
Planetin ən gözəl avtomobilləri / 29.07.2010
Dünyanın tanınmış “Forbes” nəşri 2010-cu ildə istehsal olunmuş planetin
ən gözəl avtomobillərinin siyahısını tərtib edib. Ən yaraşıqlı
avtomobillərin seçimini avtomobil istehsalçısı olan şirkətlərin
ekspertləri, dizayn mütəxəssisləri və analitikləri tərəfindən aparılıb.
Siyahıya 43 600 dollardan 285 min dollara qədər qiyməti olan 9 avtomobil
daxil edilib. Belə ki, 197 min dollara olan “Aston Martin
Rapide” avtomobilini bütün ekspertlər bəyənib. Onların daha çox xoşuna
gələn isə avtomobilin yuxarıya açılan qapıları olub ki, bu da avtomobilə
xüsusi gözəllik verir və avtomobili idman maşınına bənzədir.
285 min dollara olan “Bentley Mulsanne” avtomobili dizaynından başqa,
bahalı interyerinə görə bəyənilib. Belə ki, avtomobilin interyerində
bahalı ağac və xüsusi növ dərilərdən istifadə olunub. Avtomobil həmçinin
yaxşı dinamikasına görə xüsusi dəstəklənib. Belə ki, 100 km sürəti bu
ağır limuzin 5.1 saniyəyə yığır. Planetin ən yaraşıqlı
avtomobillərinin reytinqində həmçinin “Mercedes SLS AMG”, “Alfa Romeo 8C
Spider”, “Rolls-Royce Ghost”, “Maserati Quttroporte”, “Ferrari 458
Italia”, “Porsche Boxster” və “Dodge Challenger SRT8” daxildirlər.
Sonuncu model avtomobil həmçinin “Forbes”in siyahısında ən ucuz
avtomobil kimi də qiymətləndirilib. Belə ki, bu avtomobilin qiyməti 43
680 dollardır.
«MediaPost Azərbaycan»
|