saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mirzə Səyyah

Mirzə Səyyah «Masallı»da / 01.08.2010



Masallı rayonu Bakı-Astara magistral şossesinin 232 kilometrliyində yerləşir. Relyefinə və təbiətinə görə respublikanın səfalı və füsunkar guşələrindən biridir. Masallı rayonu şərqdə Xəzər dənizinin kiçik Qızılağac körfəzindən, qərbdə Talış dağları silsiləsinin orta dağ qurşağına qədər, şimalda Cəlilabad rayon sərhəddindən cənubda Lənkəran rayonu sərhəddinə kimi uzanır.Azərbaycanın cənub bölgəsinə aid edilən Masallı Cəlilabad, Lənkəran, Lerik və Yardımlı ilə, o cümlədən Aran iqtisadi rayonuna aid Neftçala inzibati rayonu ilə həmsərhəddir.
Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmin yaradır. Yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar müalicə məqsədi ilə Masallının yerin altından çıxan qaynar suyundan istifadə etmişlər. Turizm zonası yaradılması üçün əlverişli təbii şəraitə malik rayon beynəlxalq standartlara cavab verən turist xidməti göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanlarına malikdir. 


Bunlardan "Dəştvənd" oteli Masallı rayon Ərkivan kəndində yerləşir. Otelin bütün otaqları Avropa üslubunda təmir edilmişdir. Oteldə konfrans-zal, restoran və bar, sauna, süni göldə qayıq sürmə və hovuz, mini zoopark, 5 yeni müasir kottec, müasir standartlara cavab verən sadə idman qurğuları var.
"Türkan" istirahət sanatoriya kompleksi Qəriblər kəndi ərazisində yerləşir. Beynəlxalq standartlara uyğun təmir olunmuşdur. Sanatoriyada restoran var. H.Əliyev adına "Viləşçay" su dəryaçasına qayıqla səyahət, atçılıq, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq üçün şərait var.
"Rasim" oteli rayonun Qəriblər ərazisində Viləş çayının sahillərində yerləşir. Beynəlxalq standartlara uyğun təmir olunmuş, sauna və restoranı var.
"İsti-su" sanatoriyası Talış meşələri ərazisində Viləş çayının sahillərində yerləşir. Kükürdlü çeşmələr hesabına, tərkibinə görə sonsuzluq, dəri-zöhrəvi, yel xəstəliklərinin müalicəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhəmiyyətli vannalar, gəzintilər, kafe bar, restoran, park, sadə idman qurğuları., ticarət və iaşə meydançaları var.
"Nil bağı" Talış meşələrində yerləşir. Avropa standartlarına uyğun təmir olunmuşdur. Sanatoriyada kafe, bar, hovuz, kotteclər və sadə idman qurğuları var. Bunlardan başqa Talış meşələrində 15-ə yaxın turizm-istirahət obyektləri fəaliyyət göstərir. 


Rayonun mərkəzində sadə idman qurğuları, Anatoli Banişevski adına futbol stadionu fəaliyyət göstərir. Rayonda turizmin və idmanın inkişaf perspektivlərini nəzərə alan möhtərəm Prezident İlham Əliyevin göstərişi ilə 2004-cü ildə müasir tipli Olimpiya kompleksinin tikintisinə başlanmış və 2007-ci ildə masallıların istifadəsinə verilmişdir. Rayonun qərb dağlıq hissəsi Burovar silsiləsinin alçaq dağ qurşağını əhatə edir. Burada rayonun ən hündür Dəmbəlov zirvəsi (827 m) yerləşir.
Rayonun Xəzər sahili coğrafi və mürəkkəb relyef quruluşu müxtəlif iqlim tiplərinin yaranmasına səbəb olmuşdur. Şimal-şərqdə qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl, şərqdə yayı quraq keçən mülayim isti, qərb dağlıq hissədə isə yarımrütubətli subtropik iqlim hakimdir.
Rayonun ərazisindən Viləşçay, Qodmançay, Göytəpəçay, Mətəlçay və s. çaylar axır.Viləşçayın maili düzənliyə çıxdığı çox mənzərəli yerdə sututumu 46 mln. m3 olan В«ViləşçayВ» su anbarı yaradılmışdır.
«Turizm haqqında» Azərbaycan Respublikasının Qanunu gözəl və füsunkar təbiətə malik, dağlarla əhatə olunan , nadir ağaclara malik yaşıl meşə örtüyü, saf suları ilə zəngin Masallıda turizmin inkişafına böyük təkan vermişdir. Rayonda 30-a yaxın turist obyekti qeydə alınaraq üç turist marşrutu üzrə fəaliyyət göstərirlər. 26 turist obyekti xüsusi razılıq (lisenziya) almışdır.
Həmin turizm və istirahət mərkəzlərində 1100-ə yaxın yer vardır. Bunlardan 70-i lüks, 660-ı 1-ci dərəcəli, 320-si turist dərəcəli nömrələrdir. Turistlərə 65 ölkə əhəmiyyətli, 49 yerli əhəmiyyətli tarix və mədəni abidələr, 3 park, 2 muzey və R.Tağıyev adına tarix-diyarşünaslıq muzeyi xidmət göstərir. «İsti-su» Fatmeyi Zəhra şəfa müalicə sanatoriyası və istirahət mərkəzi dəri və oynaq, qadın xəstəlikləri, böyrək yolları və s. xəstəliklərin müalicəsi üçün çox əhəmiyyətlidir. Hər il onlarla vətəndaş buraya putyovkalarla müalicəyə və istirahətə gəlir.
Dəştvənd, «İsti-su» , «Gülüstan», «Gölüstü» turist mərkəzlərində və ailə istirahət parkında turist və qonaqların mənalı istirahəti, müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılmışdır.
Turistlər hər cür şəraiti olan Masallı Olimpiya kompleksinin imkanlarından, ekoloji və ailə turizmi, çay çimərliyi, müalicə vannaları formalarından da istifadə edə bilərlər. Müasir tipli mehmanxana və kotteclər Talış meşələrinin və yaşıllıqların içərisində, Viləş çayının sularına yaxın sahələrdə yerləşmişdir.

 

Milli kulinariyanın ən çox tanınmış çeşidləri ilə gələn qonaqlara yüksək iaşə servis xidməti göstərilir.
Milli - mənəvi dəyərlərimizin daşıyıcıları olan el sənəti nümunələrindən ibarət satış yarmarkaları, müxtəlif bədii-əyləncəli proqramlar onların xidmətindədir.

1454 dəfə oxunub | 1 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

mehmet1uzman, e-mail; mehmet1uzman@hotmail.com | 14.07.2011 | 08:44:56
slm azerbaycan baku sizi çok seviyorum insanlarınızı topragınızı herşeyinizi çok seviyorum sizden ricam ilahe sadigova (kelebek) arıyorum onu tanıyan gören bana haber verirse çok sevinirim msn adresim mehmet1uzman@hotmail.com ALLAH,a emanet olun. sçs bb

 
Arxiv (son 15 yazı)
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah «Şimali Qafqazı»da
Mirzə Səyyah «Xınalıq»da
Mirzə Səyyah «Masallı»da
Mirzə Səyyah «Lahıc»da
Heyrətamiz təzadlar ölkəsindən məktublar
Mirzə Səyyah «Gəncə»də
Mirzə Səyyahdan məktub var !!!
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

October

»
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium