saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
İşıqlı Atalı

İkinci Cahan Savaşı – İnsansızlığın Təntənəsi / 23.06.2013



Müharibələr – bəşərin insansızlığından yaranır. İnsanın içindəki ağalıq duyğusu onu daim başqası üzərində hökmranlığa sürükləyir. Xalqların, dövlətlərin örnəyində savaşların yaratdığı acı fəsadlar isə daha faciəvi gerçəklərdir.

II Cahan Savaşı "insanlığın daha çox inkişaf etdiyi" XX  yüzildə baş verdi. Bununla da əslində insanlığın hələ ömürlərə hakim kəsilmədiyi bir daha aydın oldu. Bu, bəşər tarixinin ən acı-ağrılı, qanlı-qadalı günlərinin bir mərhələsi idi. Ancaq bəşərin fəlakətləri, bundan sonra da azalmadı, əksinə, daha da artdı. 

İkinci Cahan Savaşında o çağın iki azman imperiyaçı dövləti – Almaniya və SSRİ bir-birilə vuruşurdular. 

Azərbaycan SSRİ-nin tərkibində Almaniyaya qarşı döyüşürdü. Almaniya bu savaşda məğlub oldu: bu gün tarixçilər deyirlər ki, Hitler Moskvanı "İldırım sürətli müharibə planı" ilə tutsaydı belə, SSRİ-ni çökdürə bilməyəcəkdi. Çünki SSRİ-nin ərazisi olduqca böyük, insan potensialı Almaniyanın əsarətinə düşən ölkələrin əhalisindən də çox idi. Əgər ölkənin ərazisi, üstəgəl də əhalisi çoxdursa, deməli, bu, güclü ordu, iqtisadi imkan, son nəticədə isə qələbə deməkdir. Bütün hallarda bu, tarixdir. 

Bu gün isə SSRİ adlı imperiya yoxdur. İmperiyaların heç birinin əbədiliyi olmayıb. İmperiya quran xalqlar isə bu faciəvi sonluqdan dərs almaq istəmirlər. Əslində imperiyaçılıq daha çox onu quran xalqlara əzab gətirir. 

Əgər Leninin ölümündən sonra SSRİ-nin başında Stalin kimi bir kommunist diktatoru durmasaydı, SSRİ-nin elə o vaxt çökəcəyi yəqin idi. Təsadüfi deyil ki, SSRİ-də "dəmir pərdə"nin yırtılması yalnız Stalin öləndən az sonra başlandı. 

Gerçəkdir ki, Stalin çoxlu xalqları zorla da olsa, bir istəyə – qələbəyə yönəldə bildi: 1930-cu illərdə amansız repressiyalara, qətl-qarətlərə məruz qalan, ondan öncəki dönəmdə isə zorla SSRİ-ni əmələ gətirməyə məhkum edilən xalqların tarixdə bənzəri olmayan bir cəza sistemində yaşaya-yaşaya Hitlerizmə qarşı mütəşəkkil döyüşməsi yalnız Stalinin sərkərdəlik bacarığından irəli gəlirdi. Əslində o dövrdə də SSRİ kimi bir imperiyanı Stalinin əqidəçiliyi qurtardı. SSRİ-nin dağılması ərəfəsində 9 Mayın Azərbaycanda qeyd edilməsi səngiməyə başladı: bu, təbii idi. İmperiya dağıldıqca onunla bağlı olan bütün ənənəvi məqamlara ikrah hissi yaranır. Əgər SSRİ çökmüşdüsə, deməli, mahiyyətcə 9 May hadisəsi da çökmüşdü.


İnam Ata Ocaq tarixilə 17-ci ilin yazında (may, 1995) yazırdı: “Qələbəni məğlub edənlər indi onu bayram edirlər”. 

Bu gün isə postsovet məkanında 9 Mayın Qələbə günü kimi qeyd olunması mahiyyətcə bu xalqların alman faşizmindən əbədi xilası kimi dəyərləndirilir. Ancaq əgər indi dünyada neofaşizm dalğası yaranır və artırsa, o zaman faşizm təhlükəsinin bütünlüklə aradan qalxdığını söyləmək mümkündürmü? Başqa yandan da Rusiyada kommunizmə meylin vaxtaşırı yüksəlişi hiss olunur. Üzdə Rusiyanın yerişi dünyanın çağdaş düzəninə uyğundur, ancaq yalnız imperiya kimi (1721-ci ildən) düşünülən Rusiya dünyaya 1917-ci ildən bəri olduğu kimi haçansa yenə sosializmin özünə xas prinsipləri ilə hegemonluq etməyi düşünür. 

Deməli, yeni dünya düzəni insanlığın tələbi üstə dəyişmir, yaranmır, iri ölkələrin kiçik xalqları, dövlətləri daha təkmil şəkildə əsarətə salması üstə inkişaf edir. Dəyişən zahiri biçimlərdir, hegemon ölkələrin "əbədi" istəkləri isə dəyişilmir. 

İnam Atanın XX yüzildəki savaşlara və onların başında duranlara qiyməti beləydi: “Birinci Dünya Müharibəsi: Dünyanı bölə bilməmək; İkinci Dünya Müharibəsi: Dünyanı qoruya bilməmək; Ruzvelt – Avropanı Stalinə bağışlayan; Çörçill – Ayılanda – ayıldan; Stalin –Dahi Kommunist Diktatoru; Nüvə Silahı–İnsandakı Yırtıcının təntənəsi; Təzə Müharibə qorxusu: İki Ağalıq Münaqişəsi; De Qoll: Fransanı Müttəfiqlərin əlindən alan; Mussolini: Hitlerin sonralaşdırdığı... Hitlerizmi Demokratiya yaratdı; Demokratiya Hitlerizmi SSRİ-ni yıxmağa sövq etdi – bacarmadı; Hitlerizmin edə bilmədiyini Qorbaçovşina – Yelsinşina etdi”.

Bir xalq olaraq tarixi taleyimizdə son 25 ildə rastlaşdığımız acı, fəlakətli gerçəklər göz önündədir. 

Başımız fəlakətlərimizdən ayılmır. Çox zaman fəlakətlərimizin yaratdığı psixoloji gərginliklər içərisində boğuluruq. Bu barədə danışılır, danışılır, sonra isə hər şey yenə də öncəki kimi qalır. 

Dünya Qarabağ savaşında haqsız olaraq Ermənistanın işğalçı siyasətini bu və ya başqa biçimdə dəstəkləməkdədir. 

Qarabağın işğalı bu gün dünyada faşizmin yeni biçimdə yaşadığını göstərir. Olsa-olsa, indiyə qədərki hünərli savaşlarımızı yalnız başlanğıc saymalıyıq. Zaman-zaman Bütöv Azərbaycan olmadığı dərəcədə bir millət olaraq döyüşkənlik ruhumuzun ifadəsi olan işlərimiz ayrı-ayrı millətlərin adına, ayağına az yazılmayıb. Necə ki, II Dünya Savaşında canından keçən minlərlə soydaşımızın qəhrəmanlığı sovet ordusunun adına yazıldı.

Bir millət olaraq ruhdan düşməməli, sarsılmamalı, bütövlüyümüzün təntənəsi, rəmzi, tarixi taleyimizin ifadəsi olacaq böyük Qələbə Günümüzü yaratmalıyıq.

Atamız var olsun!

463 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
20 Yanvarı ötmək
Qurulmalı, qorunmalı Türk Birliyi
İkinci Cahan Savaşı – İnsansızlığın Təntənəsi
İnam Atasız 16 il
Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar
Ermənilik – dünyanın oyunçuluğuna uyuşmaqdır
Novruz Türkün yaratdığı bayramdır
Hüseyn Cavid Əbədiliyi
28 May Ləyaqəti Dövlətçilik – milli, insani nemətdir.
20 il Şuşasız
28 Aprel işğalı
28 Aprel işğalı
Novruz və Ocaq bayramları
Faciədən çıxmaq
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

August

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium