saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Qalib Qadir

Amaşovun sələflərinə min şükür / 05.06.2010



Ucundadır dilimin həqiqətin böyüyü,

Nə qoydular deyəlim, nə kəsdilər dilimi.

Əli bəy Hüseynzadə

 

Bu gün müstəqil Azərbaycan mətbuatının başı üzərində bir kabus, Amaşovun “qara siyahı” kabusu dolaşmaqdadır. Hazırda bu “siyahıda” 103 qəzet və jurnalın adı hallanır. Amma mətn addımlarla irticanın önündə irəliləyən Amaşov bildirib ki, siyahı sonuncu müstəqil qəzet bağlanana qədər inadla və inamla davam etdiriləcək. Bu, müstəqil mətbuatımızın yaranmasının 135 illiyi qarşısında mürtəce düşərqənin növbəti nikbin bəyanatıdır.

Son illər oxucu sarıdan körluq çəkən amaşovçular  Respublika günü qabağı yenə ekran qarşısında  toplaşmışdılar. Bir-birindən bol-bol sitat qətirən bu dördlük (kvartet) müstəqil mətbuatın havasını, suyunu, çörəyini və nəfəsini kəsmək üçün gördükləri “böyük” işlərdən danışmaqlı yanaşı həm də görəcəkləri daha təsirli tədbirləri sadaladılar. Mən belə başa düşdüm ki, amaşovçu dördlük müstəqil mətbuat daşıyıcılarının öz bayramlarını layiqincə qarşılamaq və onu qeyd etmək imkanını əllərindən almaq əzmindədirlər. Müstəqil mətbuatın təvəllüd gününü sifarişli mətbuatın bayramı kimi qeyd etmək istəyirlər. Sizcə, amaşovçu komanda bunu bacararmı?

Məncə, bacarar. Çünki Amaşovu bədnam sələflərindən fərqləndirən elə orijinal cəhətləri var ki, adam ona inanmaya bilmir. Hətta bəzən Allaha şükür edir ki, nə yaxşı ki, 1937-ci il Amaşovsuz ötüşüb keçib. Sizcə, əgər bizim dönməz Amaşov və onun mübariz, döyüşkən komandası 1937-ci ildə mövcüd olsaydı, nə baş verərdi? Allah, Allah.!..

Ötən əsrin 30-cu illərində Azərbaycanda Baş Mətbuat İdarəsi (BMİ) adlı bir qurum fəaliyyət göstərirdi. Amaşov və onun başçılıq etdiyi MŞ-nin funksiyasının o vaxt həmin BMİ icra edirdi. 1931-ci ildə Amaşovun sələfi olan həmin Baş Mətbuat İdarəsi rəsmi təşkilatlara məktub göndərərək yazırdı ki, “Molla Nəsirəddin” jurnalının təsisçisi və baş redaktoru C. Məmmədquluzadə, habelə redaksiyanın digər əməkdaşları “siyasi cəhətdən geri qalmış, bisavad və siyasətlə maraqlaqnmayan adamlardı”. Xatırladaq ki, o dövrdə bu ittiham Amaşovun “qara siyahısı”ndan da qərəzli idi.

Yeni dövr Azərbaycan milli demokratik mətuatın banisi bundan sonra  “Molla Nəsrəddin” ıurnalının baş redaktoru vəzifəsindən imtina etmişdir. Bir neçə ay sonra ədib dünyasını dəyişmişdir.

Bəs Amaşov 1931-ci ildə yox, 1906-cı ildə mövcud olsaydı nə baş verərdi?

Sizcə, “Molla Nəsrəddin” jurnalını təsis etmək və sonra da onu əmin-arxayın  çap etmək mümkün olardımı? İnanmıram! Amaşov və onun komandası M.Cəlili çox asanlıqla çar hökumətinin düşməni, cəmiyyətin antipodu, dələduz və s. elan  edib özlərinin “tam legitim əsaslarla yaradılmış” kollegial “qara siyahılarına” sala bilərdilər. Onda Azərbaycanın mətbuat intibahı birdəfəlik intihar mətbuatına çevrilərdi. Mən buna tam səmimiyyətlə inanıram, Amaşov və onun “qara siyahı” tərtibatçıları bunu çox asanlıqla bacarardılar. Çünki onlar adi qələmi reket aləti kimi, qəzetçini reket, yəni qaçaq-quldur, baş kəsən, qarətçi, terrorçu və s.s elan edə bilirsə, qardaş, onda M.Cəlili siyasi savadsız, qəsdçi, xalqçı, və s. elan etmək nə çətin şeymiş?

Yaxşı, əgər Amaşov və onun cəfakeş komandası 135 il əvvəl mövcud olsaydı, sizcə “Əkinçi” qəzeti işıq üzü görə bilərdimi? İnanmıram! C.B.Zərdabi ya zindanda çürüyərdi, ya da zirzəmidə... Odur ki, durub-oturub gündə min kərə Allahımıza şükür etməliyik ki, Amaşov və onun komandası o vaxtlar mövcud olmayıb. Yoxsa bütün millət qara “siyahıya” salınıb gedər-gəlməzə göndərilərdi. Allah bizə görün nə qədər möhlət verib. Amaşovu saxlayıb, saxlayıb indi-mətbuatın bu bol-bostan vaxtına salıb. O gündə birini qaralayır, yerində üçü yaranır. 103-ü gedir, 309-u gəlir. Necə deyərlər zaman öz işini görür. Amaşovun sələfləri də müstəqil mətbuata çox diş qıcamışdı, amma sonda nə “Əkinçi” unuduldu, nə də “Molla Nəsrəddin”...

452 dəfə oxunub | 2 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Aqil, e-mail; aqil.ismail@mail.ru | 21.07.2010 | 14:22:35
Eşq olsun! Çox çəkməz! bu cür şantaj üsulları sizin kimi ziyalılar tərəfindən məhv ediləcək. Mən buna 100% əminəm

Ağsaqqal, e-mail; kishi67@mail.ru | 05.06.2010 | 18:29:32
Qalib müəllim Sağolun ki, vaxtaşırı bunları "yad edirsiniz"

 
Arxiv (son 15 yazı)
100 Böyük Azərbaycanlı
Vətənkeş əxlaqı
Bizim millət: Məziyyətlərimiz və mərəzlərimiz
Avropada ağlınıza, Azərbaycanda adınıza güvənin
Vətən qiymətlidir, yoxsa vətəndaş?
Şikəst talelərin iniltisi
Amaşovun sələflərinə min şükür
“Qara siyahı” aşiqlərinə açıq məktub
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium