saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mübariz Əlibəyli

Yox əşi? Nə yaxşı, nə yaxşı! (Satirik hekayə) / 16.03.2011



 

-         Salam, ay qonşu, nə var, nə yox?

-         Sağlığın, ay Mirzə, sən qələm əhlisən, təzə xəbər səndə olar.

-         Var. Respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı geniş bir kompaniya başlayıb.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı.

-         Qonşu, bəs televizora baxmırsan?

-         Mirzə, neçə ilin qonşusuyuq, sən bilmirsən, mənim evimdə bir həsirdir, bir  də Məmməd Nəsir, tək yaşayıram, evimdə nə televizor, nə də soyuducu var. 85 man. pensiya alıram, o da ki, bu aydan o aya zorla çatır.

-         Qonşu, qəzetə nə gəlib, al oxu, orda hər şey yazılıb.

-         Rəhmətliyin oğlu, məndə pul hanı, 40 qəpik də qəzetə verim. Görmürsən cındırımdan cin ürkür. Əynimdə bir köhnə gödəkcə var, gərək bir təhər qışı başa vurum.

-         Hə, qonşu, artıq məktəb direktorları müəllim işə götürəndə onlardan 3000 və ya 5min manat rüşvət almayacaqlar, qorxurlar ki, Misir Mərdanov onları dama basa.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Misir müəllim.

-         Hə qonşu, bir də məktəb direktorları 1-ci sinfə daxil olan şagirdlərin valideynlərindən 25-50 manat şirinlik pulu almayacaqlar, vedrə, pərdə, jurnal pulu və məktəbi təmir etmək üçün hər şagirddən 5-10 manat pul yığmayacaqlar.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Misir müəllim.

-         Hə, qonşu, Oktay Şirəliyev dövlət xəstəxanalarında çalışan həkim isə tibb bacılarına tapşırıb ki, ağ xalatlarının ciblərini qara sapla möhkəm-möhkəm tiksinlər. Ona görə ki, dövlət xəstəxanasında yatan xəstələr pulsuz müalicə alacaqlar, dava-dərman hamısı pulsuz olacaq, bilməzlər xəstələr birdən həkim və tibb bacılarının cibinə pul salarlar.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Oktay müəllim. Böyrəklərim ağrıyır, sabah gedim pulsuz müalicə alım.

-         Qonşu, DSMF Əməkdaşları təzə pensiyaya çıxanlardan daha bir aylıq pensiya pulunu əllərindən alıb mənimsəməyəcəklər.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Səlim müəllim.

-         Bir də Sosial təminat alan vətəndaşlardan heç kəs 5-6 aylıq pulların əllərindən alınmayacaq. Onlar kartların banklardan alacaqlar.

-         Yox əşi? Nə, yaxşı, nə yaxşı. Sağ ol, Füzuli müəllim.

-         Qonşu, onu da bil ki, Vergilər nazirliyinin əməkdaşları ilin sonunda hər bir iri ticarət mərkəzindən 60-100 min manat pul almayacaqlar.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Fazil müəllim.

-         Hə, qonşu, Fövqalədə Hallar Nazirliyinin əməkdaşlırına tapşırılıb ki, təzə tikilmiş binaları qəbul edəndə sahibkarlardan 300-500 min manat pul almasınlar.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Kəmaləddin müəllim.

-         Hə, bir də onu bil ki, Gömrük işçiləri vahid pəncərə sistemi olduğundan daha ölkəyə gətirilən mallardan, xüsusilə maşınlardan əlavə pul almayacaqlar, bütün pullar bank vasitəsilə ödəniləcək.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Aydın müəllim.

-         Dövlət yol müfəttişləri yol hərəkəti qaydalarını pozan sürücülərdən daha daş-baş almayacaqlar. Sürücülər cərimə olunub, pullarını bank vasitəsilə ödəyəcəklər.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Ramil müəllim.

-         Hə, a qonşu, prezidentimiz İqtisadiyyat nazirliyinə tapşırıb ki, süni bahalaşmanın qarşısını alsın. Sabahdan yumurta 25q  yox 24q, soğan, kartof, kələm 1man yox  95 q, şəkər tozu 1m.10q yox 1m.8q, qənd 1m.40q yox 1m.38q, karmen unu 42q yox 40q və bütün mallarda 1-10q arası şok endirim olacaq.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Şahin müəllim. Ay Mirzə, bəs xiyarın qiyməti enməyəcək?

-         Yox, a qonşu, nazirimiz tapşırıb ki, ay camaat, qışda xiyar yeməyin, odur ki, hamı onun sözünə əməl edib, qışda xiyar yemir.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Artur müəllim, camaat onun məsləhətinə qulaq asır.

-         Qonşu, son məlumatı da sənə deyim mən gedim. Bazar müdirləri satıcılara tapşırıb ki, bir daha alıcıları tərəzidə aldatmasınlar, yoxsa onların hamısını işdən qovacaqlar.

-         Yox əşi? Nə yaxşı, nə yaxşı. Sağ ol, Ağamirzə müəllim. Cibimdə tərəzi var, bazara gedirdim, aparım atım evə. Daha tərəziyə ehtiyac yoxdur.

-         Deyirəm, a Mirzə, doğrudan da bizim Nazirlər baş-başa versələr və bu rüşvətin qabağını kəssələr əla olar. Ölkəmizdə analoqu olmayan bir kompaniya həyata keçirilə bilər.

-         Di yaxşı, qonşu, gedim bunların hamısını qəzetimizdə yazım, di sağ ol.

-         Çox sağ ol, a Mirzə, mən də qaçım, Sumqayıtdakı Nəsimi parkında veteranlar üçün tikilmiş klubda domino, nərd oynayan veteranlara bir muştuluq verim.

Mübariz Əlibəyli

584 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Ətir qoxusu və qorxusu (Sənədli hekayə)
Yox əşi? Nə yaxşı, nə yaxşı! (Satirik hekayə)
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

December

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium