saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Rüfət Soltan

Qarabağ adının keşməkeşli tarixindən / 25.02.2013



 

Bəlli olduğu kimi Qarabağ və Naxçıvan əraziləri, ümumiyyətlə bu ərazilərin də daxil olduğu Arran vilayəti tarix boyu mübahisə obyektinə çevrilmiş və indi də həmin mübahisələr səngiməmiş, əksinə daha da genişlənmişdir. XX əsrin sonlarında ermənilər öz məkrli siyasətləri sayəsində Qarabağın  müəyyən hissəsini zəbt etsələr də, öz iddialarından əl çəkmir və yeni – yeni xülyalara – Naxçıvan torpaqlarını da ələ keçirməyə çan atırlar. Bunu nəzərə alaraq Qarabağ və Naxçıvanın keçmişinə bir daha nəzər yetirmək, onların hansı ölkənin ərazisində mövcud olduqları, tarixən kiminlə bağlı olduqlarını nəzərdən keçirmək vacibdir. Bu iş bir tərəfdən tarixi və elmi həqiqətin ortaya çıxmasına yardım edər, həmin ərazilərin kimlər məxsus olduğunu göstərər.

 

“Qarabağ” termini, “Xalq və bağ”, “Böyük bağ”, “Səfalı bağ” və s. mənaları kəsb edir. Bu adın Azərbaycanın Kür və Araz çayları arasındakı mənzərəli ərazilərə şamil olunması, Monqol qəbilələrinin ölkə ərazisinə gəlmələri, hülakülərin hakimiyyətə yiyələnmələri ilə bağlıdır. Bilindiyi kimi həmin ərazi Qafqaz Albaniyasını ərazisi olub, əsasən Arsax, Sünik, Sakasena, Uti və Paytakaran vilayətlərini əhatə edirdi və bu adla da tanınırdı. Ərazinin mərkəz hissəsi monqollar dövründə “Arran Qarabağı” adlandırılmağa başladı. “Arran Qarabağı” termininə ilk dəfə 1284-cü ilin hadisələrinin şərhi ilə əlaqədar təsadüf olunur. F. Rəşidəddin “Camə ət təvarix” əsərində yazır ki, həmin ildə Arran Qarabağında Hülakü şahzadəsi Konqurtayı edam edirlər.Bu ərazinin Arran Qarabağı” adlandırılması da təsadüfi deyildir. Məlum olduğu kimi istər Azərbaycanda, istərsə də şərqin başqa ölkələrində bir sıra  Qarabağ adlı yerlər mövcuddur. Azərbaycandakı “Təbriz Qarabağı”, “Surxay Qarabağı”( və ya Kiçik Qarabağ), Naxçıvandakı “Qarabağ”, eləcədə Qarsda, Şimali Qafqazda, Türkmənistanda, Özbəkistanda, Əfqanistanda və s. yerlərdə olan “ Qarabağ” adları buna misaldır. Arrandakı Qarabağın “Arran Qarabağı” adlandırılması onu digər Qartabağlardan, ilk növbədə Əfqanistanın şimal – qərb və Tükmənistanın cənub – qərb ərazilərində mövcud olmuş “Baqdis Qarabağı”ndan fərqləndirmək məqsədi güdmüşdür.

Unutmaq olmaz ki, müasir dövrdə geniş yayılmış “Dağlıq Qarabağ” termininə orta əsr mənbələrində təsadüf olunmur və bu istilah son dövrlərin məhsuludur. Orta əsrlərdə isə Qarabağ ərazisi vahid şəkildə mövcud olmuş, onun dağlıq və düzən sahələri, bölgələri tam şəkildə Qarabağ adlanmış və diyarın həmin bölgələri iqtisadi və mədəni cəhətdən sıx bağlı idilər.

Qarabağ Arranın mərkəzi hissəsini əhatə edirdi, necə deyərlər “Arranın qəlbi” idi. XIV əsr Azərbaycan tarixçisi Əbu Bəkr  əl-Əhəri Qarabağı Arranın paytaxtı, yəni mərkəzi adlandırır. Arran Qarabağının ərazisi haqqında məlumatlar az deyil. Orta əsr müəllifləri çax hallarda Qarabağı Arran ilə eyniləşdirirlər. Lakin araşdırmalar göstərir ki, Arran daha geniş əraziləri əhatə etmişdir. Ərəb dövrünü Arranından fərqli olaraq, son orta əsrlər Arranı yalnız Kür –Araz çayları arasındakı ərazini əhatə edirdi. Onun Ermənistanla sərhəddi Göyçə gölündən, Gürcüstanla sərhəddi isə Debed çayından və Hunan qalasından keçirdi. Qarabağ son ərta əsrlər Arranın müəyyən hissəsini əhatə edirdi. F. Rəşidəddinin “Mükatibat” əsərində “Qarabağ, Muğan, Arran və Şəki vilayətləri”  şəklində həmcins üzvlər kimi nəzərə çatdırılması bir daha belə qənaətə gəlməyə əsas verir ki, Qarabağ Arranın daxilində dağlıq və dağətəyi sahələri birləşdirən vahid ərazidən ibarət olmuşdur.

Mənbələrin məlumatından aydın olur ki, Qarabağın ərazisi Araz çayından başlayaraq şimal – qərb istiqamətində uzanmış və Beyləqandan tutmuş Zəqəmçaya kimi olan əraziləri əhatə etmişdir. Onun şərq sərhədləri Kür ilə Arazın birləşdiyi yerdən nisbətən qərbdə idi, qərb hüduları isə Həkəri çayına çatırdı. Tərkibində Şəmkir, Gəncə, Beeyləqan, Ağdam kimi iri şəhərlər, Zəqəm, Xanagah – Şutur, Qarxun, Dih – İsfahan, Lasub, Cuzbuq, Xeyrək, Knaqlıkənd, Bazarcıq, Lənbəran, Yunan, Xaçındarbatlı, Qandzasar, Bəkrəbad, Xar, Sərcabil, Dolanlar, Şuşa və s. yaşayış məskənləri, Çərek, Əkna, XrabertMatris, İzz, Xaçın, Zaris, Xayzan və s. qalalar var idi. Qarabağın dağlıq hissəsində Xaçın malikanəsi mövcud olmuş, və bütün orta əsrlər boyu öz siyasi mövqeyini qoruyub saxlaya bilmişdir. Qarabağdan ölkənin mühüm ticarət yollarının bir qolu keçirdi və təxminən 300 km olan ( 45 fərsəng) həmin yol 10-dan artıq iri yaşayış məskənini birləşdirirdi.

Göstərildiyi kimi ilk orta əsrlərdə Qarabağ ərazisində Qafqaaz albaniyasının bir sıra vilayətləri – Arsak, Sisiyakan(Sünik),  Uti, Sakasena və qiməm də Paytakaran vilayətləri mövcud olmuşdur. Həmin vilayətlərin, deməli Qarabağın tarixi ərazilərinin Qafqaz Albaniyasının tərkib hissəsi olması real tarixi faktlar ilə görkəmli  alim F.C.Məmmədova tərəfindən sübuta yetirilmişdir. Ərəb xilafəti, IX-XI əsr feodal dövlətləri və Atabəylər dövründə də Qarabağ Arranın tərkib hissəsi olaraq qalmış və həmin dövlətlərin siyasi, ictimai – iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. Qarabağın mövqeyi son orta əsrlərdə daha da artmışdır. Həmin ərazi Azərbaycanda hakimiyyətdə olmuş demək olar ki, bütün hökmdarların, dövlət başçılarının istirahət yerinə çevrilmişdir. Bu baxımdam monqol hökmranlığı dövrü diqqət daha çox cəlb edir. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə ( Arqun xan və Sultan Əbu Səid) Qarabağda vəfat etmişlər. XV-XVIII əsrlərdə də Qarabağ öz mövqeyini qoruyub saxlamış və Azərbaycanda fəaliyyət göstərən dövlətələrin və deməli Azərbaycanın tərkibində olmuşdur.

Orta əsrlər Qarabağında bir sıra dövlət qurumları təşəkkül tapmış və fəaliyyət göstərmişlər. Girdiman hökmranlığı, Xaçın knyazlığı, Qarabağ xanlığı bu baxımdan diqqəti cəlb edir. Girdiman hökmranlığı VII əsrin əvvllərindən Qafqaz Albaniyası ərazisində fəaliyyət göstərmişdir. Onun ərazisi indiki, Şəmkir, Qazax ərazisində mövcud olmuş Girdiman vilayətini əhatə ediridi. Paytaxdı ilk vaxtlarda Girdiman qalası sonra Bərdə şəhəri olmuşdu. Gordiman hökmranlığı Mehranilər sülaləsi tərəfindən idarə olunurdu. Albaniya hökmdarı Cavanşirin(636-680) vaxtında Girdiman yüksəliş dövrü keçirmişdir. Lakin  ərəblərin, xəzərlərin hücümlarına məruz qalmış və nəhayət 705-ci ildə Albaniya ərəblərin nüfuzuna düşdükdə onun əraazisi Arran, Muğan və Şirvan ərazilərinə bölünür. Girdiman Arranın tərkibində qalır. XIII əsrdə Qarabağın dağlıq hissəsində Xaçın məlikliyi fəaliyyətə başlayır və daxili müstəqilliyini XIX əsrə qədər qoruyub saxlaya bilir. Səfəvilər dövründə isə Qarabağda Qarabağ bəylərbəyliyi fəaliyyət göstərir. Bəylərbəylik Qarabağ torpağı ilə yanaşı daha geniş əraziləri, Kür və  Araz çayları arasındakı əraziləri əhatə edirdi. Sonralar Qarabağ Qarabağ bəylərbəyyliyinin ərazisində 2 xanlıq – Qarabağ və Gəncə xanlıqları təşəkkül tapır.Qarabağ xanlığı əvvəlcə Qarabağ bəylərbəyliyinin, XVIIIəsrin ortalarında isə Qarabağ xanlığının tərkibində olmuş və onların əsas ərazisini təşkil etmişdi. Bu dövrdə xanlığın paytaxtı Şuşa şəhəri idi.Qarabağ ərazisi 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq edilmiş və sonra Rusiyanın ərazisinə çevrilmişdir.

Qarabağ əhalisinin etnik tərkibi müxtəlif olduğu qədər də müzakirə obyektinə səbəb olan məsələlərdəndir. Qədim zamanlarda Qarabağ ərazisində Alban tayfaları və onlarla birlikdə barsil, savin, hun, xəzər və s. türk tayfaları yığcam şəkildə yaşamışlar. Strabonun əsərində xatırlanan Qafqaz Albaniyasının 36 dildə(ləhcədə) danışan qəbilələrinin bir qisminin Qarabağda məskunlaşdığı bəllidir. Akademik Ziya Bünyadovun yazdığı kimi, Arran əhalisi monqol istilalarına qədər türkdilli xalq kimi təşəkkül tapmışdır.

Qeyd olunduğu kimi Qarabağ əhalisinin tərkibində albanlar xüsusi yer tuturdu. Albanlar Qarabağın dağlı hissəsində, əsasən xaçın ərazisində yaşayırdılar. Qarabağ albanları Qafqazın  erməni və gürcü etnosları ilə bir sırada durmuş və etnik baxımdan onlardan asılı olmamışlar. XIII əsr alban tarixçisi Kirakos Gəncəli cənubi Qafqazda yaşayan etnosları dəfələrlə “ermənilər, gürcülər və albanlar”, “albanlar, ermənilər və gürcülər” və s. şəkildə həmcins üzvlər kimi qələmə alır. Müəllif Albaniyanın, o cümlədən  onun tərkib hissəsi olan Qarabağın ermənistanın ərazisi olmadığını sezdirir. O 1220-ci ilin hadisələrindən danışarkən yazır: “Tatarlar Dərbənd qapılarından sürətlə keçib Albaniyaya gəldilər ki, oradan Ermənistana və gürcüstana soxulsunlar”. Deməli Albaniya adı ilə Ermənistan nəzəzrdə tutulmadığı kimi, alban sözü ilə erməni etnosu anlaşılmırdı və əksinə.

Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır: "Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin yerə aid idi".Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, "Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.

Bu zamandan "Dağlıq Qarabağ" anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır".

Kim bilir, bəlkə illər keçəcək və siyasi məqamlar, tarixə yazılmaqda olan hərəkətlər toponimlərimizi dəyişdirəcək. Hər şeyi zamana buraxmaq gərək ancaq unutmaq olmaz ki, toponimik səciyyələr fiziki-coğrafiya kimidir. Onun dəyişilməsi siyasi-iqtisadi baxışlar və bunların nəticəsi kimi formalaşan yüzlərlə elmi-statistik kitablar kimi sürətlə getmir. Gərəkdir ki, biz də bu sürətin gedişatına arxayın olmayaq, Tarix bir zamandır, istər coğrafi, istər toponomik, istər siyasi səciyyə daşısa belə. Min cürə yalanlar, gerçəkçi faktorları özlərinə bənzətmək ərəfəsində olsalar belə Tarix elə tarixliyində qalacaq. Yerli tariximizin isə öz arxivi var-milli arxivi. Bu arxivdəki qeydlər istənilən şəcərəyə sığmayan  ancaq lokallığa tabe olan bir qanunauyğunluq, gerçəklikdir. Heç kəs bunu dana bilməz. Yuxarıda yazılan araşdırmalar, görkəmli tarixçilərin fikirləri heç bir vəchlə tarixin yalanı ola bilməzlər ki! Çünki, bunun adı “kənardan baxış”dır. Nə qədər düşmənlərimiz olsa belə elmi irəli aparan onun faktlarıdır, elmin özü isə çiyinlərində büs-bütün dünyanı daşıyır. Qarabağın toponimik verilişlərində söykənmələr ancaq elmə tərəfdir və burada ortaya çıxan faktorlar  gerçəklik təcəssümü ilə öz gözəlliyini beynimizə inikas edir.

549 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Dindar, ateist-alim, idmançı…
Gənclərimizin gələcəyə virtual baxışı
UNUDULMAZ FACİƏ
Qarabağ adının keşməkeşli tarixindən
Təhsilə niyə ciddi yanaşılmır?
Müasir gəncliyin bəlası, əks təbliğat
Sosial şəbəkələr bizə nə verir
Alim və rəis
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium