
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir / 11.10.2010
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 10-da saat 9.40-dan
9.55-dək İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax
rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 11.40-dan
11.50-dək, 19.40-dan 19.55-dək Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi
yaxınlığında və adsız yüksəkliklərdə, saat 21.00-dan 21.25-dək Tərtər
rayonunun Seysulan kəndi yaxınlığında, saat 22.25-dən 22.30-dək,
22.30-dan 22.45-dək, 22.40-dan 22.50-dək Füzuli rayonunun ərazisindəki
adsız yüksəkliklərdə, Horadiz və Qorqan kəndləri yaxınlığında, saat
23.00-dan 23.05-dək, 23.20-dən 23.30-dək Xocavənd rayonunun ərazisindəki
adsız yüksəkliklərdə, saat 23.10-dan 23.30-dək Ağdam rayonunun
Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı
Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə
tutmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MPA
|