saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Yolruh Atalı

«Molla Nəsrəddin» fədakarlıqdan yarandı / 08.04.2012



7 aprel 1906-cı il. Azərbaycan xalqının böyük oğlu, işıqlı şəxsiyyət
Cəlil Məmmədquluzadənin başçılığı ilə Tiflisdə «Molla Nəsrəddin»
jurnalının ilk sayı işıq üzü görür. Gözlənilən nəticə alınır: 2000 tirajla
çap olunan jurnalın birinci sayı iki saatın içərisində satılıb qurtarır.
Bunun üçün naşir və baş redaktor Cəlil Məmmədquluzadə min
bir zəhmətlə aldığı «Qeyrət» mətbəəsində silahdaşı Ömər Faiq
Nemanzadə ilə səhərə kimi fəhlə kimi çap maşınını da işlətmişdi.
Birinci nömrənin üz qabığında yatmış türk milləti təsvir olunmuşdu,
onları ayıltmaq istəyən Molla Nəsrəddinin dilindən karikaturanın
altından bu sözlər yazılmışdı: «Sizi deyib gəlmişəm, ey mənim
müsəlman qardaşlarım!» Camaatın çoxunun biliksiz olmasına
baxmayaraq, jurnal böyük maraqla qarşılanmış, elə ilk sayından
oxucu rəğbəti qazanmışdı.
***

Mirzə Cəlil «Molla Nəsrəddin»i başlayanda nəinki 10-15, hətta 100 il
sonranı aydınca görürdü. Böyük ustadın yazdıqları bəlkə 500 il sonra
da dünyaya gələcək millətimizin övladları üçün aktual olacaq. Buna
inanmağa məcburuq, çünki onun vuruşduğu nöqsanların içərisində
xalq bu gün də boğulur.
Bəs biz necə, heç olmasa, 106 il öncəyə qayıdıb, Mirzə Cəlilin
böyük yola başladığı anı, zamanı görə və təhlil edə bilirikmi? Bu, o
zaman idi ki, Azərbaycan türkü taleyin ümidinə buraxılmış, başına
gələn faciələrin təsirindən sarsılmış, özünə yadlaşmışdı. Xalqı
bu dəhşətdən kim qurtarmalıydı? Böyük Mirzə Cəlil bunun üçün
doğulmuşdu. Çarəsiz milləti üçün yanıb-yaxılmaq, ona düzgün
yol göstərmək, nöqsanlarına güzəşt etməmək və ən başlıcası,
böyüklüyünə inandığı xalqını büyütmək onun aqibətinə düşmüşdü.
O, əlində olan pulu ilə neftli torpaq sahəsi alsaydı, başqaları kimi
milyonçu, kapitalist də ola bilərdi, lakin ola bilmədi, çünki içindəki
həmin aqibət buna imkan vermədi. O, öz pulunu, varını biçarə
xalqının biliklənməsi, irəli getməsi üçün qoydu, bu yolda fədakar və
təmənnasız xidmət göstərdi. Yüz il öncə milyonlar qazanan sərvət
sahiblərindən indi toz da qalmayıb, ancaq Mirzə Cəlil yenə də
bizimlədir.

***

Mirzə Cəlili və «Molla Nəsrəddin»i bu gün yaşadan nədir?
Dediklərinin, yazdıqlarının bir əsr sonra da aktual olması! Ustad
elə bir köklü məsələdən yapışıb ki, xalqın nadanlıqdan insanlığa,
yalandan həqiqətə, qorxudan cəsarətə,
naqislikdən kamilliyə,
ədalətsizlikdən ədalətə, həqarətdən ləyaqətə, pislikdən yaxşılığa
gedib çatacağı günə qədər dediklərinin ona gərək olacağını düşünüb.
Bu, xalqın ruhən içəridən dəyişməsi məsələsidir. Onun böyüklüyünün
də başlıca cəhəti bundan ibarətdir. Deməli, Mirzə Cəlilin, M.Ə.Sabirin,
ümumiyyətlə, mollanəsrəddinçilərin vaxtilə yazdıqları ona görə
aktualdır ki, millətimizin içində köklü dəyişmə baş verməyib: yüz il
qabaq necə idisə, indi də elədir. Yüz il öncə olduğu kimi, indi də ağıllı
söz eşitməyib it boğuşdurmağa, xoruz döyüşdürməyə, fal açdırmağa,
min cür mənasız və axmaq iş dalınca gedənlərin sayı aqillərin, millət
üçün gərəkli adamların sayından çoxdur.
Bu günü görən Mirzə Cəlil deyirdi: «Ey mənim yüz il sonra dünyada
yaşayacaq millətim! Əgər bir gün haradansa «Molla Nəsrəddin»in
saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti
nahaqdan tənqid etdiyimi fikirləşmə».

***
«Molla Nəsrəddin»in mətbuat tariximizə nə qədər aidliyi varsa,
ədəbiyyatımıza və təsviri sənətimizə də bir o qədər dəxli var.
Yalnız onun nəşrindən sonra jurnalın yörəsində satirik realist -
mollanəsrəddinçi ədəbi çevrə yaranmağa başladı: C.Cabbarlı,
Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Ə.Sabir, Ə.Qəmküsar, M.S.Ordubadi
kimi Azərbaycan ədəbiyyatının simaları bir əqidə üçün M.Cəlilin
yörəsində birləşdilər. Onların biçarə milləti uğrunda xidmətləri ancaq
təmənnasızlığa əsaslanırdı.
«Molla Nəsrəddin»in 25 illik (1906 - 1931) fəaliyyəti dövründə yalnız
M.Ə.Sabirə ayda 10 manat qonorar verilib. O da Sabirin jurnalın ikinci
sayından başlayan əməkdaşlığından ölümünə qədər davam edib.
Nəinki Azərbaycanda, eləcə də dünyada satira ilə məşğul olanlar
başqa janrlarda yazıb-yaradanlardan həmişə az olublar və bu gün də
belədir.
***

«Molla Nəsrəddin» tariximizə satirik mətbuatın ilki, mollanəsrəddinçi
satirik realist ədəbi mühitin yaradıcısı kimi düşməklə yanaşı,
Azərbaycan rəssamlığının, özəlliklə karikatura janrının yaranmasını
qaçılmaz etdi. O.Şmerlinq, İ.Rotter kimi qeyri-türk kökənli rəssamların

əsərləri ilə nəşrə başlayan «Molla Nəsrəddin»də sonralar
Ə.Əzimzadənin etkisiylə milli rəssamlar nəsli yetişdi. Adı çəkilən
jurnalda 21 karikaturaçı rəssamın çıxış etdiyi təsdiqlənir. Bu gün biz
həm də fəxrlə karikatura sənətimizin 106 yaşını qeyd edirik.

***

XX yüzilin başlanğıcında «Molla Nəsrəddin»in nəşri mətbuat
sahəsində də elə silinməz iz buraxdı ki, onun təsiri ilə Sovet
hakimiyyətinin gəlişinə qədər Azərbaycanda 15-dən çox satirik jurnal
nəşr olunmağa başladı. «Bəhlul», «Arı», «Kəlniyyət», «Zənbur»,
«Məzəli», «Mirat», «Babayi-Əmir», «Tartan-partan», «Lək-Lək»,
«Leylək» bu tipli satirik jurnallardan idi, lakin onların ömrü çox az
çəkdi. Onların içərisində elə ən çox fəaliyyət göstərəni də «Molla
Nəsrəddin» oldu, qısa fasilələrlə düz 25 il çap olundu, əqidəsinə sadiq
qaldı.
«Molla Nəsrəddin» əsl millətçi, xalqsevər jurnal idi. O təmiz və
doğma ana dilində yazır və bunu başqalarına öyrədirdi. Bir çoxları
jurnalın dilini lağa qoyur, onu az qala unudulmağa məhkum edilən
Azərbaycan türkcəsində yazmaqda qınayırdılar. Həmin vaxtlarda
«Füyuzat» jurnalını çıxaran böyük türkçü Əli bəy Hüseynzadə də
bu düşüncədə idi. O, jurnalında ərəb-fars, Osmanlı türkcəsində olan
sözlərdən çox istifadə edir, bu üzdən də jurnal oxucular tərəfindən
sevilmirdi.
Bir dəfə Ə.Hüseynzadə Türkiyəyə yollanarkən yolüstü Tiflisdə
düşür, «Molla Nəsrəddin» jurnalının redaksiyasına gedir. Mirzə Cəlillə
görüşdən sonra ayrılmaq məqamında böyük türkçü həmkarının
misilsiz işləri haqqında deyir: «Doğrudan da, ana dilində yazmağı
bacarmaq lazımdır». Deməli, Mirzə Cəlil nöqsanları ilə barışmadığı
xalqına daha dərindən bağlanmaqda, onun dilini, varlığını sevməkdə
yanılmırdı. Çünki bilirdi ki, xalq da onu sevəcək.
«Molla Nəsrəddin» 25 il müddətində Tiflis, Təbriz (8 sayı çıxıb)
və Bakıda fəaliyyət göstərib. Bakıdan başqa Tiflis və Təbriz də o
dönəmdə jurnal üçün çox doğma mühit idi. Jurnal hər üç ünvanda öz
sözünü deyə, öz izini qoya bilib.

***
Mirzə Cəlil haqqında düşünərkən nədənsə insanın gözləri qarşısına
ilk olaraq «Molla Nəsrəddin» jurnalı gəlir. Çünki o, bütün varlığını
min bir əziyyətlə ərsəyə gətirdiyi jurnalına həsr etmişdi. Mirzə
Cəlil xalqının siması idi. Onun buraxdığı jurnala baxanda xalqının

əzablarını, faciələrini, böyüklüyünü və cəsarətini aydınca görmək olur.
Mübaliğəsiz olaraq Mirzə Cəlili Azərbaycan mətbuat tarixində ən
cəsarətli jurnalist saymaq olar. Təsəvvür edin ki, çar senzurasının
qılıncının dalı və qabağının kəsdiyi vaxtdır. Senzor jurnalın bütöv bir
səhifəsinin çapına icazə verməyib. Mirzə Cəlil boş qalmış səhifənin
altından «Burada filan mövzuda, məzmunda yazı getməli idi, ancaq
senzura icazə vermədi» sözlərini yazır və böyük cəsarətini göstərir.

***

Görəsən, 100 il öncəylə bizi nə ayırır? Təkcə məişətimizdə, üst-
başımızda, elmi-texniki tərəqqimizdəki dəyişikliklərmi? Diqqətlə
baxanda mahiyyətcə 106 il qabaqla indi bizi çox az şeyin ayırdığını
görürük. Xalqımız özünün köklü nöqsanları ilə elə həminkidir. Deməli,
daxildən böyümə çox az gedib, yaxud heç getməyib. Nə qədər ki,
xalq bu durumdadır, yerində sayacaq, öncəki nöqsanları ilə qalacaq…
Bəlkə yenidən «Molla Nəsrəddin»i vərəqləyək?

Atamız var olsun!
722 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Həzz – İztirab (İçsəs)
Tükənmə – Varolma – Yoxolma – Zaman
İnam – İdeal – Ehkam
İdeallaşdırma
Qısqanclıq
Qorxu – Mütləq – İdeal
Ucalıq – Alçaqlıq (İçsəs)
Özümlüyə doğru (İçsəs)
Dəyərləndirmə – Mənalandırma
Qorxu – yoxdur! (İçsəs)
Gözəlliyə inam (İçsəs)
Müqəddəs olmaq (İçsəs)
Yaxşılıq – Yamanlıq (İçsəs)
«Molla Nəsrəddin» fədakarlıqdan yarandı
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

September

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium