saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Qalib Qadir

Bizim millət: Məziyyətlərimiz və mərəzlərimiz / 13.03.2012



Milli xarakterimiz-təkcə özgələrdən fərqimiz deyil, həm də
soy kökümküzə oxşamağımızdır

Məşhur Şotland dahisi Adam Smit 235 il bundan əvvəl, 1776-cı ildə çap etdirdiyi “Xalqların sərvəti” adlı dahiyanə əsərində sübut edirdi ki, milli burjuaziya şəxsi mənfəət və maraq naminə milli təəssübkeşlik və vətənpərvərlikdən istənilən qədər geri çəkilməyə və ya əksinə, şəxsi maraq və fayda naminə istənilən vaxt istənilən qədər vətənpərvər və millətçi olmağa hazırdı.
Bizim millət “xadimləri” arasında da vəziyyət belədir. Milləti öyənlər də var, söyənlər də. Amma bu gün milləti söymək, millətin qeybətini etmək daha çox dəbdədir. Demək olar ki, hər gün hər yerdə millət təkrar-təkrar yada düşür, dükanda, çayxanada, bazarda ondan hey giley-güzar edirlər. Hətta mətbuat səhifələrində də bəzən buna bənzər eyhamlara, dedi-qoduya, artıq-əskik və çiy yazı-pozuya rast gəlmək mümkündür.
Milləti mühakimə edənlərin bir ümumi cəhəti var: onların əksəriyyəti, demək olar ki, millət və cəmiyyətin fərqini bilməyən adamlardı.Cəmiyyətə məxsus cəhətləri millətin adına çıxan bu adamların arasında az da olsa qərəzsiz, səmimi və haqlı danışanlar da var, məkrli, məqsədli və məsuliyyətsiz danışanlar da. Haqsız danışanlar o adamlardı ki, onların özləri vətəndaş kimi, mütəxəssis, valideyn, sənətkar, nəhayət bir insan kimi naqis, yarımçıq adamlardı. Onlar bir insan materialı kimi keyfiyyətsiz, qüsurlu və yarıtmazdır. Əməli ilə sözü düz gəlməyən belə adamların millət haqqında mühakimə yürütməsi xüsusilə iyrəncdir. Öz əməlləri ilə millətin adını batıran bu cür dələduzlar və boşçoğazlar qeybət meydanında şir-pələngə dönür və hamıya qara yaxmaqdan ləzzət alırlar.
Başqa bir təhlükəli meyl də var: bu, millətin başının altına tərif yastığı qoyanlardı. Məddahlıq ideologiyasına xidmət edən belə “imicmeykerlərlə” onu inkar edən “ideoloqlar”, demək olar ki, bir bezin qırağıdır.
Adam Smitin Azad rəqabət və ya təbii azadlıq təməli insanların azad rəqabət aparmaqla onların cəmiyyət üçün səmərəli və faydalı vətəndaşa çevrilməsi istəyinə xidmət edir.
Adam Smitin vətənkeşlik təliminə görə əgər hər bir kəsin iqtisadi fəaliyyəti nəticə etibarı ilə cəmiyyətin rifahına aparıb çıxarırsa, onda bu fəaliyyəti heç bir şeylə məhdudlaşdırmaq lazım gəlmir. Rəqabət azadlığı A.Smitin iqtisadi təlimin alfa və omeqasıdır. Bu təlim yüz illik İngilis hökumətinin iqtisadi siyasətinin əsası olmuşdur. Çünki “Xalqların sərvəti” əsərinin ideyaları ingilis burjuaziyasını həqiqətən sərvətə çatdırmaqda misilsiz rol oynamışdır. Hər bir şəxs ilk növbədə öz dövrünün iradəsinə tabedir. Konkret dövrün konkret vətəndaşı var. Gerçək insan gerçək cəmiyyətin tərbiyə etdiyi ictimi məhsuldur. Yaşadığı cəmiyyətdə həlledilməz və ağlasığmaz ziddiyyətlərlə rastlaşmış insanın çaşması, özünü itirməsi, yəni mənəvi-əxlaqi deformasiyaya uğraması heç də onun milli naqisliyi deyil, konkret mühitə konkret insanın təbii reksiyasıdır. “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynov yazılarının birində soruşurdu: “Vicdansız yaşamaq mümkündürmü?” O özü də cavab verirdi: “Azərbaycan reallığı göstərir ki, nəinki mümkündür, həm də lazımdır”.
Düzdür, indiki hal üçün vicdansız yaşamaq “Azərbaycan reallığıdır”, lakin bu Azərbaycanın milli məhsulu deyil, ilkin kapital yığımı dövrünün, indiki halda keçid dövrü deyilən dövrün məhsuludur. Müəllif yazır: “Vicdan yaşamağa və rahat yatmağa mane olur”. Doğrudur, indiki Azərbaycan cəmiyyətində belədir, amma bu xalqın təqsiri deyil, dövrün cinayətidir.
İnsan cəmiyyət üzvü və millət üzvü kimi ikili təbiətə malikdir.  Cəmiyyətin daxilində insan həm bioloji varlıqdır, həm də ictimai varlıq. Millətin daxilində isə insan ümumi mahiyyətinə görə yalnız ictimai varlıqdır. Bioloji varlıqlardan ibarət millət yoxdur və ola da bilməz. Ona görə insanların bioloji qüsurlarını heç vaxt millətin ayağına yazmaq olmaz. Konkret zaman çərçivəsində mövcud olan cəmiyyəti həmin zaman çərçivəsində mövcud olan millətlə qətiyyən eyniləşdirmək olmaz. Cəmiyyət konkret dövrü, bu dövrə mənsub konkret mühiti və bu mühitdə yaşayan konkret insanları təmsil edir. Bəs millət? Millət üçün konkret dövr, bu dövrə mənsub konkret mühit, bu mühitdə yaşayan konkret insan yoxdur. “Millət-müqəddərat birliyi zəminində xarakter birliyi ilə əlaqədar olan insanların məcmuudur” (O.Bauer).
“Görünməyən əl” haqqında A.Smitin məşhur formuluna görə, eqoizm insanın təbii xassəsi və cəmiyyətin iqtisadi tərəqqisinin stimullaşdırdırıcı amillərindən biridir. Cəmiyyət hər bir kəsin şəxsi, mənfəət güdən maraq üzərində, hər bir kəsin şəxsi faydaya təbii meyli üzərində qurulmuşdur. Bu şəxsi meyl yalnız başqa adamların belə təbii meyli ilə məhdudlaşır. Adam Smitin dostu, filosof Helvestsi cəmiyyətdəki şəxsi mənafeyin rolunu təbiətdəki ümumdünya cazibəsinin rolu ilə müqayisə edirdi. Odur ki, filosofun fikrincə, hər bir adama öz faydasını güdmək sahəsində bərabər hüquq verilməlidir və bütün cəmiyyət bundan udar.
Helvetsinin bu ideyalarını Adam Smit inkişaf etdirərək onları siyasi iqtisada tətbiq etmişdir.
Bizim hər birimiz ən əvvəl bioloji varlığıq, sonra insanıq, daha sonra cəmiyyətin bir üzvü, lap axırda xalqın nümayəndəsi. Hər bir insanın fəaliyyətini başlıca motivini şəxsi mənafe təşkil edir. İnsan öz mənafeyini cəmiyyət daxilində başqa adamlara qulluq göstərməklə, öz əməyini və öz məhsullarını mübadilə etməklə güdə bilər. O, satmaq, satın almaq, işçi tutmaq və işçi tutulmaq, istehsal etmək, istehlak etmək azadlığına malikdir. Hər kəs bu azadlığın dairəsini başqasının azadlığını məhdudlaşdırmaq hesabına genişləndirməyə səy göstərir. Nəticədə güclülər zəiflərin üzərində hakimə çevrilir.
İnsanın təbiəti belədir. Təbiət elə bir qüvvədir ki, onu qapıdan qovursan, bacadan gəlir, bacadan qovursan, qapıdan gəlir. Bu elə bir “görünməyən əldir” ki, o, kortəbii fəaliyyət göstərməklə insanı daim öz şəxsi mənafeyi uğrunda çarpışmağa, sövq etməklə nəticədə onu cəmiyyətin inkişafına xidmət göstərməyə məcbur edir.
İnsanın bioloji təbiətindən başqa onun ictimai təbiəti də var. Bunlar heç də həmişə uzlaşmır. İnsan bioloji təbiətinə görə təbiət qanunlarına, ictimai təbiətinə görə isə cəmiyyət qanunlarına tabedir.
“Sizin və bizim azadlığımız uğrunda” devizi ilə çıxan həftəlik “Manitor” jurnalı (N63, 3 iyul 2004-cü il) “Ум, чест и совест нашей eпохи” adlı yazıda sübut etməyə çalışırdı ki, milli məmurlarımızın timsalında “Azərbaycanda, pul-dövrümüzün ağlı, şərəfi və vicdanıdır”.
Aydın məsələdir ki, dövlət idarəetmə aparartında cəmləşmiş Azərbaycan məmuru ayrılıqda və birlikdə heç də Azərbaycanı və azəriləri təmsil etmir.
Dəlixanada cəmləşmiş dəlilər, gicbəsərlər heç də ayrılıqda və birlikdə Azərbaycan xalqı deyil. Onlar Azərbaycan xalqının şikəst övladlarıdır, bizim milli dəlilərimizdir, amma onlar biz deyilik.
Məhbuslar, cinayətkar ünsürlər, oğrular, canilər, qatillər və s. ayrılıqda və birlikdə heç də Azərbaycan xalqı deyil, onun yalqız bir parçasıdır.
Yetimxana sakinləri, atılmış və sahibsiz uşaqlar təklikdə və birlikdə heç də Azərbaycan xalqı deyil, onun bir hissəsidir. Yəni Azərbaycanın yetim övladlarıdır.
Bu kateqoriyadan olan insanlar kimi, Azərbaycan məmuru da hakimiyyət strukturlarına doluşmuş, bu mühitdə yaşamağa alışmış adamlardı. Onlar ayrılıqda və təklikdə Azərbaycan xalqı deyil, onun tərkibində, hörgü daşıdır.
Əgər biz milləti dəlilərimizə görə mühakimə etsək, onda belə nəticə çıxara bilərik ki, biz guya dəli xalqıq.
Cəmiyyət mövcud dinamik vəziyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mənəvi mənzərəsidirsə, millət qərarlaşmış tariximizin göstəricisidir.
Hazırda çoxları bu cəmiyyətdən iyrənib, heç nə adama ləzzət vermir. Lakin heç kim öz millətindən iyrənə bilməz, çünki biz millət dedikdə təkcə müasirlərimizin cəmiyyətini deyil, həm də sələflərimizi, bu zəngin ölkəni, bu gözəl Vətəni, bu qədim mədəniyyəti və nəhayət, bu misilsiz dili, ədəbiyyatı, adət-ənənəni bizə qoyub gedən, onu qoruyub yaşadan və inkişaf etdirən soydaşlarımızı da nəzərdə tuturuq. Mən indiki eybəcər həyatımız üçün Dədə Qorqudu, Nizamini, Xəqanini, Nəsrəddin Tusini, Koroğlunu, Füzulini, M.F.Axundovu, Qaçaq Nəbini, S.Vurğunu, M.Hüseynzadəni, M.İbrahimovu, S.Rüstəmi, S.Rəhimovu və minlərlə başqalarını necə ittiham edə bilərəm?! Axı onlar bizim özümüzün törətdiyimiz və yaratdığımız indiki eybəcərliklər üçün cavabdeh deyillər, əksinə, biz onların qarşısında mənəvi məsuliyyət daşıyırıq. Cəmiyyət cari tariximizin “millətidirsə”, millət ümumi tariximizin cəmiyyətidir. Əgər biz müasir cəmiyyətin qüsurlarını millətin ayağına yazırıqsa, dövrün eybəcərliklərinə görə milləti ittiham ediriksə, çox böyük səhv edirik. Cəmiyyət millətə nisbətən keçici, dəyişən, qeyri-sabit və dinamik bir orqanizimdir. Hər bir cəmiyyətin öz xarakterik xüsusiyyəti, dəb və zövqü var. Lakin bu mütəhərrik haldır. Hər bir millətin də öz xarakteri var, bu, artıq kristallaşmış xarakterdi. Bir sözlə, cəmiyyətlər nəsilbənəsil və tez-tez dəyişir, millət isə tədricən əsrlərlə. Az vaxtda bizim nəsl, yəni müasirlərimiz 5-6 cəmiyyət görüb. Sovet dövründə ibtidai kommunizm, sosializm, inkişaf etmiş sozializm, yenidənqurma, Sovetdən sonra indiki keçid dövrü və ibtidai kapitalizm. Biz indi dağılan və qurulan bir cəmiyyətdə yaşayırıq. Biz içəridən həm dağılır, həm də hardasa yenidən quruluruq. Bir tərəfdən sökülür, digər tərəfdən dikəlirik. Ağlar, gülər bir vəziyyətdəyik. Hər gün həm ölür, həm də doğuluruq. Necə deyərlər, hər gün təkrar-təkrar ölüb-dirilirik.
Əlbəttə, bu gərginliyə daş da, dəmir də dözməz, amma millət bir təhər dözüb dayanır. Ulu öndərimiz Heydər Əliyevin məşhur “Bizim xalq dözümlü xalqdır” kəlamı təsadüfən yaranmamışdır. Heydər Əliyev mövcud şəraitdə, müasir problemlərlə qarşılaşmış, bu əcaib və cəmiyyətdə yaşamağa məhkum edilmiş xalqımızın dərdlərini, bəlkə də hamıdan aydın və hamıdan çox görürdü. Ulu öndər “Ölkəmizin dərdi böyükdür”,-deyirdi. Amma o öz iradi tarazlığını itirmədən qətiyyətlə, nikbin bir ovqatla sabaha baxırdı.
Bu ölkənin fəhləsi, ziyalısı, alimi, sənətkarı hələ işsizdir, işləyən hissəsinin isə qazancı fəhlənin fəhlə kimi, ziyalının ziyalı kimi yaşamasına imkan vermir. Əgər cəmiyyətin üzvü maddi cəhətdən bir insan kimi arxayın yaşaya bilmirsə, biz ondan necə insanlıq gözləyə bilərik? Bizim hər birimiz millət olmazdan ilk öncə insanıq, sonra sənətkar, mütəxəssis, alim və s. İndiki vəhşi cəmiyyətdə, yəni insanın canavar olduğu ibtidai kapitalizm cəmiyyətində insan olaraq qalmaq müşkül bir problemə çevrilmişsə, insan öz şərəf və ləyaqətini qoruya bilmirsə, ondan necə yüksək milli məziyyət ummaq olar? İşsizlik və iqtisadi imkansızlıq məngənəsində sıxılaraq yaşamaq və həyat uğrunda hər cür vasitələrə, hətta ən rəzil vasitələrə əl atan insanı milli naqislikdə necə ittiham etmək olar? Binəsib xalqın indiki düşkün vəiyyəti ona öz milli ləyaqətini biruzə verməyə imkan vermirsə, buna görə kim ittiham olunmalıdır? İqtisadi cəhətdən kölə vəziyyətinə salınmış cəmiyyət üzvlərinin əxlaqı da kölə əxlaqıdır.
Kölə əxlaqına görə kim ittiham olunmalıdır? Kölələr, yoxsa köləliyi qərarlaşdıranlar? Məncə, mərhum həmkarım Elmar Hüseynov aparat burjuaziyasının məmur nümayəndələrini ittiham etməkdə nə qədər ədalətli və haqlıdırsa, onlarla millət arasında bərabərlik və eyniyyət işarəsi qoymaqda o qədər haqsızdır. Bu iki zümrə-idarə edənlər və idarə olunanlar, əzənlər və əzilənlər, sökənlər və sökülənlər, azğınlar və acizlər eyni şey deyil. Bunlar bir ağacın iki ucu kimi əks şeylərdir.
Təəssüf ki, hazırda aramızda Elmar Hüseynov kimi düşünənlər az deyildir. Onun məqaləsini müzakirə edərkən hörmətli ziyalı həmkarlarımdan biri dedi ki, Elmar düz yazıb, bunları qələmə almaq lazım deyildi. Mənsə deyirəm, E.Hüseynov pulun bizim indiki cəmiyyətdə hakimi-mütləq rolunu düz qeyd edib, lakin onun bazar cəmiyyətində törətdiyi hər cür eybəcərliklərə görə bazar mühitini deyil, milləti tənqid hədəfinə çevirməkdə ciddi səhvə yol verib. Bizim millət misilsiz mənəvi keyfiyyətlərə malik olduqca nəcib, olduqca zərif və olduqca humanist bir millətdir. Onun dünyada misli-bərabəri yoxdur. Zaman-zaman xarici düşmənlərimiz və işğalçı qüvvələr onu Dədə Qorqud, Nizami, Xəqani, Nəsrəddin Tusi, Füzuli, Nəsimi... müdrikliyi zirvəsindən endirməyə çalışsa da, Azərbaycan xalqı bu gün də Odun, Suyun, Torpaq və Havanın hikmət və gözəlliyini özündə qoruyub saxlayır.
Bəzi bəsit ziyalıcığazlar və bədxahlarımız Azərbaycan xalqını pula pərəstişdə suçlandırır və guya o, pul üçün hər şeyini satmağa hazırdı. Xeyir, heç də belə deyil. Sadəcə, ilkin kapital yığımı dövründə pul hər yerdə hər şeyi satın alır. Hər şey pula mübadilə olur, hətta ən müqəddəs mənəvi dəyərlər də. Bir anlıq ətrafınıza fikir verin: hamı satır, ölkənin bütün şəhər və kəndlərində yol, küçə boyu alqı-satqı ofisləridir. Ən çox satılan şeylər mənzil, mülk, ev, bağ və digər əşya-əmlak nümunələridir. hara çıxırsan gözünə bu sözlər sataşır: “Satılır!”. Hətta küçədə gəzən bəzi “xanımların” geyim və görkəmi də sanki “Satılır!” deyə haray çəkir. Ölkə bütöv bir bazarı xatırladır. Telebizoru açan kimi reklamlar gözümüzə girir: “Tələsin! Satırıq!” Həyətə boylanırsan, hər yanda alver gedir: dükan və budkalar, üstəlik gəlmə maşınlar yan-yana düzülüb nəsə satır. Səyyar satıcılar da öz yerində var səsi ilə qışqırır:-Süd var, xlor var, bal var, şor var, qatıq, qaymaq, pendir, süpürgə... Qapını döyüb nisyə pal-paltaq, ayaqqabı və s. təklif edənlər də var.
Bəli, bütün ölkə bazar kimi qaynayır, pul-qaynayan bu qazanın buxarıdı.
Bəşəriyyətin tarixində nə qədər düha pulun hakimiyyətinə qarşı mübarizə aparıb, nəticədə pul onları məğlub edib. Pul dünyanın məğlubedilməz hökmdarıdı. Onun əsarətində olan təkcə biz deyilik. Lakin biz başqalarına nisbətən ona daha çox möhtacıq. Onun yolunda soydaşlarımız isti ev-eşiyini, doğma yurd-yuvasını atıb hara gəldi-uzaq Sibirə qədər gedirlər.
Pul! O cəmiyyətdə ictimai-siyasi, sosial-iqtisadi ab-havanın çox mühüm bir hissəsi, bəlkə də mərkəzi simasıdır.
Dahi Marksın “Kapital” asəri 150 ildən çoxdur beynəlxalq kapitala qarşı vuruşur, lakin kapital mövqeləri əldən vermir ki, vermir. Pul hərisliyi təkcə Azərbaycan burjuaziyasının xəstəliyi deyil. Bu, çox qədim ümumbəşəri bir xəstəlikdir. Hələ XİX əsrin əvvəllərində müasirləri Avropa burjuaziyasının varlanmaq ehtirasını belə səciyyələndirmişdi: “Əgər mənfəət 10 faiz olarsa, kapital hər cür şəkildə işlədilməsinə razı olur, mənfəət 20 faiz olsa, kapital cuşə gəlir, 50 faiz olduqda başını da verməyə hazırdı; mənfəət 100 faiz olduqda kapital bütün bəşər qanunlarını tapdalayır; mənfəət 300 faiz olduqda, o, hətta dar ağacından asılacağını göz önünə tutmalı olsa da, heç bir cinayətdən geri durmaz”.
İstehsal bütün tarixi prosesin əsasıdır. Dahi Mavr yazırdı: “dövrün sənayesini, həyatın özünün bilavasitə istehsal üsulunu dərk etmədən heç bir tarixi dövrü başa düşmək olmaz.
Əgər XİX-XX əsrlərdə bəşəriyyət proletariatın vəziyyətində “cəmiyyətin bütün həyat şəraiti insaniyyətsizliyin zirvəsinə çatmışdırsa”, bu gün Azərbaycanda ziyalıların və mütəxəssislərin timsalında cəmiyyət insaniyyətsizlik, insafsızlıq həddinə çatmışdır. Çünki ziyalılar həyatın müasir bazar istehsal üsuluna uyğunlaşmaq üsulunu tapa bilmir.
Buna baxmayaraq zaman-zaman qələm sahibləri millətin təəssübünü çəkib, onun məziyyət və mənəviyyatına xələl gətirən eybəcər ünsürləri ifşa etməklə millətə böyük fayda veriblər. Ümumilikdə milləti soyan və söyən qələm əhli tanımıram. Ona görə Qələmə, xalqın inamı ölməzdir.

497 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
100 Böyük Azərbaycanlı
Vətənkeş əxlaqı
Bizim millət: Məziyyətlərimiz və mərəzlərimiz
Avropada ağlınıza, Azərbaycanda adınıza güvənin
Vətən qiymətlidir, yoxsa vətəndaş?
Şikəst talelərin iniltisi
Amaşovun sələflərinə min şükür
“Qara siyahı” aşiqlərinə açıq məktub
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium