Çantalar xanımların ən yaxın “rəfiqəsi”
Xanımları
istənilən mövsümdə əl çantasız təsəvvür etmək qeyri-mümkündür. Hər
mövsümün öz çantası, hər çantanın isə öz mövsümü var. Mövsümlə bağlı hər
çantanın öz rəngi var.
Əl çantası xanımların özləri ilə daşıdığı bir aləm və bir gözəllik dünyasıdır.
Tanınmış modelyerlərdən biri çox düzgün deyib: “Xanımın əl çantasını əlindən almaq, gözəlliyini almağa bərabərdir.”
Xanımların
çantalarında müxtəlif ətirlər, kosmetik toplular, aksessuarlar, zinət
əşyaları və xanımın sirli-sehirli daha nələri-nələri. Belə çıxır ki, əl
çantaları xanımların doğurdan da ən sadiq yol yoldaşı, rəfiqəsidir.
Ancaq belə rəfiqələri seçəndə də çox ehtiyatlı olmaq lazımdır.
Bəzən xanımların əl çantasına baxıb, onlara qiymət verirlər.
Bunlardan incəliklə, zövglə istifadə etmək lazımdır. Hər çantanın rəngini, dərisini, bər-bəzəyini xüsusi seçmək lazımdır.
Çanta
xanımların ümumi görünüşünü, imicini tamamlayan bir aksesuardır.
Üstəlik çanta xanımın duyğularını, hisslərini, həyat tərzini,
xasiyyətini, nifrətini, sevgisini də bildirir. Bir sözlə, xanımın
kompleksini tamamlayan əsas aksessuarlardan biridir.
Xanımlar çantaların içərisində nəinki öz qiymətli əşyalarını, hətta sirli dünyalarını belə daşıyırlar!
Qoy ömrün yollarında çantalar sizə, ən yaxın dost və rəfiqə olsun! Siz də, əziz xanımlar, çantalara sevgi ilə yanaşın!
«MediaPost Azərbaycan»