saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
İşıqlı Atalı

Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar / 25.05.2013



 

 

Güney Azərbaycandakı 2006-cı il 22 may hadisələrindən 7 il ötdü. Bu münasibətlə Asif Ata Ocağının Yükümlüsü bildirib: “Ötən illərdə durumun daha da gərginləşdiyi göz qabağındadır. Soydaşlarımızın milli azadlıq yönündəki çabaları çox hallarda istəkdən o yana getmir. Durumun təhlili onu deyir ki, bütün hallarda Güney Azərbaycanda nə qədər çətin olsa da, milli kimlik yönündə maariflənməyə, maarifləndirməyə gərək var. İndi İran kimi qapalı bir ölkədə belə elmi-texniki gəlişmənin qarşısını kəsmək qətiyyən mümkün deyil. Bu ölkədə informasiya texnologiyalarının inkişafı insanların internetdən istifadəsini getdikcə daha da qaçılmaz edir. Təbiidir ki, internetdən istifadə soydaşlarımızın dünya ilə əlaqəsini daha da operativləşdirir. Deməli, soydaşlarımızın Azərbaycan-Türk ruhu – mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı bilgilər almaq imkanları da getdikcə atrır. Burada arzuolunan odur ki, soydaşlarımız dünyaya çıxmaq imkanı tapdıqda onu daha ciddi dəyərləndirə bilsinlər, parçalanmış millətimizin mənəvi birliyi yönündə hər bir kəs bacardığı çabanı göstərsin. Yolun çətinliyi heç kəsi ruhdan salmamalıdır.

Bilmək gərəkdir ki, türk ulusunun varolma mübarizəsi heç zaman asanlıqla başa gəlməyəcək. Millət olaraq insani haqqımızı tələb etməyimiz borcumuzdur. Ancaq bu, hər birimizdən yetkinlik tələb edir. Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar. Bu, ötən illərdəki səhvlərdən qurtulmaq üçün də gözəl imkanlar yaradar. Yetkin insanların azadlıq mübarizəsi yetkin sonucla başa çatar. Bütün hallarda isə azadlıq mübarizəsini hər bir fərdin azadlıq hadisəsi səviyyəsində dərk etmək, bu duyğuyla canlı şəkildə yaşamaq gərəkdir. Mümkün qədər dünyanın halıyla yaşamamaq, dünyanın halından üstün olmaq gərək! Bilmək ki, dünyanın Azərbaycan dərdi yoxdur. Ona görə də Bütöv Azərbaycan eşqi ilə yaşayan hər bir kəs Vətəni təmsil edəcək mənəvi gücə yetməlidir. Bu imkan isə hər bir soydaşımızın aqibətində var. Ruhu bütöv Azərbaycanımız ikiyəbölünmüşlük taleyini yaşamaqdadır. Dünyanın gerçək səviyyəsi halımızı, aqibətimizi anlamaq qüdrətində deyil. Bizi sevməyənlər güclü və zəif məqamlarımızı durmadan öyrənirlər. Dünya hələ də Güney Azərbaycan dərdimizə saymazlıq göstərməkdədir. Ötən yüzildə və bu yüzilin əvvəllərində Güney Azərbaycanda baş verən hadisələr onu göstərdi ki, Azərbaycan türkləri bu və ya digər taleyüklü məsələlərdə həmişə özünün fitri imkanlarına, bir millət olaraq ruhuna daha çox əsaslanmalıdır. Bu yöndə Türk Dünyasının gələcəkdə, haçansa köməyi məsələsinə gəldikdə isə təəssüf ki, hələ türklərin birliyi mahiyyətcə əməldə reallaşmayıb. Azərbaycan aydınları özgələrdən kömək ummaq adətindən əl çəkməlidirlər.

IX yüzildə həşəmətli ərəb imperiyasına qarşı mübarizədə xəyanət nəticəsində məğlub olaraq tikə-parça edilən Babəkin başçılıq etdiyi hərəkatın süqutundan sonra Azərbaycanın taleyində yenidən silsiləvi fəlakətlərə yol açıldı. Şah İsmayıl Xətayinin qurduğu dövlətin türkçülük yönü təəssüf ki, çox çəkmədi.

Şah Abbas Xətayinin bütün zəhmətini farsçılığın ayağına bada verdi. 1721-ci ildə imperiya kimi qurulan Rusiya Azərbaycanın işğal olunması ilə bağlı qəddar istəklərini bir əsr ərzində gerçəkləşdirdi. Digər tərəfdən də İran Azərbaycanın tarixən düşdüyü böhranlı vəziyyətdən istifadə edərək zaman-zaman torpaqlarımızı işğal etdi.

XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlardan ibarət idi. Təəssüf ki, tarixən türkün biri-birini sevməməsi, vahid dövlətçiliyinin belə bir gərəkli məqamda təsdiq olunmaması ilə acı bir gerçək durum yaratmışdı. Bir-birini sevməyən Azərbaycan xanları nə qədər ürəkağrıdıcı səslənsə də, məhz bir-birlərindən müdafiə olunmaq üçün çoxu qıraqdan özünə qəyyum axtarmağa başladı. İranla Rusiya hər biri ayrı-ayrılıqda mövcud fəlakətli vəziyyətimizdən məharətlə istifadə etdilər. Yurdumuz iki böyük yağı dövlətin müharibə meydanına çevrildi.

Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin amansız bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. Azərbaycan türklərinin parçalanmış xalq olduğunu dünya etiraf etməlidir. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsinin İranın əsarəti altında olduğu ilk növbədə soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır. Babəkin xəlqi əməli azadlıq uğrunda apardığı uzunmüddətli döyüşləri hələ də soydaşlarımız tərəfindən ömürləşməyib. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir.

Güney Azərbaycan İran əsarətində olduğu 200 illik müddətdə özünün milli ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bilib. Bu gün fars şovinizminin bütün qadağalarına baxmayaraq, sazın soydaşlarımızın əlindən alınması mümkün deyil. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü, ciddi müqavimətinin nəticəsi kimi meydana çıxır. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu ifadədə zəifliyə və zəlilliyə yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar daha güclü olmuş məqamlarını rəmzi şəkildə bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən soydaşlarımızın, bütövlükdə millətimizin ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycanda saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danışsa da, onun bu harayında zəlillik və zəiflik olmadığından kədərimiz bizə yenilməz güc verir.

 Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. İranda ana dilimizdə məktəblər yoxdur, faktiki olaraq bu, Azərbaycan Türkcəsini elmi, kütləvi yöndə soydaşlarımız arasında daha geniş şəkildə bərqərar olmasına ciddi maneə yaranır. Əksinə, İran hakimiyyəti Güney Azərbaycanın çoxsaylı bölgələrində, ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayının artırılmasına çalışır ki, Azərbaycan Türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın”.

Sonda Ocaq Yükümlüsü İşıqlı Atalı vurgulayıb ki, içındə olduğumuz təhlükələrdən çıxış yolu – Asif Atanın Mütləqə İnam Dünyabaxışıdır: “Bu Yol “İnsanlaşın, İnsanlaşdırın!” harayına əsaslanır, bizi gerçəkdən ulus olaraq var etməyə qadirdir, bəşərin də xilas yoludur”.

 

 

446 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
20 Yanvarı ötmək
Qurulmalı, qorunmalı Türk Birliyi
İkinci Cahan Savaşı – İnsansızlığın Təntənəsi
İnam Atasız 16 il
Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar
Ermənilik – dünyanın oyunçuluğuna uyuşmaqdır
Novruz Türkün yaratdığı bayramdır
Hüseyn Cavid Əbədiliyi
28 May Ləyaqəti Dövlətçilik – milli, insani nemətdir.
20 il Şuşasız
28 Aprel işğalı
28 Aprel işğalı
Novruz və Ocaq bayramları
Faciədən çıxmaq
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

June

»
        01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium