saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Rüfət Soltan

UNUDULMAZ FACİƏ / 30.03.2013



 

 

Mart soyqırımı digər tarixi qanlı olaylar qədər, kazə bəzilərindən daha artıq acıncaqlıdır. Bu məsələni araşdırarkən nədənsə Qarabağ savaşı qanlı tarixi yadıma düşür. Ermənilərin, ecazkar vəhşiyanə xarakterik davranışları sadəcə onların simasıdır deyə bilərəm. İnsanlığa zidd, törədilən açıq cinayətlər 70 illik fasilədən sonra belə, dəyişməz iyrənc prinsiplərə söykənib. Məsələyə primitiv baxış verək: 1918-daşnakstyun, bolşeviklər-1988-ermənilər, ruslar...

Sadəcə insan ölümü riyazətində kəmiyyət fərqləri mövcuddur.

Ermənilərin acgöz ərazi iddialarına nefit töküb alışdıran ruslara nə deməli? Alçaq, əzazil, rəzil şovinist addımçılar. Güneydən, batıdan yığılıb tökülmüş it sürüləri indi başımıza çıxdılar. Təbii 70 illik fasilə bizim kimi ürəyi yumuşaq, humanist xalqın yarasının sağalması üçün bəsdir hətta artar belə...

Cənubi Qafqaz bölgəsində sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə çevrilən və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan Respublikası tarixən bu coğrafiyada törətdikləri qanlı olayları yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara qarşı soyqırım siyasətindən əl çəkmək istəmir.

Ermənilərin Qafqazda terror və qeyri-sabitlik mənbəyi olması bu millətə məxsus ziyalıların öz xalqını qan hamamına çəkib-aparmaları XX əsrin əvvəllərindən gürcü və Azərbaycan aydınları tərəfidən ciddi tənqid olunurdu. Həsən bəy Zərdabi, İlya Çavçavadze, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov bölgədə təhlükəsizliyin təmin olunması üçün ermənilərin qədimlik xəstəliyindən, torpaq iddialarından, başqa xalqların mədəniyyətini özünküləşdirmək cəhdlərindən əl çəkməli olduqlarını dönə-dönə mətbu yazılarında xatırlasalar da, bir nəticə hasil olmadı. Ötən əsrin başlanğıcından başlayaraq hər 20-30 ildən bir ermənilər Qafqaz coğrafıyasının köklü və qədim xalqı olan azərbaycanlılara qarşı ağır-iqtisadi-siyasi təcavüzü davam etdirirlər.

İllərdir bu tarixi həmvətənlərimiz, ziyalılar, mətbu işçiləri, qələm adamları  qismən və ya bütöv bir proses formasında bizlərə çatdırıblar. Öz tariximiz özümüzünkülərdən inanclı şəkildə qəbul etməyin özü belə kəramətdir.

(Əziz oxucular bu məqaləni hər hansı bir mənbədən konkret məzmunla əhətələnmiş bir yazı şəklində boş bir vərəqə urcah edib sizi sırf məlumatlandıra bilərdim. Təbii, faktlara söykənilmiş hissələr müstəsanlıq təşkil edir. Ancaq belə düşündüm ki, ümumi məcmusda 1918-ci ilin məlum dönəmini vərəqləmiş birinin emosianal baxışlarına söykənsək daha ahəngli olardı).

Vəhşətin işıqlandığı bölgələrdə-Bakıda, Şamaxıda, Qubada, Salyanda, Nəvahidə, Naxçıvanda, Neftçalada və digər bölgələrimizdə minlərlə həmvətənlərimizin yaşamaq haqları tapdalandı, torpağın döşəməsi qırmızıya boyandı. Ümumilikdə 50 minə yaxın azərbaycanlının qətliamına şahid olmuş tarixçilər, jurnalistlər ürəkləri ağlaya-ağlaya gördüklərini qələmə almışlar. Onların bir hissəsilə sizləri tanış edəcəyik. Beləliklə qara divarda qan qırmızısı ilə yazılmış 50 000 rəqəminin torunlarının bir hissəi kütləvi şəkildə Qubada, Bakıda və yuxarıda adlarını sadaladığımız digər bölgələrdə qalmışlardır. 1918-ci ilin mart ayının 31-dən aprelin 3-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jumalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı(Bir Amerikalı bütün dünyaya bir ədəd müqəddəs "Quran" kitbını yandırmasını nümayiş etdirər. Bununla bərabər düz 95 il öncə ermənilər "Kaspi" mətbəəsinin çap etdirdiyi 5 ooo "Qurani-Kərim" kitabını yandırmışdır. Heçnə, Dünya! Görmüşkən gəl bir erməni kafirlərini də tanı! Allah zalımların bəlasını versin tez bir zamanda Amin!).  Milli məfkurə məbədi olan “İsmailiyyə” binası yandırıldı, Təzə pir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, “Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə yazır ki, “İsmailiyyə” binasına od vuran “Daşnakstyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər.

Daşnakstyun partiyasının qardaşları(bolşeviklər) ilə birgə baniləri olduqalrı qanlı 31 Mart tarixi Azərbaycan xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə, habelə tarixi yaddaşına vurulan ağır zərbə olmuşdur. Bu yöndən o dövrün bəzi qələmkeşləri bu ağır yaraları “mədəni zərbə” adlandırırdılar.  1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu.

“Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa ana dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə “mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. “Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku” menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu. Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-ə- Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.

Ümumiyyətlə milli mətbu orqanlarına qarşı edilən bu insanlıqdan kənar davranışları qələmə gətirməkdə məramımız odur ki, sizi mətbuata qarşı aparılan qərəzli hadisələrin niyəsiylə tanış edək. V.İ.Lenin tərəfidən Qafqaza fövqəladə komissar kimi göndərilən Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan xalqına qarşı terror və qətliamlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları bu barədə xalqı məlumatlandırır, onlara özünü müdafiə hissi aşlayırdılar. “Açıq söz”, “İttihad”, “İstiqlal” kimi qəzetlərdə “Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq edəlim”, “İttihad gərək” çağırışları qəzetin əsas sütunlarında dərc olunurdu.

S.İbrahim “Açıq söz” qəzetində bolşeviklərin və Daşnakstyun Partiyasının, Erməni Milli Şurasının silahlı hərbi birləşmələrinin xalqımıza qarşı planlaşdırdığı faciəvi hadisələri “Milli fəlakət” kimi dəyərləndirərək xalqı xəbərdar edirdi: “Müsəlman partiyaları da xalqı milli fəlakətdən xilas etmək xatirinə birləşməyə borcludurlar... Dəhşətli saət gəliyor, birləşəlim!” S.İbrahim bu xəbərdarlığı qətliamdan 3 gün əvvəl etmişdi.

 

 

 

 

Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.

31 mart ikinci günlərdən idi.

 

Mart Soyqırımı və ya Mart Hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

 

Mənbə: ANL.AZ(Axundov adına milli kitabxananın rəsmi saytı)

 

Əslində Mart soyqırımı haqqında daha geniş yazmaq olar, hətta bir kitab halına gələ biləcək qədər. Bolşevik və Daşnakların islamlara qarşı olan kin - küdurətinin həddi yuxarıda sadəcə müqəddiməsini verdiyimiz qanlı kitabın içində yazılıdır -Yırtılan hamilə qarınlar, sancılan vücudlar, deşilən ürəklər, kəsilən başlar, ovulmalar, qazınmalar, əzablar, zülmlər.... Bu qədərmidir həyəcanla döyünən ürəklərimizin titrək gücü?!

İnsaniyyətimziə, şərəfimizə, qeyrətimizə, dinimizə, milliliyimizə, daha nələrə qıymadılar, toxunmadılar ki, o “cəllad”lar.  50 000 həmvətənlərimizi yada edirik, Uzaqlarda olan Qarabağı, Zəngəzuru, Şikəst gözəlimiz olan Bakını, Daxmasızlar diyarı Şamaxını, Sümüklər üzərində yatan Qubanı, Alova qərq olunmuş Nəvahini yad edirik. Biz Neftçalanı, Naxçıvanı və digər qurban regionlarımızı yad edirik. Biz öümüzü yad edirik. Azərbaycan, başın sağolsun!..

458 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Dindar, ateist-alim, idmançı…
Gənclərimizin gələcəyə virtual baxışı
UNUDULMAZ FACİƏ
Qarabağ adının keşməkeşli tarixindən
Təhsilə niyə ciddi yanaşılmır?
Müasir gəncliyin bəlası, əks təbliğat
Sosial şəbəkələr bizə nə verir
Alim və rəis
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium