saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Sağlam həyat

Kompüterin sağlamlığımıza zərərlərindən necə xilas olmalı? / 15.09.2010

Yəqin ki özünüzü kompütersiz təsəvvür etmirsiniz. Amma bu təsəvvür insan fiziki cəhətdən özünü sağlam hiss edəndə hökm sürür. Bəs canımız zərər görəndə, səhhətimizdə problemlər yarananda necə? Sağlamlığın hər şeydən dəyərli olduğunu dərk edəndə necə, o zaman kompütersiz yaşaya bilməyəcəyimiz bizi çoxmu düşündürür? Milli.Az portalı çox mühüm və aktual problemlərdən olan kompüter və insan məsələsini araşdırmağa çalışıb. Əvvəlcə kompüterin sağlamlığa təsiri və qorunma yollarını öyrənməyə başladıq...

Kompüter insanın dostudur yoxsa düşməni?



Görəsən, kompüterin zərəri xeyirindən üstündürmü?
Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. Bəs realla virtual dünya arasında qalan insanı hansı udur?
Bəşəriyyətin ən böyük kəşflərindən biri də kompüter oldu. Müasir kompüter texnikasının yaranma tarixi 1946-cı ildən hesablanır. Müəyyən inkişaf mərhələlərindən keçən bu texnika 1980-ci illərdən başlayaraq iş yerlərinə yol açmış, 1990-cı illərdən isə evlərə girmişdir.
Kompüter biliklərinin olması çağdaş dövrümüzdə çox vacibdir. Deyirlər ki, 2015-ci ildə kompüter savadı olmayanların cahil insanlardan heç bir fərqi qalmayacaq. Bu gün kompüterin bizə hava və su kimi lazım olduğunu nəzərə alaraq onun xeyirini və zərərini nəzərinizə çatdırmaq istədik.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi məlumatında qeyd edilib ki, 2010-cu ilin iyun ayına olan vəziyyət üzrə Azərbaycanda İnternet istifadəçilərinin sayı 3,7 milyona yaxın olub. Bu statistikaya baxanda kompüterdən istifadə edənlərin nə qədər olduğunu müəyyən etmək o qədər də çətin deyil. Özünü dərk etməyə başlayan uşaqdan tutmuş böyüyə qədər hər kəs bu sehirli vasitəni evində görmək üçün əlindən gələni edir. Peşəsindən, yaşından və məqsədindən asılı olmayaraq bütün gününü kompüter qarşısında keçirənlər kompüterdən düzgün istifadə qaydalarını bilirlərmi?


Kompüter xəstəliklərindən və zərərlərindən qorunmağın yolları



Kompüter istifadəçiləri müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər.

Saatlarla virtual aləmin sehrinə dalıb bizi ətrafla bağlayan hər şeydən uzaqlaşırıq. Qidanı belə monitor qarşısında qəbul edirik. Davamlı olaraq monitora baxmaq uzun müddət hərəkətsiz dayanmağımıza səbəb olur. Həm çəkimiz artır, həm də qeyri-sağlam bəslənmə orqanizmə zərər verir. Təbii ki, hər bir şeydən öz qədərində istifadə etmək lazımdır. Kompüterdən də istifadə edərkən əvvəlcə sağlamlığımızı düşünməliyik.

Kompüter qarşısında uzun müddət səhv mövqedə oturmaq bel və boyun yırtıqlarının yaranmasına səbəb olur.

Araşdırmalara görə, ofis şəraitində kompüterdə çalışanların bel və boyun ağrılarından şikayəti daha çox olur. Buna səbəb uzun müddət hərəkətsiz qalma, əzələ, sümük, sinir və damarların həddindən artıq gərilməsi, stress, duruş formasının səhv seçilməsidir.
Kompüterin qarşısında doğru oturmaq ən vacib qaydalardan biridir. Bundan əlavə bəzi şərtlər var ki, onlara mütləq əməl olunmalıdır. Sağlamlığınız baxımından bu şərtlərə əməl edin:

- Hündürlüyü nizamlana bilən, kürək üçün dəstəyi olan yumşaq döşəkli və dayanıqlı oturacaq (ya kreslo) seçmək lazımdır. Sərt və nizamlı olmayan bir kresloda uzun müddət oturmaq şiddətli bel və boyun ağrılarına səbəb ola bilər.
- Kompüter masasına da ciddi fikir vermək lazımdır. Normal iş masaları kompüterlər üçün çox vaxt rahat deyil. Məsələn, kompüter monitorunun gözünüzdən bir az aşağıda və ya tam qarşınızda olmağı vacibdir. Klaviatura dik oturduğunuz  zaman əllərinizlə eyni xəttdə, əllərinizin tam qarşısında olmalıdır.
- Kompüterdən istifadə edərkən barmaq, əl biləyi və dirsək davamlı olaraq eyni hərəkətləri edir. Bu da xüsusilə əl biləyində müəyyən problemlərin yaranmasına səbəb olur. Əl biləyindən keçən sinir toxumaları sıxılır, əldə keyimə və ağrı, baş barmağın hərəkətində bəzi problemlər yaranır.
- Həkimlər yazı yazarkən klaviaturadakı düymələrə yavaş toxunmağı, "siçan"ı yumşaq bir şəkildə tutmağı məsləhət görürlər. Yazmadığınız vaxtı qol və barmaqlara istirahət vermək lazımdır.
- İş müddətini planlayın. Hər gün müəyyən vaxtlarla və fasilə ilə çalışmaq məqsədə uyğundur. Uzun müddət eyni mövqedə oturmayın.
- Boyunuzu sağa, sola önə və arxaya doğru hərəkət etdirin. Hər iki çiyin, dirsək və əl biləyi oynaqlarını və barmaqları 2-3 saat fasilə verməklə hərəkət etdirin, açıb bağlayın.
- Oturduğunuz yerdən qalxaraq ayaqüstə durun və dizlərinizi qatlamadan barmaqlarınız yerə dəyəcək şəkildə önə əyilin. Ayrıca sağa, sola və arxaya əyilməyə çalışın.
- Oturduğunuz yerdə dərin nəfəs alıb verin. Bu həm gərginliyinizi azaldar, həm də əzələlərinizi boşaldar.    


Çörəyi kompüterdən çıxanlara vacib məsləhətlər:   



Kompüter arxasında olarkən iki saatdan bir yarım saat fasilə verilməlidir.
Məmur, birja və bank işçiləri, jurnalistlər və digər ofis işlərində çalışanlar vaxtlarının çoxunu masa və ya ekran başında keçirirlər. Həkimlər bu cür peşə sahiblərini aşağıdakı məsləhətlərə mütləq əməl etməyə çağırırlar.

- Oturduğunuz yer nə çox sərt, nə də çox yumşaq olmalı, qol qoyma yerlərinin, oturma yerinin və arxalığının yüksəkliyi sizə uyğun olmalıdır.
- Kompüter qarşısında uzun müddət hərəkət etmədən oturmayın, arada qalxıb gəzin.
- Dirsəklərinizi işləyən zaman ən çox 90 dərəcə bükün, daha çox bükülü vəziyyətdə işləməkdən qaçınmaq lazımdır.
- Qan dövranını artırmaq üçün, qıç əzələlərini tez-tez masaj edin və ya qıçlarınızı 5-10 saniyə gərib boşaldın.
- Çox möhkəm corablar və sarıqlardan istifadə etməyin.
- Nizamlı olaraq məşq edin. Bir saatdan bir ayağa qalxıb imkan daxilində gəzinmək və ya boyun, kürək məşqləri etmək lazımdır.
- Bol maye qəbul edin. Siqaret, spirt və kafeinli içkilərdən uzaq durun.
- Ayaqüstə olarkən, oturarkən onurğanızı düz tutun. Önə ya da arxaya əyilmədən düz durun. Donqar şəkildə oturmayın.
- Hər iki ayağınızın üzərinə bərabər şəkildə ağırlıq verin. Hər iki ayaqlarınızı yerə 10-15 sm aralıqda basın. Ayaq altına rahat olmanız üçün çox hündür olmayan maili taxta da qoya bilərsiniz.
- Qarınınızı və çənənizi yüngülcə içəriyə çəkin.


Gözləri qorumaq üçün nələr etmək lazımdır?



Kompüter qarşısında uzun müddət işləmək gözlərə də təsir edir. Gözlər bir nöqtəyə zillənib qalır və tənbəlləşir, daha az  qırpılır, bu da gözləri qurudur. Qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaranır. Kompüterlə 4-6 saatdan  çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Ona görə də, müəyyən fasilə vermək lazımdır. Astiqmatizm xəstəliyi olanlar isə daha çox diqqətli olmalıdır. Monitor gözdən 60-70- sm uzaq olmalıdır. Həkimin məsləhəti ilə qoruyucu eynəklərdən və damcılardan istifadə etmək olar. Mütəxəssislərin dediyinə görə, kompüterin yaratdığı təsir gözdə qalıcı problemlərə səbəb olmur. Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:

-Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar.
- Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin  gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər daha çox olur.
- Tez-tez  şüurlu şəkildə gözləri qırpmaq lazımdır.
- Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur.
- Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir.
- İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır.
- İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını tez-tez dəyişmək lazımdır.
- Yaddan çıxartmaq lazım deyil ki, gözlər ətraf mühitin təsirinə qarşı çox həssasdır. Onları vaxtında qorumaq lazımdır

Kompüterin faydalarını da unutmaq olmaz

Virtual mühit xüsusilə yetkinlik dövrünü keçirən utancaq və özünə etibarsız gənclərə şəxsiyyətlərini tanıma və uyğun davranış formalarını seçərək öyrənmə imkanı verir.
Psixoloqların fikrincə, kompüter və internetdən istifadə etmək insanın özünü tanıması və şəxsiyyətini kəşf etməsi baxımından faydalı və sağlamdır. Fərqli mədəniyyətləri tanıma şansı yaradır. Dünyanın müxtəlif  ölkələrində yaşayan və ortaq hobbi, maraq sahəsi olan şəxslər bir-biriləri ilə əlaqə yaradır və ətraflarını genişləndirirlər. Virtual əlaqələr həqiqi dostluğa, eşqə çevrilə bilər. Ancaq bu əlaqələr real həyatda olan münasibətlərə təsir etməməlidir.Virtual mühitdə edilənlər real həyata uyğunlaşdırıla bilməzsə şəxsiyyətin özünü dərk etməsində və davranışında müəyyən problemlər yaranar. Ona görə də, insanlar özlərini gerçək həyatdan ayırmamalıdırlar.

Kompüter hərtərəfli təhsil almağa, sərbəst şəkildə özünüifadə etməyə imkan yaradır
Bu gün demək olar ki, hər bir iş texnologiyanın köməyi ilə həyata keçirilir. Kompüter də insanlar üçün olmazın imkanlarını açır. Bir şeyin zərərli olması ondan tamamilə imtina etmək anlamını vermir. Xeyirindən faydalanmaqla zərərinin qarşısını almaq olar. Kompüterin nəzərə çarpan xeyirlərindən danışaq.

Təhsil:
İnternet bu gün elm dəryasıdır, bilik okeanıdır. Hər bir şey haqda internetdə bilgi tapmaq mümkündür. Kompüter çox asan, təsirli və ucuz təhsil verən bir vasitədir.Uşaqların yaradıcı bacarıqları inkişaf edir.
Kompüter bütün uşaqlar, istər qüsurlu, istər qüsursuz uşaqlar üçün nizamlana bilir. Bu da eşitmə, duyma, qavrama problemləri olan uşaqlar üçün ən yaxın dostdur. Kompüterlər, bu cür uşaqların özlərinə olan inam və hörmətlərini inkişaf etdirir və gerçək dünyaya inteqrasiya olmalarını asanlaşdırır.

Uşaqların kompüterdən istifadə etməsinə valideyn mütləq nəzarət etməlidir. Valideynin diqqətli olması uşağın yaxşı işlərə cəlb olunmasına kömək edir, kompüterdən yaxşı məqsədlərdən istifadə etmək vərdişi formalaşır.

Özünüifadə etmə: İnternet mühiti qədər heç bir vasitə insanlar üçün sərbəst fikir yürütmək azadlığı vermir. Müxtəlif  qrupların yaratdığı forumlarda siz özünüzü ifadə edə bilmə davranışı qazanır, tolerantlığı, məsələlərə müxtəlif bucaqdan baxma qabiliyyətini öyrənirsiz.

Əyləncə: İnsan üçün mümkün olan bütün əyləncə növlərini demək olar ki, virtual dünyada tapmaq mümkündür. Film, musiqi, oyun, chat və s. insanlara qeyri-adi mühit yaradır. Şəkil, fotoşəkil, film kimi sənət sahələri ilə, incəsənətlə məşğul olanlar üçün gözəl tətbiq sahəsidir.
Kompüterin uşaqlara təsiri və qorunma yolları

Uşaqlarınızı qoruyun!

Uzun müddət kompüter qarşısında oturmaq uşaqlara daha çox təsir edir, gözdən şikayətlər artır, radiasiyanın mənfi təsirləri müxtəlif cür xəstəliklərə yol açır, duruşda və skelet quruluşunda pozğunluq yaranır. Kompüterdən mütəmadi olaraq istifadə etmək uşaqlarda ciddi bel problemlərinə də səbəb olur. Almaniyanın “Saarland Universiteti”nin keçirdiyi araşdırmaya görə, vaxtının çoxunu televizor və kompüter qarşısında keçirən uşaqlarda bel və onurğa problemləri daha çox olur. 6-17 yaş arası 1600 uşaq arasında keçirilən araşdırma nəticəsində məlum olub ki, uşaqların 40 faizi dik otura bilmir.

Kompüteri uşaq və ya yataq otağına qoymaq olmaz!

Uşaqları kompüterin zərərli təsirindən qorumaq üçün əvvəlcə kompüterin qoyulduğu məkana diqqət etmək lazımdır. Kompüteri ailənin bütünlüklə yığışdığı, televizora baxdığı salona qoyun. Bununla da ailənin bütün üzvlərinin bir-birinə nəzarət etmək imkanı daha çox olacaq. Xüsusilə uşaqları kompüter qarşısında nəzarətsiz buraxmaq olmaz. Yaddan çıxartmaq olmaz ki, internetdə yayılan materiallara  nəzarət etmək mümkün deyil. Psixoloqlar uşaqları pis vərdişlərdən çəkindirmək üçün valideynlərə belə məsləhət verirlər:
Əgər siz “Bunu etmə, onu etmə” deyərək uşağınızı zərərli şeylərdən çəkindirmək istəsəniz uğursuz alınacaq
Çünki uşaq sizin qadağan etdiyiniz bir çox şeyi sərbəst həyata keçirmək üçün əlverişli mühit axtarışında olacaq. Ən yaxşı yol danışıq yolu ilə və ortaq nəticəyə gəlməkdir. Uşaqları zərərli məzmunu olan bilgilərdən və oyunlardan uzaq tutmaq üçün kompüterdə gözəl işlərlə, faydalı işlərlə məşğul olmağa sövq etmək lazımdır.

Kompüter oyunlarıyla həyat arasındakı tək fərq, həyatı “SAVE” (yadda saxla) edə bilməməkdir və ya Virtual dünyanın “dəli”si olmağın fəsadları

Kompüter asılılığı insanların real dünyaya ayırdığı vaxtı azaldır. İnsanlar virtual dünyadan ayrıla bilmirlər. Bütün bunlar onların real həyatda davranışına təsir edir. Ailə fərdləri arasında ünsiyyət azalır. Tənhalıq sindromu başlayır, özünə qapanır. İnsan real həyatla ayaqlaşa bilmir. Nəticədə özünü bədbəxt hiss edir, psixoloji gərginlik yaranır. Sağlamlığın qeydinə qalmaq unudulur, yuxuya ayrılan vaxt sürətlə azalır, uzun sürən yuxusuzluq əsəb pozğunluğuna, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Düzgün qidalanmamaq insanın zəifləməsinə və həzm sisteminin pozulmasına gətirib çıxarır.


Kompüter asılılığından necə xilas olmalı?


Hazırda ən böyük problemlərdən biri də insanları “kompüter asılılığı”ndan qurtarmaqdır.
Artıq dünyada “kompüter asılılığı” məsələsinə çox ciddi problem kimi yanaşırlar. Məsələn, Britaniyada insanları bu asılılıqdan xilas etmək üçün xüsusi klinika yaradılmış, Londondakı “Capio Nightingale” xəstəxanasının nəzdində gənclərə kompüterdən uzaqlaşmaqda kömək edən şöbə açılmışdır. Həkimlər kompüter xəstələrinə asudə vaxtlarının yalnız bir hissəsini kompüterə sərf etməyi, qalan vaxtlarda isə cəmiyyətlə ünsiyyətdə olmağı tövsiyyə edirlər. Orada həm də pasiyentlərin fiziki sağlamlığının qeydinə qalırlar. Kompüterin qarşısında çox vaxt keçirən yeniyetmələrin fiziki görkəmlərinin yaxşı olmayacağını başa salır, onlara düzgün qidalanmanın vacibliyi haqqında təlim keçirlər.

İnsanın yaratdığı hər bir şey onun rahatlığı üçündür. Bu rahatlığın sizin sağlamlığınızda narahatlıqlar yaratmasına qəti şəkildə yol verməyin. Axı Allahın mükəmməl yaratdığı vücudun qeydinə qalmaq insanın öz əlindədir.

Vüsalə Əlövsətqızı

«MediaPost Azərbaycan»

313 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium