saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

“Cinsi tərbiyəsizlik” / 10.08.2012



                                                   

Uşağın cinsi şəxsiyyətinin formalaşmasında valideynlərin rolu əvəzedilməzdir. Burada cinsəlliklə bağlı doğru məlumatlandırma ən önəmli  ünsür sayılır. Ən kiçik yaşlarından tətbiq edilməsi gərəkli olan bu cinsi tərbiyə təəssüf ki, bir çox Şərq ölkələrində olduğu kimi bizdə də “ayıb” qəlibi içərisindədir. Keçmişdən qalma mənasız bir çox inanclar  bu qəlibin divarlarını sıvayır. Əlavə olaraq elə ata-analarının özlərinin də bu tabularla böyüdülməsi, o mühitdə tərbiyənləndirilməsi bu inancları qırmağa imkan vermir, beləcə “cinsi tərbiyəsizlik” meydana gəlir. Mütəxəssislər qeyd edir ki, fərdin cinsəlliklə əlaqədar məlumatların,  düşüncələrin, necə və hansı şərtlər daxilində öyrənmiş olması çox əhəmiyyətlidir. Belə ki bu fərdi həm müsbət, həm də mənfi cəhətdən təsirləndirə bilər.

Ayıblarımızı örtməyək!

Bizdə cinsəllik mövzusunda 3 inanc vardır: o ayıb, qadağan və günahdır. Lakin bunlardan daha ötə olan insan təbiətindəki maraq duyğusudur. Məhz insanın bioloji və fizioloji inkişafından irəli gələn maraq duyğusudur ki, onun vasitəsi ilə mümkün variantlar çərçivəsində bu məsələyə dair məlumat əldə edilir. Əslində etiraf etmək gərəkir ki, bizim cəmiyyətdə ayıb anlayışı çox qəribədir. Sanki ayıblarımızı örtməklə reallığı dəyişdirəcəyimizi sanır və bu səbəbdən qadağalara baş əyirik.

Bir neçə dəfə cinsi tərbiyənin önəmi ilə bağlı gənc analarla söhbətlətim olub. “ Mənim uşağım o barədə düşünməz” , “mənim uşağım elə şeylər bilmir” –bu cavablarla susdurulmağa çalışılmışam. Lakin müşahidələrim deməyə imkan verir ki, məhz o anaların özləri həqiqətən  doğru cinsi tərbiyə görmədiklərindən övladlarına bu anlayışı ayıb, qadağa və günah çərçivəsində 1-2 cümlə ilə anladaraq onların başqa yollarla məlumat arayışına çıxmasına zəmin yaradıb.  Bu gün kimsə zəmanət verə bilməz ki, bu vəziyyət o uşağın irəli zamanda cinsi şəxsiyyətinin formalaşması  baxımından hansı nəticələri doğuracaq. Hətta araşdırmalar göstərir ki, bu kimi şəxslər gələcəkdə orgazm ola bilməmə, erkən boşalma və ya sərtləşmə pozuqluqlarla yanaşı istənməyən hamiləlik, cinsi təzyiqlər, cinsi yolla bulaşan xəstəliklər və s. kimi cinsi problemlər yaşayır.

Cinsi həyat evliliyin təməlidir

Hər nə qədər statistiki göstəricilər olmasa da, müşahidələr göstərir ki, bu gün evliliklərin çoxunun dağılmasında önəmli faktorlardan biri məhz cinsi problemlərdir. Elə bu səbəbdən bu vəziyyət cəmiyyətin sağlam təməllərini sarsıdan əsas amil sayıla bilər. Çünki unudulmamalıdır ki, cinsi həyat hər bir evliliyin əsas qoruyucusudur.  Lakin tabular mühitində yaşayan fədlər cinsi problem səbəbiylə boşanma iddiasına baş vurduğu zaman məlum olur ki, çoxluq bu problemi qarşı tərəflə heç müzakirə etməyib. Səbəb bəllidir: beynimizə hopdurulan ayıb anlayışı. Bu özü ayrıca bir problemdir, kökündə isə əlbəttə, yanlış tərbiyə durur.

Cinsi tərbiyə ailədən başlayır

Uşaq  lap körpəlikdən özünü kəşf etməyə başlar. Hətta ilk olaraq altının dəyişdirilməsi zamanı cinsi orqanına toxunar və bu toxunuşun ona həzz verici olduğunu öyrənər. Daha sonra 2-2,5 yaşlarında aldığı tualet təhsili ilə cinsi orqanına olan marağı artar. Bu zaman valideynlərin ən böyük səhvi övladlarına qarşı bu marağa görə ciddi və sərt reaksiya göstərmələridir. Bu da tamamilə yanlış bir davranışdır. Çünki bu sadəcə öz cinsini kəşf etmə duyğusudur, masumanədir. 3- 5 yaş arasında artıq  uşaq öz cinsinin fərqindədir, qarşı cinslə özünü müqayisə edib nəticələr çıxardaraq suallarına başlayar. Bu seksual suallar daha çox onun necə doğulması, qarşı cinsdəki fərqli görünüşlərlə bağlı ola bilər. Bu zaman valideynlərin sərt reaksiyası onda utanma və duyğularını gizlətmə kimi hisslər yaradar. Beləcə onun şəxsiyyət kimi formalaşmasının təməl daşını yerindən tərpətmiş olarıq. Məhz belə yanlışlıqları önləmək üçün uşağın yaşına uyğun şəkildə, sadə dildə ona gerçəkliyi anlatmaq gərəkir. Leylək gətirdi, bazardan aldıq kimi nağıllarla siz onları aldada bilməyəcəksiz. Özu də indiki dövrdə heç uşaqlar leyləklərə də inanmır axı.

7-8 yaşlarında sönən cinsi maraq yetişkinlik dövründə yenidən başlayar. Bu səbəbdən yetişkinlik öncəsi və zamanı ata-anaların cinsi tərbiyə vermələri çox önəmlidir. Çünki sizin onlara qoyduğunuz qadağalar onlar üçün keçilməz sədd deyil. Sizdən öz suallarına cavab almazsa, ən əsası cinsi problemlərini sizinlə bölüşməzsə, xüsusən yetişkinlik dövründə keçirdiyi yeni hiss və duyğuları, inkişafı ona anlatmazsanız, əmin olun ki, başqa qaynaqlara baş vuracaqdır. Araşdırmalar da göstərir ki, bu qaynaqlar çoxluqla sağlam bilgilər olmur. Və bu yeniyetmənin sağlam cinsi həyatına təsir göstərəcəkdir.  

Cinsi tərbiyədə edilən 4 səhv

-cinsəlliklə bağlı məlumat yardımı istəyən uşağa ciddi və sərt reaksiya göstərmək.

Bu zaman  maraqlanılan mövznun qadağan ya da günah olduğu düşüncəsi şüuraltına yerləşir. Unudulmamalıdır ki, belə bir qadağa və utanc anlayışı ilə inkişaf edən cinsi istək heç zaman sağlam həyat bəxş edə bilməz.

-cinsi sağlamlıqla bağlı problemləri görməzdən gəlmək

Bu da öz növbəsində çox yanlış və sıxlıqla görünən haldır. Hətta tibbi cəhətdən yardım göstərilməsi lazımı anda hər hansı cinsəlliklə bağlı  problem paylaşılmadıqda bu gələcəkdə ciddi nəticələrə gətirib çıxarda bilər.

-cinsi orqanlar daha çox utanılacaq, murdar olaraq tanıdılır

Bu məqam uşaqların  irəli yaşlarında hətta partnyorları ilə aralarında ciddi problemlər yarada bilər. Xüsusən də cinsəlliyə qarşı sərt və mühafizəkar davranışlar sərgiləmələrinə səbəb yaradar. Əlavə olaraq ata-anaların cinsi orqanlara qoyduqları uşaqcasına adlar da çox yanlış bir hərəkət sayılır. Cinsi orqanlar vagina və penis olaraq tanıdılmalıdır. Hər mövzuda olduğu kimi burada da uşaqların yaşına uyğun elmi yanaşma olması mütləqdir.

-uşaqlarda qarşı cinslərinə nifrət oyatmaq

Bizim kimi qapalı cəmiyyətlərdə bu davranış xüsusən görülməkdədir. Bu isə övladın gələcək ailə həyatının istənilən məqamında özünü göstərir. Cinsi həyat da daxil olmaqla. Yeri gəlmişkən onu da qeyd edim ki, bizim cəmiyyətdə cinsəllik sadəcə nəsil artırma kimi anlaşılır. Tamamilə yanlış düşüncədir. Cinsəllik şəxsi gigiyenadan tutmuş, qadın və kişi anatomiyasına qədər bir çox mövzuları əhatə edən elmdir.

 

Məktəblərdə cinsi təhsil

-ilk cinsi tərbiyə ailədən başlayır. Ata-analar bu mövzu ilə bağlı övladlarına doğru şəkildə ilkin bilgiləri verməlidir.

-məktəblərdə qanuni olaraq cinsi təhsil verilməlidir. Bu əslində ayrıca bir fənn kimi deyil də,  fərdi şəkildə də müəyyən olunmuş psixoloqlar tərəfindən də ola bilər.

-hər yaş dövrü üçün cinsi məlumatlandırma xidmətləri olmalıdır. Çünki bu günün və dünənin valideynləri də məhz cinsəlliklə bağlı tabularla böyümüşlər. Bu xidmətlər övladlarını doğru cinsi tərbiyə vermək üçün valideynlər, evlilik öncəsi gənclər və əlbəttə ki, istənilən yaş qrupunda cinsi problemləri yaşayan şəxslər üçün nəzərdə tutulmalıdır.

-seksologiyaya ayrıca bir elm sahəsi olaraq ABŞ və bir çox Avropa ölkələrində olduğu kimi yer verilməlidir. Mümkün çərçivədə xaricdən bu sahə üzrə mütəxxəssislər dəvət edilərək maarifləndirici tədbirlər görülməlidir.

Əslində variantlar çoxdur, sadəcə onu tətbiq etmək gərəklidir. Lakin bu gün cəmiyyətimizdəki inaclar elə bir duruma gəlib ki, onları yıxmaq çətinləşib. Bu da öz növbəsində istənilən yeniliyin tətbiqini gecikdirir. Demək, əsas iş bizlərin üzərinə düşür. İnsanın başqalarını dəyişdirməsi özünü dəyişdirməsindən daha çətindir. Buna görə də ilk olaraq özümüz bu məsələdə tabulardan qurtulmalıyıq ki, başqalarına da bunu aşılaya bilək.

 

619 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

September

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium