saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Citizen Journalist

Təhsildə imitasiya vüsət alır! / 08.11.2010



Dostum, peşəkar jurnalist Qalib Əhmədov  uzun illər bundan öncə oxuduğu və müəllifinin adını unutduğu bir Alman romanı haqqında danışmışdı . Əsər karton qutular istehsal edən bir fabrik barədə idi. Bu adi bir fabrik idi, direktoru, sex rəisləri, şöbələri fəhlələri və s. işçiləri ilə fəaliyyət göstərən bir fabrikin istehsal etdiyi karton qutular başqa bir yerdə əzilərək təkrar emal materialı kimi yenidən fabrikə qaytarılır və  əslində fabrik heç bir məhsul istehsal etmirdi. Amma bu barədə çox az adam bilirdi. İlk baxışda hər şey əsil fabrikdəki kimi idi. Hər kəs maaşını vaxtlı-vaxtında alırdı. İşçilər bütün mümkün güzəştlərdən istifadə edir, məzuniyyətə çıxır, gecikməyə görə cəzalandırılır, yaxşı işə görə mükafatlandırılırdı. Bəs bu fabrikin fəaliyyət göstərməsində məqsəd nə idi? Bu fabrik haradan maliyyələşirdi? Əlbəttə fabriki dövlət maliyyələşdirirdi. Məqsəd isə əhalinin məşğulluğunu təmin etmək idi. Sual oluna bilər ki, əhaliyə işsizliyə görə müavinət verildiyi halda nə üçün belə yalançı istehsal sahəsi yaradılmışdı? Məsələ ondadır ki, almanlar yaxşı anlayırdılar ki, işsiz insan sosial təhlükədir. Bir nəfərin probleminin bütün cəmiyyətə dəxli var. Yalnız əhalinin yaşayış minimumunu təmin edilməsi deyil, bununla yanaşı həm də əhalinin məşğulluğunun təminatı da cox vacibdir.

Bilirsiniz, bu hekayəni niyə xatırladım? İndi Azərbaycanda Təhsil sisteminin işi ilə həmin fabrikin işi arasında böyük bir oxşarlıq var. Nazirliyi, şöbələri, məktəbləri, kollecləri, universtitetləri olan bir sistemin ortaya qoyduğu məhsul demək olar ki, yoxa yaxındır. Əgər repititorların fəaliyyətini dayandırsaq, orta məktəblərin məzunlarınin hansı səviyyədə olması hər kəsə aydındır. Bu bir faktdır ki, çox nadir halda kimsə yalnız orta məktəbdə aldığı biliklərin hesabına ali məktəbə qəbul ola bilir. Deməli, orta məktələrin məhsulu yoxa yaxındır.

Əgər Azərbaycanda ali təhsil almış bir mühəndis işə qəbul üçün müsabiqədən keçə bilmirsə və ya ölkədə fəaliyyət göstərən xarici şirkətlər bu və ya digər formada bizim diplomları tanımırsa, universtiteti bitirdikdən sonra mütəxəssislər dövlət orta məktəblərinə müəllim düzəlmək üçün elə dövlət səviyyəsində təşkil edilən müsabiqədən keçməlidirsə, deməli, dövlət özü də, ali məktəblərinin diplomlarını tanımır və ya onlara etibar etmir.

Belə nəticəyə gəlirik ki, doğrudan da, bizim təhsil sisteminin əsas məqsədi bir adamın nazir olmasını, bir qrup adamın müxtəlif  yüksək səviyyəli dövlət vəzifələri tutmasını və daha bir qrup adamın məşğulluğunu təmin etməkdir. 

Təhsil Nazirliyi indi kəmiyyətə üstünlük verir. TQDK hər il ali məktəblərə qəbul üçün keçid balını aşağı salaraq qəbul planını doldurur. Pullu təhsil sektorunda Təsil nazirliyini yalnız təhsil haqqı maraqlandırır. Təsilin keyfiyyətindən heç kim danışmır. Ali tənsil müəssisələrinin sayı-hesabı yoxdur.  Maddi-texniki təchizatında, binasında heç bir inkişaf olmayan, əksinə, hələ bir-neçə otağını da  müxtəlif şirkətlərə icarəyə verən dövlət universtitetlərinin bir çoxunda  on-onbeş il əvvəl olan fakultələrin sayı iki-uç dəfə artırılıb, deməli, tələbələrin sayı da uyğun olaraq artıb. Bəs sayı artırılmış tələbə kontingenti harada yerləşdirilir? Dərslər harada keçirilir? Yaxud özəl universtitetlərin bu qədər tələbəyə dərs keçmək imkanı varmı? Auditoriyalar bir tərəfə, bu universtitetlərin bir çoxunda laboratoriyaların yalnız adı var, bəzilərində isə heç adı da yoxdur.   Kitabxana fondu haqqında isə bir çox özəl universtitetlərdə heç söhbət gedə bilməz. Aydındır ki, belə vəziyyətdə aparılan tədrisin nəticəsi  məntiqi olaraq aşağı olcaq və universtitetləri bitirən məzunlar  dövrün tələblərinə cavab verməyəcək.

Təsildə rüşvət baş alıb gedir. Sanki Cinayət Məcəlləsindən rüşvətxorluq maddəsi çıxarılıb. Müəllimlər məktəbdə dərs keçmır, dərs saatlarını boş-boş söz-söhbətlə keçirirlər. Bu barədə valideynlər mütəmadi olaraq danışsalar da, əlaqədar təşkilatlar buna reaksiya vermir.

Nəzərə almalıyıq ki, müqayisə etdiyim fabrikin məhsulu  karton qutular  idi və bu məhsulu çox asanlıqla əzib təkrar istehsala vermək olurdu, bizim halda isə savadsız uşaqlar, gənclər bizim gələcəyimizdir. Gələcəyimizi isə təkrar yaşamağa imkan olmayacaq. Bu bizə çox baha başa gələ bilər.

450 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Siyasi dəllallıq
Təhsildə imitasiya vüsət alır!
«Demokratik» seçkilərin reallıq mənzərəsi
Qadınlarımızın problemləri var, amma bu, gender bərabərliyi deyil!
Deputat seçkiləri niyə məhz noyabrda keçirilir!?
Fransız, avropa humanizmi- əxlaqsızlıq.
5 Mayın tör-töküntüləri
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

June

»
        01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium