saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Rüfət Soltan

Müasir gəncliyin bəlası, əks təbliğat / 15.08.2012






Söhbət narkomaniyadan, alkoqolizmdən gedir. Öncəliklə qeyd edilməlidir ki, sonu müxtəlif xəstəliklər( QİÇS, Xərçəng, epilepsiya) və ya ölüm gətirən bu amillər yayılmağa başladığı vaxtlardan lokal xarakterli məsələ olsa da sonradan bəşəriyyətin düşməninə çevrilən qlobal problemlərdən bir olmuşdur. Danılmaz faktdır ki, hər bir xalqın gələcəyi gənc nəsillərdən asılıdır. Təəsüf edici hal isə odur ki, narkomaniya gəncləşməkdədir, ona görə də bunlara müasir gəncliyin bəlası adı verilmişdir. Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdan, sosial-iqtisadi inkisafa mənfi təsir gostərən, insanların həyat və saglamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdən biridir. Həmçinin, Psixologiyada belə bir elmi nöqtə var: kiçik yaşlı uşaqların yeni yeniyetməlik dövrünə qədəm basarkən siqaretə və ya spirtli içkiyə alüdə olma halları günümüzdə rast gəlinir. Psixologiya elmi bunu belə ifadə edir ki, bu yaşda uşaqlar ətrafdakı insanlara özlərini böyüdüklərini göstərmək istəyirlər. Ailənin zəif tərbiyəsinin təsiri altında özünün böyüdüyünü, artıq böyük insan olduğunu göstərmək üçün  yeniyetmələr hər hansı bir dəlilə yaxud yardımçı vasitələrə əl atırlar. Təbii ki, ən asan yol da zərərli vərdişlərin yaranmasına və yaşanmamış gəncliyin gələcəkdə bərbat hala düşməsinə səbəb olur. Bu psixoloji faktor  sırf  hər hansı bir millət və ya xalq üçün aidiyyat kəsb etmir. Mövzuya geniş bir aydınlıq gətirsək belə bir məntiqi ardıcıllığı görmək olar: Elmin dövləti, milləti olmadığı kimi, narkomaniyanı da bütün dünya yaşayır.

Bu acınacaqlı hal, təəssüf  ki, Azərbaycanda getdikcə çoxalmaqdadır.  Rəsmi statistikaya görə artım hər il təxminən 2-3 min nəfər təşkil edir.

Gün.az saytının verdiyi xəbərə istinadən Stastistik məlumatlara görə 2010-cu il üçün ölkədə narkomanların sayı 25 489 nəfər təşkil edib, hazırda bu rəqəm 27000 - ə yaxındır. 

Təəsüf edici daha bir hal odur ki, narkomaniya gəncləşməkdədir. Belə ki, Respublikada narkomanların təxminən 5000 nəfəri ( 4 979 nəfəri) 18 – 29 yaş arasında olan gənclərdir. Narkomanların 600 nəfəri qadınlar, 12 791nəfəri isə  40-49 yaşlı kişilərdir.  Narkomanların 80 %-i damar daxili narkotik istifadəçilərdir.Respublika üzrə ən çox narkotik istifadəçilər isə Bakı və Sumqayıt şəhərlərinin və cənub bölgəsinin payına düşür.

Yuxarıda verilənlər rəsmi məlumatlardır, qeyri – rəsmi məlumatlara görə isə bu ölkədə narkomanların sayı göstərilən rəqəmlərdən bir neçə dəfə çoxdur.

Bunlarla bərabər ölkədə narkomaniya ilə bağlı əks təbliğat yürüdülür: Müxtəlif dövlət orta və ali məktəblərində, Dövlət və özəl təşkilatlarında bu istiqamətdə tədbirlər həyata keçirilir.

Ölkə başçısının sərəncamı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram təsdiq edilib. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramının həyata keçirilməsinə nəzarət işi  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə olunub və bu istiqamətdə tədbirlər görülür.

 Narkomaniya ilə bərabər Alkoqolizmi də göstərmək lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən ölümlərin təxminən 4%-nin səbəbi alkoqoldur. "Dəyərlər"in xəbərinə görə, AİDS, tuberkulyoz xəstəlikləri və müharibələrlə müqayisədə alkoqol daha çox insanın həyatına son qoyur. İçkiyə aludəçilikdən qaynaqlanan ölüm faktları Rusiya və MDB ölkələrində daha çoxdur. Bu ölkələrdə hər 5 ölümdən biri alkoqolizmdən qaynaqlanır. Ümumilikdə dünyada il ərzində alkoqolizm nəticəsində 2,5 milyona yaxın adam ölür. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, spirtli içki düşkünlüyü 60 müxtəlif xəstəliyə və travmaya səbəb olur. Ən çox yayılan xəstəliklər qaraciyər serrozu, epilepsiya və xərçəngdir, üstəlik sərxoş sürücülərin günahı üzündən yol- nəqliyyat hadisələri də baş verir.

 

Gənclərin, yeniyetmələrin pis vərdişlərə qurşanması hallarının psixoloji məqamı qısa da olsa yuxarıda qeyd olunmuşdur. Bununla bərabər məsələyə dair  digər sahələrdə müxtəlif ekspertlərin fikirlərinin yer alması məqsədəuyğundur.

Bununla əlaqədar, Kulturoloq Ulviyyə Qasımbəyli vurğulamışdır ki, əslində problem deyil, çətinlik deyilən bir anlayış vardır  və çətinlikləri də dəf etmək lazımdır: “Bizdən asılı olan və olmayan çətinliklər  mövcuddur. Bəs biz nədən başlamalıyıq?  Biz valideyn və müəllimlərimiz vasitəsilə bu çətinliklərdən yol tapa bilərik”. Hal-hazırda informasiya bolluğunun buna mane olduğunu təəssuflə qeyd edən gənc kulturoloq xanım, bir çox məsələlərin həll olunmamasında gənclərin özünün səbəb olduğunu da qeyd etmişdir.

Ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxışında mövzunun fəlsəfi və təcrubi çalarlarına toxunmuşdur: “Bu gün dünyanın ən böyük çətinliyi, problemi “iradəvi yaşam”ı imitasiya etməsidir. Əslində postmodern dövründə guya insanlar iradəvi yaşam sürürlər. Bu günkü gənclərimizin də əsas problemi budur”.

Hazırda iradəvi yaşam imitasiyasının toplumlarda davam etməsini diqqətə catdıran Hacı İlqar, bu günkü gəncliyimizin bu böhrandan qurtulmağa calışdığını da xususilə vurğulamışdır: “Bu gün iradəvi yaşamın imitasiyasına gəncliyimizin etirazı vardır. Gənclərin üzərində ən çox calışmalı olduğu bu olmalıdırki, bu imitasiyadan uzaq olsunlar. Gənclik müəyyən mənada bu ətaləti dağıtmalıdır”.

846 dəfə oxunub | 1 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Emil, e-mail; punjabiemil@list.ru | 18.11.2012 | 22:52:53
salam.adim emildi.bizleri bu cur movzularla derin bilgilere yiyelendirdiyiniz ucun tesekkur edirem.size bir sualim var.yaxin bir dosdum Epilepsiya xesdesidir. bu onda usaqliqdan olub ama bunu 2 il once bilmisik.hal hazirda mualice alir.ama 8 aydieki epileptik tutmalar olmur.indi MELEPSIN dermanini amagi ona meslehet gorubler.bu dermanin ne kimi xeyri ve ya eksine ziyani ola biler.Oxudugunuz ucun tesekkurler.Hormetle Emil

 
Arxiv (son 15 yazı)
Dindar, ateist-alim, idmançı…
Gənclərimizin gələcəyə virtual baxışı
UNUDULMAZ FACİƏ
Qarabağ adının keşməkeşli tarixindən
Təhsilə niyə ciddi yanaşılmır?
Müasir gəncliyin bəlası, əks təbliğat
Sosial şəbəkələr bizə nə verir
Alim və rəis
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium