saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mirzə Səyyah

Mirzə Səyyah «Quba»da / 26.09.2010



Quba rayonunun mərkəzi olan Quba şəhəri Qudyal çayının sahilində yerləşir. Quba haqqında ilkin məlumata məşhur Azərbaycan alimi şərqşünasi A.Bakıxanovun “Gülüstani-irəm” əsərində rast gəlinir. 1418-ci ildə taxta cıxmış şirvanşah Xəlil İbrahim oglunun Bakı, Quba və digər Azərbaycan şəhərləri arasında tiktirdiyi karvansaralar haqqında məlumatlar verilmişdir. Amma o dövrdə Quba ancaq kiçik yaşayış məskəni idi. Şəhər kimi XVII əsrin axırlarında Qubanın adı çəkilir. Quba şəhərinin yaranma tarixi ilə baglı məsələ hələ bu günümüzədək tarixşünaslıqda özünün qəti həllini tapmamışdır. Çox tədqiqatçılar bu şəhərin qədim mənşəyə malik oldugunu göstərirlər. Bəzi tədqiqatçılar Qubanın yaranma tarixini ya 1735, ya da 1741 və 1747 - ci illərə aid edirlər. Şəhər ərazisində aparılmış arxeoloji işlər hələ erkən orta əsirlər dövründə burada məskunlaşmış məntəqələrin mövcudluguna şəhadət verir. Qubanın qədim mənşəyə malikliyini orta əsirlər tarixşünaslığının bəzi məlumatları da sübüt edir. Belə ki, İbn-Havqel (XIəsr) Azərbaycan hökümdarı Ənuşirəvan tərəfindən Bab –Firuzqubad qalasının tikilməsi barədə xəbər verir. Hesab edirlər ki, bu ad altında Quba nəzərdə tutulmuşdur. Yaqutun(XVIII əsrin əvvəlləri) cografi lügətində Azərbaycan şəhərləri arasında Quba adı da çəkilir. Beləliklə, Quba şəhəri məskun məntəqə kimi daha da əvvəl yaranmışdır, lakin tarixi şərait özündən uzun müddət kiçik yaşayış yeri kimi inkişaf etmişdir.
1668-ci ildə S. Razinin dəstələri tərəfindən talan edilən Şabranın sükütundan sonrakı dövürdə, XVII əsrin son rübündə yarım müstəqil feodal mülkünün inzibati mərkəzi statusu aldıqdan sonra Quba güclü sənətkarlıq şəhərinə cevrilir.Quba xanlıgının ilk hökümdarı Hüseyn Əli xan Qubanı paytaxta çevirir. Onun və oğlu Fətəli xanın dövründə Quba üc tərəfdən bişməmiş kərpicdən tikilmiş qala divarları ilə möhkəmləndirilmişdir, dördüncü tərəfdən isə Qudyal cayının sıldırımlı sahili ilə müdafiə olunmuşdur. Fətəli Xanın dövründə (1758-1789) Azərbaycanın tarixində Quba xanlığının əhəmiyyəti kəskin artmışdır. Fətəli xan Azərbaycanın görkəmli dövlət xadimi olmuşdur. O, şimal-şərqi Azərbaycanın bütün torpaqlarını öz hakimiyyəti altında biləşdirməyə, bununlada işğalçıların qarçısına sipər çəkməyə çalışırdı. Digər Azərbaycan xanlarının buna bənzər səylərindən fərqli olaraq onun qonşu xanlıqları birləşdirmək yolu ilə sahib olduğu hüdudları genişləndirmək təşəbbüsləri mütərəqqi xarakter daşıyırdı. 60-cı illərin sonuna doğru Quba xanlığı Dərbənddən Cavada qədər şimal-şərqi Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirirdi. Bütün cəhdlərinə baxmayaraq Azərbaycan torpaqlarının sabit birliyinə sahib olmaq Fətəli xan Qubalıya nəsib olmadı. Ölkənin feodal dağınıqlığı, Rusiya, İran, Türkiyə tərəfindən təhlükənin mövcudluğu, natural təsərrüfatın hökmranlığı, yerli iri feodalların müqaviməti səbəblərindən birləşdirmə siyasyi məqsədə çata bilmədi. Fətəli xanın ölümündən sonra Quba xanlığı mövcud gücünü itirdi. XVIII və XIX əsr hüdudlarında Qubada təxminən 2 min həyət və 7 minə yaxın sakin var idi. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Zaqafqaziya xüsusən də Azərbaycana sahib olmaq uğrunda Rusiya və İran müharibə hazırlığı başlayır. 1802-ci ildə Georgiyev müqaviləsinə əsasən Quba və Dərbənd xanlıqlarının idarəçiliyi Şeyx Əli xana tapşırıldı. Sonrakı dövrdə Rus-İran (1804-1813), Rus-Türk (1806-1812) müharibələri gedişində Quba xanı Rusiya ilə konpramisiya yolunu tutdu.(1806-cı ilin sentyabrında Rus qo şunları general Bulqakovun komandanlığı altında Qubanı aldılar). Şəhərə sahib olmaq üçün Şeyx Əli xanın əldə etdiyi ayrı-ayrı cəhdlər (1809-1810) müvəffəqiyyətsizliklə nəticələndi.
Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Quba Rusiya tərkibinə daxil edildi.Sonradan xanlıq ləğv edildi və komendant idarə üsulu tətbiq edildi. 1840-cı il inzibati məhkəmə islahatı komendant idarəçiliyini ləvğ etdi. Qubada yalnız 1897-ci ildə şəhər idarəçiliyi islahatı keçirildi.
XIX əsrin 30-cu illərində təsərüfat həyatı canlanmağa başlayır, sənətkarlıq inkişaf edir və xırda əmtəə istehsalı meydana gəlir. XIX əsrin ortalarında Qubaya Rusiya ixracatının ümumi həcmi 80 min rubla çatırdı. Şəhərin illik ticarət dövriyyəsi 500 min rubl təşkil edirdi. Əsas ixrac malı olan xalçalar xarici ölkələrə də aparıldı. Xarici ticarət ilə yanaşı daxili şəhər ticarəti də inkişaf edirdi. 1893-cü ildə Qubada 1109-dan artıq ticarət köşkü vardı. Əhalinin əsas məşğuliyyəti bağçılıq, tütünçülük, boyacılıq və əkinçilik idi. Maarif sistemində başlıca rolu dini məktəblər oynamışdır. Qubada ilk birsinifli ibtidai dövlət məktəbi 1854-cü ildə açıldı.Bundan başqa şəhərdə bağçılıq-bostançılıq məktəbi (1898-ci ildə) qadın məktəbi (1904-cü ildə)təşkil edilmişdir.
Hazırda Quba Azərbaycanın iri sənaye və mədəniyyət mərkəzinə çevrilmişdir. Şəhərdə konserv,süd,asfalt- beton,kərpic və digər kombinatlar tikilmişdir. Yeni xalça fabriki yaradılmış, mehmanxanalar tikilmişdir. Qubanın sahib olduğu potensiyallar şəhərə böyük gələcək vəd edir. 1930-cu ildə Quba Azərbaycanın inzibatı rayonlarının birinə çevrildi. İndi Quba rayonunun ərazisi 2610 kvadrat kilometr, əhalisi 153 min nəfərə yaxındır. Rayonda 31 inzibatı ərazi vahidi, bir şəhər, iki şəhər tipli qəsəbə, 155 kənd vardır. Əhalinin orta sıxlığı hər kvadrat kilometr üçün 52,7 nəfərdir. Rayon 146 orta ümumtəhsil məktəbi, 17 məktəbəqədər,5 məktəbdənkənar tərbiyə müəssəsi fəaliyyət göstərir. 275 çarpayılıq mərkəzi xəstəxana, şəhər sağlamlıq mərkəzi, psixonevroloji reabilitasiya mərkəzi, doğum evi, 14 qəsəbə və kənd sağlamlıq mərkəzi, 9 feldsher-mama məntəqəsi, gigiyena-epidomologiya mərkəzi, qanköçürmə stansiyası var. Quba rayonunda 22 mədəniyyət evi, 61 klub, 107 kütləvi kitabxana, H. Əliyev adına muzey, tarixdiyarşünaslıq muzeyi, şəhidlərin xatirə muzeyi, uşaq incəsənət və musiqi məktəbləri, Sosial-iqtisadi kollec, Sənayə pedogoji texnikumu, müəllimlər inistutu Ə.Rəcəbli adına Elmitədqiqat Bağçılıq və Subtropik bitkilər institu,peşə və türk litseyləri, Quba Olimpiya Kompleksi vardır.
Quba şəhəri Böyük Qafqaz sıra dağlarının şimal-şərq yamaclarının ətəyində, cənub-qərbdə Qudyalçayın sağ sahilində, Bakı-Dərbənd yolunun 166 kilometrliyindədir. Quba şəhərində 25 min əhali yaşayır.Milli tərkibinə görə şəhər çoxmillətlidir. Quba rayonunun iqtisadiyyatının əsasını meyvəçilik təşkil etmişdir. 1995-ci ilə kimi rayonun kənd təsərrüfatı 27 sovxozu əhatə edirdi. Rayonda 20.000 hektara qədər meyvə bağı, 48.000 hektar meşə sahəsi vardır. Quba şəhərində 2 konserv zavodu , istehsalat kombinatı, elektrotexnika zavodu, mebel və xalca fabrikləri fəaliyyət göstərir. 1959-ci ilə Qonaqkənd rayonu ləğv edilərək Quba rayonuna verilib. 1963-1964-cü illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Quba rayonunun tərkibinə daxil edilmişdir.
Hal – hazırda Quba rayonda yenidənqurma, bərpa, tikinti, quruculuq işləri aparılır. Şəhərdə yeni yüksək mərtəbəli binalar tikilir. Şəhər ərazisində olan küçələr, kəndlərə gedən yollar başdan – başa asfaltlanır. Bütün bunlar Cənab Prezidentinin rayonumuza göstərdiyi yüksək diqqət və qayğıdır.

QUBA RAYONU Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq hər bir azərbaycanlı "Quba" dedikdə onun alma bağları yada düşür. Bakı bazarlarında alma satan adamlar öz mallarını tərifləyərkən hökmən onun Quba alması olduğunu vurğulayırlar. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin geniş spektri ilə təmsil olunmuşdur. Burada yemşan, ardıc, pişikotu, andız, dəvədabanı, effedra və bir sıra başqa dərman bitkiləri yetişdirilir. Qubanın ətrafında mənzərəli güşələr çoxdur. Qəçrəş, Balbulaq, həmçinin dərinliyi 400 metirdən 600 metirə qədər olan Təngəaltı yarğanı xüsusilə populyar olub turistlərdə daha çox maraq doğurur. Vəlvəliçay üzərindəki məşhur AFURCA ŞƏLALƏSİ Azərbaycanın təbii abidələrinin siyahısına daxil edilmişdir və dövlət tərəfindən mühafizə olunur. Burada öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən başqa şəlalələr də var. Bu mənzərəli yerləri turist cığırları ilə gəzib dolaşmağın özgə ləzzəti var. Dağlara tərəf qalxdıqca hündür ağaclar kollarla əvəz olunur, daha yuxarında-Xaşiçay çayının sahilində isə dağ dərəsindəki qayalardan termal sular süzülür. Haçansa lap qədim vaxtlarda bacarıqlı sənətkarlar burada bir başa qaya süxurunda üç ədəd oyuq açaraq özünəməzsus vannalar düzəltmiş və onların kənarını daşla hörmüşlər. Buraya gələnlər həmin vannalarda kükürd-hedrogen tərkibli şəfalı isti suda çimə bilərlər. Səriştəli adamların dediyinə görə bu təbii daşdan hazırlanmış vanna suyun şəfalı təsirini daha da artırır. Vaxtilə məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycana səyahətə gələrkən bu yerlərdə də olmuşdur. O, yolun yaxınlığında düşərgə salarkən bir qədər dincəlmək və qəlyanaltı etmək məqsədilə yaxınlıqda düşərgə salmış qubalılar onu öz tonqallarının yanına dəvət edirlər. Qubalıların qoyunu necə məharətlə kəsib təmizləmələri və Dumanı kababa qonaq etmələri ona çox güclü təsir bağışlayır. Zəmanəmizin ən böyük səyyahı sayılan norveç alimi Tur Xeyyerdal da Azərbaycana gələrkən Qubaya da getmişdir. O, belə hesab edirdi ki, "Edda" eposunda adları çəkilən "aslar" azərbaycanlıların qədim əcdadları olmuş və xalqların böyük köçürülməsi dövründə Avropanın şimalına gedib çıxmışdılar. Quba rayonunda Qubadan 65 km məsafədə uca dağlar qoynunda (dəniz səviyyəsindən 2500 metr yüksəkliydə) yerləşən Xınalıq kəndinin əhalisi ayrıca unikal etnik qrupdur. Xınalıqlıların qədim dili dünyadakı müasir dillərin heç birinə oxşamır. Xınalıqlılar Azərbaycan dilində də danışırlar, lakin öz dillərini qoruyub saxlamışlar. Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, ümumiyyətlə bəşər tarixində ən maraqlı etnoqrafik müəmmalardan biridir. Xınalığın yaxınlığında müqəddəs ziyarətkah yerləşir. 9-cu əsrə aid olan bu ziyarətkahda yerin altından təbii od çıxır. Buna görə də xalq arasında bu yeri Atəşkaş adlandırırlar. Buduq kəndində də bənzərsiz bir etnik qrup yaşayır. Bu insanlarında çox nadir bir dili var. Daxma adlanan qədim tikili salamat qalmışdır. Zərdüştilik dövrünə aid olan və xalq arasında "Sükut qülləsi" deyilən bu qüllələr zərdüştilərin dəfn mərasiminin icrası üçün nəzərdə tutulmuşdur. Quba şəhəri Qudyalçay çayının sahilində və Böyük Qafqaz silsiləsinə daxil olan Şah dağın şimal-şərq yamaclarında yerləşir. Quba rayonunun inzibati mərkəzi olan Quba şəhərinin əhalisinin sayı 140.000 nəfər, Bakıdan məsafəsi 168 km, dəniz səviyyəsindən yüksəkliyi 600 metrdir. Quba şəhərinin və Quba xanlığının tarixi, bu diyarı məşhurlaşdırmış insanlar barədə yerli tarix müzeyində ətraflı məlumat almaq olar. Azərbaycanın məşhur ictimai xadimi, yazıçı və maarifçi Abbasqulu ağa Bakıxanovun ev-muzeyi də buradadır. Bakıxanovun kitablarından biri - "Gülüstani-irəm" əsəri Azərbaycanın tarixinə həsr edilmişdir. Mahiyyət etibarilə bu kitab Azərbaycan tarixinə aid ilk elmi əsərdir. Qubada xalçaçılıq mərkəzi də var.
Bu zonada toxunan "ÇİÇİ", "SIRT ÇİÇİ", "QIMIL", "CİMİ", "YERFİ" xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Şəhərdə SƏKİNƏ XANIM MƏSÇİDİ, CÜMƏ MƏSÇİDİ, 16-cı əsrə aid məqbərə, qədim şərq hamamları kimi tarixi abidələr qorunub saxlanılmışdır. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəxzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş FƏTƏLİ XAN çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkarana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvəlr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır. Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur. Rusiya da Qafqaza və Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz-üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi. Və 19-cu əsrin əvvələrində (1813-cü ildə) Quba xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu. Quba kiçik şəhərdir, lakin Böyük Qafqazın şimal-şərq yamaclarında yerləşən indiki Quba rayonunun ərazisi son dərəcədə mənzərəlidir və şəhərdən kanara çıxan kimi bu gözəlliklər aləminə qərq olacaqsınız. İstər azərbaycanlı istərsə də əcnəbi turistlər bu regionu heç vaxt diqqətdən kanarda saxlamırlar. Bakılılar isə, xüsusən Qubada istirahət etmək üçün oraya öz maşınlarında gələnlər çox vaxt Qubadan Yalama dəniz sahilində, Qubadan çox da uzaqda olmayan istirahət zonasına baş çəkirlər. Yalamada (Nabran) istirahət edənlər də öz nöbəsində Xəzər sahilində istirahətin zövqünü Qubanın dağətəyi meşələrinin ləzzəti, çoxsaylı bulaqların və təbii mənzərələrin seyr edilməsi fürsətini əldən vermirlər. Quba rayonu ölkəmizin ən gözəl güşələrdən biridir. Onun paytaxta yaxın, meşə zonasının Xəzər sahilləri ilə qonşuluqda yerləşməsini, burada çoxsaylı turist bazaları və istirahət zonaları olduğunu da nəzərə alsaq bu rayon ölkənin rekreativ zonası kimi çox böyük əhəmiyyət kəsb edir. Qubaya gələnlər buradakı "ŞAHDAĞ" mehmanxanasında, eləcədə yaxın vaxtlarda tikilmiş Olimpiya Kompleksinin kotteclərində və mehmanxanasında qala bilərlər. "Olimpiya" kompleksində örtülü üzgüçülük hovuzu (uzunluğu 50 m), açıq səma altında stadion, komanda idman növləri üçün nəzərdə tutulan örtülü stadion, trenajor zalı, tennis və mini futbol meydançaları vardır.
"LONG FOREST" İSTİRAHƏT ZONASI
Burada ağacdan tikilmiş və mebellə təchiz olunmuş 10 şale, milli, hind və avropa mətbəxi xorəkləri təklif edilən restoran, bar, işgüzar görüşlər və seminarlar keçirmək üçün konfrans zalı, sauna və buxarxana, trenajorlar və hovuz sizin xidmətinizdədir. İdmanla məşğul olmak üçün dağ velosipedləri, bilyard, stolüstü tennis və digər vasitələr təklif olunur. ÜNVAN: Quba rayonu, Alpan kəndi
Bundan əlavə, tarixi abidələrə baxmaq üçün at belində ekskursiyalar və gəzintilər də təşkil edilir. Qubada bir neçə istirahət zonası var: "QUBA", "CƏNNƏT BAĞI", "MİNARƏ". Bakı-Quba yolu boyunca yerləşən çoxsaylı kababxanalarda, Qubadan 7-9 km məsafədə, Qudyalçayın sahilində yerləşən Qəçrəş meşə massivində də nahar etmək imkanı var. Yol boyunca çoxlu kafe, restoran və müxtəlif istirahət zonalarında "Toqqanın altını bərkidmək" mümkündür

 


Afurca kəndində olan Afurca şəlaləsi

Bu kəndin adı yəni “Afurca” kəndinin adı həmin şəlalənin adından götürülüb. Şəlalənin hündürlüyü dəniz səviyyəsindən 1400 m-dir. “Afurca”nın mənası “Abifrucəstə- Ab-su, fru-hündürlük, cəstə-səpələnən, sıçrayış mənasını verir. “Suatan” şəlaləsinin hündürlüyü 75m-dir. Şəlalənin suyu 40 ədəd yeraltı bulağın birləşməsindən əmələ gəlir. Afurca Suatan şəlaləsi Tarixi əsrlərdən bizə gəlib çatan Tanrının yaratdığı böyük tarixi muzeydir.

Afurca kəndi çox qədimi kənddir. Ərazisində ziyarətgahlar, istirahət zonaları, mağaralar və s. Gəzməli yerləri var.

Televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələri

Rayonda 2 televiziya və 7 qəzet, 1 jurnal fəaliyyət göstərir. «Qütb» Teleradio şirkəti 1992-ci il oktyabr ayının 6-da ilk dəfə olaraq efirə çıxıb. «Qütb» TV-də hal-hazırda 16 əməkdaş fəaliyyət göstərir.
«Xəyal» Müstəqil Teleradio Şirkəti (XMTRŞ) 1998-ci ildən fəaliyyət göstərir. «Xəyal» MTRŞ-nin inzibati binası Quba rayonundadır. Azərbaycanın Şimal bölgəsində yayımlanan «Xəyal» televiziyasının verilişləri Quba, Qusar, Xaçmaz, Siyəzən-Dəvəçi rayonlarının ərazilərində və həmçinin Dərbəndin bir çox məntəqələrində yayımlanır. Verilişlər səhər saat 08-00-dan gecə saat 02-00-dək yayımlanır. Hazırda Quba şəhərindəki Heydər Əliyev prospektində «Xəyal» Müstəqil Teleradio Şirkətinin yeni üçmərtəbəli inzibati binası inşa edilir.
1921-ci ilin aprel ayından «Əxbar» adı ilə nəşrə başlayan «Şəfəq» sonrakı illərdə «Yeni birlik», «Kollektivləşmə yolu», «Qızıl Quba», «Quba» adları ilə çıxmışdır. «Şəfəq» qəzeti iki dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, SSSR Curnalistlər İttifaqının fəxri diplomu, Azərbaycan Curnalistlər birliyinin fəxri fərmanı və «Qızıl qələm» mükafatları ilə təltif edilmişdir. Ayda 2-3 dəfə 750-800 tiracla nəşr olunur. «Şəfəq» qəzeti özünün kompyuter mərkəzində səhifələnib dizayn işləri görüldükdən sonra «Azərbaycan» nəşriyyatında ofset üsulu ilə çap olunur.
Rayon təhsil şöbəsinin də mətbu orqanı kimi «Tərəqqi» qəzeti 01 noyabr 2003-cü il tarixdən çap olunur. «Tərəqqi» qəzetində müəllimlərin qabaqcıl iş təcrübəsinə, təhsilin müxtəlif məsələlərinə, təhsil problemlərinə, dərsliklərin yazılmasında, tərtibatında mövcud olan nöqsanlara aid çoxlu sayda məqalə çap olunmuşdur. «Tərəqqi» qəzetində həmçinin dövlətimizin təhsillə bağlı direktiv sənədləri və onların şərhi, müəllimlər və şagirdlərin şerləri, hekayələri, məqalələri, həm də təbrikləri verilmişdir.
2002-ci ilin avqust ayından fəaliyyətə başlayan «Birlik-Edinstvo» qəzeti ayda üç dəfə nəşr olunur. Qəzetdə dərc olunan materiallar rayonumuzun ictimai-siyasi həyatından bəhs edir. Qəzetin səhifələrində rayonumuzda yaşayan müxtəlif millətlərin dostluq münasibətlərinə həsr olunmuş yazılar əsas yer tutur. Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-İsrail əlaqələrinin daha da möhkəmlənməsi və bu əlaqələrin inkişaf etdirilməsi yolunda qəzet mətbu sözünün kəsərindən bacarıqla istifadə edir.
2007-ci ilin ikinci rübündən etibarən «Birlik-Edinstvo» qəzetinə əlavə kimi «Qudyal» curnalının nəşrinə başlanılmışdır. Curnal rayonumuzda və respublikamızda baş verən ən mühüm və siyasi hadisələri səhifələrində cəmləşdirir.
«Şimal-Press» qəzeti 22.07.2006-cı ildən çap olunur. Qəzetin əsas mövzusu dairəsi ictimai-mədəni maarifləndirmədir. Qəzetin 5 müxbir, 12 fəal üzvü var. Bakı şəhəri «Exspress» nəşriyyatında çap olunur. Problemləri abunə yazılışı və Qubada mətbəənin olmamasıdır. «Şimal-Press» qəzeti bütün şimal bölgəsini əhatə edir, Quba, Xaçmaz, Qusar, Dəvəçi, Siyəzən, rayonlarında yayımlanır. Azərbaycan – Fransa birgə layihəsi olan «Frazer» layihəsi əsasında Fransada yaşayan azərbaycanlılar arasında 250 nüsxə yayılır.
“Mərifət” qəzeti 18 may 2005-ci ildən çıxır. Qəzetin məqsədi İslam dininin, adət ənənələrimizin təbliğidir. Dini məsələlər radikallıqdan uzaq, İslam olduğu kimi işıqlandırılır. Qəzet ianə vəsaiti hesabına, ayrı-ayrı şəxslərin köməyi hesabına çap edilir. Maliyyə problemləri olduğundan qəzet 15 aydırki çıxmır.
«Xınalıq» Mədəniyyət və Xeyriyyə Cəmiyyəti ictimai birliyinin mətbu orqanı olan «Xınalıq» qəzetinin ilk nömrəsi 02 noyabr 2006-cı ildə işıq üzü görmüşdür.
«Quba gəncliyi» qəzetinin səhifələrində Quba gənclərinin bu günki durumu, onların həyatda mövqeyi, Müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsində rolları və s. geniş surətdə işıqlandırılmışdır. Gənclər və İdman idarəsinin bilavasitə köməyi, proqramı ilə nəşr edilən bu qəzet rayonda gənclərin həyatının güzgüsünə çevrilmişdir.

İstirahət və turizm zonaları, idman kompleksləri

Quba Olimpiya Kompleksi Azərbaycanda dünya standartlarına cavab verən mərkəzlərdən biridir. 2003-cü ildə əsası qoyulan idman kompleksində müasir səviyyəli idman zalları inşa edilmişdir. Bura böyük futbol, mini futbol, basketbol, voleybol, tennis, üzgüçülük meydançalarını aid etmək olar. Quba Olimpiya Kompleksi Quba-Bakı yolunun 4 km-də yerləşir. Kompleks idman mərkəzi olmaqla bərabər istirahət mərkəzi kimi də çox əlverişlidir. Belə ki, burada otel otaqları ilə yanaşı 2 mərtəbəli kotteclər, geniş mənzillər var. Kompleksdə qonaqlara Avropa standartlarına cavab verən şəkildə xidmət olunur. 24 saat otaq xidməti milli və Avropa mətbəxi yeməkləri, internet və beynəlxalq telefon xətti, otaqları hər birində kondisioner, 26 kanallı TV sisteminin yüksək 002 xidmətinin nümunələri kimi qeyd etmək olar. Eyni zamanda 200 nəfərlik konfrans zalı da qonaqların ixtiyarına verilib. "Long Forest" istirahət zonası Quba rayonunun Uzunmeşə kəndində, meşənin içində, çayın tam kənarında yerləşir. Təmiz hava, saf bulaq suyu. Gözoxşayan mənzərə bir çox yerli və xarici turistlərin yolunu buradan salmasına səbəb olur. Sadalanan keyfiyyətlərlə yanaşı Avropa standartlarına cavab verən xidmətlərdə qonaqları məmnun edir. Peyk antennalı TV sistem, kondisioner, internet şəbəkəsi açıq olan otaqlarda 24 saat otaq xidməti də aktivdir.Milli, hind, Avropa mətbəxli restoran, sauna, konfrans zalı qonaqların istifadəsindədir. Dağ velosipedləri ilə gəzinti, at sürücülüyü, tarixi abidələrin gəzintisi təşkil olunur.
1055 dəfə oxunub | 1 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Orxan , e-mail; prat.bul | 04.01.2015 | 00:37:23
qubada talabiqishlaq kendinede nezer salsaz pis olmaz ne qazi var nedeki suyu camaxat meshenin aqaclarini qirib taliyib istileshirler birazda oranin kohne meshesi , hal hazirdaki daqindan yazmaq lap meqsede uyqun olar

 
Arxiv (son 15 yazı)
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah «Şimali Qafqazı»da
Mirzə Səyyah «Xınalıq»da
Mirzə Səyyah «Masallı»da
Mirzə Səyyah «Lahıc»da
Heyrətamiz təzadlar ölkəsindən məktublar
Mirzə Səyyah «Gəncə»də
Mirzə Səyyahdan məktub var !!!
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Əhəmiyyətli telefon nömrələri

Bayraq - öz yurduma öz hakimliyim



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

August

»
  01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium