saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
İşıqlı Atalı

20 Yanvarı ötmək / 20.01.2014



 

 

Milli faciə kimi yaddaşımızda dərin kök salmış 20 Yanvar haqqında mahiyyət üstə ardıcıl düşünmək gərəkdir. Asif Ata Azərbaycan türklərinin tarixində bir neçə rəmzləşmiş faciələrimizin adını çəkir. Həmişə vurğulayırdı ki, Azərbaycanın möhtəşəm tarixi uğurları, fərəhləriylə yanaşı, böyük faciələri də var. Ata Azərbaycanın birinci böyük faciəsi Midiyanın süqutunu sayır. Bunu o, ilk milli dövlətimizin çöküşü adlandırır.

İkinci faciəmiz Babəkin qətlidir. Yalnız Babəkin qətlindən sonra ruhumuz ərəbçiliyə yenildi, milli özgürlüyümüz əlimizdən alındı.

Üçüncü faciəmiz Çaldıran fəlakətidir. 1514–cü ildə Osmanlı hökmdarı Sultan Səlimlə Səfəvi Azərbaycan hökmdarı Şah İsmayıl Xətai Təbriz yaxınlığındakı Çaldıran düzündə üz-üzə gəldi. Ata bununla bağlı belə deyib: “Türk türkə qarşı vuruşanda həmişə məğlub olub.”

Türkmənçay Yırtıcılığı dördüncü böyük faciəmizdir. Azərbaycan ikiyə parçalandı.

Azərbaycan Xalq Cümhuriyyətinin devirilməsi isə beşinci faciəmizdir.

20-ci yüzildə daha iki dəhşətli faciə yaşadıq. Bunlardan biri 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsidir ki, bu yazının başlıca mövzusudur.

Hələlik sonuncu böyük faciəmiz isə 1992-ci ildə baş vermiş Xocalı qırğınıdır.
Bu faciələrimiz xalqımızın tarixi taleyinə olmazın zərbələr vurub.

***

 

SSRİ imperiyasının çöküşü zamanı xalqımızın başına gələn faciələr gözlənilən idi. Əgər xalq gözlənilməz məqamlara hazır ola bilirsə, az itki verir. Yox, hazır olmursa, 20 Yanvar kimi böyük faciələr yaranır. Düzdür, imperiya öz istəyilə tarixdən silinmək istəmir, sonacan öz zorunu göstərməyə çalışır. Deməli, biz gözlənilən faciəvi məqamlardan mümkün qədər az itki ilə, mənəvi sarsıntısız çıxa bilərdirk.

***

Asif Ataya görüşlərin birində Babəkin məğlubiyyətinin əsas səbəbinin nədən ibarət olması ilə bağlı ona sual verildi. Atanın cavabı konkret oldu: “Ruhaniyyatına bərabər siyasətinin olmaması!” O, demək istəyirdi ki, dünyanın siyasi gedişatı var. Dünyanın siyasət halqası getdikcə böyüyür, hər bir xalqın tarixi taleyində daha da acılı-ağrılı izlər qoyur. Tarix boyu bir olmamağımız üzündən torpaqlarımız dünyanın böyük güclərinin əliylə alınıb-satılıb.

20 Yanvar tarix boyunca başımıza gələn faciələrin son dönəmlərdə təkrarlanan ən üzdəki ifadəsidir. Faciə insanı dağ da edə bilər, dağıda da bilər. Faciədən, fəlakətdən böyümək, güc almaq gərək.

***

Xalqı kim yaratmalıdır? Faciəvilikdən üstün olan kəs. Fərd zamandan, gerçəklikdən üstün olmalıdır ki, xalqı yaratmaq qüdrətinə çatsın, faciəni aşa bilsin. O zaman biz dünyanın indiki qarışıq əhvalını aşıb özümüzü təsdiq edə bilərik. Fərdin faciəsi özünə yetə bilməməsindən, özünü tapmamasından başlayır. Fərd özünü yaratmasa, xalq da yaranmayacaq. Fərd inamsızdırsa, xalq da inamsız olacaq.

***


20 Yanvara kimi Bakıda iki ildən çox davam edən mitinqçilik, nümayiş əhvalı vardı. Eləcə də mərkəz ermənilərlə birləşib Sumqayıt hadisələrini yaratmışdı. SSRİ kimi böyük imperiyanın çöküşü artıq içəridə başlamışdı. Yenidənqurma oyunu, icazəli çıxışlar baş alıb gedirdi. Həmin çağlar bizi gözləyən faciələrə hazır ola bilmədik. Faciələrimiz sıralandı.

20 Yanvar faciəsi bir sıra cəhətləri üzə çıxardı: respublikanın paytaxtının amansızcasına işğalı, suçsuz insanların faciəvi aldanışı və qətli, imperiyanın əsl üzünün görünməsi, xalqımızın sarsılması, imperiyaçılığa qarşı hay-küylü mübarizə, zamandan, gerçəklikdən üstün ola bilməmək…

***

Əslində faciəmizdən güc ala bilmədik. Bu üzdən də hiddətimiz parçalandı. Hiddətimiz naşı nikbinliklə birləşdi və faciə ilə sonuclandı. Faciələr selində adamların ehtirasları coşdu. Bəziləri üçün xalqın azadlığı uğrunda mübarizə hakimiyyət uğrunda mübarizə demək oldu. Milli mübarizəmizin idraki yönü olmadı.

Sosializmdən kapitalizmə qayıtdıq. Adamların varlanma ehtirası, rəqabətçilik artdı, milli əhvallara, vətənçilik duyğusuna zərbə dəydi. Bu, o deməkdir ki, 20 Yanvar faciəsi zamanı yaşanan milli duyğular bundan sonra bir də çətin görünə. Qətiyyən ümidsiz deyiləm. Həmin məqamdakı duyğulardan da yüksək duyğular isə yalnız Mütləqə İnama yetən xalqımızda yaşanacaq. İnam bizi faciədən üstünlüyə yetirəcək.

***

Faciə maddi itkidən çox, mənəvi itki yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə. Millət gerçəklikdən üstün ola bilməyəndə, mənəvi uçurum dərinləşəndə faciə yaranır. Faciə güclü millətə gəlsə də, içində oturuşa, onu dağıda bilmir. Zəif millətisə içəridən dağıdır, ürəyində yara olur.
İnam Atanın istədiyi səviyyədə xalq yaranmalıdır. Fərdlər bu yolda özündən keçməlidirlər ki, xalq əbədi təsdiq olunsun, var olsun. Xilas Mütləqə İnamdadır.

***

 

Yazının sonunda İnam Atanın (Asif Atanın) şəhidlik konusundakı “Ucalıq yaradanlar” adlı içsəsini sunuram: “Şəhidlik Məqamı balalarımızın İnam Ucalığı oldu: – Vətənə İnam.
Bu İnam üçün Şəhid oldular balalarımız.
Şəhidlik Məqamı balalarımızın İdrak Ucalığı oldu: – Vətəni dərk elədilər Şəhidlikdə balalarımız.
Şəhidlik Məqamı balalarımızın Mənəviyyat Ucalığı oldu: – Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq Yüksəkliyinə çatdılar balarımız.
Şəhidlik Məqamı balalarımızın İradə Ucalığı oldu: – Zamana Qarşı durdular, Şəraitə qarşı durdular, Mühitə qarşı durdular balalarımız.

Ölümləriylə İnamı yaşatdılar,
İdrakı yaşatdılar,
Mənəviyyatı yaşatdılar,
İradəni yaşatdılar.
Şəhidlik Ucalığı yaratdılar”.


 

443 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
20 Yanvarı ötmək
Qurulmalı, qorunmalı Türk Birliyi
İkinci Cahan Savaşı – İnsansızlığın Təntənəsi
İnam Atasız 16 il
Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar
Ermənilik – dünyanın oyunçuluğuna uyuşmaqdır
Novruz Türkün yaratdığı bayramdır
Hüseyn Cavid Əbədiliyi
28 May Ləyaqəti Dövlətçilik – milli, insani nemətdir.
20 il Şuşasız
28 Aprel işğalı
28 Aprel işğalı
Novruz və Ocaq bayramları
Faciədən çıxmaq
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

June

»
        01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium