saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi” / 10.02.2012



Sevgidən dəm vurmağa həvəsim olmasa da, bu mövzuya bir əl qatmaq istədim. Dedim görüm, nə baş verir, niyə bu camaat hay-həşirə düşüb yenə. Iki gün öncə bir tanış xanımın “səncə, nişanlıma 14 fevralda nə alım?” sualı məni yuxudan qəfil oyatdı, anladım ki, sən demə bu valentin əminin ölüm ildönümü gəlir qarşıdan. Hərzamankı kimi araşdırım dedim, qarşıma çox məlumatlar çıxdı. Biri Valentini müqqəddəs saydığını, biri homoseksual olduğunu, biri günahsız, biri ölümə layiq olduğunu və s. kimi qeyd edir və fikrində qətidir. Amma yekdilliklə qəbul olunan əsas məqam odur ki, bu bizə məxsus bayram və ya gün deyil.

Az və ya çox şəkildə bugünün tarixi haqqında məlumatlar hərkəsə bəllidir. Lakin çoxluq etibarı ilə yazılanlar da nağıldan kənar deyil. Onagörə yazılan “tarixi” aspektlərə toxunmaq istəmirəm, sadəcə bir neçə məqamı bildirəcəm.

Ümumən Valentin günü ilə bağlı bilgilərdə qeyd edilir ki, haqqında bəhs edilən keşiş imperatorun əmrinin əleyhinə çıxaraq, gizlicə əsgərlərin kəbinini kəsirmiş. Tarixdən də bilindiyi kimi əsgərlərə yalnız düşərgə şəraitində evlənmək qadağan edilmişdi. O zaman düşərgə şəraitində olan, bir şəhərdən o biri şəhərə köç edən orduda qadağan və təqib olunan xristian dininin keşişi Valentin nə gəzirmiş? - Cavab Yoxdu.  Üstəlik  Avqustin “Xristianlığa aid 6 suala cavab” kitabında qeyd edir: “İsa tərəfdarlarının həyatın ən vacib işləklərinə aid heç bir ayinləri yoxdur”.  Rus filosofu Vladimir Slovyov da öz kitabında yazır ki, “Xristianlıq özünün erkən dövrlərində heç bir dini ayini ehtiva etmirdi”. Bəli, hadisələrin baş verdiyi 269-cu ildə xristianlıqda dini qaydada kəbin kəsmək ənənəsi və qaydası olmadığı halda, Valentin hansı qaydaya, hansı dini ayinə görə kəbin kəsirmiş?

Valentin, Papa Helasiusun dövründə,  496-cı ildə kilsə tərəfindən müqəddəs elan olunub və fevralın 14-ü Müqəddəs Valentin Günü kimi qeydə alınıb. Papanın  məhz bu tarixi seçməsinin isə əsaslı səbəbi var. Çünki o dövdə Romada bir vaxtlar  bütpərəstlik dövründən qalmış Kəbin ilahəsi Yunonun və Pan tanrısının adıyla bağlı ədəbsiz bir bayram varmış. Hər il fevralın 14-də qadınlar və kişilər Erotizm tanrısı Luperkalinin şərəfinə bir yerə yığılaraq, ədəbsiz qaydaları olan şənlik keçirərmiş. Qaydalara görə, cavan qızlar kişilərə sevgi məktubları yazaraq qutuya atarmışlar, sonra kişilər bu məktubları çıxararaq, bəxtlərinə düşən gözəllə eşqbazlıqla məşğul olurmuşlar.Və beləcə Papa ədəbsiz bayramı unutdurmaq üçün fevralın 14-də məhəbbətə görə edam edildiyi haqda dini rəvayətlərdə adı keçən keşiş Valentini müqəddəsləşdirir, onun adıyla bağlı təzə bayram “kəşf eləyir”.

Bir sıra bilgilərdə qeyd edilir ki,Valentin həbsxanada ikən öz rahib dostuna, “səni sevirəm”,”sənin Valentinin” başlıqlı məktublar yazırmış. Düzdür,bəzi mənbələr də yazır ki,bu məktublar onun həbsxanada ikən vurulduğu qadına ünvanladığı məktublar olub. Əgər birinci variant doğrudursa, demək ki, homoseksual keşişin bayramını canfəşanlıqla qeyd etməyə üz lazımdır. Ona görə dua edək ki, heç olmaya ikinci variant gerçək olsun, yoxsa biyabırçılıq!

Yaramaz keşişi sevənlərin diqqətinə onu da çatdırım ki, 1969-cu ildə Roma Katolik Kilsəsi, Papa Helasiusun bu səhvini düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahısından çıxararaq, Müqəddəs Valentin Günü bayramının keçirilməsini məsləhət görmür. Bu siyahıdan çıxarılma isə o anlama gəlir ki, sevimli keşişin elə əməlləri varmış ki, o siyahıya layiq deyil. Hətta məhz bu səbəbdəndir ki, Rusiyada hər il bu bayramda millətçilər, xristianlığın bəzi məzhəblərinin davamçıları ilə bu günü daha təntənəli keçirən cinsi azlıqların nümayəndələri arasında dava-dalaş düşür.

Oxuduğum yazılardan birində  maraqlı məqam diqqətimi çəkdi. Belə ki, “Almaniya bugünü psixi cəhətdən sağlam olmayanların günü kimi qeyd edir  və siz fevralın 14-də Almaniyada olsanız, dəlixanaların pəncərələrindən, eyvanlarından asılan güllərə, qırmızı lentlərə təəccüblənməyin, çünki onlar hamı üçün yox, məhz ağıldan kəmlər üçündür.”

Əlbəttə hansısa bayramı qeyd etmək hərkəsin öz biləcəyi işdir. Bunu kimsə qadağa edə bilməz. Amma hərhalda biraz düşünmək gərəklidir. Nəyi, kimi, nə üçün müqəddəsləşdiririk. Çünki zamanla bu dəyərlərimizə çevrilir.

539 dəfə oxunub | 1 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

AQILHEKIM, e-mail; @mail ru | 18.02.2012 | 11:11:46
Nermin xanim məndə sizi dəstəkləyirəm.14 fevral gunu bizim uçun yaddır.

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium