saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Citizen Journalist

«Demokratik» seçkilərin reallıq mənzərəsi / 03.11.2010



 

Artıq  neçə gündür ki, deputatlığa namizədlər İTV-də, dəyirmi masa arxasında onlara  ayrılmış 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə edərək öz platformalarını seçicilərə açıqlamağa çalışırlar. Bəli, bir çoxları məhz çalışırlar. İndiyə qədərki dəyirmi masa iştirakçılarının, belə demək olarsa, çıxışlarına baxandan sonra, namizədləri əvvəlki seçkilərdəki kimi, əsasən üç qrupa ayırmaq olar;

Birinci qrup YAP-çılardır ki, ağızlarından “od” tökülür. Bunların çıxışları üç hissəyə bölünür; bu hissələr haqqında biraz ətraflı;

1)1992-ci ildə iqtidarda olan indiki müxalifətin ünvanına ağızlarına gələni deyir və bütün indiki problemlərdə onları günahlandırırlar . Bu hissə hamıda eyni olur, mümkün qədər çox qara yaxmaq, yeni günahlar tapıb yeni üsul tapıb müxalifəti gözdən salmaq. Amma bu çeynənmiş sözlər artıq heç kimi təəccübləndirmir

2) Küçə və yolların çəkilməsindən, xəstəxanaların tikilməsindən, müasir, bahalı avadanlıqlarla təchiz edilməsindən, məktəblərin təmir olunmasından, təhsilin səviyyəsinin yüksəkliyindən, təhsilə dövlət qayğısından, xalqın rifah halının yaxşılaşmasından danışırlar.

Soruşan yoxdur ki, ay YAP-çılar, bu camaat küşədə yaşayır? yoldan qidalanır? Yaxud,əgər belə müasir xəstəxanalar tikilirsə və mövcud xəstəxanalar belə müasir formada təmir edilibsə, müasir tibbi avadanlıqlarla təchiz edilibsə niyə hamı müalicə üçün xarici ölkələrə üz tutur? Əgər respublikanın üzdə olan, imkanlı vətəndaşları belə Sizin vurğuladığınız həmin xəstəxanalarda müalicə ala bilmirsə, dediyiniz  milyonlara alınmış həmin avadanlığın nə mənası var? Yaxud bu cür “yüksək” səviyyəli təhsil müəssisələrində sizin övladlarınız niyə oxumur? Niyə ilbəil TQDK qəbul üçün keçid ballarını azaldır? Valideynlərin və repititorların fədəkarlığı sayəsində əldə olunmuş naliyyətləri  təhsilə dövlət qayğısı ilə qarışdırmayın! Əgər məktəbə müəllimlər Təhsil Nazirliyinin xüsusi müsabiqəsindən keçməklə işə qəbul olunursa, onda elə həmin Təhsil Nazirliyinin tabeçiliyində olan Pedaqoji universitetlərin səviyyəsi haqqında niyə danışmırsınız?

3) Prezidenti tərifləyir və həmin nailiyyətlərin hamısının prezidentə aid olduğunu vurğulayırlar.

Adama elə gəlir ki, deputat seçkiləri deyil, prezident seçkiləri keçirilir və bu adamlar deputatlığa namizəd deyillər, prezident seçiləcək İlham Əliyevin vəkilləridir.

Bu qrup öz platförması haqqında heç nə danışmır. Belə çıxır ki, bunların platforması yoxdur. Və buna heç ehtiyac da yoxdur. YAP-ın sədri və Respublikanın prezidenti İlham Əliyevdir, onu tərifləməklə deputat seçilirlər. Burada gələcək fəaliyyətdən- zaddan söz gedə bilməz. Müstəqil deyillər ki, nəsə özbaşına fəaliyyət göstərsinlər. Yuxarıdan nə  desələr ona amin deyəcəklər.

İkinci qrup özlərini bitərəf adlandıranlardır ki, bunların da bir hissəsi əsil həqiqətdə YAP-ın “ehtiyat oyunçular skamyasında” oturanlardır, digər hissəsi isə həqiqətən də bitərəflərdir. Bunları ayrıd etmək o qədər də çətin deyil. Çıxışlarından bəlli olur ki, kim kimdir. Kim ki, YAP-çıları təkrar edir, onlar ehtiyat oyunçulardır. Kim ki, yazdığını üzündən belə oxuyub iki cümləni dal-ba-dal deyə bilmir, onlar doğrudan da bitərəflərdir. Belələrini hec bir partiya yaxına qoymaz. Bunların nə istədiyi yəqin ki, özlərinə də məlum deyil. Dörd dəqiqəni danışa bilməyən bu yazıqların könlündən nə keçir görəsən?

Üçüncü qrup isə, bəli başı bəlalı, mən deyərdim, Azərbaycanda “müxalifətçi” ştat vəzifəsini tutanlardır. Bunlar adəti üzrə seçkilər ərəfəsində görsənirlər. Allahtərəfi, həqiqətləri deyirlər, bu dəfə seçkilərin demokratik keçiriləcəyinə inandıqlarını bildirib xalqı seçkilərə çağırırlar. Onlar bizi əmin etməyə çalışırlar ki, əgər biz hamımız seçkilərə qatılsaq, saxtakarlığın qarşısı alınar.

Hər şey təkrar olunur. Bilirsiniz nəticələr necə olacaq? Fikrimcə YAP namizədlərinin hamısı əvvəlki seçkilərdəki kimi “seçiləcək”. Hansı dairədən YAP-in namizədi yoxdur, oradan “bitərəflər” yəni YAP-ın ehtiyat oyunçuları və “Ana Vətən”çilər kimi digər partiyaların namizədləri “seçiləcək”. Bəlkə bir neçə də “sözəbaxan” “qatı” müxalifətçi də “seçdilər”.

Axırda əsas ştat müxalifətçiləri yenə nəticələrin saxtalaşdırıldığını deyıb çəkiləcəklər öz ofislərinə.

461 dəfə oxunub | 0 sərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: E-mail:
Mətn:

 
Arxiv (son 15 yazı)
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Siyasi dəllallıq
Təhsildə imitasiya vüsət alır!
«Demokratik» seçkilərin reallıq mənzərəsi
Qadınlarımızın problemləri var, amma bu, gender bərabərliyi deyil!
Deputat seçkiləri niyə məhz noyabrda keçirilir!?
Fransız, avropa humanizmi- əxlaqsızlıq.
5 Mayın tör-töküntüləri
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

August

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium