saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
İşıqlı Atalı

20 il Şuşasız / 09.05.2012



Şuşanın tarixi uzaq yüzillərə gedib çıxmasa da, bizim üçün tarixlərdən çox ucadır. O yerlərdə yaşayan soydaşlarımızın bu gün Şuşalı çağlardan böyük bir nisgillə danışması ürək parçalayır. Dərd dərdə calanır: Qarabağın azadlığının ip ucu isə görünmür. Qarabağ probleminin həlli müşkülə dönüb, çıxılmaz dalana dirənib... 

“Qarabağ problemi – Ümumtürk problemidir”: bu, Mütləqə İnam Fəlsəfəsinin və Ocağının Yaradıcısı İnam Atanın (Asif Atanın) fikridir. Qarabağ problemi başlayandan İnam Ata bu məsələyə münasibətini ardıcıl olaraq bildirib. Uzun illərdən sonra bu mövzuda Ata düşüncələrinə qayıtmaq, ondan yararlanmaq olduqca gərəklidir. İnam Ata gününün bir neçə saatını məcburi olaraq siyasətə ayırırdı. Xalqın Ata sözünə, görümünə gərəyi vardı. O, olayların mənasını, mahiyyətini xalqa anladırdı. Özü bu haqda deyirdi: “Təəssüf ki, dediklərim düz çıxır. Kaş Ata bircə dəfə yanılaydı...” 

Görüşlərin birində Atadan soruşmuşdular: “Qarabağ alınsaydı, hansı hisləri keçirərdiniz?” Ata belə cavab vermişdi: “Qarabağın alınması Atanın ömrünü uzadardı”. 

Bəli, kədərimız böyükdür, ancaq kədərdən güc almağı bacarmasaq, o zaman ruhumuz yenilər. Ata bu münasibətlə deyirdi ki, fəlakət insanı, xalqı dağ da edə bilər, dağıda da bilər. Fəlakətdən güc almaq gərək.

Atanın uzun illər bundan öncə Qarabağ problemi ilə ilgili yazdıqları birmənalı olaraq zamandan üstünlüyü və xilas yolu göstərməsindədir. 
İnam Atanın Şuşanın Qarabağın tarixi taleyində əvəzsizliyi barədə 1988-ci ildə yazdığı fikri olduqca maraqlıdır: "Qarabağın əsl, təbii, tarixi başşəhəri Şuşadır. Stepanakert – süni, qondarma, yalançı, başşəhərdir. Dağlıq Qarabağ muxtariyyatı – qondarma, süni, zorakı bir düzəltmədir: Xəlqi birliyi pozmaq, yağılıq közünü alışdırmaq, "Oğru yadına daş salmaq" niyyətinə xidmət eləyir. Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar! Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər! Ya Azərbaycanın Dağlıq Qarabağ üzərində səlahiyyəti formallaşacaq, ya da Dağlıq Qarabağ muxtariyyatı formallaşmalıdır. Üçüncü yol yoxdur. Qarabağda erməni muxtariyyatını formallaşdırmaq gərək, son nəticədə yox etmək!”

Ata hələ adıçəkilən münaqişə başlayanda çıxış yolunu belə göstərmişdi: “İlk addım: Azərbaycan qaçqınlarını Dağlıq Qarabağda yerləşdirmək, demoqrafik vəziyyəti dəyişdirmək! Erməni sionizmi murdarlığını Qarabağdan təmizləmək gərək. Azərbaycana qarşı xain qəsd! Qorunmalı, gözləməli, verməməli!" 

Bir az sonra konkret həll yolları haqda Ata yazırdı: "Birinci mərhələ: Vilayəti Azərbaycan ərazisində saxlamaq. İkinci mərhələ: Vilayəti Azərbaycanlaşdırmaq: demoqrafik vəziyyəti kökündən dəyişmək. Üçüncü mərhələ: Yağıyla döyüşmək". 

Təəssüf ki, Atanı eşitmədilər... İndi Qarabağ problemi təpədən-dırnağa beynəlxalqlaşdırılıb, ona görə də çıxış yolu görünmür. 

Ata sözün gerçək mənasında fəlakətlərimizdən çıxış yolunu onun istədiyi səviyyədə xalqın yaranmasında görürdü. Az sonra durumu dərindən təhlil edən İnam Ata bu qənaətə gəldi: “Cənubi Azərbaycan problemini həll etmədən – Qarabağ problemini həll etmək olmaz. Əslində Qarabağ problemi Cənubi Azərbaycan probleminin bir hissəsidir”.

O, şübhəsiz, burada Qarabağ probleminin tam həllini nəzərdə tuturdu. Həmişə görüşlərdə, izharlarında vurğulayırdı ki, siyasi dünya Nəsimi, Füzuli tanımır, ərazi böyüklüyünü, əhali çoxluğunu, iqtisadi gücü tanıyır. Böyük ruhaniyyat imkanı, qabiliyyəti olan xalqın həm də gerçək siyasi dünyada varlığını qorumaq üçün gücü olmalıdır. Ona görə də xalq Mütləqə İnam əsasında zaman-zaman varlığını ortaya qoymalıdır. 

Bu, çətin yoldur, çoxlarına hətta mümkünsüz də görünə bilər, ancaq başqa yol yoxdur. İnam Ata heç zaman asan yolun uğuruna inanmırdı.

Erməni isə gerçək siyasi dünyanın halına tamamilə uyğundur. Ermənilər istəklərinə çatmaqdan ötrü hər sayaq murdarlıqlara əl atdılar və atmaqdadırlar. Ancaq İnam Ata erməninin qətiyyən sabahını görmür: “Bir xalq kimi gələcəkləri yoxdur, arxdırlar – axacaqları çayları, dənizləri yoxdur, özləriylə də dostluq eləmək olmaz, yola çıxmaq olmaz – satarlar, satılarlar, qapıdan içəri qoyulası deyillər, çünki evinə yiyələnərlər”.

Bu gün “humanist” görünən dünyanın Qarabağ probleminə yanaşmada bəhrəsiz səy göstərməsi məsələsi ilə bağlı Ata hələ 1990-cı illərin əvvəllərində bunları yazırdı: “Dünyanın Qarabağ Davasına qatılması – Dünyanın üzərimizə yeriməsidir”.

Erməninin niyə sabahı yoxdur? Bəşər mədəniyyətinə heç bir dəyər verməyən erməni sabahda sərmayəçilik, bicliklə var ola bilməz. Ata yazır: “Pul kisəsi, xəyanət kanı olmaq; hər ikisi dünyanın halına uyğundur. Bəli, dünya xəyanəti pisləyir. Əslində isə siyasətdə xəyanət yaşayır. Xəyanətlə dünyanın məhəbbətini qazanmaq olmaz. Bu səbəbdən də erməninin dostu yoxdur. Ona görə də müəyyən dövrdən sonra erməni tək qalacaq. Bu, mənə gün kimi aydındır. «Böyük Ermənistan» ideyası puçdur. Dünyanı erməniyə görə heç kəs bölməyəcək”. 

Türkmənçay müqaviləsi Azərbaycan türklərinin vahid tarixi torpaqlarını parçaladı. Həmin bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. 

O çağdan ermənilər Qarabağın axar-baxarlı yerlərində məskunlaşdırıldılar. 

Azərbaycan türklərinin parçalanmış xalq olduğu deyilməlidir. Tarixi ərazilərimizin böyük bir hissəsinin İranın əsarəti altında olduğu soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır. 

Əgər Azərbaycan türkü sözün əsl mənasında milli vüqarını, bir fərd olaraq aqibətini yaratmasa, tarixi taleyinə yiyə durmasa, başına gələn, gətirilən fəlakətlərdən güc almasa, Vətənimizin sabahını yarada bilməyəcəyik.

Faciəsini unudan millət var olmur. Tarix boyunca faciələrlə üz-üzə gəlməyimiz həm də dünyanın türkü sevməməsilə bağlıdır. Dünyanın xilasını türklüyün var olmasında, onun yaratdığı Mütləqə İnam dünyabaxışının təsdiqində görürəm.

Atamız var olsun!

689 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
20 Yanvarı ötmək
Qurulmalı, qorunmalı Türk Birliyi
İkinci Cahan Savaşı – İnsansızlığın Təntənəsi
İnam Atasız 16 il
Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar
Ermənilik – dünyanın oyunçuluğuna uyuşmaqdır
Novruz Türkün yaratdığı bayramdır
Hüseyn Cavid Əbədiliyi
28 May Ləyaqəti Dövlətçilik – milli, insani nemətdir.
20 il Şuşasız
28 Aprel işğalı
28 Aprel işğalı
Novruz və Ocaq bayramları
Faciədən çıxmaq
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

October

»
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium