saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Qalib Qadir

“Qara siyahı” aşiqlərinə açıq məktub / 14.05.2010



Hər bir əmək aləti kimi Qələm də silahdır, o həm də strateji silahdır. Hazırda hərətərəfli tərkisilah edilmiş Azərbaycan xalqı yalnız gündəlik işlətdiyi adi əmək alətlərinin ümidinə qalmışdır. Onlardan biri də Qələmdir. Son illər Qələmə qarşı müşahidə olunan təzyiq və təqiblər göstərir ki, mürtəce düşərgə bunu da xalqın əlindən almaq, onu həm də qələmsiz qoymaq istəyir. Amma unudurlar ki, onların sıxışdırdığı bu qüdrətli və qeyrətli əmək aləti hazırda ideoloji səngərdə  quduzlaşmış düşmənlərimizlə tək vuruşur. Beynəlxalq aləmdə bizə bütün cəbhə boyu hücuma keçən ermənilərin qarşısına çıxan yalnız bir silahımız var, o da Qələmdir. Əgər mürtəce dairələr onu da xalqın əlindən almaq, səbirli və dözümlü xalqımızı bir daha həm daxili, həm də xarici düşmən qarşısında əlacsız, əli yalın və miskin görmək istəyirsə, onda belə çıxır ki, onalar ya düşmənin niyyətini qanmırlar, ya da bilərəkdən yağıya qulluq göstərirlər.

Qəzetləri “reket” adlandırmaq hansı “müdrük məmurun” kəşfidir, mən bunu bilmirəm, amma onu bilirəm ki, qəzeti qəzet edən Qələmdir. Əgər kimsə qəzetə “reket” deyirsə, o, Qələmi reket adlandırır. Cənablar, axı Qələm reket aləti deyil, ona böhtan atmayın! Bu gün bizə Qələm həmişəkindən daha çox lazımdır. Onu sındırmağa, susdurmağa çalışmayın, ona meydan verin, çünki hazırda sığındığımız yeganə  nicat yerimiz Qələmdir. Təəssüf ki, o da sən deyən qədər çox deyil. 100 min nəfərə heç üç qələm düşmür. Doqquz milyon insanın vur-tut min Qələmi ola, ya olmaya. Söhbət məmur qələmindən getmir. On min nəfərə həmin ki, bir Qələm düşür. Onu da susdursaq, onu da sındırsaq, onda erməni xislətli daxili və xarici qəsbkarların qabağında kim duracaq? Mandat, mənsəb sahibləri, yoxsa ölkəni soyub-talayan digər milli gəmiricilər? Hamımız yaxşı bilirik ki, onların bərkdə əli yoxdur. Ötən savaş səngərlərində yenə ən çox Qələm sahibləri itki verdi. Bu gün də Qələm informasiya  və ideologiya cəbhəsində türk əsgəri kimi ayıq-sayıq dayanıb. Bu Qvardiyası yaxşı dolanmır, ehtiyac və mühit onu sıxır. Ən adi tələbatı belə ödəmir, çox cüzi bir vəsaitlə birtəhər dolanır, amma səngəri tərk etmir, biznes, qazanc, kommersiya  dalınca getmir, mənəviyyatımızın, mədəniyyətimizin, zehnimizin və milli mənliyimizin keşiyində gecə-gündüz təmənnasız keşik çəkir. Bu xidmətlərinin müqabilində kimsə Qələmi “qara siyahı”ya salmağa cahd göstərirsa, bu bir növ ötən əsrin səksəninci illərinin sonunda silahlanmış ermənilərlə meydanda üzbəüz qalmış və tərkisilah edilmiş Xocalıları yada salır. O vaxt “odlu cəbhədə” tərkisilah edilmiş xalqımız qanını, canını, malını, mülkünü, yurdunu, abrını, Torpağını – çox şeyini itirdi. Əgər indi müharibə informasiya cəbhəsində, ideoloji cəbhədə ondan da kəskin və geniş miqdarda davam edirsə, onda bu cəbhənin əsgərlərini “reket” adı ilə tərkisilah etmək nə dərəcədə düzgündür? Bu cənfəşanlıqda mürtəce düşərgənin məram və məqsədi nədir? Bəlkə ölkəmizin qalan ərazilərini də onlar düşmənə satmaq istəyirlər? İnformasiya cəbhəsini boşaltmaqda onların bundan qeyri nə kimi “xoş”məramı ola bilər? Daxildə ölkəni ermənidən betər söküb-sümürən yaramazı yalnız Qələm ifşa edirsə, bu nə üçün MŞ-ni narahat etməlidir? Məgər dələduzlar və dəyuslar MŞ-ni özünə vəkilmi ceçmişdir? Yoxsa o, haramzadələrlə halalzadələr, müftəxorlarla cəfakeşlər arasında vasitəçi meduza rolunu oynamaq fikrindədilər?

Azərbaqcan mətbuatı düz 135 ildir ki, cəhalət, nadanlıq, köləlik, gerilik və s. bu kimi ağlamalı-gülməli hallarla vuruşa-vuruşa gəlib bu günə çatıb. İndi o bu mübarizənin davam etdirməklə yanaşı həm də Amaşovla üz-üzə qoyulmuşdur. Amaşov daxilimizdan yetişdirilib özümüzə qarşı qaldırılmış qələmdaşlarimizdan biridir. Yəni “Sapı özümüzdən olan baktakardan biridir. ”İrtica bu təcrübəni dəfələrlə sınaqdan çıxardıb.

Qara siyahı məşqləri heç də, deyildiyi kimi, xoş məramlı mahiyyət daşımır. Yaxın keçmişdə əhalidən silahları yığışdıranda “xöş məramdan” dəm vuran dairələrin və başbilənlərin əsil niyyəti çox-çox sonralar aşkar oldu. Bu, düşmən sifarişi idi. Qəzet və Qələm sahiblarinə belə total təzyiq və basqınların arxasında olduqca məkrli və miqyaslı məram-məqsəd dayanır Xalqın görən gözü, eşidən qulağı, yazan əli, danışan dili, düşünən beyni olan qəzetləri və qəzetçiləri sıxışdırmaq xalqı real həyatdan tam təcrid etmək gözsüz, qulaqsız, beyinsiz, dilsiz qoymaq istəyindən qaynaqlanır. Əgər müstəqil mətbuatımız hələ səviyyə və peşəkarlıq cəhətdən müasir tələblərə tam cavab vermirsə, bunu zaman özü həll edəcək. Kiminsə dilində, nitqində qüsur varsa, ona danışmağı qadağan etmək və ya onu suçlamaq olarmı? Olmaz.  

Azərbaycan mətbuatı bu gün çox az imkanları ilə olduqca böyük işlər görür. Kim ona dayaq durur, dəstək verirsə, bu, birbaşa xalqın dikəlməsinə və ruhən. mənə dirçəlməsinə verilən dəstəkdir. Xalq bunu heç vaxt unutmayacaq. Biz hələ indi-indi düşündüyümüz kimi danışmağı və yazmağı öyrənirik. Uzun əsrlər susdurulmuş xalqın yazılı və şifai nitqi hələ  yenicə rəvan axara düşür, fikirlərini adam kimi sərbəst ifadə edə bilir. Azərbaqcan mətbuatı yeni mərhələyə qədəm qoyur. O, xaıqa dostunu dost kimi tanımağı, düşmənini də düşmən kimi qəbul etməyi öyrədir. Mürtəce dairələri narahat edən məhz budur. Içimizdə və çölümüzdə olan düşmənlər ən çox bundan qorxur. Yəqin ki, bunu “qara siyahı” düşkünləri də yaxşı bilir. Özünüzü və özgələri tanımaqda xalq mətbuatının rolu əvəzsizdir. Bu yöndə hələ görüləsi işlərimiz olduqca çoxdur. Cənab qara siyahı aşiqləri, Xahiş edirəm Xalqa mane olmayın!

535 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
100 Böyük Azərbaycanlı
Vətənkeş əxlaqı
Bizim millət: Məziyyətlərimiz və mərəzlərimiz
Avropada ağlınıza, Azərbaycanda adınıza güvənin
Vətən qiymətlidir, yoxsa vətəndaş?
Şikəst talelərin iniltisi
Amaşovun sələflərinə min şükür
“Qara siyahı” aşiqlərinə açıq məktub
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

November

»
      01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium