Hər bir mövsümün öz naxışı, öz
ornamenti, öz bəzək gülləri var. Saya geyimlər nə qədər gözəl-yaraşıqlı
görünsələr də, onların hər mövsümdə xüsusi naxışlara, bəzəkli güllərə
ehtiyacı var.
Yay mövsümünün əsas bəzəyi şübhəsiz ki, güllü-çiçəkli naxışlardır.
Bu naxışlar geyimlərə xüsusi formada vurulur. Bunların bir çox növləri var: basma, tikmə, toxunma, boyama və sair.
Şübhəsiz
ki, hər bir xalqın geyim növlərində milli ornamentlərdən istifadə
olunur. Çox vaxt geyimdə hər hansı bir naxışı görəndə, onun hansı xalqa
mənsub olduğu o dəqiqə aydınlaşır. Bu sırada şərq ornamentləri xüsusi
üstünlük təşkil edir.
Azərbaycanda
isə, geyimlərə vurulan naxışların əsas özəyini butalar təşkil edir.
Hər hansı bir milli geyimimizi götürün, orda bu və ya digər formada
butalardan istifadə olunmasını görəcəksiniz.
Slavyan
geyimlərində isə, naxışları əsasən donların ətəyinə düzürlər. Orta
Asiya xalqlarında isə, məxməri naxışlardan istifadə olunur.
Gəlin indi baxaq, görək bu naxışlar kimlərə necə yaraşır.
Şübhəsiz ki, naxışların donlara vurulması heç də xaotik şəkildə olmamalıdır.
1. Naxışlar əsasən xanımlara yaraşır.
2. Kişilərin də özünəməxsus geyim naxışları var ki, bu bir ayrı mövzunun söhbətidir.
3. Miniatür, bəstəboylu xanımlara xırda güllü donlar yaraşır.
4. Ucaboy xanımlara isə uzunsov, iri güllü, naxışlı donlar məsləhət görülür.
5. Girdə sifət xanımlara isə, çarpaz naxışlı bəzəklər yaraşır
6.
Şaquli naxışlı şalvar, yubka geyinmiş xanımlar hökmən çarpaz naxışlı
köynək-tunik-jaket tipli üst geyimlərdən istifadə etməlidir.
Unutmayın,
hər naxışın arxasında bir xarakter və ən əsası bir milli geyim növü
durur. Bu da sizin xarakterinizin əsas atributlarından biridir.
Naxışlı, bəzəkli donları geyinin - ömrünüz də naxışlı və bəzəkli olsun!
«MediaPost Azərbaycan»