saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Nərmin Məmmədli

Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır” / 15.05.2011





Yusuf Akçura (1876-1935) adı türk millətinin milli şüurunun oyanmasında, türkçülük ideologiyasının genişlənməsində  böyük rol oynamış dahi şəxsiyyətlər sırasında sadalanmaqdadır. Bu şəxsiyyətlərə Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Ziya Göyalp, Məmməd Əmin Rəsulzadə, Məmməd Əmin Yurdaqul, Ənvər Paşa, Mustafa Kamal Atatürk və s. kimi türk dünyasının bugün də sayqı və sevgiylə xatırladığı insanlar daxildir. Türk milli təfəkkürünün inkişafında müstəsna xidmətləri olan Yusuf bəy haqqında təəssüf ki, Azərbaycanda məlumat azlığı həddindən artıq çoxdur. Milliyətcə Kazan tatarı olan bu böyük ideoloq bizdən fərqli olaraq, türk dünyasında daha çox öyrənilmiş, əsərləri tədqiq edilmiş və hələ də öyrənilməkdədir.

Günümüzdə Yusuf Akçura irsini türk dünyası üçün bu qədər əvəzsiz edən heç şübhəsiz ki, onun türkçülük nəzəriyyəsinin təməlini və siyasi türkçülüyün prinsiplərini formalaşdırmasıdır. Akçuranın  1904-cü ildə yazdığı “Üç tərzi-siyasət” məqaləsi belə onun türk milləti üçün nə qədər dəyərli bir sima olduğuna sübutdur.  Amerikalı yazar Çarlz Hostler bu əsərin əhəmiyyətini marksistlər üçün “Kommunist Partiyasının Manifesti”nə bərabər tutmuş,  Akçuranı türk birliyi fikrinin qurucularından biri kimi qələmə vermişdir. Həqiqətən də Akçura bu məqaləsi ilə yuxarıda qeyd edildiyi kimi siyasi türkçülüyün, türkçülük nəzəriyyəsinin əsasını qoymuşdur.

Yusuf Akçuraoğlunun türklük siyasəti proqramını araşdırarkən aydın olur ki, onun baxışına əsasən bütün türk xalqları milli azadlıq əldə etməli və mədəni-kültürəl cəhətdən qaynayıb-qarışmalıdır. Lakin o heç zaman vahid dövlət anlayışından bəhs etməmişdir. 1908-1912-ci illər ərzində onun tərəfindən qurulan “Türk dərnəyi”, “Türk bilgi dərnəyi”, “Türk ocağı”, “Türk yurdu” kimi cəmiyyətlərin hər biri Yusuf bəyin mədəni türkçülük prinsipləri əsasında fəaliyət göstərmişdir. Bu isə türkçülük ideologiyasının inkişafında böyük əhəmiyyət kəsb edən çalışmalar sırasına daxildir. Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun da iştirak etdiyi və Akçuranın başçılıq etdiyi “Türk-tatar heyəti”nin fəaliyyəti də  türklərin milli istiqlallarına qovuşması fikrini daim təlqin etmişdir. Bunlarla bərabər Akçuranın redaktorluğu ilə yayımlanan “Türk yurdu” dərgisi Azərbaycanda oxucu kütləsi qazanmış, hətta M. Ə. Rəsulzadənin təbiri ilə desək, “Azərbaycanda da pək atəşli müaqqiblər bulmuşdur. “

Akçuranın türklük siyasətinə baxışını incələyərkən nəticə göstərir ki, o “irq üzərinə dayanan türk milliyyəti siyasəti yürütmək” tərəfdarı idi. Türk xalqlarını zamanı gəldikcə bir-birinə düşmən edən dini ayrılıq Yusif bəyin gözündən qaçmırdı. Bundan dolayı milliyət qavramını önəçəkən Akçura türkçülük siyasətindən söz edərkən “ Dinlər, din olmaq baxımından getdikcə siyasi önəmlərini, qüvvətlərini itirirlər. Sosial olmaqdan çox, şəxsiləşirlər. Dolayısı ilə dinlər, ancaq irqlərlə birləşərək irqlərə yardımçı və xidmətçi olaraq siyasi və sosial önəmlərini qoruya bilərlər”- deyə qeyd edir.

1905-ci illər dövrü türk xalqları üçün önəmli bir müddətinin başlanğıcı idi. Belə ki, Akçura bütün Quzey türklərini milli bir siyasi təşkilatda birləşdirmək qərarına gəlir. Bu qayə ilə  İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşı, Əbdürrəşid Qadı İbrahimov kimi əməkdar xadimlər ilə bərabər “Rusiya müsəlmanları ittifaqı” adlı böyük firqənin qurulmasına başçılıq edir və sədr seçilir.

Yusuf Akçuranın “Türklüyün tarixi” kitabında bəhs edildiyi kimi “Rusiya müsəlmanları ittifaqı” Rusiyada yaşayıb türklərin böyük əksəriyyətini təşkil edən Quzey, Türkistan və Azərbaycan türklərinin aydınları ilə yüksək və orta şəhər əhalisinin, köylülərin əksəriyyətini, xüsusən “vicdani hürriyyəti” “bütün Rusiya xalqının fərdləri arasında hüquq bərabərliyi” (çünki çarlıq rejimində rus olmayan xalqın hüququ ruslara nisbətən məhdud və azaldılmışdı) və “kültür sahəsində milli inkişafa qanunən icazə” qayələri ətrafında toplamış böyük bir siyasi təşkilat mahiyyətində idi. Bu təşkilat I Dumaya (rus məclisi-məbusanı) seçimlər zamanı ciddi bir fəaliyyət göstərərək, Quzey türklərindən çox miqdarda millət vəkili seçdirməyi bacarmışdı.

Bu konqredə İsmayıl bəy Qaspıralının türk milliyyətçiliyi və türk birliyi baxımından çox önəmli olan “Məktəb və mədrəsələr islahı” proqramı qəbul edilmişdi. Bu proqrama əsasən çeşidli  türk şivə və ləhcələri birləşəcək və türk dili təhsildə önəmli rol oynayacaqdır.

1906 və 1907-ci illərdən etibarən Quzey türklərinin ümumi-heyətində milli birlik fikrinə dayalı ciddi bir “milli şüur” formalaşmağa başladı. 1905-1907 hərəkatları, zahirən Rusiya müsəlmanları adı altında yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada türkləri məzhəb baxımından ikiyə( sünni və şiə qisimlərinə) ayıran ixtilafın qaldırılmasında da Akçura çalışmalarının böyük rolu olmuşdur. Hətta bütün Rusiya müsəlmanlarının III konqresində qəbul olunan qərarlardan biri də müxtəlif məzhəblər  arasında fərqlərin aradan qaldırılması idi. Bu qərarı şiə məzhəbindən olan azərbaycanlı Əli Mərdan bəy Topçubaşıoğlu təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər olan konqre isə bu təklifi “sünnilik, şiəlik yoxdur. Yetsin ixtilaf!” sədaları ilə və dəqiqələrcə sürən alqışlarla, səsbirliyi ilə qəbul etmişdir.

Önəmli məqamlardan biri odur ki, Akçura çalışmaları sadəcə Azərbaycanla bağlı deyildi, o Rusiya, Türkiyə, Orta Asiya kimi ölkələrdə türkçülük hərəkatının öndəri olmuş və orada yaşayan türklər üçün əlindən gələni etmişdir. Türkiyədə Cümhuriyyətin elanından sonra TBMM-ə millət vəkili seçilən və bir müddər Mustafa Kamal Atatürkün Mədəniyyət və Siyasət üzrə məsləhətçisi olaraq çalışan Yusuf Akçura burada qeyd edilən və edilməyən fəaliyyətləri göz önünə gətirilərsə, həqiqətən türkçülüyün tarixini yazan və yaradan şəxsiyyət olmuşdur.

535 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Ilk “avropalı” azərbaycanlı
“Cinsi tərbiyəsizlik”
Rus tarixini yaradan türk
“Azərbaycan Qadınının Dubaya gedən yolu”
14 fevral-“ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”
Körpə genosidinə dair “ayıb söhbət”
Oxumuram, əl çəkin!
Keçmişinə etiraz edənlər, zatı olmayan “görməmişlər”
Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı
Qədim türklərdə bayraq anlayışı
“Zərif” əsgərlər orduda xidmət edə bilərmi?
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu
Yusuf Akçura- “Türkçülüyün tarixi ondan başlanır”
Günahsız günahkar və ya əsirlikdəki qadın
Sən xanımsan, Vətən qeyrəti hara, sən hara?
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

December

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium