saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mirzə Səyyah

Mirzə Səyyah «Xınalıq»da / 11.08.2010



Xınalıq kəndi Böyük Qafqaz dağlarının 2300 m. yüksəkliyində yerləşir. Kənd əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Tarixən xınalıqlılar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalgların törəmələridir. Tarixçilərin ehtimalına görə, Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınıb. Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir.

Xınalığa ilk telefon xətti 1965-ci ildə çəkilir. Bu xətt komutator tipli telefon idi. Əlaqə çox keyfiyyətsiz idi. 1967-ci ildə Xınalıqda rəsmi poçt fəailyyətə başlıyıb. Artıq kənddə ikinci telefon aparatı poçtda idi. Bu telefon əlaqəsi 2006-cı ilə kimi oldu. Nəhayət 2006-cı ildə Xınalığa yeni son model elektron telefon xətti çəkilir. Xinalığa ilkin avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir. Bu yolun uzunluğu 70 km idi. 1988-1989-cu illərdə yolun isdiqaməti dəyişdirilərək “Qudyalçay”ın axar istiqamətində çəkilir. Nəhayət 2006-cı ildə Ölkə prezidentinin göstərişi ilə Xınalığa şosse yolu çəkilir. Hal-hazırda yol dövlət nəzarətində olmaqla il boyu açıqdır.

Xınalıq haqqında hətta ilk sənədli film 1937-ci ildə səssiz lentdə, mətn rus dilində yazılmaqla çəkilmişdir. 1969-cu ildə Cəfər Cabbarlı adına kinostudio tərəfindən “Dağlarda Ada” adlı sənədli qısametrajlı film çəkilir. İlk kitabxana 1967-ci ildə fəaliyyət göstərib. Hal-hazırda Xınalıq etnosu haqqında olan “Ədəbi içtimai” qəzet də buraxılır.

 

Qədim tarixə malik, dəniz səviyəsindən 2300 metr hündürlükdə yerləşən,  Xınalıq özünə məxsus coğrafi mövqeyi, 5000 illik tarixə malik olan Qızıl Qaya, Şah dağı, Tufan dağı və Xınalıq dağlarının əhatəsində yerləşən Xınalıq kəndi ölkə prezidenti İlham Əliyev 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Xinalıq Dövlət tarixi memarlıq etnoqrafiya qoruğu elan edilmişdir. Hal-hazırda qoruq fəaliyət göstərir.

Qədim dövrlərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Xınalıqlıların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi tələf olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar. Və beləliklə Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edirlər ki, tufandan sonra Nuhun oğulları-Sim və Xam müxtəlif yerlərə köç etdilər və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qaldı. Və buradan qafqaz xalqı törəndi.

Həqiqətən 2000 metrdən artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Düzdür, Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində yerləşən müfaviq olaraq üç əsas müəyyən hallarda tələffüz zamanı nəsil arasında danışıq dili fərqlənir.

 

   Xınalıqda 12-ci əsrdə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlayır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrdə tikilmiş və camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində “runa” yazıları həkk olunmuşdur.
   Xınalıqlıların yağışla, əkinçiliklə, bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı zəngin ənənələri var. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.
   Qədim dövrdən etibarən Xınalıq sakinləri ovçuluqla məşğul olmuşlar. Ovladıqları heyvanlar - dağ kəli, dağ keçisi olmuşdur. Xınalıqlılar qaban ovlasalar da, heç vaxt ətini yeməyib – qonşu kəndlərə göndərirdilər. Ovçular ova getmənin vaxtını heç kimə bildirmir, vurulan heyvanları öz aralarında bərabər bölür, qonşu payı saxlayır, kənar adam rast gələrsə, ona da ovlarından pay verirlər.
   Kiçik, lakin çox ecazkar olan Xınalıq Qafqaz dağlarının uca zirvəsində yerləşən amfiteatrdır.

Dağlar səltənətinin şah əsəri

Qafqazda Elbrus zirvəsindən sonra ən uca dağların əhatəsində qərar tutmuş Xınalıq kəndi Şah dağının, Şah düzünün və Şahnabat çayının şah əsəridir. Bir-birindən möhtəşəm və məğrur dağ silsiləsinin qoynunda bir əfsanə kimi doğulub ərsəyə gəlmiş bu əsərin müəllifi təbiətin özü qədər qüdrətli və qeyrətli qədim kətdid xalqıdır. Onlar əsrlərlə yaşadıqları və indi dünyada Xınalıq kimi tanınan obalarına Kətş deyiblər. Kətş (Xınalıq) kəndinin sakinləri bura haradan, nə vaxt və nə üçün gəliblər sualına hələ dürüst cavab verən olmayıb. Amma bir şey aydındır ki, vəhşi təbiətlə təkbətək qalmağı üstün tutmuş bu insanlar əldən-ayaqdan uzaq, əlçatmaz, ünyetməz, gümanagəlməz belə ucqar bir yerə elə-belə, öz xoşlarına gələ bilməzdirlər. Görünür çox güclü bir təcavüz və təpki, vəhşi təbiətin özündən də amansız bir təhlükə qədim kətdidləri bura gətirmiş, onları dağlar səltənətinin ilk sakinlərinə çevirmişdir. Əsaslı elmi arxeoloji qazıntılara ehtiyacı olan Xınalıq qəbiristanlığı kəndin özündən 7 dəfə böyükdür. Kənd dörd tərəfdən qəbiristanlıqlarla əhatə olunmuşdur. Zaman-zaman burada yaşayıb burada dəfn olunmuş kətdidlərin Yarğandərə deyilən yerdə üçmərtəbəli qəbirləri üzə çıxmışdır. Bunlar torpağın köksünə sığınmış tariximizdir. Onların izi 5-6 min il əvvəllərə gedib çıxır.
Dəniz səviyyəsindən 2.360 metr hündürlükdə yerləşən Xınalığı əhatə edən Şahdağ, Bazar düzü, Tufan dağı əbədi buzlaqlar diyarıdır. Bu dağ silsiləsi ümumi fonda əsl dağ sərgisidir. Buradakı bir-birindən möhtəşəm və əzəmətli, azman və nəhəng dağların hər birinin özünəməxsus tərkibi və təbiəti var. Yəni geoloji strukturuna görə də bu dağlar çeşidli və bir-birindən olduqca fərqlidir. Daş dağlar da var, torpaq dağlar da. Bunlar da növbənöv və müxtəlifdir. Al-əlvan, xınalı, qara, boz rəngli dağların hər birinin öz xüsusiyyəti və öz "xasiyyəti" var. Məsələn, Xınalıq kəndinin qərar tutduğu Xınalıq dağı hava dəyən üst qatda daş kömür kimi qəlpələnir. Bu, Qaragünel yamacında daha aydın görünür. Sakinlər kəndin girəcəyində maqnit olduğunu söyləyirlər.

Kəndin məişəti, məşğuliyyəti və memarlığı

Xınalıq kəndi bütün parametrlərinə görə canlı bir əfsanədir. Burada hər şey daş dilində danışır. Evlər, divarlar, küçələr - hər şey hamar çay daşı ilə hörülüb. Dağlar və daşlar Xınalıqda vəhdət təşkil edir və onlar birlikdə Xınalığın obrazıdır. Xınalıq memarlığının təməlində də həmin dağlar və daşlar dayanır. Sanki kənd bütövlükdə daşla hörülmüş bir beşikdir. Bu beşikdə həyət, həyətyanı sahə anlayışı yoxdur. Qapı evdən birbaşa daş döşənmiş küçəyə açılır. Küçə xınalıqlıların həm həyətidir, həm də yolu. Başdan-başa daşa bələnmiş bu "beşik"də yaşıllıq, çəmən, otlaq, ağac, kölgəlik və s. bu kimi bitki növü yoxdur. Bir-birinə oxşayan daş evləri sanki bir usta tikib. Xınalıq evlərinin orijinallığı, yığcamlığı və çoxtəyinatlığı ondan ibarətdir ki, o, həm həyəti, həm anbarı, həm əl daşını, həm təndirxananı, həm də ilin bütün fəsillərində ailənin rahat yaşamasına imkan verən mənzili əvəz edir.
Xınalığın memarlığı kimi, məişəti də etnoqraflar üçün hələ tam öyrənilməmiş bir xəzinədir. Xınalıq bələdiyyəsinin sədri Qəşəm Abayevin verdiyi məlumata görə, hazırda kənddə 221 evdə 2147 nəfər xınalıqlı yaşayır. Təxminən 15-20 ev kimsəsiz və boş qalmışdır. Sakinləri Quba, Xaçmaz, Qəbələ rayonlarına və Rusiyaya köçmüşlər. Sovet dönəmində Xınalıq da daxil olmaqla 7 kənd (Dəhnə, Qrız, Cek, Əlik, Hanut və Qalaxudat) K.Dmitrov adına sovxozda birləşmişdir. Əsrlərlə qoyunçuluq əhalinin başlıca məşğuliyyəti olmuşdur. O dövrdə K.Dmitrov adına sovxozun təxminən 50 min baş, sakinlərin isə birlikdə 25 min baş qoyunu olmuşdur. 1991-ci ildə sovxoz iki yerə - Xanlar Səfərəliyev adına və Xınalıq kənd kolxozlarına bölünmüşdür. Ölkə müstəqillik əldə etdikdən sonra Xınalıq kolxozuna məxsus 51 min baş qoyun əmlak bölgüsü əsasında Xınalıq camaatına paylanmışdır. Müstəqillik dövründə Xınalıq camaatının iqtisadi durumu xeyli yaxşılaşmış, qoyunçuluq əhalinin maddi vəziyyətinin yüksəlməsinə ciddi təsir göstərmişdir. Hazırda təkcə Xınalıq kənd sakinlərinin şəxsi təsərrüfatlarında 54 min baş qoyun-quzu, 2.700 baş iribuynuzlu mal-qara var. Mütəxəssislərin fikrincə, Xınalığın otlaq və yaylaq potensialı burada daha çox heyvan saxlamağa imkan verir. Sadəcə istək lazımdır.

Yaylaq və qışlaqları

Dədə-babadan qoyunçuluq və heyvandarlıqla məşğul olan Xınalıq camaatı ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirən, may ayının 1-15-i arası yaylağa çıxaran Xınalıq çobanları sovet dövründə 40 qışlağa və 17 yaylağa hakim kəsilirdilər. Qışlaqlar Hacıqabul, Əli Bayramlı, Qobustan və Muşovdağın ətəklərində yerləşirdi.
Yaylaq dövrü çobanlar üçün xanlıq dövrüdür. Xüsusiyyətçilik gələndən sonra yaylaqlar da bölünüb və ayrı-ayrı adamların istifadəsinə verilib. İndi həm dövlət, həm də bələdiyyə ərazilərində Xınalıq çobanlarının istifadəsində 30-dan çox yaylaq var. Suyu, havası, otu və digər nemətlərinə görə onların hər biri möcüzədir. Məsələn, Qocallıq yaylağında quzu bir aya kökəlir. Qocal xüsusi bitkidir, ot adıdır, onu insan da yeyir. Qarxımbiy yaylağı burada yetişən bitkinin adından götürülüb və o, mədə-bağırsağın dərmanıdır. Qarısum yaylağı donmayan, qara su çıxan yer mənasını verir. Kahduman yaylağı otu bol olan yer deməkdir. Mahaldırım yaylağı kükürdlü, qara palçıqlı vulkanları ilə diqqəti cəlb edir. Xınalıq yaylaqlarının hər biri azı bir bulaq deməkdir. Hər bulağın da öz sehri, öz hikməti var. Ona görə 6-7 ay qışlaqda və koç səfərində olan çobanlar yaylaq dövründə bu sirli-sehrli bulaqların suyundan içib gümrahlaşır, azar-bezarı olanlar sağalır və yenidən özlərinə güc-qüvvət toplayırlar.

Xınalıq dili

Xınalıq dilini bəzi mütəxəssislər Ural dil qrupuna aid edirlər. Bu dildə ismin 18 halı var. Xınalıq dilinin rus və ingilis dillərində lüğət kitabları çap olunmuşdur. Çox təəssüf ki, hələ Xınalıq-Aərbaycan dili lüğəti tərtib edilməyib. Əgər dilçilərimiz belə bir nəcib işə təşəbbüs göstərsələr, bu, yəqin ki, qədim türk tayfasının sirli keçmişinə elmi işıq salar. Xınalıq dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Mərhum şair Rəhim Alxaslı bu barədə xeyli tədqiqat işi aparıb və müəyyən edib ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.
Hazırda Xınalıq dili kənd məktəbinin 1-4-cü siniflərində tədris olunur. Lakin bu tələbatı ödəyən ədəbiyyat və dərslik hələ yoxdur.

Ziyarətgahlar diyarı

Kənd icra nümayəndəsi Füzuli Şərifovun verdiyi məlumata görə, hazırda Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Onların 16-sı tikintisi olan ibadətgahlardır. Qalanları isə əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir.
Ötən ilin oktyabr ayında ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xınalıqlıların qonağı olmuşlar. Bu səfər Xınalığın sosial-mədəni və iqtisadi həyatında çox böyük intibah və tərəqqiyə təkan verdi. Kəndə abad yol, qaz, su xətti çəkilmiş, telefon-rabitə xidməti əsaslı şəkildə yaxşılaşdırılmış, təmirə ehtiyacı olan qədim mədəniyyət-memarlıq abidələrinə - Pirə Comərd (X əsr), Xıdır Nəbi (XV əsr), Möhüc baba (XVI əsr), Şeyx Şalbuz (XVI əsr), Şeyx İsrafil baba (XVII əsr), Əli Müslüm (XVIII əsr) məscidlərinə diqqət artmış, onlar turizm marşrutuna layiq obyektlər siyahısına salınmışdır. Xınalıqda ibadətgahlar çoxdur. Dağlılar son dərəcə çətin və qarlı şəraitdə, dar gündə, dar ayaqda həmin ziyarətgaha dərdlərini söyləmiş, imdad diləmişlər. Ümidlərini, arzularını bildirməklə təsəlli tapmışlar. Lakin minilliklər boyu od yandıran, od paylayan Atəşgah onların ən mötəbəri, ən "müqəddəsi" sayılmışdır. Əsl həqiqətdə isə Atəşgah təbiət möcüzəsi, yanar odlar məkanıdır. Çox yaxın vaxtlarda həm ölkəmizin, həm də dünyanın hər yerindən bu gözəl diyara rahat gəlmək, gəzmək, görmək və bu bənzərsiz gözəlliklərdən yetərincə feyz almaq mümkün olacaqdır.
Xınalığı Dövlət tarix-memarlıq və etnoqrafiya qorugu elan etmək o deməkdir ki, artıq bu əsrarlı ərazidə mövcud olan, lakin hələlik kənar aləmə naməlum qalan bütün qəribəliklər, hər cür heyrətamiz və orijinal mənəvi-tarixi abidələr, ziyarət və ibadətgahlar, məbəd və mağaralar, əhalinin qədim məişət və məşğuliyyət ənənələri, ən başlıcası, dili, məktəb, məscid və mədrəsələri daha dərindən öyrəniləcək, qorunacaq və dünyaya təqdim olunacaqdır.

830 dəfə oxunub | 3 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

qoshqar, e-mail; lacin_41@inbox.ru | 17.09.2012 | 16:10:04
assalamualeykum.melumata gore sagol.xinaliqdaki yasayan milletin adi nedi bes?

sexavet_sadiqov@hotmail.com, e-mail; xinaliq | 30.12.2011 | 05:49:09
Her kesi salamlayiram! Men ozum Xinaliqdanam,beli bu kendin Unikal tarixi ve medeniyyeti var.Bu kendin boyuk arxeoloji qazintla ehtiyaci var,cunku Azerbaycanin boyuk tarixi yatir burda.

Asif, e-mail; Partizan.990@gmail.com | 21.07.2011 | 15:16:03
Xinaliq haqqinda melumata gore coxsagolun.mende oraliyam

 
Arxiv (son 15 yazı)
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah «Şimali Qafqazı»da
Mirzə Səyyah «Xınalıq»da
Mirzə Səyyah «Masallı»da
Mirzə Səyyah «Lahıc»da
Heyrətamiz təzadlar ölkəsindən məktublar
Mirzə Səyyah «Gəncə»də
Mirzə Səyyahdan məktub var !!!
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2018

»
«

January

»
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium