saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Qədim türklərdə bayraq anlayışı / 01.08.2011






Hər zamankı kimi mövzunu seçdikdən sonra araşdırmalarıma başladım. Qarşıma diqqət çəkici  məqamlar çıxdı. Onları sizlərlə də bölüşmək istəyirəm. İlk öncə qeyd edim ki, türk tarixində bayraq anlayışı  daha çox  İslamdan sonrakı dövrlərin əhatəsində öyrənilib. Xüsusən digər türk xalqları ilə müqayisədə daha çox Osmanlı türklərinin bayraqları araşdırılıb, buna dair kitablar nəşr olunub. Mövzuya dair  qədimdə türk xalqlarının hakimiyyəti altında yaşamış xalqlarla hələ də mübahisələrin davam etməsinə baxmayaraq, çox da dərindən araşdırmalar aparılmamışdır. Və beləcə bu məsələdə hələ də gizli məqamlar açılmamış qalmaqdadır. Lakin qədim türk dastanlarında, rəvayətlərində, Kaşğarlı Mahmudun əsərində, əlavə olaraq çin mənbələrində türklərə aid bayraq anlayışların yer aldığı aydın görülür. Məhz bu mövzunun araşdırmacıları da bu mənbələrə istinad edir.

Qurd başlı bayraq

Qədim türklərdə dövlət mənsub olduğu xalqı tərənnüm edirdi. Bu səbəbdən dövlət və kağan türklər üçün qutsal sayılırdı. Bayraq anlayışının yaranması da məhz dövlət inanclarından doğurdu. Belə ki, dövlətə sahib olan xalq mütləq şəkildə qurd başlı bayrağa da sahib olmalı idi. Ancaq bu yolla o digər birliklər tərəfindən tanınar və sayqı görə bilərdi. Hətta Türk kağanı olmadığı zamanlarda belə bu bayraq unudulmaz, yalnız o bayrağı təhvil alan şəxs kağan ola bilərdi. Qeyd edim ki, türklərdə bayrağı bu qədər qutsallaşdıran əsas məqam onun azadlıq, hürriyət, bir millətin bağımsızlığını tərənnüm etməsində idi. Və təbii ki, dini inaclar da burda əsas rol oynayırdı, aşağıda bu haqda söhbət açacam.

Niyə göktürklər məhz qurd başlı bayraq istifadə edirdi? Bu anlayışın əsas kökləri dini inaclarla bərabər türk mifologiyasında durur:  “Türklər düşmən qövmə yenilərək öldürülürlər. Yalnız bir uşaq sağ qalır və əlləri kəsilərək qamışlığa atılır. Ortaya çıxan dişi qurd uşağı götürüb böyüdür. Bunu xəbər alan düşmən onu öldürmək istəyincə dişi qurd uşağı alıb qaçır.Və bir dağda mağaraya sığınır, erkək uşaqla evlənir, 10 oğlu olur. Bu oğullar isə kənar qəbilələrdən qız qaçıraraq nəsil artırırlar. Beləcə türklər 10 soya sahib olurlar.

Göktürk dövlətini quran Bumin və İstəmi Kağan da bu on soydan biri olan Aşina boyundan idilər. Buna görə də göktürklər hər may ayında rəvayətdə bəhs edilən mağaranı ziyarət edər, qurban kəsərlərdi. Bəli, göktürklərin bayrağındakı qurd başının istifadəsinin əsas səbəbi budur. Həmçinin bu barədə Çin qaynaqlarında da bəhs edilir.

Türklərin dini inancları da bayraq anlayışının ortaya çıxmasında əsas rol oynamışdır. Belə ki, onlardan ölüm törənləri zamanı istifadə olunardı. Xüsusən yas sahibinə məxsus ərazidə bayraqlar yerə sancılar və əsas olaraq  baş şaman rütbəsini daşıyan şəxs tərəfindən götürülərdi.

 Bayraq yoxsa tuğ?

Bir çox araşdırmacılar arasında bayraq və tuğ məsələsi hələ də mübahisə obyektidir. Kimisi hər ikisinin fərqli anlamlarda istifadə edildiyini, kimisi isə eyni anlamı ehtiva etdiyini, hətta fərqli zamanlarda ortaya çıxdığını qeyd edir. Məşhur türk ideoloqu Nihal Atsız  isə bu  məsələyə “16 dövlət nağılı və saxta bayraqlar” məqaləsində (Ötükən, N65, 1969) belə aydınlıq gətirir:  “Qədim türklərdə bayraq yox, tuğ vardı. Bayraq tuğ anlayışının genişlənməsi, inkişafı ilə daha sonrakı yüzilliklərdə ortaya çıxmışdır. Yenə bilindiyi kimi qədim türklərdə sadəcə bir tək bayraq yox, bir çox bayraqlar olmuşdur. Hər əsgər alayının, hər ordu birliyinin özünə aid bayrağı vardı. Tək milli bayrağa sahib olmaq fikri çox sonralar ortaya çıxmışdır.”

Nihal Atsızın bu fikrini ələ alaraq daha bir neçə araşdırmanı nəzərdən keçirdim. Qısaca bu qənaətə vardım ki, qədim türklər öncə tuğlara sahib idilər. (Tuğ dörd hissədən ibarət idi: Bəzədilmiş tuğ dirəyi, dirəyin başına bağlanmış at quyruqları, tuğ başı, tuğ başının üzərinə qoyulan qurd başı.) Daha sonra zaman keçdikcə türklərdə bayraq anlayışı ortaya çıxmağa başladı, hansı ki, bununla tuğ arasında fərqlilik ön plana çıxarıldı. Bəs onlar arasındakı fərq nədir?  Tuğ dövlətin və bağımsızlığın simgəsidir və daha çox rəsmidir, yaranışı dövlət inanclarına bağlıdır. Bayraq isə köklərini dindən alır. Belə ki, yas mərasimlərində, ailə birliklərinə dair törənlərdə, savaş öncəsi and içmələrdə istifadə edilirdi. Əlavə olaraq, bir də bayraq mərasimləri vardı. Hansı ki, savaş elanları tuğ və ya bayraq mərasimi ilə başlayırdı. Və törənin sonunda savaş andı içilirdi. Bundan sonra savaş hazırlıqları edilirdi.

Qeyd edim ki, etimologiyasına görə bayraq sözü xas türkçə kəlimədir. Heç bir dəyişikliyə uğramayıb. Kaşğarlı Mahmuddan bu kəlimənin XI əsrdə Oğuz türkləri tərəfindən bayraq şəklində istifadə edildiyini bilirik:

Ağdi kızıl bayrak

Tağdı kara toprak

Yetşü gelüp «uğrak»

Tokşip anın giçtimiz.

Buradan belə nəticəyə gəlmək olar ki, XI əsrdə artıq bayraq kəliməsi vardı. Həmçinin Manas və Dədə Qorqud dastanlarında qədim türklərin tuğ və bayrağa qarşı olan münasibətlərini göstərən faktlar mövcuddur.

Bugünə kimi türklərdəki bayraq anlayışında dəyişilməyən əsas məqam odur ki, hər bir dövrdə o qutsal qəbul edilib. Rəşidəddin “Oğuznamə" adlı əsərində tuğdan "Tuq-ı mübarək" deyə söhbət açır və onun Türklər tərəfindən qutsal sayıldığını qeyd edir.  Həmçinin qədim Türk inam sisteminə görə bayraq yerlə göyü birləşdirmək anlamına gəlir və bu səbəbdən toxunulmaz sayılırdı. Manas dastanında bu məqam yer alır:

Ala bayraq, qızıl tuq

Tübün cərgə sayınar

Başın kökgö cayınar. (Yəni, al bayrağın və qızıl tuğun kökünü yerə sancın, başını göylərə qaldırın.)

Bayraqla bağlı hələ də açılmamış məqamlar təəssüf ki, gizliliyini qoruyur. Buraya rənglərin anlamları, tarixi inkişafı və s.  daxil olmaqla müxtəlif yönümlü araşdırmaların vacibliyi daxildir. Ümid edək ki, bizim tarixçi və araşdırmacılarımız da bu mövzuya mütləq şəkildə müraciət edəcəklər. Çünki digər türk xalqları ilə yanaşı bizdə də bayraq məsələsi problemli mövzulardandır.

 

513 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium