saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Rus tarixini yaradan türk / 22.06.2012



                                          

“Poskrebi kajdoqo Russkoqo, okajetsya Tatarin”

 

Elmə əsaslanmayan, yalnız emosiyalardan doğulmuş tarixlər çox yazılıb, Rusiyanın tarixi kimi. Bu ölkəni tapmacaya da bənzətmək olar. Tarixinə dair cavablar  sadə olsa da, açması çətindir. Çoxları bu səbəbdən araşdırmalar üzərində yarışıblar, sonda gerçəkliklər ortaya çıxıb, amma onu dilə gətirmək heç də asan iş deyilmiş. Bunu edənlər də  barmaqla sayılacaq qədərdir. Rusların gerçək tarixindən bəhs etmək üçün cildlərlə kitab yazmaq bəs etməz, onun üçün mən də bu işdən kənaram. Lakin bəzi məqamları qeyd edərək rus tarixini yaradan türk Karamzin haqqında  bəhs etməyə dəyər deyə düşünürəm. Çünki bu ad Dostoyevski, Yusupovlar, Geremetyevlər, Turgenev, Bunin kimi Rus dövləti və milləti adına tam mənası ilə bərabər tutula bilən nəhəng adlar siyahısındadır.

Ruslarda yaxşı bir söz var: “Poskrebi kajdoqo Russkoqo, okajetsya Tatarin” . Doğurdan da bu məsəlin gerçək payı kökləri araşdırdıqca meydana çıxır. Və nəticədə anlaşılır ki, türk soyadı rusun tarixində təsadüfi hal olmayıb, bu  tarixi faktorların nəticəsidir. Bilindiyi kimi xüsusən son iki əsr içərisində rus adı altında onlarla xalq, xüsusən də türk mənşəli olanlar əsillərini itirdilər. Məlumatlara görə, 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan sildilər, rusların və ya başqa xalqların üstünə yazdılar, çünki o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyətinə onun əmlakına baxılan kimi baxırdılar. Yetinməyib türk adları, soyadları ruslaşdırıldı. Bu əslində sadəcə siyasi hakimiyyətin yox, keçmiş əsrlərdən bəri  türkün canlı tarixini yox edən məhz rus tarixşünasları, ədəbiyyatşünaslarının “əsər”i idi. Bu olaylara zəmin yaradanlar içərisində təəssüf ki, Karamzin də var idi.

Saray tarixçisi Karamzin

Karamzin kimi öz kökündən qopub başqa millətlər üçün tarix yaradanlar çox olub. Amma təbii ki, axır-əvvəl doğrular yerini tutacaq. Zarafat deyildi, rusun adından danışmaq bu adama həvalə olunmuşdu. Bəs o kim idi?

Nikolay Mixailoviç Karamzin qədim türk yurdu Simbir əyalətinin Karamzinka kəndində 1766-cı ilin dekabrın 1-də anadan olmuşdur. Soyadının kökü  Karataev, Karakozov, Karatiqin soyadlarından gəlir.  “Kara “sözü türkcədə böyük, güclü, mötəbər anlamlarındadır. Ulu babaları Kara Murza sərkərdə olub. Onun adından bu soyad törəmişdir. Lakin ailədə artıq həmin qədim baba unudulmuş, özlərini XVI əsrdə yaşamış Semyon Karamzinin törəmələri sayırdılar. Qızlıq soyadı Pozuxina olan anası da məşhur ailədən idi. Oğlunu doğarkən ölmüşdü.

Bəlkə də lap uşaq çağlarından yaşadığı və şahidi olduğu olaylar onu tarix yazmağa vadar etmişdi. Kiçik yaşda Puqaçov üsyanından ailəsi ilə birlikdə qaçan Karamzin az keçməmiş Böyük Fransa inqilabının (1789-1794) şahidi ola bildi.

Ona ən çox səs gətirən əsəri “Bədbəxt Liza” oldu. Lakin o tarixi şeirdən, nəsrdən, hətta  jurnalistikadan üstün tutub, bu işə daha ciddi yanaşmağa başlayır. Karamzin keşmiş tarixçilərin əsərlərini çox dərindən araşdırır. O sadəcə tarixi yazmaqla qalmır, eləcə də “yaradır”. O bacardığı qədər rusun kökünü dərinliklərə çəkirdi. Elə bu səbəbdəndir ki, çar ailəsi onun başına fırlanırdı. Hətta Şahzadə Yekaterina onu qubernator təyin etdirmək istəsə də, o bunu qəbul etmir. Aleksandr Puşkin onun istedadı haqqında deyirdi: "Amerikanı Kolumb kəşf etdiyi kimi, Qədim Rusiya da Karamzinlə kəşf edildi".

1812-ci ildə başlanan Vətən müharibəsi onun yazdığı "tarix"i yarıda qoyur. Cəbhəyə könüllü gedən Karamzin Moskvadan ən axırıncı çıxanlardan olur. Savaş bitdikdən sonra o yenidən tarix yazmağa davam edir. Beləliklə, 1816-cı ildə Peterburqa yerləşən yazıçı bir daha dönüb Moskvanı görmədi. Ömrünün sonuna kimi (1826) Peterburqda imperatorun Yaylaq sarayında (Çarskoe Seloda) yaşayır. İndi onun və arvadının məzarı Aleksandr- Nevski xiyabanındadır. "Mən təkcə tarixlə məmnunam", deyən Karamzin 12 cildlik "Rus dövlətinin tarixi" kitabını Romanovların tarixinə qədər (1613) işləyib çatdıra bildi.

O Rus üçün  tarix “yaratdı”

Tarixçi P.N.Milyukov 1898-ci ildə yazırdı: ” Onlar (rus tarixşünasları) özlərinə müasir hadisələri tendensiyalı-qərəzli verməklə kifayətlənməyib keçmişdəkilərin də işıqlandırılmasında istədikləri mövqedən yazırdılar. Rus dövləti, Kiyev vərəsəliyi, Moskva hökmdarına aid siyasi sərəncamlarının ədaləti barədə bir neçə əfsanə uyduruldu. Beləcə Moskallıq doğuldu.” Günəmuzd akademiklər Rusiyanın tarixini hər dəfə köçürərkən buradan da anlaşıldığı kimi faktları qoyub miflərə əsaslanırdılar. Saxta patriotizm yaratmağa çalışaraq əsl rus tarixinin kökündəki türk izlərini silib tamamilə slavyanlaşmış rus tarixi yaradılır. Bu işi Vladimir Monomax başlamışdı, Nestor Salnaməsi ilə slavyanlaşdrma əməliyyatı davam etdi. Beləcə rus tarixi qıpçaqlardan (türklərdən) təmizləndi. Lakin gerçəklik tamam başqadır:

Axı ilk ruslar slavyan deyildilər! Onlar varyaqlar (isveç mənşəli əhali nəzərdə tutulurdu) idi. Necə oldusa, sonralar salnaməçilər tərəfindən varyaqlar-skandinaviyalılar slavyanlaşdırıldı. Üstəlik bu gün Rusiyada rəsmi baxışa görə, qədim rusların etnik birliyi Kiyev dövlətinin bütövlüyü dövründə(IX-XII əsrlər) formalaşıb. Üç əsrdən az müddətdə necə millət formalaşa bilər ki? Bəs bu gün niyə Kiyevin yerli əhalisi rus adlanmır? Kiyev Rusunun yaranmasına qədər o ərazidə yaşayanlar yad planetlilər deyildi ki?! Bu suallardan yan keçmək rusun adətinə çevrilib. 911-ci ildə Kiyev knyazları ilə Bizans arasındakı müsqavilənin mətnində ruslar(əsl ruslar-varyaqlar) qul kimi satılıb-alına bilməzlər deyə şərtlər yer alır. Slavyanların adı çəkilmir. X əsrdə slavyanların ruslar üçün gəlir mənbəyi olması –bu qul alveri Bizans mənbələrində də qeyd edilir. Tarixçi V.O. Klyuçevski (1841-1911) yazırdı: “İlk rusların –varyaqların və onların druijniklərinin adları skandinav mənşəlidir.”Lakin bu gün heç bir rus bu gerçəyi qəbul etmir.

Rus sözünün özü qədim varyaqcada “avarçılar, dənizçilər” mənasında olub. Hətta bu gün finlər və estonlar qədim qonşuları olan İsveçi “Roussyia” adlandırırlar. Slavyanlar isə qədim venedlər idi. Onlar haqqında ilk dəfə  Böyük Plinin məlumat verirdi. Digər Roma tarixçisi Tatsit də bu məlumatı təsdiqləmişdir. Slavyanlarla ruslar qonşu belə olmayıblar, onları Baltik dənizi ayırırdı. Hətta o vaxtların səlnamələrində rusların slavyanlarla döyüşə girdikləri, ruslara vergi verdikləri qeyd olunurdu. Bütün monastırlarda hifz olunan salnamələr çarın icazəsi ilə yalnız Karamzinin əli altında olsa da, o  bu gerçəkliklərdən necə bixəbər idi?

Karamzinin Rusiya tarixi üçün ən böyük səyi əlbəttə ki, dil sahəsində də oldu. Onun “İlk slavyan əlifba müəllimləri” haqqındakı qeydləri bu gün nə Bizans, nə də başqa sənədlərdə təsdiqini tapır. Burada söhbət Kiril və Mefodin qardaşlarından gedir, guya imperator Mixail 898-ci ildə onları göndərir ki, slavyan dilinə kitablar tərcümə etsinlər. Əfsanənin qədim slavyan tərcüməsində yazılır: “Xersonesdə Kiril rusun yanında rusca savad və dil öyrənirdi”  Elə bu söz özü Kirilin rus olmadığını göstərir. Mixail üstəlik 867-ci ildə öldürülmüşdü.Və təbii ki ölümündən 31 il sonra heçkəsi heç hara göndərə bilməzdi. İkinci bir önəmli məqam alman alimi L.Müller qeyd edirdi ki, bu əfsanədə rus tarixçiləri suriyalı ( sur) kəliməsini rus ilə əvəz ediblər. Kiril kimi bir çoxları Suriyalı alimlərdən dərs alır, bu dili öyrənirdilər. Bu da normal idi. Üstəlik Kiril əlifbası- “xüsusi slavyan əlifbası” Kirilin ölümündən sonra meydana çıxıb. İddia edildiyi kimi əvvəl yox! Çünki əfsanənin ilk slavyan tərcüməsində qeyd edildiyi kimi qoca  ölümündən cəmi bir neçə gün əvvəl Kiril adını götürür. Ömrü boyu o Konstantin adı ilə yaşamışdı. Beləliklə Karamzin öz “maarifçiliyini” Nestorda olduğu kimi davam etdirərək təəssüf ki, yeni bir yanlışlığın əsasını qoyur.

Karamzin və bir çox tarixçilərin iddia etdiyi kimi Qədim Kiyev slavyan deyildi. Arxeoloji qazıntılar burada V-VI əsrlərdə məskunlaşma olduğunu təsdiqləyir. Bunu ərəb mənbələri qeyd edir. Amma rus səlnaməçiləri və tarixçiləri 300-350 illik bir zaman müddətini sıfıra endirib 854-cü ildə bu şəhərin bina edildiyini söyləyir. Məhz IX əsrdə Kiyevdə varyaqlar-əsl ruslar ağalıq edirdilər. Bəs necə oldu ki, qul averində istifadə olunan slavyanlar birdən-birə ağa oldular? Çox bəsit. İlk öncə səlnaməçilər və tarixçilər Varyaq hakimlərinin adlarını dəyişdirdilər.

Əslində isə heç Kiyevin varyaqlara da  bir dəxli yoxdur. Onlar hazır şəhər tutdular. İşğal tarixini şəhərin bina olunması tarixi kimi qeyd edirdilər. IX əsrdə  hamı yaxşı bilirdi ki, kiyevlilər qədimdən türkcə danışıblar. Çünki onlar türk-qıpçaq olublar. Kiyev türkcədə “kürəkən yurdu” deməkdir. (“Kiy”-göy, kürəkən “ev”- ev). Başqa bir versiyada qeyd edilir ki, şəhərin adı “qıy, kiy” sözündəndir. Bu da məhz türkcədir. Hüdud, sərhəd, qıraq, kənar mənalarındadır. V əsrdə şəhər gömrük mövqeyində idi, sərhəd idi. Görünür həmin türkcə məna slavyanca okraina (kənar, qıraq) kimi tərcümə olunmuş və ölkəyə Okraina deyilmiş, sonra Ukraina şəklini almışdır.

Kiyevin hakimləri Qonşu Avarıstanın, Xəzəristanın hakimləri kimi xaqan adlanıblar. Bu isə Dəşti-Qıpçaq ölkəsini təşkil edirdi. IV əsrdə yaranan bu ölkə Xalqların Böyük Köçünün nəticəsində XVIII əsrə qədər yaşayıb.

Əcdadları necə var elə qəbul etmək gərəkir, nə şişitmək, nə də kiçiltmək. Türk Karamzin təəssüf ki, Rusiya tarixini tam bunun əksinə əvvəlki yoldaşlarına sadiq qalaraq dolanbaclarla “yaradır”. Əslində isə deyirlər ki, hər xalqın tarixini öz oğlu yazmalıdır. Özgəsi öz xalqının və dövlətinin mənafeyi baxımından təsvir edir. Demək Karamzin əslində bizdən olsa da, bizim deyilmiş.

 

509 dəfə oxunub | 2 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Nərmin Məmmədli, e-mail; nerminmemmedli@gmail.com | 26.06.2012 | 11:07:02
Minəxanım, mənbəyə qalsa, bir neçə kitabdan istifadə etmişəm.Sizin kitabınızı oxuduqdan sonra bu məqaləni yazmaq qərarına gəlmişəm.Mən sizin araşdırmalarınızı diqqətlə izləyirəm,heç bir şəkildə öz adıma çıxmamışam.Siz Karamzin haqqında yazmısınız,mənsə Karamzinin Rus tarixi üçün etdiyi yanlışlıqlar haqqında.O səbəbdən yazıya daha diqqətlə yanaşmanızı istərdim.

minaxanım, e-mail; minexanim@yahoo.com | 25.06.2012 | 19:08:36
Nermin xanım, size əvvəl də yazdım, bu mənim "Rus tarixini yaradan türk:Karamzin" yazımdır."Türəsilli ruslar" kitabımdan götürülmüşdür. Dəfələrlə çap edilib, habelə Türkiyədə. Bunu hamı bilir.Mənim bu səpkidə çox yazılarım-araşdırmam var.Sizin olmayan bir yazı sizə hansı şöhrəti gətirə bilər? Xahiş edirəm, buna son qoyun.

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium