saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu / 27.05.2011



 

Hər bir xalqın istiqlalı onun milli oyanış tarixinin zirvəsi sayılır. Şükürlər olsun ki, Azərbaycan xalqı üçün milli oyanış tarixini canı və qanı bahasına yazan və yaradan şəxsiyyətlər XX əsrin əvvəllərində də  var olmuşdur. Və onların kəskin səyi nəticəsində 1918-ci il 28 may tarixi ilə İstiqlalımızın özülü qoyuldu. Bu elə bir özül oldu ki, bundan sonra da illər boyunca dövlətçilik ənənələrimiz, siyasi millətçilik prinsiplərimiz ona borclu qalacaqdır.

1828-ci il çarizmin işğalından sonra itirilən milli dövlətçilik Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yenidən bərpa edildi. Bununla Azərbaycan tarixinin şərəfli və bir o qədər də keçməkeşli dövrü başlayır. Yaranan Azərbaycan dövlətçiliyi daim adları qeyd edilən bir neçə şəxsin deyil, o dövrün yetirdiyi dövlətçilərin və siyasi xadimlərin ideyalarının praktik təcəssümü idi. Və özül olaraq onların dövlətçilik dünyagörüşünün əsasında siyasi millətçilik dururdu. Bu məqam isə bizlərə siyasətlə millətçiliyin birarada necə yürüdülməsi gərəkdiyini, milli ənənələri məhv etmədən yeniliyə doğru irəliləməyin prinsiplərini araşdırmaq üçün önəmli qaynaq rolunu oynayır.

Azərbaycan Xalq Cümhuriyyəti ilk növbədə dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığını bəyan etdi. Və bu yolla Azərbaycan xalqının öz müqəddəratını özünün təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Bu İstiqlalın banisi olan dahilər öz millətinin imzasını dünya xalqlarının imzası içində axtarırdı, bu isə həmin axtarışın məntiqi yekununa çevrildi. Stalinin “Bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” sualına cavabında M.Ə.Rəsulzadə demişdi: ”Çox şey verə bilmədik…Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq!” Bəli, məhz o daddığımız milli istiqlal bugün yaşadığımız müstəqil dövlətin mənəvi varisidir.

Mövcud olduğu qısa müddət  ərzinə baxmayaraq AXC  bir çox sahələrdə mühüm işlər gördü. Onlardan heç şübhəsiz ki, ən önəmlisi qəbul edilən İstiqlal Bəyannaməsi idi, bu Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı olmuşdur. Bununla çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənələlərimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. Britaniyanın bölgəyə təyin edilmiş ali komissarı Bakıya gəlib Azərbaycanda dövlət quruluşu və idarəçiliyi ilə tanış olandan sonra Londona göndərdiyi şifrəli teleqramında yazırdı ki, burada elə bir cümhuriyyət qurulub ki, çox məsələlərə görə Avropa dövlətlərinə nümunə ola bilər. Doğrudan da Azərbaycan siyasi xadimləri, aydınları tarixə elə bir nümunə verdilər ki, bu hər birimiz üçün fəxrdir.

Təkcə dövlət quruluşu və idarəçiliyi ilə deyil, hərb tariximizdə önəmli yer tutan qərarların qəbulu da məhz AXC dövrünə aiddir. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan hökumət 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordusunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. AXC-nin Hərbi Nazirliyi təsis edildi. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bununla yanaşı Azərbaycan parlamentinin 1919-cu il avqustunda 8 maddədən ibarət qəbul edilən qanunu ilə qeyri-leqal ticarətdən qorunmaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu sayı doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilməsinə qərar verildi.

AXC Azərbaycan türklərinin nəinki keçmişini, eyni zamanda gələcək hədəflərini özündə əks etdirən üç rəngli bir bayraq ucaltdı ki, bu gün də o bayraq bizim başımızın üstündə dalğalanır. Himnimiz və gerbimizin təyin olunması üçün müsabiqələr elan edilmişdi. Lakin rus işğalı onların nəticələrin həyata keçirilməsinə mane oldu. Müstəqillik qazandıqdan sonra hər iki dövlət atributumuz AXC dövründəki  təsvirlərlə yenidən həyat qazandı.

Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanunun qəbulu, Bakı Dövlət Universitetinin əsasının qoyulması və fəaliyyəti, Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması, məktəblərin milliləşdirilməsi, dövlət möhür və ordenlərinin hazırlanması və s. kimi qərarlar AXC dövrünün önəmini bir daha ortaya qoyan faktlardan sadəcə bəziləridir. Dövlətin idarəsi sahəsində də mühüm addımlar atan AXC 20-yə qədər dövlətin səfirlik və konsulluqlarının açılmasını təmin etmiş və ölkənin Avropa dövlətləri tərəfindən de-fakto tanınmasına nail olmuşdur.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb şəraitdə yaranmışdı. Bolşevik Rusiyası Azərbaycanı heç vəchlə əldən buraxmaq niyyətində deyildi. Bununla bərabər daxildəki bir sıra qüvvələr və xarici təzyiqlər də bir tərəfdən höküməti sıxışdırmağa davam edirdi. Və beləcə Azərbaycanın müstəqilliyini elan edən, demokratik əsaslı milli dövlətçiliyinin təməlini qoyan babalarımız bu dövləti o dövrün bəlli geosiyasi şərtləri daxilində yalnız 23 ay yaşada bildilər.

23 ay ömr sürməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrü milli özünüdərk, müstəqillik amalı üzərində köklənən tariximizin şanlı səhifədir. Və bu səhifəyə yazılan əlamətdar hadisələrdən biri də o idi ki, artıq Azərbaycan türkləri ümmətçilikdən türk millətçiliyinə keçid dövrünə qədəm qoydu. Bu isə milli oyanışımızın ən önəmli məqamlarından birinə çevrildi.

İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq hər bir Azərbaycanlının təməl vəzifələri sırasında yer almalıdır.

 

528 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium