saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər” / 28.09.2011



Bu gün milli kimlik məsələsi hələ də bizim üçün aktual olan problemlərin başında gəlir. Burada təəssüf doğurucu məqam da odur ki, bu məsələnin ciddiyətinə varılmır. Nəticədə isə “mən kiməm” sualına Azərbaycan insanı nə qədər istəsəniz cavablar verir. Təbliğat mövzularına daxil olsa da, bu problemi çözməyə çalışanlar azlıq təşkil etdiyindən aktuallığını qorumaqdadır. Özü də bizim insanımız kimi məlumat sahibi olmadan fikir sahibi olanlar üçün uzun illər gündəmdən bu məsələnin düşəcəyini gözləmək yersizdir. Və beləcə cavablarımız da yazılan tariximiz kimi yalanlara sığınır. Qısacası kim nə çalsa, o havaya oynayırıq. Səbəb?.. O qədərdir ki...

70 illik əsarətin yazılan tarixi ilə bugünkü tariximiz arasında nə fərq var, heç diqqət etdinizmi? Dünən tarix kitablarımızda başqaları təriflənirdi, qəhrəman elan olunurdu, bugün də başqaları. Hər dəfə kitabların mündəricatı yeniləndə bizə fərqli kimlik menyusu təqdim edildi. Kimin də ağlına hansı batdısa, onun dadına baxdı. Yenisi çıxanda da ondan da pay almağı unutmadı, sonluq isə zatını bilməyən insan yığını qarşısında “mən kiməm” sualının cavabını axtarmaq oldu.

Milli kimlik məsələsinin bu qədər qarışıq hal almasına səbəb savadsızlıqdan irəli gəlir fikrini yəqin ki, indi çoxları təsdiqləyər. Qeyd edək ki, burada qarşımıza ilk öncə vətəndaşlıqla milli mənsubiyyətin ayırd edə bilməmək problemi çıxır. Qısaca şərh edək:

Milli mənsubiyyət kimliyimizin, kim olduğumuzun göstəricisidir. Vətəndaşlıq isə ərazisində doğulmuş və orada qanuni əsaslar üzrə yaşayan şəxslərə dövlət tərəfindən verilən hüquqi statusdur və etnik mənşəyi bildirmir. Yəni hal-hazırda etnik kimliyindən asılı olmayaraq bizim ölkədə doğulan və qanuni əsaslarla burada yaşayan hər kəsə (istər türk olsun, istər kürd olsun, istər talış, istər ləzgi, istərsə, lap erməni olsun) vətəndaşlıq olaraq azərbaycanlı statusu verilir.

Nə qəribədir ki, yuxarıdakı tərifi izah etdikdə bir çoxları hələ də azərbaycanlılığın vətəndaşlıqla bərabər milliyət bildirdiyini iddia edir. Səbəb olaraq isə çox zaman ölkənin adını göstərir. Bu isə Türkiyə Respublikasının bütün vətəndaşlarının türk adlandırılmasına qarşılıq olaraq yaranan düşüncədir. İlk öncə qeyd edək ki, Azərbaycan coğrafi termindir, heç vaxt bir millətin ismi ola bilməz. Əgər olsa idi, o zaman biz birbaşa Səudiyyə ərəbistanlı, çilili, pakistanlı, konqolu və s. millətlər olduğunu qəbul etməliyik.

Bu gün beyinlərimizə yeridilən azərbaycanlı kimliyinin kökü SSRİ dövründən gəlir. Belə ki, sovetin "təbliğat maşını" XVI əsrin ortalarında formalaşan Azərbaycan türkcəsinin "Azərbaycan dili", milliyətinin isə "azərbaycanlı" olduğunu xalqımıza qəbul etdirməyə çalışdı. Hətta bununla yetinməyərək 1936-cı ildə adımızı və dilimizi rəsmi olaraq dəyişdilər. Bu cür siyasi oyunlara əl atmaqda əsas məqsəd azərbaycan türklərini türk dünyasından ayırmaq  idi.  

Bizləri rahatsız edən ikinci bir məsələ Azəri və ya Azəri türkü ifadələridir. Bu məsələyə qısaca aydınlıq gətirək: “Azəri xalqı” artıq antropoloq və dilçilərin qəbul etdiyi kimi İran xalqı olub, Şimal-Qərbi İran dillərindən olan Azəri dilində danışıblar. Gilbert Lazard və Riçard Nelsonun kimi dilçilər də bunu sübut edir. Lakin Kəsrəvi bu "Azəri" amilindən istifadə edib bütün Azərbaycan Türklərinin əslində Fars olduqlarını və Azərilərin nəvəsi olduqlarını sübut etməyə çalışıb.

Azəri türkü ifadəsi isə tamamilə absurddur. Fars kökənli bir xalqın adını türk millətinə calaq etmək hansı məntiqə sığır? Bildiyimiz kimi Azərbaycan tək indiki Müstəqil Azərbaycandan ibarət deyil. Cənubi (Güney) Azərbaycan adlı böyük bir hissəmiz fars işğalı altındadır. Halbuki İran İslam Respublikası vətəndaşı olan Qərbi Azərbaycan ostanı, Şərqi Azərbaycan ostanı, Ərdəbil ostanı, Zəncan ostanı, Qəzvin ostanı və digər ostanlarda olan soydaşlarımız özünü türk olaraq tanıyır və tanıtdırır. Bizlərə sırıdılan azəri və azəri türkü isimləri ilə də cənubdakı soydaşlarımızla bizlər arasında milli mənsubiyyətdə fikir ayrılığı yaratmaq məqsədi güdülür.

Milli kimlik məsələsində bir çox gerçəklər araşdırdıqca ortaya çıxır. Belə ki, bu gün müəyyən kütlə üçün milliyət dini inancla eyni anlamı daşıyır.  Lakin bilindiyi kimi bu tamamilə yanlışdır. Azərbaycanda çoxluq müsəlmandır. İslam bu çoxluğun dini inancıdır, ancaq mütləqdir ki, dinin inancın milli kimliyə aidiyyatı yoxdur. Çünki dini inancı dəyişmək mükündür, milliyyət isə insanın qanında daşıdığı milli kimlik göstəricisidir, o dəyişdirilə bilməz. Üstəlik dünyada müsəlman milləti, müsəlman xalqı adlı bir anlayış yoxdur. Hətta ərəblər belə müsəlman yox məhz ərəb deyə öyünürlər.

Gülməli və bir o qədər də acınacaqlı haldır ki, düşmənlərimiz bizi bizdən yaxşı tanıyır. Onlar əsrlərdir bizə türk deyir, biz isə türkdən başqa bütün adları qəbul edirik. Unutmayaq ki, bir millətin kimliyi onun ən böyük sərvətidir. Biz fəxr ediləsi bir millətin qanını daşıyarkən, hansı səbəbdən yaratdığımız qondarma millətlərə özümüzü aid edək ki? Əmin olun ki, milliyətimizi danmaqla keçmişinə etiraz edən, zatı olmayan görməmişlər yığını imici çizmiş oluruq. Tanrı bizə Türklüyümüzü dərk etməkdə yardımcı olsun. Biz bu qondarma millət adlarını bəlkə onda tərk edərik.

417 dəfə oxunub | 2 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

Ziba Xəlil, e-mail; ziba.xalil@inbox.ru | 03.01.2012 | 19:36:40
Yaziya görə çox cağ olun!Biz ən önəmli bir şeyi-milli kimliyimizi hələ də dərk edə bilməmişiksə-yazıq bizə...

samir, e-mail; samir.esgerov.85 | 15.12.2011 | 00:19:26
salam

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium