saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Maraq dünyası

Prezidentlərin mühafizəsi necə təşkil olunur??? / 11.08.2010

Onların həyatı hər zaman, bütün detalları ilə diqqət çəkib. Nə yeyirlər, necə geyinirlər, uşaqları harada oxuyur, özləri hansı musiqiyə qulaq asır? Hamı kimi ətdən-sümükdən olsalar da, hər zaman qeyri-adi insan təəssüratı formalaşdırırlar. Söhbət təbii ki, prezidentlərdən gedir. Zaman-zaman həyatları, oxucunu maraqlandıran cəhətləri ilə bağlı ilginc araşdırmalar hazırlamışıq. İndi isə sizi onların canlarını qoruyanlarla tanış edəcəyik. Necə deyərlər, cangüdənləri ilə...

Hər nə qədər məşhur müğənni Uitni Hyustonun “Cangüdən” filmindən sonra sözügedən məslək yiyələrinə maraq artsa da, onlar tarixin bütün dönəmlərində olub. Mobil telefon, zirehli maşın, zirehli köynək, ratsiya... icad olunmayan günlərdə belə yekəpər, donuq baxışlı tiplər “vacib” sayılan şəxslərin yanında dolaşıblar. Prezidentlərin sağ əli, canlarını etibar etdikləri şəxslərin ordusu. Gəlin maraqlanaq, kimin canı necə qorunur?

Prezident cangüdəni 35 yaşında təqaüdə getməlidir

Ondan öncə isə... Kim prezident cangüdəni ola bilər? Kriteriyalar nədən ibarətdir? Mütəxəssislərin bildirdiyinə görə, prezidentin şəxsi mühafizəsində işləmək asan məsələ deyil. Orada bir sıra keyfiyyətlər tələb olunur ki, onlara sahib olmalı, eyni zamanda isə psixofiziki hazırlığa yiyələnməlisən. Fiziki parametrlər də öz yerində. Cangüdən 35 yaşından yaşlı olmamalı, boyu ən azı 175, çəkisi isə 75-90 kilo olmalıdır. “Cangüdən olmaq istəyən şəxs daha öncə harada işləməlidir” sualına cavabda isə müəyyənləşib ki, bu iş üçün hərbi təcrübə vacibdir. Keçmiş əməliyyatçılar da prezident mühafizəsinə yaramır. Ekspertlər söyləyir ki, onlarda çoxlu zərərli, lazımsız vərdişlər formalaşdığı üçün bunu yeni işində istifadə edəcəyi ehtimalı da yüksəkdir.
Prezident cangüdəni ilk növbədə nəyi bacarmalıdır? Bu suala cavabda mütəxəssislər bildirib ki, o, ilk növbədə düşünməyi bacarmalıdır. Operativ psixologiya, təhlükəni öncədən duyma qabiliyyətinə malik olmalıdır. Karate, cüdo kimi idman növlərini bilməsi arzuolunandır, amma idmançı səviyyəsində yox. Şəxsi mühafizədə əl davaları vacib rol oynayır. Cangüdən mütləq 30-a yaxın hərbi fənd bilməlidir. Maşını ekstremal şəraitdə idarə etməyi bacarmaq, zəhərlərdən baş çıxarmaq da prezident cangüdəni üçün tələb edilən cəhətdir.

Cangüdən yayda tərləməməli, qışda üşüməməlidir

Prezident cangüdəni protokol qaydalarını, xarici dilləri bilməli, etiket qaydalarını mənimsəməlidirmi? Mükəmməl səviyyədə olmasa da, ingilis dilini bilməli, prezidentlə bərabər hərəkət edəcəyi üçün etiket qaydalarına bələd olmalıdır.
Prezidenti qoruyursansa, öncə öz bədənini, ağlını, sağlamlığını qorumalısan. Bayırda şaxta varsa, cangüdən qat-qat, qalın paltar geyə bilməz. Çünki bu, onun aktiv hərəkət etməsinə maneçilik törədə bilər. Bundan başqa, yayın cırhacırında da tərləməmək, istidən təngnəfəs olmamaq cangüdənin ümdə vəzifəsidir. Maraqlıdır, bəs buna necə nail olurlar?
Məlumatlara görə, onların güclü olmasına bəzi preparatlar kömək edir. Onların yardımı ilə cangüdənin bədənindəki bəzi fizioloji proseslər daha da güclənir. Eşitmə, görmə qabiliyyəti daha da həssaslaşır, intuisiyası möhkəmlənir. Yeri gəlmişkən, prezident cangüdəninə siqaret çəkməyə icazə var. Çünki siqaret stressi aradan götürür. Amma bu, təbii ki, orqanizmi gücdən salır və son nəticədə cangüdən 35 yaşında təqaüdə göndərilir.

ABŞ prezidentinin müdhiş mühafizəsi

ABŞ prezidentinin kortejində 100 ədəd zirehli maşın var. Cangüdən xidmətində isə 150-yə yaxın əməkdaş. Barak Obama və ailəsi sutkada 24 saat dişlərinə qədər silahlanmış Məxfi Xidmət əməkdaşları tərəfindən qorunur. Məxfi Xidmət Beynəlxalq Təhlükəsizlik Departamentinin bir qolu sayılır ki, onlar da prezidentləri və prezidentliyə namizədləri qoruyurlar. B.Obamanın limuzini xüsusi olaraq bütün mühafizə elementləri ilə təchiz olunub. Bu maşını vətəndaş tankı da adlandıranlar var. Bundan başqa, qaradərili prezidentin əynində güllə keçirməz palto da var. Eyni paltodan Kolumbiya və Venesuela prezidentləri də geyinir.
Britaniya kraliçası Yelizavetanı isə 100 nəfər cangüdən qoruyur ki, onların böyük əksəriyyətini də snayperlər təşkil edir. İngiltərənin baş nazirinin eskortunda isə bir maşın, 10-a yaxın cangüdən var. İtaliyanın qalmaqallı baş naziri Berluskonini isə 10 maşın, 20-yə yaxın cangüdən müşayiət edir. Fransa prezidenti Sarkozidə də vəziyyət bənzərdir. Onu da 20-40 nəfər cangüdən 7-10 maşınla qoruyur. Bu rəqəmlərin dəyişik olması ölkədəki durumdan da asılıdır. Ən gülməli mühafizə sistemi isə Finlandiyanın baş naziri Vanxanenə məxsus olub. 2 nəfər cangüdən bir maşında.
Yumurta, mayonez, pomidor hücumları cangüdənlərin qorxulu röyası olub. İlk baxışda gülməli görünə biləcək bu “silahlar” nadir halda da olsa xarici səfərə gedən prezidentlərin başına bəla açır. Rusiya mətbuatına inansaq, Putin bir, Medvedev isə iki dəfə belə hücuma məruz qalıb. Amma cangüdənlər nə özlərini, nə də müdafiə etdikləri şəxsləri bu “silahdan” qoruya bilmir. Amma son vaxtlar bu sayaq hücumları zərərsizləşdirmək, məsələn, onların ləkəsini saxlamayacaq geyimlər tapmaq prezident mühafizələrində ən aktual mövzudur. Artıq bununla bağlı lazımi addımlar da atılır.

Hansı prezident cangüdəninə problem yaradır?

Xarici mətbuata inansaq, Amerika prezidentləri arasında cangüdənlərinə ən az problem yaradan Corc Buş olub. Belə ki, o, Ağ Evdəki müəyyənləşmiş qayda-qanunlardan heç vaxt kənara çıxmadığı üçün cangüdənlərinin əsəbləri də qaydasında olub. Bill Klinton isə xalq arasında dolaşmağı sevdiyi, spantan görüşlər, kontaktlar həvəskarı olduğu üçün mühafizə xidmətinə ciddi narahatçılıqlar yaradıb. Xüsusən də eks-prezidentin sevgi görüşləri zamanı, günün müxtəlif saatlarında cangüdənlərini ayaq üstə saxlaması Amerika mətbuatında dildən-dilə dolaşan hekayələrdəndir.
Prezidentlərin xarici ölkələrə səfər planı müəyyən olunan kimi məxfi xidmət də bu barədə müzakirələrə başlayır. İlk növbədə hücum ssenariləri, təhlükə ehtimalları dartışılır. Ən kiçik detallar belə xidmət əməkdaşları tərəfindən təhlil edildikdən sonra əlavə variantlar gündəmə gəlir. Məsələn, Ağ Evdə illərdir dəyişməyən bir qayda da var - prezidentlər hansı xarici ölkəyə səfər edirlərsə etsinlər, mütləq daha öncədən seçib mühafizəsini təşkil etdikləri mehmanxanalarda qalırlar, rezidensiyada yox. Adətən mehmanxana bütünlüklə icarəyə götürülür, eyni zamanda evakuasiya variantları da nəzərdən keçirilir. Əksər prezidentləri birləşdirən daha bir cəhət isə onların xarici səfərlərə bütün heyətlərini götürməsidir. Belə ki, zirehli limuzin, təcili yardım, rabitə, eləcə də məxfi xidmətin maşınları, prezidentlərin aşpazları, saç ustaları, masajistləri...
Amma bir məqamı da qeyd etmək yerinə düşər ki, prezident mühafizəsində çalışmaq risk tələb edir. Məsələn, 1999-cu ildə təkcə Amerika prezidentinin məxfi xidmətində 31 əməkdaş qətlə yetirilib. 2003-cu ildə isə məxfi xidmət ölən və yaralananlarla bərabər 34 xəfiyyə itirib. Təbii ki, bu itkilərin detalları açıqlanmır.
Amerikanın keçmiş prezidenti Reyqanın şəxsi mühafizəsində çalışmış Con Barletta isə deyir ki, 21-ci əsr cangüdənlərinin işi çox çətindir. Belə ki, indi texnikanın imkanları kosmik sürətlə inkişaf etdiyindən zərbənin haradan gələcəyini proqnozlaşdırmaq da mümkün deyil: “İndi təkcə tapança, avtomat və ya snayperdən gələn təhlükə ilə iş bitmir. Təyyarə, raketdən açılacaq zərbə, jurnalist, narazı vətəndaş qiyafəsində prezidentə yaxınlaşa biləcək şikayətçi... Bunların hamısını düşünəndə cangüdən dinc həyatı ancaq yuxusunda görə bilər”.//"Yeni Müsavat"



«MediaPost Azərbaycan»

606 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium