saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Sabutay

Müfəttiş Wikileaks / 12.12.2010



Dostoyevski yazırdı “biz hamımız Qoqolun şinelindən çıxmışıq”.

Amma bu gün dünyanın sirrlərini və əslində qapalı olmuş jurnalistikanı şineldən çıxaran müfəttiş Wikileaks dünyanı titrətməkdədir.

Qoqolu  və Wikileaksı qarşılaşdırmağım heç də təsadüfi deyil. Qoqolun “Müfəttiş” əsərin məzmunu, daha doğtusu əsərin sonunda oxunan məktub mənə Wikileaks saytını xatırladır.

Əsərdə qüsurlarını bilən və örtməyə çalışan  kiçik şəhərin bürokratik elitasının komdeik durumu təsvir edilir. Öz cinayətlərini ört-basdır edən bürokratik qrup müfəttişə yarınmaqla, ona rüşvətin müxtəlif qılıqlarında hədiyyələr təqdim etməklə  cinayətlərini gizlətmək istəyirlər. Yetər ki, onlara kimsə mane olmasın, insanları qoyun kimi idarə etsinlər, var-dövlətlərini artırsınlar. Onlar bunu bacardıqlarını düşünürkən sadəcə  təsadüf bir adamı müfəttiş saydıqları üzə çıxır. Ən sonda isə yalançı müfəttişin yazdığı məktub oxunur. Bu məktub isə məhz bu bürokratik elitanı ifşa edir. Hər kəsin, belə demək mümkünsə zibili üzə çıxır. Bax elə belə...

Səudiyyə Ərəbsitanının kralı ABŞ nümayəndələri ilə söhbətlərində İranın nüvə proqramını dayandırmaq üçün ABŞ-ı bu ölkəyə hüçum etməyə təhrik edib.

«Gürcüstanın Romadakı səfiri bizə deyib ki, Gürcüstan hökuməti inanır ki, Putin Berluskoniyə «Qazprom»la «ENI»nin idarə etdiyi istənilən kəmərdən gəlir faizi söz verib».

Onun əsas arzusu Putinə bənzəməkdir. O, tez-tez Putin tərəfindən ötürülmüş fikirləri səsləndirib. Gürcüstan böhranı vaxtı Berluskoni təkid edirdi ki, Gürcüstan işğalçıdır.

2009-cu il martın 6-da isə səfir Dersin (DERSE) imzası ilə MƏXFİ qrifi altında göndərilən məlumatda Azərbaycanda İranın çirkli pullarını yuyan biznesmenlər və onlara bunda kömək edən Azərbaycan strukturları barədə məlumat verilir. (Azərbaycan sizin üçün yalnız İranı öyrənmə məntəqəsidir?)

Hillari Klinton bu ölkədəki Amerika səfirliyinə göstəriş verib ki, öyrənsinlər-görsünlər, Argentina prezidenti Kristina Fernandezin ağlı başındadır yoxsa yox. Klinton diplomatlardan xahiş edib ki, prezidentin həkimə gedib-getməməsini araşdırsınlar. 

Və sair....

Əsərdə məktubla ifşa olunanlar böyük vəzifə sahibləridir, Wikileaks saytıyla ifşa olunan, bank hesabları daşan dövlət məmurları kimi.

“Müfəttiş” də də açıqlanan məktubda elita üzvlərinin bir-birini kütbeyin adlandırdıqları, satqınlığa hazır olduqları, sarsaqlıqları və bütün mənfiliklərə rəvac verdikləri üzə çıxır.

Qoqol bu əsəri ilə Rusiyanın çürüdüyün göstərirdi. Wikileaks isə açıqladığı sənədlərlə dünyanın siyasi idarəedilməsinin çürüdüyünü göstərir. Əsərdə oxunan məktubu hər kəs öz adına çatdıqda dayandırmaq istəyir, bu mənə saytın qarşısının alınması xatırladır. Əyriliyi görüb güzgünü sındırmaq istəyi.

Qoqol, “ Müfəttiş” i pis və ədalətsiz hər şeyi göstərmək və bir anda hamısına gülmək üçün yazdım” deyir.

Puşkin isə bu əsəri oxuyarkən “aman allahım” demişdi. Biz isə ən azı Wikileaks saytını oxuduqca sarsılır və...deyəsən hələ çox aman allahım deyəcəyik. Çünki ən azı Azərbaycanla bağılı hissələr komediyanın,  bilmirəm yəqin ki, daha yeni bir cəryanıdır.

Yəqin ki, yeni-yeni məlumatların üzə çıxması davam edəcək. Amma çox maraqlıdır. Uzun illər qərb dairələr Azərbaycanda demokratik istəyi lazımınca dəyərləndirməyiblər. Daimi olaraq iqtisadi yüksəliş və sairədən dəm vurublar. Gizli məktubları isə başqa bir şeyi deyir. Bu kursu nəyə əsaslanıb aparırdılar. Eskuderonun hərəkətlərindən tutmuş hər şeyə qədər ABŞ-n tutduğu səssizlik nəyə əsaslanırdı? Uzun illər aparılan repressiyalara ABŞ-ı sadəcə seyrçi saxlayan nə idi? Axı, onların diplomatlarının gizli məktublarından da görünür ki, az qala Murad Köhnəqlanın hansı kafeyə borclu qaldıqlarını yaxşı bilirlər. Zira 2005-də 40-50 minlik mitinqçilərə dəstək verməyib bunu kiçik qüvvə sayırlar, amma 200 nəfərlik Sakaşviliyə hər cür yardım edirlər. Doğurdanda biz gürcülər qədər də demokratik cəmiyyətə hazır deyilik? Nədən Azərbaycanın demokratik cəmiyyət istəyinə bu cür biganədirlər? İstəmirlər? Nədən kor-kor,  gör-gör, Ermənistanı işğalçı kimi tanımırlar? Axı, Qafqazın demokratik ilkinliyin məhv edilməsində bu münaqişələrin böyüməsi böyük rol oynadı. Qafqazlarda boğulan demokratiya Asiyada da demokratik addımları zəiflətdi. Qarabağ münaqişəsi qaldıqca hələ Gürcüstan demokratiyası da təhlükədə olacaq. Kim bilir Azərbaycan müxalifətinin planları hansı səfirlik tərəfindən, nəyin müqabilində satılır? Və ya narazı elektorat bir tərəfdən də Qərb təmsilçilərinin əliylə necə sakitləşdirilir? Oliqarxların gizli bank hesabları əldə edilməklə, ara-sıra müxalif qüvvələri kiçik silsiləli mitinqlərə həvəsləndirməklə sonda istənilən bir paymı alınır? Zira, xalqın marginallaşmasında və durğunluğunda bu şouların rolu olmadımı?

Wikileaks saytı bəlkə də bunları açıqlayacaq.

ABŞ diplomatlarının gizli məktubları mənə yalançı müfəttişin məktublarını xatırladır. O, hər şeyi bilmiş, lakin özü bir avara Xlestakovdur. Hər şeyi bitdə-bitdə bilən, amma bunları dəyişmək missiyası olmayan Xlestakov obrazlıdır.

 Müfəttiş əsərinin sonluğunda əsil müfəttişin gəldiyi xəbəri yayılır.  Məncə əsərdə bu yeni müfəttişin adı çəkilmir. Budur, bəlkədə yeni müfəttişin adı Wikileaksdır, hansı ölkənin domenində olmasından asılı olmayaraq, o bütün dünya üçün gəlib.

P.s

Wikileaksin yaradıcısı Assancı həmişə mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz sualları maraqlandırır. Onun bu prinsipi dünya mediasında yeni bir mərhələnin başlanğıcını qoyur. Bu, daha açıq cəmiyyət yaradar ki, dövlət, şirkət, koorporasiya sirrləri deyilən bir bataqlığı yox edə bilər. Məhz bu bataqlıq dünyanın idarə edilməsi metodlarının çürüməsinə gətirib çıxarıb.

494 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Ədəbiyyatın gətirəcəyi azadlıq, ya azadlığın gətirəcəyi ədəbiyyat!
Müfəttiş Wikileaks
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

October

»
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium