saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Qalib Qadir

Şikəst talelərin iniltisi / 07.07.2010



Dövrə ümid eylədik, dövran da it günündə,

Alim də it günündə, nadan da it günüdə.

Baba Pünhan

Qurtuluş günü ərəfəsində təsadüfən Əyyub Qiyasın “Köpək bürcü” adlı romanı əlimə keçdi. Axırıncı dəfə nə vaxt bədii əsər, xüsusən roman oxuduğum yadıma gəlmir. Gündəlik qəzetləri vərəqləməklə kifayətlənirəm. Bir də son vaxtlar MLM seriyasından bir neçə kitabça oxumuşam. Gözümlə bağlı problemlər məni peşəkar oxucudan həvəskar oxucuya çevirib. Aldığım gözəl-gözəl kitablar gözümün qabağında saralıb-solur. Onlar da intizarla öz oxucularını gözləyir.

Amma Əyyub Qiyasın yenicə çap olunmuş “Köpək bürcü” adlı romanı məni ilk sətirlərdən sehirlədi. Müəllif sanki əlimdən tutub məni yaşadığım müasir Azərbaycan cəmiyyətinin seyrinə çıxartdı. Gördüm ki, müəllif gənc olsa da, içində yaşadığımız çağdaş həyatımıza daha yaxşı bələddir. Onu bütöv görməyi bacarıb və həm də gördüyü kimi təqdim etməyə, göstərməyə nail olub. Müasirlərimizə tanış olan mövcud cəmiyyətdə hətta kifayət qədər istedadlı və bacarıqlı insanlar üçün  yaşamaq olduqca çətindir, daha doğrusu faciədir.

Bu cəmiyyət daha çox bazarı xatırladır, burda bazar əxlaqı hakimdir, yəni hər an satıla bilərsən, həm də hər an alına bilərsən. Pul hər şeydən yüksəkdə durur, daha döğrusu, bu cəmiyyətin idealı puldur. Hamı ona doğru can atır, onu əldə etmək üçün hər kəs bacardığını edir: özünü, mənliyini, namusunu, ləyaqətini, dostunu, ailəsini, bədənini, vicdanını və s. müqəddəs bildiyimiz hər nə varsa, hər şeyi asanlıqla satır və pul bunları alır.

“Amerika faciəsi” böyük əsərdir. Drayzer XIX əsrin sonu, XX əsrin əvvəllərində kapitalizmin ABŞ-a gətirdiyi müsibətləri bu əsərində dahiyanə bir məharətlə əks etdirmişdir. Amma həqiqət naminə etiraf etmək lazımdır ki, Əyyub Qiyasın “Köpək bürcü” cəmiyyətin daxili qatlarını açmaq və əks etdirmək baxımından “Amerika faciaəsini” gölgədə qoyur. “Köpək bürcü” sosial-bədii sanbalına, ədəbi – fəlsəfi dərinliyinə və ictimai ümumiləşdirmə keyfiyyətinə görə “Amerika faciəsini” bizə unutdurur. Əsərdə təsvir olunan cəmiyyətdə hamı məhzun, hamı məlul, hamı susqun, hamı suçlu, hamı peşman, hamı çaşqındır. Burda hamının, ilk öncə özündən zəhləsi gedir, hamı bezib, iyrənib, küsüb özündən, taleyindən. Özünü öldürmək istəyi yaşamaq istəyindən güclüdür bu mühitdə. Vicdanlı, namuslu, vətənpərvər və nəcib insanların vəziyyəti daha ağırdır.

İlk baxışda adama elə gəlir ki, əsərin baş qəhrəmanı Muraddır. Amma bu, belə deyil. Əsərin baş qəhrəmanı Murad, Mehri, Rüfət, Leyli, Orxan, Əziz və başqalarının timsalında bizim müasirlərimizdir.

Murad ali təhsilli, istedadlı və ləyaqətli bir gəncdir. Əsgəri borcunu yerinə yetirib, evlənib. Ayda 120 manat məvacib alır. Həyat yoldaşı Nərgiz evdar qadındır. Bir qızları var, Ülkər. O, xəstədir. Onu müəlicə etmək üçün ailənin imkanları yoxdur. Buna görə Nərgiz Muradın gününü qara edib. Sonda o, ərinə deyir ki, “uşağın müalicəsi üçün pul tapılmasa, o fahişəliyə də getməli olsa, qızını ölməyə qoymayacaq”. Amma həmin anda müalicə üçün tələb olunan 9 min manat bir yana, 20 manatlıq  “qaz pulunu” ödəmək üçün belə Murad əzab çəkir, o, çox çətinliklə dostundan borc alır. Amma o, qızını sağaltmaq üçün heç bir çıxış yolu tapmır. Bopc verən yoxdur, qazanmaq da qeyri mümkündür. Bu çıxılmazlıq məngənəsində Nərgiz ona dayaq dura bilmir, əksinə, ruhunu zəhərləyir. Ayrı-ayrılıqda hər iki şəxs çıxış yolunu özlərini öldürməkdə görür. Amma Ülkərə məhəbbət onları yaşamağa, savaşa sövq edir. Təssüf ki, bu savaş qəhrəmanın məğlubiyyəti ilə başa çatır. Murad özünü metroda qatarın altına atıb öldürür. Yalnız Nərgiz salamat qalır, lakin o da artıq ruhən məhv olmuşdur. Amma süjet yalnız bundan ibarət deyil. Əgər şikəst talelərin dastanıdır. Bu dastanın qəhramanı bizik, Azərbaycan xalqıdır.

Bu cəmiyyətdə hamı bir-birinə borcludur. Hamının başı borca bağlıdır. Mənzil sahiblərindən “qaz pulu” yığan qoca könülsüz ona qapı açan sakinləri dilə tutub deyir: “Bilirəm, inkanınız yoxdur, indi hamının vəziyyəti ağırdı, dolamnaq olmur, maaş azdır, iş tapmaq çətindir, dükan-bazar od tutub yanır. Hər şeydən xəbərim var, demirəm ki, hamısını birdən-birə ödəyəsiniz, imkan varsa, beş manat ödəyin ki, binanın qazını kəsməsinlər” (“Köpək bürcü”, Bakı. 2010, cəh 19-20). Bu qoca yaxşı bilir ki, yaşadığı mühitdə, tanıdığı dairədə hamının qaz, su təchizatı idarəsinə borcu var. Amma təkcə onlara deyil, ərzaq dükanına, aptekə də. Onun nisyə dəftərlərindən yaxşı xəbəri var.

Ətrafda nəsə ağır, lənətlənmiş bir hava var. Bu havada nazir və aliqarx Camal, onun narkoman qardaşı Əhməd də rahat nəfəs ala bilmir. Baxmayaraq ki, hər an köpək kimi ulayan, zingildəyən cəmiyyətin sahibi, idarə edəni və tənzimləyəni mahz onlardı, amma özləri də beynəlxalq kapitalın əlində oyuncaqdılar. Onlar qloballşan dünyanın sakinləridir, ölkə, vətən, xalq onlar üçün dəyərini çoxdan itirib. Həm də, ümumiyyətlə, müəyyən dəyər kəsb edən milli keyfiyyətlərdən onlar iyrənir və belələrini onlar hər yerdə cismən, ruhən məhv edirlər. Onların kadrı, dayağı, aləti naqis, ləkəli adamlardı. Nazir öz təsərrüfatlarını Rüfət kimi bacarıqlı ziyalıların başı ilə, Püfəti isə Zara və Vəfa kimi peşəkar fahişələrin əli ilə idarə edir. Onların ixtiyar sahibi olduğu bi cəmiyyətdə yalnız oğraş və qəhbələrin kefi kökdür. abırsız, alçaq, yaramaz, yaltaq, riyakar və miskin şəxslərin meydanı genişdir. Kim nə qədər vicdansızdırsa, Camalın onlardan o qədər çox xoşu gəlir. Özünə və şəxsiyyətinə hörmət edənləri Camal sevmir.

Barışmaz təzadlar içərisində it kimi ulayan və zingildəyən bu mühitdə Camal və onun narkoman qardaşı Əhməd ağalıq etdikləri insanların şəxsi qayğılarına olduqca laqeyd və biganədir. Cismən və mənən məhv etdikləri insanla üçün onlar zərrə qədər vicdan əzabı çəkmir. Çünki vicdan hissi onlara yaddır. Ümumiyyətlə, Camalın nazir olduğu cəviyyətdə ilk öncə vicdan çatışmır. Ona görə hamı fərəhə möhtcdır. Bu cəmiyyət o qədər yaramaz və dözülməzdir ki, hətta burda bəxti gətirənlər, taleyi üzünə gülən tək-tək istedadlı bəxtəvərlər üçün də xoşbəxtlik yoxdur.

Mən də Əyyub Qiyasın qəhrəmanlarından göz yaşları ilə ayrıldım.

462 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
100 Böyük Azərbaycanlı
Vətənkeş əxlaqı
Bizim millət: Məziyyətlərimiz və mərəzlərimiz
Avropada ağlınıza, Azərbaycanda adınıza güvənin
Vətən qiymətlidir, yoxsa vətəndaş?
Şikəst talelərin iniltisi
Amaşovun sələflərinə min şükür
“Qara siyahı” aşiqlərinə açıq məktub
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium