saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Körpə genosidinə dair “ayıb söhbət” / 24.01.2012



Bir müəllimim söhbət əsnasında demişdi:  “Elmdən abır gözləməyin.”  Elə o vaxtdan bu sitatı qulağıma sırğa etmişəm. O səbəbdəndir ki, elmi izah olan yerdə ayıb söhbətləri özümə və başqasına “zapadlo” bilmirəm. Açacağım mövzu sizə bu fikrimi daha aydın əks etdirəcək. Mənim mühakimə edilməyimin fərqi yoxdur, əsas gerçəkliyin fərqinə varılsın istəyirəm.

Haqqında bəhs edəcəyim “ ayıb söhbət” uşaq abortları - körpə genosidinə dairdir. Bunu ancaq genosid adlandıra bilərik, çünki əlimizdəki statisikalar bu ifadəni işlətməyə vadar edir.  Üstəlik mən nəinki reallığı əks etdirməyən, onun yaxınlığından da keçməyən statistik rəqəmləri açıqlayıram. Rəsmi məlumatlara görə 1995-ci ildə ölkəmizdə abortların sayı 25228, 2000-ci ildə 17529, 2002-ci ildə 16635, ötən il isə 26800 olub. Müxtəlif ölkələrdə həyata keçirilən abortların rəqəmsal göstəriciləri bizimlə müqayisədə çox fərqlidir. Hollandiyada hər 100 qadından 5-6 nəfər, İngiltərədə 10-15, Rusiyada 65-70, bizdə isə 70-80 nəfər abortdan istifadə edir. Qısacası, sıra etibarı ilə bu məsələdə dünya ölkələri arasında “üstünlüyümüzü” əldən vermirik. İndi bir anlıq düşünək ki, bu rəqəmlərə xəlvət abortlar, ara arvadları, mamaçalar tərəfindən gizli şəkildə evdə edilən, rəsmiləşdirilməyən abortlar daxil deyil. Yəqin ki, dəhşətverici statistik mənzərədir.

İkinci bir vəhşi gerçəklik də odur ki, tərkibində kollagen və amniotik maddə olan bütün kosmetik maddələr məhz abortlar zamanı tələf olan körpələrin doğranmış hüceyrələdir. Yəni, abort  tibbi üsuldan çox artıq sənayeləşib, özü də milyonlarla dollar məbləğində qazanc gətirən sənaye..

Hal-hazırda cəmiyyətimizdə yanlış bir düşüncə formalaşıb. Çoxları iddia edir ki, arzu edilməyən hamiləlikdən qurtulmağın tək yolu abortdur. Təbii ki, bu səbəbdən “qəssab”lara ( abort edən ginekoloqları nəzərdə tuturam) müraciət qaçılmaz olur. Amma bu heç də deyildiyi kimi son çarə deyil. Qeyd edim ki, arzuedilmədiyi halda ən yaxşı üsul hamiləlikdən yayınmaqdır. Belə ki, bunun üçün savadlı bir ginekoloqla 10 dəq-lik söhbət yetər. O izah edə bilər ki, hansı təbii və süni vasitələrlə hamiləlikdən və ən əsası körpə qatili olmaqdan  qorunmaq mümkündür. Bu da çox bəsit məsələdir, yetər ki, öyrənməyə istək olsun. Üstəlik məlum məsələdir ki, abort qadınlarda təhlükəli xəstəliklərə, sonsuzluğa, hətta ölümə belə səbəb ola bilir.

Azərbaycanda bu gün xüsusilə qız uşaqlarının abort edilməsi artıq ciddi məsələyə çevrilib. Belə ki, yeni doğulmuş oğlan uşaqlarının sayı qızların sayından 10-13% çoxdur. Təsəvvür edin, keçən il Azərbaycanda 26 800 körpə ana bətnində öldürülüb, bunun da 70-80%-i qız uşağıdır. Hətta Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb.Vəziyyətin gərginliyinə dair AŞPA belə məsələyə əl qoyub. Gürcüstan, Kosovo, Ermənistan və Azərbaycan kimi ölkələri uşağın cinsiyyətinin müəyyənləşdirilməsini və qız uşaqlarının dünyaya gəlmədən ana bətnindən çıxarılmasını qadağan edən qanunlar qəbul etməyə çağırıb. Amma bir az qanundan kənar bu məsələyə baxsaq, görərik ki, heç bir qadağa abortların azalmasına kömək etməyəcək. Bəs çarə nədir? Əlbəttə maariflənmək, maarifləndirmək. Düzdür, bunla bağlı bəzi mərkəzlər olsa da, yəqin ki, statistik göstəricilər onların sadəcə kağız üzərində var olduğunun sübutudur.

Bir çoxları maarifləndirmə məsələsində maneə kimi mentalitet, ənənəvi “ayıb pərdəsi” və s. qeyd edə bilər, lakin hansısa geridə qalmış qaydalar körpə genosidindən daha ayıb, daha keçilməz deyil, bu barədə razılaşmaq gərəklidir. Bir dəfə iki xanımla söhbət əsnasında onlara körpənin cinsiyyətinin kişidən asılı olduğunu anlatmağa çalışırdım. Hansı ki, dəfələrlə sırf qız olduğu üçün qatil olmağa razılıq verən bu xanımlar məni sadəcə sperma sözü istifadə etdiyim üçün qınaq obyektinə çevirdilər. Burada qeyd etmək yerinə düşər: Sperma sözünü ayıb bilən ana  körpəsini öldürməyi (cinsiyyəti 3 aylığında müəyyən etmək olur ki, xüsusən bu zaman aborta baş vurulur)  ayıb bilmir. Demək ayıb, həya anlayışlarımız kökündən yanlışdır.

Mən təklif edərdim ki, xüsusən orta məktəblərdə şagirdlərə cinsi tərbiyyə verilsin. Bu zaman daha bilgili, daha şüurlu şəkildə gələcəyin valideynlərini yetişdirə bilərik. Bir neçə gün öncə ana olacağımı öyrəndim. İndi bir gənc ana olaraq səslənirəm: İçimizdə böyüyən o qutsal varlığı qorumağa borcumuz var, onu öldürməyə haqqımız yoxdur!

541 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

September

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium