saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mirzə Səyyah

Mirzə Səyyah «Lahıc»da / 21.07.2010



Lahıc Girdiman çayınım sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə ahatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlar yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.



Lahıc adının yaranması haqqında müxtəlif fikirlər vardır. Bu haqda mövcud əfsanələrin birində deyilir: Həmin ərazidə La adlı şəhər mövcud olmuşdur. Güclü tufan nəticəsində yaranan daşqından qorxan əhali dağlara çəkilirlər. Tufan və daşqın sakitləşəndən sonra şəhərə qayıtmaq istəyən əhali şəhərin sel tərəfindən məhv edildiyini görüb La heç deyə qışqırıblar. Sonradan La şəhərinin yerində yaranan şəhər də la heç – Lahıc adlandırılıb.
Lahıc adının başqa bir izahı müqəddəs Baba dağı ilə bağlıdır. Baba dağında olan müqəddəs ziyarətgah demək olar ki, Azərbaycanın bütün bölgələrinin əhalisi tərəfindən ziyarət olunur. Müqəddəs ziyarətgaha gedən yol Lahıcdan keçir. Ərəb dilində “La” istiqamət bildirir. “Həcc” sözü də müqəddəs yer mənasında işlədilir. Deməli Lahıc sözü La – həcc hissələrinin birləşməsindən yaranmış, “Həcc yolu” mənasını verir.

Lahıcda yaşayan əhalinin tat dilli olması onun tarixinin araşdırılması üçün əsas istiqamət götürülmüş və bəzən kobud səhvlər edilmişdir.

Lahıcın tarixi haqqında yazanlar adətən onun əhalisinin erkən orta əsrlərdə İranın Gilan vilayətinin Lahican şəhərindən köçüb gəlmiş farslar olduğunu söyləmişdir.

Lakin bu fikrin heç bir elmi əsası yoxdur. Doğrudur, İranda Lahican adlı şəhər vardır. Oranın da əhalisi tat dillidir. Həmin əhali fars dilində deyil, tat dilində danışır. İranın özündə həmin əhali nə üçün fars dilində deyil, tat dilində danışmasının səbəbini izah edən yoxdur. Qeyd edək ki, tat dili və fars dili İran dil qrupuna daxil olsalar da bir – birini başa düşə bilmirlər.

Maraqlıdır, Lahıcın əhalisinin İranın Lahican şəhərindən köçməsi haqqında heç bir tarixi məlumat olmadığı halda məhz nə üçün Lahicanının əhalisinin Lahıcdan köçüb getməsi haqqında düşünənlər yoxdur. Bu məsələyə bir qədər məntiqi yanaşdıqda tarixi həqiqətin belə olduğu aydınlaşır. Əfsanədən göründüyü kimi Lahıc adı Lahicanın adından deyil, Lahican adı Lahıc adından yaranmışdır.



Lahıcın tarixinin erkən orta əsrlərdən başlanması fikirlərinin də elmi əsası yoxdur. Qəsəbənin ətrafından tapılan daş alətlər – daş bıçaqlar, daş ox ucluqları və s. Lahıcın hələ daş dövründə yaşamış məskənlərindən olduğunu göstərir. Azərbaycanın şimalında eradan əvvəl I minilliyin ortalarında şəhərlərin meydana gəlməsi prosesi başlandığı vaxt Lahıc da şəhər kimi formalaşmışdır.

Lahıc Albaniyanın mühüm müdafiə əhəmiyyətli şəhər qalası olmuşdur. E.ə. III əsrdə İranda Sasanilər hakimiyyətə gələndən sonra onlar Albaniyanı özlərinə tabe etmək, sərhədlərin strateji əhəmiyyətə malik təbii sərhəd olan Böyük Qafqaz dağlarınadək genişləndirməyə başladılar. Bu zaman Lahıcın əhəmiyyəti daha da artdı. Mənbələrdə verilən məlumatlardan məlum olur ki, Sasani hökmdarları I Qubad (488 – 531) və I Xosrov Ənuşirəvan (531 – 579) dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün hərbi istehkamla tikdirdilər. Onlar özlərinə yerli əhali arasında etnik dayaq yaratmaq üçün İrandan xeyli irandilli əhalini ölkənin şimal sərhədlərinə yaxın ərazilərə köçürdülər. Ola bilsin ki, həmin köçürülənlərdən Lahıcda da yerləşdirilənlər olmuşdur. Lakin həmin vaxt Lahıc mövcud idi. Orada əhalinin sayı da heç də az deyildi.

VI əsrin sonu – VII əsrin əvvəllərində Azərbaycanın şimal torpaqlarında Mehranilərin məskunlaşması, Girdiman vilayətinin əhəmiyyətinin artması Azərbaycanın siyasi həyatında mühüm hadisə oldu. Həmin vaxt Lahıc da şəhər kimi daha da inkişaf etdi. Əlverişli təbii müdafiə xüsusiyyətinə malik Lahıc Mehranilərin əsas istinadgahlarından olmuşdur. Təsadüfi deyildir ki, Girdiman dövlətinin adı ilə eyni adda Girdiman çayı Girdiman dövlətinin hökmdarı olmuş görkəmli sərkərdə Cavanşirin adı ilə bağlı qala Lahıcdan çox da uzaqda deyildir. Həmin dövlətin tarixi abidələri sırasında özünəməxsus yeri olan Niyal qalası da Lahıcın ətrafındadır.

 

Girdiman qalasının yerini dəqiqləşdirmək istəyən tarixçilərimizin bəziləri çox düzgün olaraq onun məhz Lahıcda yerləşdiyini söyləyirlər. Bu baxımdan istedadlı tarixçi alim, həmyerlimiz, tarix elmlər namizədi Qafar Cəbiyevin “Bura Vətəndir” kitabındakı fikirlər daha çox diqqəti cəlb edir. O çox düzgün nəticəyə gələrək yazır ki, Girdiman qalası bəlkə də Lahıcın özüdür.

Lahıcın yerləşdiyi təbii coğrafi ərazi onun ətraf ərazilər üçün mərkəz rolunu təmin edir. Buna görə də mövcud olduğu bütün tarix ərzində Lahıc ətraf ərazilər üçün rəsmi və ya qeyri rəsmi mərkəz rolunu oynamışdır. Bu cəhət bu gün də qalmaqdadır. Lahıc IX-X əsrlərdə mövcud olmuş çox da böyük olmayan Lahicanşahlığın paytaxtı olmuşdur. Tariximizdə bu haqda yazılmış məlumatda göstərilir ki, 917-ci ildə Şirvanşahlar Lahicanşahlığı özünə birləşdirmişdir. Bununla da Lahicanşahlığının müstəqilliyinə son qoyulmuşdur. Lahıc bundan sonra da şəhər kimi öz əhəmiyyətini saxlamışdır.

Lahıc bütün orta əsrlər boyu Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olmuşdur. Onun sənətkarlıq məhsulları Azərbaycanın sərhədlərindən çox uzaqlarda da məşhur olmuşdur. Girdiman çayının hövzəsi və Şamaxı tərəfdən dağ aşırımlarından keçən yollarla gələn tacirlər Lahıcda hazırlanan sənətkarlıq məhsullarını çox böyük həvəslə alırdılar.

Lahıcda inkişaf etmiş sənətkarlıq sahələrinin önündə misgərlik dururdu. Lahıcda misgərlik özünün tərəqqi dövrünü keçirmişdir. Bəlkə də dünyanın heç bir guşəsində misgərlik Lahıcdakı qədər inkişaf etməmişdir. Lahıc misgərlərinin ustalığı digər ərazilərin misgərləri üçün nümunə olmuş, onlar Lahıc misgərlərindən çox şeylər öyrənməyə çalışmışlar.

Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvanı ilə Lahıca yola salırdılar. Xaricdən də Hələb, İstanbul, İngiltərə və Həbəşstandan da Lahıca mis gətirilirdi. Hər bir tacirin daimi müştəri ustaları var idi. Ustalar tacirdən aldığı xam misin əvəzinə hazırladığı sənətkarlıq məhsullarını verirdilər. Tacirlər də bu sənətkarlıq məhsulları Azərbaycanın ən izdihamlı bazarlarında satmaqla kifayət qədər gəlir götürürdülər. Lahıc sənətkarlığının hazırladıqları məhsulları almaq üçün tacirlər arasında güclü rəqabət gedirdi.

Sənətkarlar aldıqları misi əridir, onu saflaşdırır, xüsusi qəliblərə tökürdülər. Misin yumşaq olması üçün ona müxtəlif qarışıqlar əlavə edirdilər. Misgərlik emalatxanaları sənətkarlıq baxımından mükəmməl olurdu. Orada sənətkarlıq məhsullarının hazırlanması üçün lazımi avadanlıqların, alətlərin keyfiyyəti ən yüksək səviyyədə idi. Alətlərin demək olar ki, hamısı Lahıcda hazırlanırdı. Hər bir emalatxanada usta köməkçisi şagirdlə yanaşı daimi fəhlələr (çəkic vuranlar) olurdu. Onların hər biri yüksək əmək vərdişinə malik idilər. Mis qabları qalayçılar qalayla ağardırdılar. Qalayçılıq da ayrıca peşə idi.

XVII-XVIII əsrlərdə mis qablara tələbat çox olduğundan onların qiyməti baha olmuşdur. Lakin XIX əsrdə fabrik – zavodlarda müxtəlif qabların istehsalı genişləndiyindən mis qablara tələbat azalmış, onların qiymətləri aşağı düşmüşdür. Sonrakı dövrlərdə Lahıcda misgərlik tənəzzül dövrünü davam etdirsə də tamamilə sıradan çıxmamışdır. Lahıcda həmin sənəti yaşadan sənətkarlar indi də hörmətə layiqdirlər.

Lahıcda dəmirçilik də inkişaf etmiş sənət sahələrindən olmuşdur. Dəmirçilər əsasən təsərrüfat işləri ilə bağlı alətlər hazırlayır, iş heyvanları üçün nal, mıx hazırlayırdılar. Nal, mıx hazırlayan, iş heyvanlarını nallayanlar xüsusi adla nalbənd adlanırdılar. Lahıc dəmirçilərinin hazırladığı alətlər öz keyfiyyəti ilə digər yerlərdə hazırlanan alətlərdən fərqlənirdilər. Dəmirçilik sənəti də hazırda Lahıcda yaşadılır.

Cəmiyyətdə yaranan ziddiyyətlər, torpaqlar uğrunda mübarizələr çox vaxt müharibələrə gətirib çıxarmışdır. Tarixdə müharibələrin dağıdıcı təsirindən tamamilə kənarda qalan yaşayış məskənləri, tayfalar və xalqlar çox az olmuşdur. Buna görə də hər bir xalq müdafiə məsələləri haqqında düşünməli olmuş, bu istiqamətdə müəyyən hazırlıq işləri görmüşdür. Silahlar hazırlamaq onları təkmilləşdirmək insanları daim düşündürən fəaliyyət sahəsi olmuşdur. Sənətin müxtəlif sahələrinin yüksək səviyyəsinə çatmış silahqayırma sənəti də Lahıcda inkişaf etmişdir. Orta əsrlərdə Lahıc ustalarının hazırladığı xəncərlər, qılınclar ətraf ərazilərdə məşhur olmuşdur. Lahıc ustalarının xüsusi üsullarla əldə etdikləri polad möhkəmliyinə, keyfiyyətinə görə “Dəməşq” poladından fərqlənmirdi. Lahıc ustaları hazırladıqları qılıncların dəstəyini naxışlarla bəzədir, onları qızıl və gümüş suyuna tuturdular. Bu silahlar çox baha satılırdı. Onları yalnız varlılar ala bilirdilər.

Tarixin sonrakı gedişində Lahıc ustaları odlı silah hazırlamağı da mənimsəmiş və bu sahədə tanınmışlar. Odlu silah hazırlamaq sahəsində Lahıc ustalarının təcrübəsindən istifadə etməyə çalışanlar da çox olmuşdur. Mənbələrin məlumatına görə Tula silah zavodunun mütəxəssisləri də XIX əsrdə Lahıcda hazırlanmış silahlarla maraqlanmışlar. Lahıc silah ustalarından Tula silah zavodunda olanlar da məlumdur.

Lahıc ustalarının hazırladıqları tüfənglərdən XIX əsrin I yarısında baş vermiş Rusiya-İran müharibələrində geniş istifadə olunmuşdur. Lahıcda istehsal edilən silahlar İran, Dağıstan, Şəki, Quba, Bakı və Qarabağa göndərilirdi.

 

XIX əsrin sonu XX əsrin əvvəlində Lahıcda odlu silah istehsalı getdikcə tənəzzül etdi. Bunun bir səbəbi odlu istehsalının xırda emalatxanalardan iri zavodlarda cəmlənməsi olsa da, digər səbəbi çar hökümətinin azərbaycanlılara etibar etməməsi olmuşdur. Məlumdur ki, çar höküməti azərbaycanlılara etibar etmədiyi üçün ali müsəlman təbəqəsindən başqa digərlərini hərbiyə çağırmırdı. Məqsəd azərbaycanlılara hərbi işi unutdurmaq, onları həmişə əsarətdə saxlamaq idi. Təbii ki, belə siyasət yeridən bir dövlət etibar etmədiyi xalqın silah istehsalı ilə razılaşa bilməzdi.

Lahıcda bu sahə nə qədər tənəzzül etsə də tamamilə unudulmadı. 1918-ci ildə erməni quldur dəstələri müsəlman soyqırımına başlayıb əliyalın əhalini kütləvi şəkildə qətlə yetirdiyi bir vaxtda silah hazırlamağın vacibliyi yarandı. Belə bir çətin zamanda Lahıc ustaları bir ədəd top hazırladılar. Lahıcın müdafiəçiləri həmin topu hazır vəziyyətə gətirib düşmənin hücumunu gözləməyə başladılar. Erməni quldur dəstəsi Lahıca yaxınlaşdıqda “topçular” “atəş” komandası ilə düşmənin gəldiyi istiqamətə atəş açdılar. Atəşin gücündən çox da mükəmməl hazırlanmamış top da dağılaraq hissələri göyə sovrulur. Bu atəş həmin topun birinci və axırıncı atəşi olsa da erməni quldurları Lahıcın müdafiəçilərinin toplarla silahlandığını güman edib geri qaçmağa başlayırlar. Bununla da Lahıc və qonşu kəndlər də dəhşətli faciələr törədən qaniçən düşmənin hücumundan xilas oldular.

 

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Lahıcda elə bir inkişaf olmadı. Əksinə sənət sahələrinin bəzilərinin tənəzzülü dərinləşdi, Lahıclıların bir hissəsi işsizlikdən yurdlarını tərk etdilər. Lahıcda yaşayanların sayı xeyli azaldı. Lahıc sakinləri uzun müddət yolsuzluqdan əziyyət çəkmişlər. Orta əsrlərdən qalma nəqliyyat növləri sıradan çıxsa da Lahıca uzun müddət avtomobil yolu çəkilməmişdir. Doğrudur XX əsrin 60 – cı illərində Şamaxı tərəfdən dağ aşırımları ilə Lahıca avtomobillərin gəlməsi mümkün olsa da bu yalnız yay aylarında mümkün idi. Lahıcın əsas yolu Girdiman çayının dərəsindən və bəzən də sıldırım qayaların döşündən keçən piyada və at yolu idi. Həmin illərdə Girdimanın coşan selləri neçə-neçə insanların ömrünü yarımçıq kəsmişdir.

Azərbaycan Respublikasının dilbər guşələrindən biri olan İsmayıllı rayonunun Lahıc qəsəbəsi ölkənin şimalında , Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505m hündürlükdə yerləşən şəhər tipli qəsəbədir.Qəsəbənin coğrafi mövqeyi və zəngin tarixi,arxitekturası və tarixi abidələri, yerli əhali arasında təşəkkül tapmış sənətkarlıq sahələri və s. bu iyal dağından Lahıcın ümumi görünüşüəkanı Azərbaycan çərçivəsində və bir çox xarici ölkələrdə tanıtdırmışdır.



Lahıc adı yazılı mənbələrdə b.e.-nın IV əsərində yaşamış tarixçilərin əsərlərində xarırlanmasına baxmayaraq müasir dövrdə b.e-dan əvvəl I əsrdə Lahıcda insanların saxsı əşyalar istehsal etdikləri güman edilir. Çox qədim tarixə malik olmasına heç kimdə şübhə doğurmayan Lahıcın qəbristanlıqlarında hal-hazırda da I Keyxosrovun və Bahadırşahın məzar daşları qorunmaqdadır.

 

Azərbaycan Ərəb xilafəti tərəfindən işğal olunan zamanlar ərəblər qarşı mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyaldağın şimal yamacında, yəni Lahıc tərəfdəki yamacda yerləşirdi. Hal-hazırda Niyaldağın Lahıc yamacında Cavanşir hökmranlığının mühafizə obyektlərindən və o günlərin şahidlərindən biri olan Niyal qalasının qalıqları yaşayır. Bu qala qalıqlarının divarları arasından Lahıca təkrar olunmaz bir mənzərə açılır və qalanın yerinin təsadüfən seçilmədiyi anlaşılır.
Lahıcın yaxınlığında yerləşən Fit dağında it qalasının qalıqları yaşamaqdadır. Bu qala sonuncu Şirvan xanı Mustafa xanın yay oylağı olmuşdur. Fit dağından Niyal dağına qədər dağların üstü ilə vaxtı ilə mövcüd olmuş araba yolunun qalıqları da , Niyal qalasından başlayan yeraltı yolun qalıqları da bu yerlərin qedim tarixə malik olmasını bir daha sübut etməkdədir.

Lahıc məhəllərdən ibarət olaraq təşəkkül tapmış və hər məhəllə öz məscidinə, bulağına, hamamına və s. malik olunmuşdur. Hal-hazırda Lahıcda yüzədək yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi mövcuddur. Həmin Niyal qalasının qalıqları (VII əsr) abidələrdən olan məscidlər(Bədöyun, Zəvəro, Ağolu, Ərəgit məscidləri) XVIII-XIX əsrlərdə, bulaqlar( Ağolu, Zəvəro,Baba bulağı) XIX əsrdə hamamlar(Hacı Cahanbaxş hamamı, Hacı Molla Hüseyn hamamı, Hacı Nürməməd hamamı) XIX əsrdə , 60-dan çox yaşayış evləri, su dəyirmanı,senetkarlıq emalatxanaları, körpülər və s. XVIII-XIX əsrlərdə yerli çay daşından inşa edilmiş və hal-hazırda da təyinatı üzrə istifadə olunur.

 

Lahıcın özəl cəhətlərindən olan və insanların marağını cəlb edən xususiyyətlərindən biri də onun küçə və meydanlarının daş döşəmələri və artıq suların axıdılması üçün çay daşından tikilmiş yeraltı kürəbəndlər (kanalizasiyalar) hal-hazırda da istifadə olunur. Küçə və meydanların,dalanların daş döşəmələri sanitariya cəhətdən əhəmiyyətə malik olmaq eyni zamanda tez-tez yağan gur yağışlar zamanı küçələr sel suları tərəfindən yuyulub dağılmasının qarşısını alır. Yeraltı kürəbəndlər tikilərkən bütün qəsəbəni əhatə edir bir sistem yaradılmış və zaman-zaman bu ərazidə yaşamış bütün insanların (ikinci dünya müharibəsindən öncə Lahıcda 18 min nəfər insan yaşamışdır) çirkab maddələrini və artıq suları axıtmaq imkanına malik olmuşdur. Kürəbəndlərin və döşəmələrin təxminən 8 yüz öncə inşa olunduğu güman edilir.

Lahıc şəhərsalmasının və mədəniyyət ən önəmli cəhətlərindən biri də məhəllə meydanlarının mövcud olmasıdır. Adətən hər məscidin qarşısında salınmış meydanlar dini mərasimlərin keçirilməsinə xidmət etməklə yanaşı burada yaşamış insanların bir yerə yığışa bilməsini, bir araya gələ bilməsini, böyük sözü,ağsaqqal sözü, rehber sözü eşidə bilməyə qadir olmasını sübut edir.

 

Lahıcın dağlıq ərazidə yerləşməsi burada kənd təsərrüfatı üçün münbit şərait yaratmamışdır. Odur ki, burada yaşayan insanlar xalq sənətkarlığı ilə məşğul olmaqla mövcudluqlarını qoruyub saxlaya bilmişlər. Lahıc ustaları xalq sənətkarlığını 40-adək növü ilə məşğul olmuşlar. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların ,çəkmə və çarıq tikənlərin , başmaqçıların, corabtoxuyanların və s. ustaların yaratdıqları maddi-mədəniyyət
nümunələri nəinki Azərbaycanda , İranda , İraqda, Türkiyədə, Orta Asiyada və s.ölkələrdə satılmış və hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

1436 dəfə oxunub | 3 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Heydar, e-mail; heydarykerra@mail.ru | 12.01.2014 | 21:14:16
Bir nəfər peşəkar memar və həvəskar kolleksiyaçidan eşitdiyim məlumata əsasən (həmin şəxs də Lahiclıdır)İranın Gilan əyalətindəki Lahıcanın önündə də Azərbaycan Lahıcınin önündə ucalan Niyal dagi ucalır, yəni eyni adlı dagdir və həmin dagın ən sıldırımlı aşırımı olan Pərdəliz aşırımı (bunu hər bir lahıcıi təsdiq edə bilər) da İran Lahıcınin Niyalındakı aşırımi ilə eyni adlıdır. Yəni İran Lahicanının Niyalındakı o çətin keçilən aşırımın da adı Pərdəlizdir. Bu toponimlər də müəyyə qaranlıq məqamlara işıq saça bilər.

Aydin, e-mail; aydin_bermek@hotmail.com | 16.01.2011 | 03:30:52
Size bele chox dolgun ve elmi meqaleye gøre teshekkurumu bildirmek isteyirem. Men de o fikirle razilashmiram ki, lahuclilar iran lahicindan køcub gelen farslardir. Umumiyyetle Shirvan zonasi Lahic daxil ta Talisha qeder ve Talishdan da ashagi gederek tat zonalari oldugu mende shubhe yaratmir. Ancaq teessuf ki, tatlarin øz medeniyyetlerini merkezleshdirib inkishaf etdirem orqan olmadigi uchun here bir qeyri-elmi ve heqiqetden kenar søz deyir. ancaq yaxshi ki, Lahic yashayir nece ki Melhem yashamaqdadir.

vusal, e-mail; ismayilli | 04.09.2010 | 17:49:44
ismayillinin hundurluyu

 
Arxiv (son 15 yazı)
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah «Şimali Qafqazı»da
Mirzə Səyyah «Xınalıq»da
Mirzə Səyyah «Masallı»da
Mirzə Səyyah «Lahıc»da
Heyrətamiz təzadlar ölkəsindən məktublar
Mirzə Səyyah «Gəncə»də
Mirzə Səyyahdan məktub var !!!
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

October

»
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium