saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Orxan Məmmədli

TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir! / 15.07.2010



Azərbaycanda indi ən geniş inkişaf tapmış biznes sahələrindən biri təhsildir. Formal olaraq dövlətin nəzarətində olan, büdcədən “bir ətək” pul götürən, bundan başqa ödənişli əsasla tələbə qəbul edib, sonra təhsil dövründə hər semestrin axırında tələbələrin “dərisini soyaraq” küllü miqdarda pul qazanan bu sahə nədənsə diqqət mərkəzinə yalnız qəbul testləri dövrü gəlir. Aparılan aldadıcı tədbirlər nəticəsində xalq aldadılır və ictimai fikir qəsdən qəbul testlərinə yönəldilir. Nəticədə narazılıqlar yalnız testlərin aparılması şəraitindən, ayrı-ayrı nəzarətçilərdən və s. olduğu ortaya çıxır. Bu metoda təbliğatda yönəltmə, fikri mətləbdən yayındırma üsulu deyilir.

Son bir neçə ildə müşahidə edirik ki, TQDK Təhsil Nazirliyini tənqid edərək abutruientlərin hazırlıq səviyyəsinin aşağı olmasını bildirir və keçid balının azaldılmasını bununla izah edir. Təhsil Nazirliyi isə öz növbəsində TQDK-nı qəbul testlərinin xüsusilə çətinləşdirilməsində günahlandırır. Bununla da məsələ həll olunmuş hesab edilir. Keçid balları azaldılaraq universitetlərin qəbul planları doldurulur. Yəni TQDK və Təhsil nazirliyi “toplananların yerini dəyişəndə cəm dəyişmir” prinsipinə görə öz gəlirlərindən heç nə itirmir.

Bəs kim itirir? Sual primitiv olsa da çox aktualdır. Hər şeydən əvvəl tələbələr həyatının 4 ilini boş-boş gedib gəlməyə və simasını itirmiş bir çox müəllimin boş-boş söz-söhbətinə həsr edir. Valideynlər isə min bir zəhmət hesabına yığıb topladığı pulunu və hər semestrin axırında müəllimlərlə çənə-boğaz edərək sağlamlığını itirir.

İndi bizdə təhsilin səviyyəsi göz qabağındadır. Daha doğrusu, səviyyə o qədər aşağıdır ki, heç görünmür. Repititorların gərgin əməyi və şagirdlərin fədəkarlığı nəticəsində qəbul testləri zamanı  alınan yüksək nəticələri TN öz adına çıxaraq öz yarıtmaz işini ört-basdır etməyə müəyyən dərəcədə nail ola bilir. Amma ali təhsilin nəticələrinə heç cür başqa don geyindirmək mümkün deyil. Minlərlə diplomlu gənc işsiz qaldığı halda aparıcı şirkətlərin işə götürmək  üçün təşkil etdiyi testlərdən keçə bilmir. Halbuki qardaş Türkiyədə ali təhsil alanlar bu testlərin öhdəsindən asanlıqla gələrək işlə təmin olunurlar.

Respublikamızda işləyən xarici şirkətlər dolayısı ilə bizim ali təhsil diplomlarını tanımırlar. Bu şirkətlər bunu ali təhsil almış mütəxəssislərin 90 faizinin bilik səviyyəsinin tələbləri ödəmədiyi ilə izah edirlər. Universitetlərdəki vəziyyət, təhsildəki rüşvətxorluq, əyintilər  bu halda bütün çılpaqlığı ilə görünür.

Maraqlıdır, görəsən insanlar nədən bir ətək pul verib balalarınin dörd il bu keyfiyyətsiz, yalnız adı olan universitetlərdə oxumasını bu qədər istəyir? “Oxutmuram, əl çəkin!” Keçən əsrin əvvəllərində rəhmətlik Sabirin övladlarını hər vəcdlə elmdən, təhsildən qoruyan atalarımızın dilindən dediyi bu sözlər o dövrün reallıqlarını ifadə edirdi. Yəqin ki, rəhmətlik bu gün sağ olsaydı  deyərdi: “Oxuduram, əl çəkin!”

1007 dəfə oxunub | 2 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Hesen , e-mail; dunya105@box.az | 02.04.2014 | 13:35:24
Çox düz qeyd etmisiniz. Bizim ölkede tehsilin seviyyesi ele orta mekteblerde de sıfırdır.Göygöl rayon Quşqara kend orta mektebinde de heç ders keçilmir.Bezi müellimler ders vaxtını telefonla danışmaqla keçirir, bezilerise dersi pozan diğer müellimle söhbet etmekle. İndi rüşvet almağın asan yolunu tapıblar. Fond pulu ve ya test pulu. Ay başınıza dönüm 1-ci sinifin şagirdi herf tanımayanda da test pulu yıgırlar. İndi de may ayı gelir. Gözümüz Aydın . Her uşaqdan 5 manat remont pulu yığacaqlar. Kişisen verme. Gör uşağı nece tehqir edecekler.

Nazim, e-mail; khaln5@bp.com | 08.09.2010 | 20:12:47
Təmamilə raziyam. Təhsilimizin səviyyəsi çox aşağıdır.Əlavə olaraq məlumat verim ki,Yaponiyada təhsil nazirliyi güc nazirliyi hesab olunur. Uğurlar arzulayıram.

 
Arxiv (son 15 yazı)
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

October

»
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium