saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Qalib Qadir

Vətən qiymətlidir, yoxsa vətəndaş? / 26.09.2010



Bu suala yəqin ki, hər kəsin və hər bir millətin öz cavabı var. Bəlkə də qürbətdə və sürgündə olanlar üçün Vətən cənnət, vətəndaşlar isə mələk timsalındadır. Axı uzaqdan hər şey gözəl görünür. Amma vətənin içində yaşayanların vətənə də, vətəndaşa da münasibəti müxtəlifdir. Məsələn, azərbaycanlı məmur üçün, məncə bunlardan heç biri qiymətli deyil. Vətən də, vətəndaş da ona sadəcə varlanmaq üçün bir vasitədir. Əlbəttə, belə qəti fikir söyləməyə kifayət qədər dəlil və sübutlarımız var. On il əvvəl “Xalq  qəzeti”ndə işlədiyim vaxtlar respublika hərbi kommissarına “böyüklərin” hərbi qulluqda fərqlənən uşaqları haqqında yazmaq istədiyimi bildirdikdə o xeyli güldü və sonra:

-A kişi, heç “slujit” eliyəni var ki, fərqlənəni də olsun?-dedi və sonra suala cavab verməkdən yayındı. Biz redaksiya əməkdaşları arasında bu mövzuda müzakirə apardıq və bu qənaətə gəldik ki, Vətəni qorumaq aşağı təbəqənin, onu soymaq və sümürmək isə yuxarı təbəqənin işidir. İkinci zümrənin devizi təxminən belədir: “Pulun var, vətənin də var, yoxdur, vətəndə də qəribsən”. Bu belə. Bəs normal adamlar üçün vətən və vətəndaşın dəyər nisbəti necədir? Yəni hansı daha önəmlidir? Vətən, yoxsa vətəndaş?

Mənə elə gəlir ki, bu mühitdə də qəti və birmənalı cavab eşitmək qeyri-mümkündür. Çünki zövqlər, həyata baxış eyni deyil. Məsələn, Türk anaları oğlunu hərbi xidmətə yola salarkən ağlamır, sızıldamır, əksinə, xüsusi qürur və iftixarla əlini övladının çiyninə vurub deyir:

-Oğul, get, yaxşı yol! Mən səni Vətənə bağışladım!

Türk atalarının da övladlarına özlərinə məxsus tövsiyə və xeyir-duası var. O, qısaca belədir:

-Vətənə borclu qalmaq olmaz!

Bu barədə ötən il qəzetlərdə maraqlı bir xəbər oxudum. Bir türk əsgəri hərbi xidmətinin başa çatmasına 3-4 ay qalmış qəflətən dünyasını dəyişir. Mərhum əsgərin atası oğlunun qırxı çıxdıqdan sonra hərbi hissəyə yollanır və vaxtsız vəfat etmiş oğlunun əvəzinə həmin hərbi hissədə vətənə qulluq edir.

Bəli, Türklər vətənin nə olduğunu yaxşı bilir. Məncə, onlar bu suala “Hər şeydən öncə Vətən!” deyərlər. Bu gözəl ölkəni bizim üçün qoruyub saxlamış ulu babalarımız da belə düşünüb, “Vətəni olan yetim deyil” deyib. Onlar görüb dərk ediblər ki, dünya vətənsiz üçün dardı, dərddi. Köhnə kişilər belələrinə sayılmaz zavallı bir məxluq kimi baxıb. Ermənilər daim belə səfil həyat sürüb.

Mənim bu suala münasibətim belədir ki, Azərbaycan vətən kimi vətəndaşlarından qat-qat yüksəkdə durub. Dünya xalqları da Azərbaycanı, onun yeraltı-yerüctü sərvətlərini azərbaycanlılardan daha yaxşı tanıyıb və daha yüksək qiymətləndiriblər. Məncə, bizim təbiətimiz, torpzğımız cəmiyyətimizdən (yəni adamlarımızdan) daha zəngin və faydalıdır. Bunu beynəlxalq araşdırmaçılar da etiraf edir. “Ekonomist intelleqence Unit” adlı nüfuzlu beynəlxalq təşkilatın araşdırmalarında dünya ölkələrinin son dörd illik innovasiyalar reytinqinə görə Azərbaycan 82 ölkə arasında 70-ci yeri tutur. Yeni təşkilatın hesablanmalarına görə ötən 2004-2008-ci illərdə 8 milyonluq Azərbaycan xalqı cəmi 1 ixtiraya imza atıb. Yəni beynimiz ya tormuzlanıb, ya da yaxşıca piylənib. Azərbaycanın təbiəti, torpağı, havası, suyu, qazı, günəşi, nefti, dağı, daşı, meşəsi, çölü, çəməni, çeşməsi...isə hər il bir neçə “ixtiraya” imza atır. Hara göz gəzdirirsəm, görürsən möcüzədir bu yer-yurd! Əgər bu torpağın adamları da özü kimi barlı-bəhrəli, faydalı-fərasətli olsaydı, erməni onun bir çöpünə də toxuna bilməzdi. Məncə, bizim doğma Vətənimizin səviyyəsinə çatmağa hələ çox var. Üstündə gəzdiyimiz bu torpaq bizdən cox-cox ucadadır. O yüksəkliyə qalxmaq gərəkdir.

Bu mülahizəni bir kənara qoyub, ümymı şəkildə vətən və vətəndaş nisbətini götür-qoy etsək, yenə də mənə elə gəlir ki, üstünlük vətənə məxsusdur. Mən şəxsən bu fikirdəyəm. Ən əvvəl ona görə ki, Vətən vətəndaşın doğulduğu birinci ünvandır, yəni ana bətnindən sonra ikinci doğma qucaqdır. Ikinci bir tərəfdən, vətəndaş törəyən, örüyüb- artan canlılardandır. Vətən isə ikinci dəfə doğulmur, artmır. Onu itirmək olmaz. Üçüncü bir tərəfdən, vətəndaşların hamısı Vətən üçün layiqli övlad deyil, Vətən isə bütün övladları üçün qayğıkeş anadır. O, heç kimə ögey-doğma yanaşmır. Dördüncü bir tərəfdən, torpaq düşmən qabağından qacmır, nə təslim olur, nə də əsir düşür, daim və fasiləsiz olaraq düşmənlə vuruşur. Beşinci bir tərəfdən, hər kəsin öz adı olsa da, hamımızın vətən adı təkdir! Altıncı bir tərəfdən ,Vətən onun uğrunda döyüşənləri və döyülənləri, ölənləri və öldürülənləri unutmur, onlara fərq qoymadan köksündə yer verir və yaddaşında yaşadır. Və nəhayət, bəşər əxlaqı yalnız vətən naminə öldürməyə və yalnız vətən uğrunda ölməyə bəraət qazandırır. Qalan bütün hallarda ölüb-öldürmək bağışlanılmaz cinayətdir.

Bəli, vətənin çəkisi çox ağırdır. Vətənə malik Vətəndaş olmağın başqa bir hikməti var. Sanki arxanda möhtəşəm bir dağ var. Bunu danmaq olmaz!

Amma etiraf etməliyik ki, Vətəni bir daha dəyərə mindirən, onu qoruyan, abadlaşdıran və gözəlləşdirən vətəndaşdır. Təssəvvür edin ki, Vətən Bakının İstiqlal küçəsidir. Vaxtı ilə həmin küçənin yeri karvansara olub. Uzaq-uzaq yerlərdən gələn tacirlər, at-araba, mal-qara, dəvə karvanı, qatır, eşşək və s. orda qərar tutb. Sonra orda indiki Akademiya, Əlyazmaları institutu, Xalq Təsərrüfatı institutu, Baksovet, filarmoniya binaları tikilib. Qarşısında da geniş küçə salınıb, yəqin ki, zamanında ordan çoxlu adamlar gəlib-gedib. Indi onların heç biri yoxdur, amma həmin küçə bu gün də izdihamlıdır. 200 il əvvəl karvansara kimi, hazırda paytaxtın ən nüfuzlu mərkəzi küçəsi kimi bizə doğma və əzizdir. Bəli, vətən “İstiqlal”  küçəsi kimi hər gün dolub-boşalır, dəyişir, yeniləşir, amma həmişəVətən olaraq qalır. O bizə karvansara kimi də şirindir, küçə kimi də.

Mənə görə, ən əsası odur ki, Vətənə layiq vətəndaş olasan. Bu böyük şərəf və xoşbəxtlikdir.


457 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
100 Böyük Azərbaycanlı
Vətənkeş əxlaqı
Bizim millət: Məziyyətlərimiz və mərəzlərimiz
Avropada ağlınıza, Azərbaycanda adınıza güvənin
Vətən qiymətlidir, yoxsa vətəndaş?
Şikəst talelərin iniltisi
Amaşovun sələflərinə min şükür
“Qara siyahı” aşiqlərinə açıq məktub
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium