saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Maraq dünyası

2010-cu ilin ən yaxşı kommersiya avtomobilləri / 20.07.2010

“2010-cu ilin ən yaxşı kommersiya avtomobilləri” mövzusunda oxucular arasında keçirilmiş sorğuda Mercedes-Benz avtomobilləri yenidən ən yaxşı elan olundu

Bu il oxucular Mercedes-Benz markalı kiçik tonnajlı avtomobillərə və yük avtomobillərinə, eləcə də avtobuslara altı nominasiyada birinci yer verdilər. Bundan əlavə, Mercedes-Benz “Ən yaxşı brendlər” mükafatına layiq görüldü. Qaliblər bunlar oldu: Sprinter və Atego avtomobilləri, Actros magistral yük avtomobili, Actros yükboşaldan avtomobili, orta tutumlu Tourino avtobusu, Citaro şəhərdaxili marşrut avtobusu.

“2010-cu ilin ən yaxşı kommersiya avtomobilləri” və “Ən yaxşı brendlər” mövzusunda oxucular arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Daimler AG konserni tərəfindən buraxılan Mercedes-Benz kommersiya avtomobilləri yekunda yeddi nominasiyada birinci yeri tutdu.

ETM nəşriyyatı (Ştutqart) tərəfindən 14-cü dəfə keçirilən sorğuda bu il lastauto omnibus, trans aktuell və Fernfahrer nəşrlərinin 7.700-dən artıq oxucusu iştirak etdi. Bu il onlar 171 namizəd arasından ən yaxşılarını seçdilər. Mükafatlar mayın 18-də Lüdviqsburq kral sarayında təqdim edildi. Tədbirin əsas qəhrəmanı Mercedes-Benz markası oldu.

Daimler AG konserninin idarə heyətinin üzvü Andreas Renşler qeyd etdi ki, “Ən yaxşı kommersiya avtomobilləri” kateqoriyasında altı qələbə və “Ən yaxşı brendlər” kateqoriyasında bir qələbə kiçik tonnajlı avtomobillər, yük avtomobilləri, avtobuslar və xidmətlər sahəsində Mercedes-Benz-in liderliyini növbəti dəfə sübuta yetirdi.

“Biz mükafatlara görə çox şadıq və qaliblərin seçilməsində fəal iştirak etdiklərinə görə ETM nəşriyyatının oxucularına minnətdarlığımızı bildiririk”, – deyə o, fikrini yekunlaşdırdı.  

Mercedes-Benz Sprinter bu il də “Çəkisi 3,5 tonadək olan kiçik tonnajlı avtomobillər və yük avtomobilləri” nominasiyasında birinci yeri tutdu. Beləliklə, o, dalbadal 14-cü dəfə bu nominasiyada qalib oldu.

Qeyd edək ki, Ştutqart nəşriyyatının oxucular arasında keçirdiyi əvvəlki sorğuların nəticələrinə görə, Sprinter həmişə birinci yeri tutmuşdu və bu il də istisna olmadı. Budəfəki versiya OM 651 dizel yanacağı ilə təchiz olunmuş və Euro-5 standartına cavab verən kiçik tonnajlı Sprinter avtomobili idi.

“Çəkisi 7,5 tonadək olan yük avtomobilləri” nominasiyasında qalib adına yenə də Mercedes-Benz Atego layiq görüldü. Atego-nun üstün cəhətləri bunlardır: qənaətcillik (yanacaq sərfinin azlığı), təkrar (“ikinci əldən”) satış zamanı avtomobilin yaxşı satılması, avtomobilin yüksək keyfiyyətlə hazırlanması və olduqca etibarlı olması. Onu da qeyd edək ki, bu avtomobillər ailəsində alıcılara tam çəkisi 6,5 tondan 15 tonadək olan yük avtomobilləri, habelə yükqaldırma imkanları gücləndirilmiş, çəkisi 16 tonadək olan yük avtomobilləri təklif olunur.

Mercedes-Benz-in flaqmanı olan Actros 2010-cu ildə ikiqat qələbə qazandı. Ötən il “2009-cu ilin yük avtomobili” titulunu qazanmış Actros bu il də magistral yük avtomobilləri sinfində bütün rəqiblərini geridə qoymağı bacardı. Ən yaxşı yükboşaldan avtomobillər nominasiyasında da birincilik Actros-a qismət oldu.

Orta tutumlu avtobuslar sinfində qələbəyə bu il Mercedes-Benz Tourino layiq görüldü. Orta tutumlu Mercedes-Benz Tourino turist avtobusu 38 sərnişinin komfortla səfərə çıxmasına imkan verir. O, kiçik turist qruplarının daşınması üçün manevrli avtobuslara olan tələbatın artması fonunda xüsusi aktuallıq kəsb edir.

Ondakı bir sıra xüsusiyyətlər (məsələn, o, arxada yerləşən mühərriklə qabaq tərəfdə müstəqil asqının kombinasiyası, elektron stabilləşdirmə sistemi (ESP) də daxil olmaqla təhlükəsizlik qurğuları ilə tam təchizat) orta tutumlu avtobusların heç birində yoxdur.

Şəhərdaxili marşrut avtobusları seqmentində Mercedes-Benz Citaro uğur qazandı. O, marşrut avtobusları tarixində bestsellerlərdən biri sayılır. Artıq Mercedes-Benz Citaro avtobuslarının ikinci nəsli istehsal olunur. 1998-ci ildə seriya ilə istehsal olunduğu vaxtdan bəri konveyerdən bu avtobusların 27.000-dən artıq  nüsxəsi buraxılıb. Demək olar ki, Avropanın bütün paytaxt şəhərlərində, eləcə də Avropadan uzaqlarda bu avtobuslardan istifadə edilməsi Citaro-nu bütün dünyada məşhurlaşdırıb.

Mercedes-Benz brendi daha bir mükafatı Mercedes-Benz Charterway kompleks xidmətlərinə görə qazandı (bu xidmətlər “İcarə/Lizinq” kateqoriyasında oxucular tərəfindən ən yaxşı hesab edildi). Mercedes-Benz markası dalbadal dördüncü dəfədir ki, bu kateqoriyada mükafata layiq görülür.

Sonda bir daha xatırladaq ki, “2010-cu ilin ən yaxşı kommersiya avtomobilləri” mövzusunda oxucular arasında keçirilmiş sorğunun təşkilatçıları Ştutqartda (Almaniya) nəşr olunan ixtisaslaşmış lastauto omnibus, trans aktuell və Fernfahrer dərgiləri və bu işdə onlarla əməkdaşlıq edən Dekra AG-nin mühəndisləri idi.











Hazırladı: Zaur Əzizov


«MediaPost Azərbaycan»

256 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium