saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Yolruh Atalı

Qorxu – yoxdur! (İçsəs) / 27.06.2012




 

 

İnsan – Həqiqətini anlamadığı hadisələrdən qorxur.

Qorxu – Həqiqətsizlikdən yaranır.

***
Allahdan qorxu – Allahlıq həqiqətini anlamamaqdır.

Ölümdən qorxu – ölümün həqiqətini anlamamaqdır.
Ağrı-acıdan qorxu – ağrı-acının həqiqətini anlamamaqdır. 

 ***
Həqiqətə yetmək üçün özündəki Həqiqətə inanmalısan.
Adam özünə inanmayanda həqiqətsizləşir və qorxur.

***
Qorxu – özünəinamsızlıqdan yaranır.

Özünəinamsızlıq – insansızlıqdır.

***
Özünə inamı itirmək – insanlığı, özünü itirməkdir.

Qorxu – özünü itirməkdir, insanlıqdan uzaqlaşmaqdır.

***
Özünü itirmək – qorxunun asılılığına düşməkdir.

***

Qorxmaq – özünə özgələşməkdir.

Qorxuda insan özünə qarşı çevrilir.

***
Həqiqətə yetmək üçün idrak gərəkdir. Qorxu idrakı söndürür, çaşdırır – İnsanı Həqiqətdən uzaqlaşdırır, azdırır.

***
Qorxuda insan idrakı Həqiqəti uydurur. Uydurulan Həqiqət – anlamsızlıq, cəfəngiyyatdır.

***
Qorxuda Cəfəngiyyat – Həqiqət kimi bilinir, anlaşılır.

İnsanın Həqiqət tələbi cəfəngiyyatla ödənir.

***
Qorxuda insan cəfəngiyyata dərindən inanır, bağlanır, onun asılılığından çıxa bilmir.

***
Cəfəngiyyata inam – qorxmaq yoluyla qorxuya inamdır.

***

Qorxuya inamın kökündə insanın ağrı-acıdan, iztirabdan qurtulmaq istəyi dayanır.

***

İnsan qorxuya inanmaqla iztirabdan qurtulmur, ağrı-acısı daha da artır, üstələnir.
***
Qorxuya inam – insanda dərin özünəinamsızlıq yaradır.
***
Özünə inanmayan – qorxusundan hər şeyə inanır.

***
Allaha inanmaq – Allahın əzabından qorxmaqdır, ondan qurtulmaqdır.  

***

Cəhənnəmə inanmaq – cəhənnəm əzabından qorxmaqdır, ondan qurtulmaqdır. 

***

Cənnətə inanmaq – nəşə, həzz əldə etməkdir, əzabdan qorxmaqdır, ondan qurtulmaqdır. 

***

Ölümdən qorxmaq – ölmək əzabından, yox olmaqdan qorxmaqdır, ondan qurtulmaqdır. 

***
Qorxu – insanın İnamsızlıq, İdraksızlıq, Həqiqətsizliyindən yaranan iztirabdır.

***
Dünyada İnam, İdrak, Həqiqətdən böyük ruhani həzz yoxdur.

***
Dünyada İnamsızlıqdan, İdraksızlıqdan, Həqiqətsizlikdən böyük ağrı-acı, iztirab – qorxu yoxdur.

***
Qorxu bütün iztirabların başıdır.

***
Qorxuya inamda insan qarşılaşa biləcəyi cəzalar, əzablar, ağrı-acılardan soraq alır, onları təsəvvür edir, ağlında canlandırır və içində yaşayır.

***
Qorxuya inanan əzabı həmişə gündəmdə saxlayır. Ona görə də insan cəzanın, əzabın sanki indi baş verdiyinə inanır, onu gözləyir və özünü itirir – bununla da sarsılır, iztirab çəkir, üzülür, gündə yüz yol ölüb-dirilir.

***
Qorxuda insanın nəzərdə tutduğu, qıraqdan gözlədiyi, uydurduğu cəza, əzab əslində heç vaxt gerçəkləşmir. İnsan uydurduğu cəfəngiyyatın əzabını, ağrısını yalnız içində çəkir.

***
Qorxu – heç vaxt baş verməyəcək, olmayacaq iztirablı hadisənin insanın içində yaşanmasıdır.

***
Qorxu – insanın hadisələrə doğru, düzgün olmayan yanaşmasının acısı, iztirabıdır.  

***
Dünyanın mahiyyətində, özülündə qorxu – yoxdur.

Yalnız insanın dünyaya yanaşmasında qorxu – var.

***
Həyatın mahiyyətində, özülündə qorxu – yoxdur.

Yalnız insanın həyata yanaşmasında qorxu – var.

***
İnsanın mahiyyətində, özülündə qorxu – yoxdur.

Yalnız insanın özünə, başqasına yanaşmasında qorxu – var.

Ona görə ki, İnsanın Dünyaya, Həyata, özünə yanaşması Həqiqətə əsaslanmır.

***
Qorxudan çəkinmək – ağrı-acıdan, iztirabdan çəkinməkdir.

***
Qorxunu yenmək – ağrı-acını, iztirabı yenməkdir, Həqiqət əsasında yaşamaqdır, qorxmazlığa yetməkdir.

***
Dünyanın yox olacağına inanmaq – qorxaqlıqdır.

Dünyanın yox olacağından qorxmaq – dünyanın qayğısına qalmaq deyil, özünün yox olacağından qorxmaqdır.

***
Həyatın sona yetəcəyinə inanmaq – qorxaqlıqdır.

Həyatın sona yetəcəyindən qorxmaq – həyatın qayğısına qalmaq deyil, özünün yox olacağından qorxmaqdır.

***
İnsanlığın sona yetəcəyinə inanmaq – qorxaqlıqdır.

İnsanlığın sona yetəcəyindən qorxmaq – insanlığın qayğısına qalmaq deyil, özünün yox olacağından qorxmaqdır.

***
İnsanı cəzayla qorxutmaq – qorxaqlıqdır.

***
Qorxuyla inandırmaq – inamsızlıqdır.

***
Qorxuyla tərbiyələndirmək – pozmaqdır.

***
Əslində qorxu yoxdur – qorxusuzluq var. Yalnız qorxusuzluğun olmadığı yerdə qorxu var.
Qorxusuzluğa çatan – qorxudan qurtulur.

***

Qorxusuzluq – ruhani həzz, fərəhdir, qorxu – mənəvi iztirab.

***
Qorxunun özü – yoxdur, yalnız özünün qorxaqlığın var.

***
İçində qorxu yoxdursa – heç nədə qorxu yoxdur.

 

Atamız var olsun!

 

21 Şölə 34-cü il.

(21 iyun 2012).

 

www.asifata.com

ocak@asifata.com

760 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Həzz – İztirab (İçsəs)
Tükənmə – Varolma – Yoxolma – Zaman
İnam – İdeal – Ehkam
İdeallaşdırma
Qısqanclıq
Qorxu – Mütləq – İdeal
Ucalıq – Alçaqlıq (İçsəs)
Özümlüyə doğru (İçsəs)
Dəyərləndirmə – Mənalandırma
Qorxu – yoxdur! (İçsəs)
Gözəlliyə inam (İçsəs)
Müqəddəs olmaq (İçsəs)
Yaxşılıq – Yamanlıq (İçsəs)
«Molla Nəsrəddin» fədakarlıqdan yarandı
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

September

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium