərlik ailəsi ilə birlikdə dözülməz yataqxana şəraitində “çürüməsi” heç bir dəfə də olsun dilə gətirilmir.

         Faktiki olaraq bu “diqqət”qloballaşma və demokratiya adı altında milli mənəvi  sərvətlərimizə çox ciddi zərər vurur. Ancaq ailələrimizi “qloballaşma və ya demokratiya” adı altında çıxış edən qərəzli düşmən təbliğatına qurban vermək olmaz.  Heç də gizli deyil ki, gender bərabərliyi adı altında son vaxtlar cəmiyyətdə məqsədli siyasi-ictimai spekulyasiya aparılır ;  “Parlamentdə, bələdiyyələrdə və digər idarəetmə strukturlarında qadınların sayı artırılmalıdır, ictimai işlərə qadınların cəlb olunması sürətləndirilməlidir” və s. kimi şüarlar tez-tez səsləndirilir. Yaxud “qadınlar öz hüquqlarını yetərincə bilmir , qadınlar zorakılığa məruz qalırlar” və s. tezislər  hər gün cəmiyyətin beyninə yeridilir. Həm də belə şüar və tezislər parlament kürsülərindən və dövlət orqanlarından da səsləndirilməkdədir. Beləliklə, əslində ailələrimizə birbaşa müdaxilə olunur.  Aydındır ki, belə antiailə təbliğatları cəmiyyətə təsirsiz ötüşmür. Bu təbliğatlar ona gətirib çıxarıb ki, son on beş ildə boşanmaların sayı əvvəlki dövrlərə nisbətdə xeyli artmışdır.

         Heç kim unutmamalıdır ki,  qadinların xeyli hissəsi eyni zamanda ailə sahibidir. Ailə qurmaq bu və ya digər şəkildə həm kişinin, həm də qadının üzərinə mühüm vəzifələr qoyur ki, bu da öz növbəsində hardasa bəzi hüquqların “məhtudlaşmasına” gətirib çıxarır. Ailə quran qadın subay olduğu zaman malik olduğu hüquqların bəzilərinin əvəzinə öz ərinin timsalında çox etibarlı bir himayədar tapır. Artıq bu andan sonra qadının bütün problemləri kişinin çiyinlərinə köçürülür. Bu andan sonra kişi öz həyat yoldaşının yaşayışının, sağlamlığının, təhsilinin, istirahətinin, şərəf və ləyaqətinin təminatçısına və müdafiəçisinə çevrilir.

         Fikirimcə, bu məsələni indi ortaya atmaqda və bu qədər canfəşanlıqla şişirdilərək müzakirə etməkdə məqsəd qadınlarımızın əsil problemlərini ört-basdır etməkdir. Azərbaycanlı ananın azyaşlı uşaqlara görə aldığı müavinətin məbləği çox aşağıdır, doğum evlərində uşaq dünyaya gətirmək üçün ailədən küllü miqdarda vəsait tələb olunur, qadınlara və körpələrə dövlət müalicə müəssisələrindəki  münasibət dözülməzdir,  analar hər istirahət günü hərbi xidmətdəki övladına və övladının incidilməməsi üçün onun komandirinə ölkənin bu başından o başına pay və pul daşıyır və s... Bunlar əsil problemlərdən yalnız bir neçəsidir. Müzakirələr bu məsələlər ətrafında getməlidir.

543 dəfə oxunub | 1 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Kamal, e-mail; kamaltt@box.az | 20.10.2010 | 23:33:50
Tamamilə dogru deyirsiniz. Amma bu tora düşənlər çoxdur. Yazıq qadınlar, quruların oduna yaşlar da yanacaq.

 
Arxiv (son 15 yazı)
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Siyasi dəllallıq
Təhsildə imitasiya vüsət alır!
«Demokratik» seçkilərin reallıq mənzərəsi
Qadınlarımızın problemləri var, amma bu, gender bərabərliyi deyil!
Deputat seçkiləri niyə məhz noyabrda keçirilir!?
Fransız, avropa humanizmi- əxlaqsızlıq.
5 Mayın tör-töküntüləri
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

October

»
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium