saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

“Azərbaycan Qadınının Dubaya gedən yolu” / 24.04.2012



Bu gün dünyada silah alverindən sonra ən çox gəlir gətirən sahə insan alveridir. Bu “canlı ticarət”də  əsas rol qadınların payına düşür. Doğrudur, bu ticrətin qurbanları sırasında kişilər və uşaqlar da az deyil, lakin qadınlar çoxluq təşkil edir. Bu səbəbdən məhz qadın ticarətinin gizlinlərindən bəhs etməyi məqsəd bildik, özü də onun Azərbaycan variantından.

Naxçıvan fahişəliyə aparılan qadınlar üçün tranzit nöqtədir

Azərbaycan qadın alverçiləri üçün  mənbə və tranzit ölkədir. Yerli qurbanlar Rusiya, Türkiyə, İran və Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrə göndərilir. Eyni zamanda Azərbaycandan MDB-dən olan qurbanlar üçün daşıma məntəqəsi kimi də istifadə olunur. Amerikanın Dövlət Departamentinin insan alveri haqda illik hesabatının Azərbaycana aid hissəsində də Moldovadan, Özbəkistandan, Qazaxıstandan Türkiyəyə fahişəliyə aparılan qadınlar üçün Azərbaycanın  tranzit ölkə rolu oynadığı qeyd olunur. Hətta burada Naxçıvan şəhərinin Türkiyəyə aparılan qadınlar üçün keçid nöqtəsi olduğu vurğulanır. Yeri gəlmişkən onu da bildirək ki, Türkiyə DİN--nin Xaricilərlə işlər, sərhəd və miqrasiya məsələləri departamentindən verilən məlumata görə Türkiyədə olan Azərbaycan qadınlarının 43% -i bu alverin qurbanıdır. Həmin qadınlar Naxçıvan şəhərindən qeyri qanuni keçirilməklə Trabzon, İstanbul, Antaliya, Ankara, Bodrum vilayəti və digər şəhərlərə gətirilərək əxlaqsızlığa vadar edilir.

Qeyd edək ki, yuxarı instansiyalar bu hesabatla razılaşmasalar da, məsələdən agah olanlar yəqin ki, şübhəyə düşməzlər. Əlavə olaraq həm qadınları, həm də kişiləri seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistan kimi ölkələrə göndərilməsi də yeni “dəb”dir. Daha dəhşətli faktlar isə uşaqlarla bağlıdır. Onlar cinsi istismar məqsədilə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərilirlər. Onu da bildirək ki, qadın alveri həmçinin ölkə  ərazisində də geniş yayılıb. Bununla ilə bağlı faktların daha çox rast gəlindiyi bölgələr isə əsasən Bakı, Gəncə, Əli Bayramlı, Mingəçevir, Xaçmaz və cənub bölgəsidir.

Bədən alveri ilə məşğul olan məmurlar kimlərdir?

Maraqlı məqam burasındadır ki, əksər hallarda yuxarıda sadalanan tranzit üzrə hərəkət edən qadınların heç biri saхlanılmır. Bu isə bədən alveri edən qüvvələrin arxasında “güclü əl”lərin olduğundan xəbər verir. Çünki məhz bu prosesi onlar tənzimləyirlər. Əks halda o qüvvələrin yardımı olmasa, qadınlar saxta pasport düzəldərək sərhəddən qanunsuz keçə bilməz. Və ya yüksək vəzifəli şəxslərin dəstəyi olmadan Bakıda və başqa bölgələrdə kiminsə bar, restoran, sauna, masaj salonu adı altında əxlaqsızlıq yuvaları saxlaması mümkünsüzdür. Hətta iş  o səviyyəyə çatıb ki, əksər qeyd edilən məkanlarda müştərilərə qadın təklif edilməsi adi bir hala çevrilib.

Dünya üzrə insan alverindən əldə olunan illik qazanc 34 milyard dollardır, bunun isə çoxu məhz qadın alverindən qazanılır. Bizim rəsmilər isə Azərbaycanda bu cinayətkarlıqla məşğul olan şəbəkənin illik gəlir miqdarını açıqlamaqdan boyun qaçırır. Səbəb olaraq isə açıqlandığı təqdirdə həvəsləndirici amil olacağını söyləyir. Bu isə özlüyündə məsələnin nə qədər geniş vüsət aldığını ortaya qoyur.  Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri  Əlövsət Əliyev bu ticarətin Azərbaycanda gəlirli sahə olduğunu qeyd edərək hətta onun hesabına  istər burda, istərsə də xaricdə bahalı daşınmaz əmlak alanlar, nəhəng gəlir əldə edənlər haqda məlumatları olduğunu söyləyir. Həmin adamlarla bağlı cinayət işlərinin açılmasına nail olsalar da, onların məsuliyyətə cəlb edilməsini təmin etmək mümkün olmayıb.

İnsan alveri ilə mübarizədə manipulyasiyanın mövcudluğu məsələnin həllində ciddi problemdir. Çünki bu işdə əhalinin maarifləndirilməsi ilə yanaşı əsas məsələ təbii ki, təqsirkarların cəzalandırılmasıdır. Lakin çoxluqla əsas oyunçular kənarda qalır, sadəcə vasitəçilər cəzalandırılır. Ən faciəvisi də odur ki, bu oyunçular içərisində hətta hüquq-mühafizə orqanlarında çalışan şəxslər də var. Bu məqamı Qadın Krizis Mərkəzinin rəhbəri  Mətanət Əzizova da təsdiqləyərək mərkəzlərinə bu barədə bir çox məlumatların daxil olduğunu qeyd etmişdi.  Xüsusən də bu məsələdə polislərin adı daha çox hallanır. O zaman belə qənaətə gəlirik ki, ya polis insan alverinin mahiyyətini anlamır, fahişədir, bədənini satıb pul qazanır deyir, ya da bilərəkdən müəyyən gəlir əvəzində susur və göz yumur.

Yalançı iş vədlərinə inanmayın!

Başlanğıcda da bildirdiyimiz kimi iqtisadi çətinlik, işsizlik və digər səbəblərdən xüsusilə qadınlar bu ticarətin qurbanına daha tez çevrilirlər. Bəs bu insanlar necə tora düşürlər? Yəqin ki, qəzetlərdə, işə düzəltmə firmalarında, internet vasitəsi ilə iş, təhsil almaq və nikah haqqında elanlarda  yüksək əmək haqqı, kariyerada yüksəlmə vədləri dolu olanlarla çox qarşılaşmısınız. Əsasən gözəl görkəmə malik, 18-25 yaş arası xanımlara üstünlük verildiyi xüsusən qeyd edilir. Nə haqqında bəhs edilən şirkətin adı olur, nə ünvanı. Bir tək şəxsi əlaqə nömrəsi, bir də Gülnarə xanım, Şölə xanım, Rafiq bəy kimi müxtəlif şəxs adları. Təbii ki, bu növ elanlar sadəcə tora salmağın yollarından biridir. Bu vasitə ilə ovunu yaxalayan ovçular öz məqsədlərinə asanlıqla nail olurlar. Və qurbanlarını özlərindən asılı vəziyyətə salırlar. İlk öncə passportları əlindən alınır, daha sonra alverçiləri tərəfindən üzərlərinə yıxılan borcları ödəmək üçün xüsusi ev və agentliklərdə əxlaqsızlığa vadar edilir və bunu etmədikdə daha ağır formada zorakılığa məruz qalırlar. Nəticə etibarı ilə bu alverin qurbanına çevrilirlər.

İnsan alveri qurbanları ilə fahişələr arasında böyük fərq var

Beynəlxalq və yerli qayda-qanunlar arasında insan alveri ilə bağlı ciddi fərqlər mövcuddur ki, bu da bu problemin köklü həllində maneə törədir. Belə ki, Azərbaycan qanunları ilə ölkədaxilində qadın alverinin qurbanı heç də “ insan alverinin qurbanı” sayılmır. Yerli qanunvericiliklə, qurban yalnız ölkədən kənara çıxarıldığı halda bu, insan alveridir. Beynəlxalq qaydalara görə isə cinsi istismar o zaman insan alveri sayılır ki, qurban şantaj olunur, döyülür, sənədləri alınır, narkotikadan asılı edilir. Qısacası bizdə əsas sərhədlər nəzərə alınır. Yəni ölkə daxilində bu hal baş verdikdə insan alveri kimi qeyd olunmur.  Beləcə bu fərq ölkədə bu növ cinayətkarlıq sahəsində yeni tendensiya yaranmasına səbəb olub ki,  bu da Azərbaycanda insan alverçiləri üçün daha «sərfəlidir». Çünki ölkədaxili cəza demək olar yüngüldür. (Əxlaqsızlıq yuvalarının saxlanması və cinsi istismara məcburetmə üçün cərimə yaxud şərti cəza nəzərdə tutulur. )

Yeri gəlmişkən onu da qeyd edək ki, çox vaxt insan alveri qurbanı ilə bu işi könüllü edən fahişələr qarışdırılır. Məhz bu da cəmiyyətə inteqrasiya olmaq istəyən qurbanlara birtərəfli yanaşmaya gətirib çıxardır.Yuxarıda bəhs etdiyimiz kimi, bu alverin qurbanına çevrilən qadın bu işə məcbur edilir, əks halda əvəzini həyatı ilə ödəyəcəkdir. Qısacası, könüllü fahişəlik, əxlaqsızlıq ümumiyyətlə insan alverinə aid deyil.

Statistika naminə

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə 2011-ci ilin birinci yarısında insan alverilə bağlı 63 fakt qeydə alınıb, 15 nəfər cinayət məsuliyyətinə cəlb olunub Bu rəqəmlər əlbəttə ki, aysberqin görünən hissəsidir. Qeyd edək ki, bu  ancaq müraciət edənlərin sayıdır. Çünki utanıb və ya qorxub özünü gizli saxlayan "qurban" qadınların sayı daha çoxdur. (Bu alverin qurbanlarına dövlət tərəfindən 33 manat yardım verilir.)

Əslində lazım gəlsə, çox statistik rəqəmləri qeyd edə bilərik. Amma reallığı əks etdirməyən, statistika naminə açıqlanan sadəcə şişirdilmiş məlumatlardan ibarətdir. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi hər il bu barədə hesabat verir. Lakin qeyd edilməlidir ki, bu qurum daha çox cinsi istismarla mübarizə ilə məşğul olur. Çünki bu, daha rahatdır. Beləcə bizdə  fahişəliklə məşğul olmaq, əxlaqsızlıqla məşğul olmağı birləşdirib rəqəmlər şişirdilir, real olmayan statistika ortaya çıxır.

Qadınları yoldan çıxaran məhz qadınlardır


Bir çoxlarının fikrincə, dünyanın ən qlobal problemi sayılan bu məsələyə bizim cəmiyyət çox laqeyddir. Əslində bu laqeydliyin əsas səbəbi bəllidir. Çünki bütün cəmiyyətlərdə yeni yaranan problemlərə laqeyd qalınır, ta ki onun mahiyyəti tam anlaşılana qədər. Demək ki, bu problemlə bağlı peşəkarlar cəmiyyəti maarfiləndirməlidirlər. Yəqin, biz yalnız o zaman fəallaşmanın şahidi ola bilərik.

Bu ticarətlə məhz çoxluq etibarı ilə qadınların məşğul olmasına gəlincə, bu, ilk növbədə qadınlara daha çox güvənmə ilə bağlıdır. Bu işlə məşğul olan qadınlar öz “ov”ları ilə daha tez ünsiyyət girə, onları inandıra bilirlər. Dəhşətverici fakt odur ki, bu qadınlar çoxluqla yad deyil, qonşular, tanışlar, hətta bəzi hallarda qohumlar belə olur. Demək ki, Azərbaycan qadını Dubaya gedən yola öz həmcinsi tərəfindən sürüklənir.

 

Bu problem bütün cəmiyyətlərdə mövcuddur, çözümü isə hərtərəfli yanaşma, xüsusən cəmiyyətin maarifləndirilməsi, aiddiyatı qurumların məsələyə daha ciddi münasibəti, yerli qanunvericilikdə boşluqların bərpa edilməsi və s. kimi yanaşmalar tələb edir.

771 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

December

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium