saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı / 10.09.2011



İranın tərkibində olan Güney Azərbaycanda baş verən hər bir olay bizim üçün böyük önəm daşıyır. Çünki bilindiyi kimi İranda on illərdir fars zülmü altında dilindən və demokratik hüquqlarından məhrum olaraq yaşayan 35 milyon soydaşımız var. Bu bölgədə baş verən hadisələr çoxluqla ört-basdır edilsə də, gerçəkləri daimi olaraq gizlətmək təbii ki, mümkün deyil. Onu da qeyd edək ki, soydaşlarımız bir çox hallarda şovinist rejimə qarşı öz etiraz səslərini ucaltmış, lakin bütün cəhdlərə baxmayaraq hələ də hüquqlarına qovuşa bilməmişlər.

Məhvə məhkum edilmiş Urmiya gölü

Xüsusən 2010-cu ilin aprel ayından etibarən Güneydə keçirilən etiraz aksiyaları davamlı xarakter daşımaqdadır. Bunun əsas səbəbi isə İran hökümətinin Urmiya gölünün qurumasının qarşısının alınmamasına olan biganə münasibətidir. Bu göl haqqında istərdik ki, qısaca izah verək:

“Urmiya İranın və Güney Azərbaycanın həcminə görə ən böyük gölüdür. Qədim türk dilində bu gölün mənası «suda yaşayış yeri» anlamını verir. Başqa sözlə, bu göl ətrafında daim yaşayış məskənləri olduğu üçün onu bu şəkildə adlandırıblar. Gölün suyu şor olduğundan müalicəvi əhəmiyyətə malikdir. Azərbaycanın bu bənzərsiz su hövzəsi həmçinin tarixi cəhətdən də çox böyük əhəmiyyətə malikdir. Gölə məxsus ən böyük adalardan birində Çingiz xanın nəvəsi Hülakü xanın qəbri var. Əlavə olaraq tarixi yaşayış məskəni olduğu üçün xüsusən qorunmağa ehtiyacı olan bölgədir. Qeyd edək ki, 1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESKO buranı qorunan təbii ərazilər sırasına daxil edib.

“Göl qurusaydı, dəvə saxlayardıq”

Mütəxəssislərin fikrincə, bu gölün quruma prosesi 1999-cu ildən başlayıb. Bu isə əsasən gölə tökülən çaylar üzərində süni su anbarlarının tikilişi ilə əlaqədərdir. Artıq 10 ildən uzun bir müddətdir ki, soydaşlarımız bu məsələ ilə bağlı haqlı etiraz səslərini duyurmağa çalışsalar da, gölün və minlərlə insanın taleyinə İran höküməti və rəsmi dairələr biganə yanaşmağa davam edir,  hətta ucalan səsləri yerindəcə batırmağa üstünlük verirlər.

2009-cu ildə Əhmədinejad prezident seçkilərindən öncə bu məsələ ilə bağlı komissiyanın yaradıldığını elan etsə də, bugünə kimi gölün qurumasının qarsışını almaq üçün heç bir əməlli tədbir görülməmişdir. Bir müddət öncə isə kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani gölün qurumasına istehza ilə yanaşaraq «Urmiya gölü qurusa idi, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir», demişdi. Hakimiyyət sözcüsünün bu ifadəsi artıq hökümətin bu məsələyə münasibətini açıq-aşkar ortaya qoyur.

Parlament üzvlərinin sözləri isə bir daha İran hökümətinin soydaşlarımıza qarşı birmənalı yanaşdığını göstərdi. Belə ki,  Bucnurddan olan palament üzvü Musəlrza Sərvəti müzakirələr zamanı Urmiya gölü ətrafındakı əhalinin başqa yerə köçməsinin daha doğru olduğunu söyləmiş, hətta   “Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar.” demişdi.

Hakimiyyətin Urmiya gölünə biganə münasibəti özünü göl üçün ayrılmış vəsaitin açıqlamasında da göstərdi. Belə ki, öncə 20 milyon dollar ayrıldığı söylənilmiş, daha sonra isə 35 milyon olduğu iddia edilmişdi.

 İran hökümətinin assimilyasiya siyasəti

Bu ilin avqust ayında “Urmiya gölünün dirçəldiməsi”nə dair layihə İran parlamenti tərəfindən rədd edildi. Səbəb üçün çox axtarışa ehtiyac yoxdur, məqsəd bəlli: bu bölgəni Azərbaycan türklərindən təmizləmək. Belə ki, Tehranın gizli planına əsasən duzlu səhraya dönən göl ətrafda yaşayan insanların fəlakətinə səbəb olacaq. Çünki burada yalnız Azərbaycan türklərindən ibarət əhali heyvandarlıq və əkinçiliklə məşğul olur. Gölün quruması nəticəsində ekoloji tarazlıq pozulacaq, nəticədə yaşayış mühiti xarabaya çevrilən soydaşlarımız buradan İranın müxtəlif bölgələrinə köçmək məcburiyyətində qalacaqlar. Bu isə türklərin kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək. Artıq on illərdir türkləri yaşadığı ata-baba torpaqlarından çıxarmaq üçün bundan yaxşı fürsət Tehran üçün təbii ki, ola bilməz.

Urmiya bilindiyi kimi Güney Azərbaycanın qərbində yerləşən ən böyük şəhərdir, başqa sözlə Qərbi Azərbaycan əyalətinin baş şəhəridir. Qeyd edək ki, bu bölgədə həyata keçirilən assimilyasisa məsələsi heç də Tehranın ilk proyekti deyil. Daha öncə bilindiyi kimi Qərbi Azərbaycanın bir çox kəndlərinə kürdlər kompakt şəkildə köçürülmüş, onlara hər bir şərait yaradılmışdır. Hətta köçürməklə qalmamış, burada yerləşən bir çox tarixi abidələrin ismini dəyişdirərək onların kürdlərə məxsus olduğunu iddia etmişlər. Məlum plana görə bu bölgələri kürdləşdirməklə Tehran hakimiyyəti Güney Azərbaycanla Türkiyə arasında kürdlərin yerləşməsinə yardım edir. Başlıca məqsəd isə Qərbi Azərbaycan əyalətində demoqrafiq vəziyyəti kürdlərin xeyrinə dəyişmək və bu bölgədə çoxluğun onlardan ibarət olduğunu dünyanın diqqətinə çatdırmaqdır.

Güney Azərbaycan ayağa qalxdı

İran hökümətinin Urmiya gölünün qurumasına laqeyd münasibəti soydaşlarımızın son günlərdə haqlı etirazına səbəb oldu. Öncə avqust ayının 27-də, daha sonra isə sentyabrın 3-də geniş aksiyalar vüsət aldı. Yürüşlər zamanı yüzlərlə insan həbs edildi, yaralandı. Öldürülənlər də istisna deyildi. Xüsusən Təbriz, Urmiya, Ərdəbil, Əhər və s. kimi böyük şəhərlərdə keçirilən və minlərlə insanın qatıldığı mitinqlər, hətta İranın paytaxtı Tehranda da davam etdirildi. Hərzamankı kimi İran təhlükəsizlik qüvvələri öz içüzlərini göstərdilər, uşaq-qadın ayırımı etmədən həbs edərək, yürüşçülərə qarşı müxtəlif zorakılıq vasitələrindən istifadə etdilər. İran mediası tərəfindən ört-basdır edilən bu olaylar kənar bögələr tərəfindən duyulmasın deyə Güney Azərbaycan ərazisində rabitə sistemində ciddi problemlər yaranmış, etiraz edənlərə və tanınmış ailələrə qarşı qeyri-leqal münasibət göstərərək, iznsiz ev axtarışları, həbslər tətbiq etmişlər.

900 milyon dollarlıq “yalan”

Hal-hazırda İran höküməti Urmiya gölünün qurumasının qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədi ilə 900 milyon dollar ayırdığını söyləməkdədir. Əlavə olaraq Araz və Silva çaylarından Urmiya gölünə su axıdılmasını planlaşdırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, rəsmi Tehran bu barədə Azərbaycana heç bir məlumat verməyib. Hər iki ölkə arasında Araz çayından istifadəyə dair müqaviləyə əsasən çayın su və enerji resurslarından bərabər səviyyədə istifadə edilməlidir.

Yerli müşahidəçilərin fikrincə, İran hakimiyyətinin bu vədi də əhalini sakitləşdirmək məqsədi daşıyır və eyni zamanda hökumətin geri addım atması kimi dəyərləndirilə bilər. Və bundan sonra hakimiyyətin baş verən olaylara siyasi don geydirərək, soydaşlarımızı separatçılıqla suçlayacağı heç də istisna deyil.

 “Uman yerdən küsərlər”

Güney Azərbaycanda bu olaylar baş verərkən, çox təəssüf ki, Azərbaycan və Türkiyə media qurumlarının çoxu susqunluğa önəm verərək, bu hadisələrə dair heç bir məlumat yayımlamadılar. Sosial şəbəkələr istisna olmaqla, hətta elektron və yazılı media da bu məsələyə biganə qaldı. Düzdür, bir çox KİV nümayəndələri müxtəlif səbəblər gətirərək özlərinə haqq qazandırsalar da, onlar millətçi cəbhənin tənqid atəşinə tutuldu. Bu tənqiddən Türkiyə mediası da öz nəsibini aldı. Belə ki, daim Orta Şərqdə apardığı siyasətə uyğun olaraq, Türkiyə höküməti və mediası Fələstin, Somali, Suriya, Liviya dövlətlərinə dair  məsələlərdə göstərdiyi fəallığı Güney Azərbaycan türklərinə qarşı sərgiləmədilər.

Yaxşı bir söz var: “ Uman yerdən küsərlər”. Doğurdan da elədir. Başqalarını tənqid etsək belə, öz içimizdə də bu məsələyə biganə yanaşanlar az deyil. Bu “İranın daxili problemidir” deyənlərin nəzərinə çatdıraq ki, insan haqqları, ekoloji faciə bir dövlətin daxili işi deyil. İqtidar-müxalifət savaşlarından, müğənnilərin şəxsi həyatından həvəslə yazan KİV nümayəndələrini soydaşlarının səsinə səs verməyi, heç olmaya onlara informasiya dəstəyini göstərməyə çağırırıq.

 

 

472 dəfə oxunub | 1 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

rabil rəhimov, e-mail; rabil.rəhimovə.ru | 03.02.2013 | 12:11:53
Urmiya gölü iranın yox Büyöv Azərbaycanın məsələsidir-Şimallı-cənublu

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium