saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Zəriflər

Bu payızın dəbi qadınları 40-60- cı illərə qaytaracaq / 20.09.2010

Hər dəfə fəsil dəyişəndə ilk növbədə xanımlarımızı qayğılandıran məsələ ətraf aləmlə harmoniyanın necə qurulması olur. Bu da hər şeydən öncə geyim-kecimlə bağlıdır. Axı dəb hər il, hər mövsüm dəyişir. Geyim insanın xarakteri haqqında ilkin təəssürat yaradır. Geyim tərzini insanların vizit kartı sayanlar da var. Yəqin ki, dəblə ayaqlaşanlar artıq payız-qış mövsümü üçün planlarını da qurub. Bəs bu ilin payız-qış geyimində ən çox nələrə üstünlük veriləcək? Baxaq görək 2010-cu il dəbi bizə nələr gətirəcək...

2010-cu ilin payız-qış mövsümündə saç və makiyajlarda əsaslı dəyişiklər gözlənir. Bir neçə sezon boyunca dəbdə olan dağınıq qıvırcıq və dalğalı saçların hökmranlığına son qoyuldu. Bu qışda az dalğalı saçlar üstünlük təşkil edəcək. Qırmızı dodaq boyası ilə dalğalı saçlar-bir növ 40-cı illərin saç modası qayıdacaq. Bu da xanımlara son dərəcə baxımlı və həcmli görünüş verir. Bu saç modeli həm gündəlik, həm də axşam ziyafətləri üçün ola bilər. Ortadan ayrılmış düz saçlar yenə dəbdə olacaq.
Bu ilin payız-qış mövsümündə hündürdaban, bir az da qeyri-adi ayaqqabılar dəbdə olacaq. Botfortlar, yarımçizmələr, dizə qədər, dekor, kəmərli, ketrlər, kürklü botinkalar qışın brendləri olacaq.
Bu payızın dəbi ilə bağlı əlavə bilgilər toplamaq üçün bir neçə mağazaya baş çəkdik. Artıq mağazalarda payız kolleksiyası öz yerini tutub.
Üz tutduğumuz ilk mağaza “Miss Bahar” oldu. Mağazaya mallar birbaşa Türkiyədən gətirilir. Artıq havaların bir qədər soyuması mağazadakı alış-verişə də öz təsirini göstərirdi. Payız kolleksiyası ilə bəzənən mağazada əsasən boz və göy rəngli gödəkcələr diqqətimizi çəkdi. Satıcılar deyir ki, bu il əsasən boz rəngli gödəkcələr və toxunma tuniklər dəbdədir: “Artıq bir həftədir mağazamıza payız kolleksiyası gəlib.
Gördüyünüz kimi, yeni gödəkcələr arasında əsasən çəhrayı, boz, göy rənglər üstünlük təşkil edir. Qiymətlər hələ ki, normaldır. Ancaq hava bir az da soyuyanda qiymətlərin daha da artacağı gözlənilir. Gətirdiyimiz malların yarısı bir həftədə satılıb. Qısa fiqaroya bənzər kürklər də bu il dəbdə olacaq. Bu kürkləri adətən toxunma tuniklə geyinirlər".
Üz tutduğumuz digər mağaza “Romantik” oldu. Bu mağazaya da yeni kolleksiya gətirilib. Burada da əsasən boz, göy, çəhrayı rəngli geyimlərə üstünlük verilib. Qiymətlər isə havanın temperaturuna uyğun dəyişir. Belə ki, hazırda 70 manata olan gödəkcə soyuq havada daha da bahalaşacaq. Bu il qaşlı, aksessuarlı geyimlər də dəbdə olacaq.

***

Bəs modelyerlərimiz bu ilin dəbi ilə bağlı nə deyir?

Modelyer Gülnarə Xəlilovanın bildirdiyinə görə, bu mövsümdə paltolar, trikotajdan hazırlanmış geyimlər daha çox dəbdədir: “Xanımların nəzərinə çatdıraq ki, bu mövsümdə paltolarda həm trapesiya, həm qol saatı formasında siluet formalar üstünlük təşkil edəcək. Bu sırada həm düz, həm də bədənə yatımlı formaları qeyd edə bilərik. Rəng etibarilə daha çox boz və sarıya çalan açıq çəhrayı rəng, eləcə də qırmızı, qara, ağ kimi rənglər paltolarda aktual olacaq. Trikotajlarda isə həm qalın, həm incə, həm də təbii saplarla sintetik sapların qarışığından istifadə olunan toxunuşlar, firuzəyi, tünd yaşıl, qırmızı, çəhrayı rənglər dəbdədir. Xaki rənglər daha çox hər bir vaxtda istifadə oluna biləcək rəng kimi bu mövsüm üçün də qəbul olunur. Əsasən yaşıl rəng, yaşıl-firuzəyi, tünd və açıq yaşıl çoxluğu üstün olacaq”.
G.Xəlilova bu mövsümün əsas yeniliyindən də söz açıb. Onun sözlərinə görə, 2009-2010 payız və qış mövsümündə əsas ideya həm formalarda, həm də rənglərdə kişi, qadın, uşaq geyimləri arasındakı sərhədin aradan götürülməsi olacaq: “Burda rənglərin miqrasiyası baş verəcək. Kişiyə aid olan rənglərdən qadın geyimlərində, qadına aid olan əlvan rənglərdən isə kişi geyimlərində istifadə ediləcək. Əlbəttə, özünü əlvan rənglərdən qoruyan kişilərimiz yenə də tünd rənglərdən yararlanacaq. Sözsüz ki, bu faktor hamıya şamil olunmur. Sırf dəbi izləyən insanlar bundan istifadə edəcək. Hər zaman gecə geyimlərində gördüyünüz atlas, ipək məxmər, krujeva və ya gipür parçaları gündəlik həyatdakı geyimlərdə də görmək mümkün olacaq. Eləcə də əksinə, gündəlik geyim formalarında istifadə olunan parçalara gecə geyimlərində də hansısa bir maraqlı kəsim formasında rast gələ biləcəyik. Builki dəbin formalarında bütün bunlar var”.
Modelyer Zemfira Qurbanova da builki payız-qış kolleksiyasının ötən ilkindən çox fərqləndiyini deyib: “Şal və toxunma geyimlər bu il dəbdədir. Builki formalarda daha çox qat-qat və büzməli qısa geyimlərə üstünlük veriləcək. 2009-2010 payız-qış kolleksiyası 60-cı illərin dəbini xatırladacaq. 60-cı illərin geyimləri haradasa builki dəbin detallarına köçüb. Yenə də paltar formalarına uyğun botinkalar, krem rənglərin müxtəlif çalarları, eləcə də həmin geyimlərə uyğun taxtadan aksessuarlar və həmin rəngə uyğun corablar dəbdə olacaq. Mövsüm başa çatdığı üçün artıq daha çox tünd rənglərə üstünlük veriləcək. Krem rəngi dəbdədir, lakin bu, o demək deyil ki, hamı krem rəngi geyinəcək. Açıq rənglərdən çəhrayı, firuzəyi, yaşıl rənglərdən də çox istifadə ediləcək. Əsas odur ki, bu mövsümdə eyni rənglərdən olan geyimlər geyinmək dəbdə olmayacaq”.
Z.Qurbanovanın sözlərinə görə, bu payız-qış mövsümündə kişilər açıq rənglərdən ziyafət geyimlərində istifadə edəcəklər. Həmin çalarlarda yun köynəklərdən və eyni rəngdə ayaqqabılardan istifadə ediləcək. Modelyer son dövrlər paytaxt əhlinin idman üslubundan ötən illərə nisbətən daha az istifadə etməsinin səbəblərini də açıqlayıb: “Həqiqətən də idman geyimləri demək olar ki, tamamilə sıradan çıxır. Bu da dəblə bağlıdır. Çünki idman geyimləri hələ də dəbdə öz yerini tam almayıb. Bunun üçün daha bir neçə il tələb olunur”.
Payız fəsli gəldikcə modelyerlərin yeni təklifləri də artmaqdadır. Onların fikrincə, bu mövsümdə əsasən məxmər və trikotaj geyimlər üstünlük təşkil edəcək. Bir çox modelyerlər payız mövsümündə trikotaj parçaların dəbdə olacağını söyləyir. Digərləri isə bu fikirdədir ki, məxmər parçalar heç də trikotajdan geri qalan deyil. Başqa bir qrup dizaynerlər də hər iki növ parçanın birgə işlənilməsinə üstünlük verir. Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, payız mövsümünün ən dəbli parçaları trikotaj və məxmərdir.

Türkan TURAN



«MediaPost Azərbaycan»

330 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

ULYA,  e-mail; ULYA-04.102008@mail.ru | 13.04.2011 | 16:35:45
her halda yaxsi olar

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium