saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

Vətənin tərənnümünə, xalqın tarixinə üz tutan şair! / 26.02.2018

Mədaxil Cavadlı-60

Çox qəribədir, əhali ilə ərazi, insanla torpaq, təbiət arasında çox təbii bir əlaqə, vəhdət var. Yaxşı yerlərin yaxşı da sakinləri. Sərt təbiətli yerlərin də sərt və cod adamları olur. Mətləbə keçməzdən əvvəl fikrimə dayaq kimi bir faktı xatırlatmaq istəyirəm. Bizim bədxah və xəyanətkar qonşularımızın arasında nə bir müqəddəs adam var, nə də bir müqəddəs ünvan. Ucdantutma hamısı yalançı, yaltaq, fırıldaqçı və kələkbazdılar. Keşişindən tutmuş çağasına qədər hamısı xəyanətkar və abırsızdır. Hara ayaqları dəyir, hara əlləri çatır, dilləri yetir, orda hiylə, şər və böhtan göyərir, qətl, qarət baş alıb gedir. Bir sözlə Allah onları lənətləyib, qadınlı kişili, uşaqlı-bğyüklü hamısını mərdimazar yaradıb. 
Neynəmək olar, Qadınlı-kişili, cavanlı-qocalı hamısı intriqant, aravuran, xain və xəbis məxluqlardı. 
Jurnalist kimi mən ötən əsrlərin sonlarında Vətənin qarış-qarış gəzmişəm. Yerinə, mühitinə, həyat tərzinə görə insanların fərqli xarakterdə olduqları qənaətinə gəlmişəm. İsmayıllı camaatı haqda Böyük Səməd Vurğunun sadə, səmimi və şirin deyimləri ilə tam şərikəm. Onun “Talıstan” poeması, “Muğan” poemasının baş qəhrəmanı Sarvan onu yetirən torpağa şairin məhəbbətindən yaranmışdı. O böyük insan olduqca az yaşadı, əgər Tanrı ona bir neçə il artıq ömür versəydi, şeir vurğunu olduğu bu yerlərə yenə nəsə yazardı. İndi Səməd yoxdur. Amma çox yaxşı ki, indi İsmayıllıda Böyük Səmədin şer-sənət yolunu davam etdirən onlarla şair var. Onlara ilham verən gözəl el-oba, doğma təbiət var. 
Sonralar dahi şairin odlu ilham nəfəsi ilə isinmiş bu torpaqda Musa Yaqub,Ş.Dağlaroğlu, Mədaxil Cavadlı, Baba Vəziroğlu, İldırım Dəmirli və bir çox şairlər yetişdi. Onların hər biri hazırda İsmayıllının saf təbiətindən, təmiz dağ havasından, billur bulaqlarından, halal çörəyindən qidalanmış nəğməkar fikir istehsalçısı, söz sərkərdəsi və sələflərinə layiq coşğun təb, ilham sahibləridir. Bu şairlərin hamısının üzü təbiətə, torpağa, Vətənə sarıdır. Şerlərinin sərlövhəsindən tutmuş misra və bəndlərinə qədər hər sətrindən Vətənin bir parçası boylanır, dağ, dərə, bağ-bağat, çəmən üzə gülür. Burda, İsmayıllı şairlərinin şerlərində sanki “Təbiət insanla danışır” (Musa Yaqub).
Bir çox Qələm yaşıdları kimi Mədaxil Cavadlı da “Müstəqillik dövrünün” şairlərlərindəndir. Onun “Üzü göyə yol gedirik” adlı şerlər kitabı 2001-ci ildə işıq üzü görüb. Özündən öndəki qələm həmkarları kimi onu da ana torpağa, sehirli təbiətə vurğunlunu şeir aləminə çəkib gətirmişdi. “Bədo bulağı”, “Palıd”, “Payız lövhələri” dünyaya göz açdığı Cənnətməkan Sulut kəndinin ilk bədii lövhələri idi. Sonralar Sulut kəndi onun yaradıcılığının baş qəhrəmanına çevrildi. “Buz bulaq”, “Dəvə daş”, “Baba dağ”, “Dünyanın ən səfalı yerləri Sulut” adlı şerləri meydana gəldi. Şair doğma yurdun torpağı, suyu, havası ilə özü arasında bir eyniyət gördü. 
Bu yerin torpağı, suyu, havası,
Canımda yaşayan ruhuma təndi,-dedi.
Mədaxil Cavadlının birincidən 10 il sonra çap olunan növbəti kitabı da Suluta həsr olunub. Ancaq təkcə Sulutun əfsanəvi gözəlliyini deyil, həm də onun faciəli tarixi –keçmişini yada salıb. Şair zəngin təbiətimizdən yaza-yaza, müsibətli tariximizə doğru dönüş edib. Bunu şairin yaradıcılığının ikinci mərhələsi adlandırmaq olar. Üzünü Vətən tarixinə tutan şair “İsmayıllı” şerini yazır və qədim bu ellərin tarixini yada salır. Mən deyərdim ki, təbiətin tərənnümündən tarixə dönüş şairin yaradıcılığında mühüm mərhələdir və bu, “Dünyanın səfalı yeridir Sulut” kitabında öz bədii-publisistik əksini tapmışdır. Həm də qeyd etmək lazımdır ki, bu əsər Mədaxil Cavadlının qələm təcrübəsində onun poeziyadan publisistikaya keçid körpüsüdür. Bu da təsadüfi deyildi. Təbiət şairi kimi çox sevdiyimiz Musa Yaqub hələ 1983-cü ildə çap etdirdiyi “Bir sim üstə” adlı dəyərli kitabında yaşadığı doğma diyarda zəngin təbiətimizlə sirli-soraqlı tariximizin bir ünvanda uyuduğunu və onları birgə oyatmaq, dindirmək, danışdırmaq vaxtının çatdığını qeyd edərək yazırdı: “Bizim Cəlalı dağından, Buynuz kəndindən tutmuş Topçu kəndinə kimi 7-8 km uzanan nəhəng bir meşəlik var. Burda orta əsrlərdə Hüklü adlı şəhər yerləşibmiş. Hüklü Alban dövlətinin mərkəzi Qəbələnin yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi olub. Sığnaq, Səngər, Enni Güney. Hüklü burnu adları da o vaxtdan qalıb. Bu meşənin altında nələr yatır! Qəbiristanlıqlar, dəyirman, arx yerləri, barılar, ev topacıqları, nəhəng fısdıq ağaclarının kökündə seçilən təndir və s. Eləcə qalıb. Amma burda heç vaxt arxeoloji qazıntı işi getməyib... Kim bilir, bəlkə də dünyanı heyrətə sala bilən, xalqımızın keçmişini işıqlandıra bilən ən heyrətamiz tapıntı elə burda yatır...”.
Təəssüf ki, o vaxtlar, XX əsrin sonlarında şairin bu çağırışına hay verən olmadı. Amma bunlar onun qələm davamçıları üçün təsirsiz qalmamışdır. Mədaxil Cavadlı XXI əsrin başlanğıcında “Sulut-Qədim yurd yeri” adlı araşdırmalarını toplayıb adı çəkilən kitabında çap etdirdi. Şirvan hakimlərinin yay iqamətgahı olan bu yerlərin indi xarabalığa çevrilməsinin ağrı-acısını yaşaya-yaşaya Fit dağı, Fit Qalası, Fit şəhəri haqda əfsanə və həqiqətləri oxucularına təqdim etdi. İllərlə xalqdan gizli saxlanılmış tariximizə şair işıq salır, onu həm poeziya dili, həm də publisistik dir dilləoxuculara çatdırmağa çalışmışdır. Çarizmi Azərbaycana gətirənlər haqda, çar generallarına bələdçilik edən İosif, Stepan kimi xəyanətkar erməni keşişlərinin mənfur fəaliyyəti haqda oxucularını məlumatlandıran müəllif yaxın keçmişimizin çox qaranlıq məqamlarını işıqlandırmağa səy göstərmişdir.
Çar hökuməti Azərbaycanı işğal etmək üçün erməni keşişlərindən həmişə casus, gizli  bələdçi və polis agenti kimi istifadə edib. Bu taktika Birinci Pyotrdan başlayaraq bu günə kimi davam edir. İkinci Yekatrina da general B.Zubovu 30 minlik ordu ilə Azərbaycana yola salmazdan əvvəl Dərbənddən başlayaraq ölkəmizin bütün iri şəhərlərinə erməni keşişlərini xüsusi tapşırıqla kəşviyata göndərmiş, onlara əhali arasında gizli iş aparmaq tapşırığı verilmişdir. Bunun sayəsində general Zubovun başçılıq etdiyi rus ordusu 1896-cı ildə yürüşə keşişlərin xeyir-duası ilə kilsədən başlanmışdı. Qoşun Peterburqdan çıxmamış artıq ermənilər Dərbənddə toy-bayram edir və lazımi hazırlıq işlərini görürdülər. Keşiş İosif bu işğalçı yürüşü “xristianlığın xilası” kimi yozur və işğalçı ordunu gül-çiçəklə Kızlarda qarşılayır. General B.Zubov erməni keşişini özünün rəsmi məsləhətçisi və bələdçisi təyin edir. Nəticədə Dərbənd 2 may 1896-cı ildə müqavimətsiz ələ keçirilir. Qurd ağacı içindən yeyər, deyiblər. Hiyləgər keşiş İosifin tövsiyə və təhriki ilə Dərbənd rus əsgərləri və erməni sakinləri tərəfindən qarət olunur. II Yekatrina Dərbəndin alınması xəbərini sevinclə qarşılayır. “”Qızıl ayaq” ləqəbli Zubov 2-ci dərəcəli Georgi ordeni ilə təltif olunur. Rus qoşunları baş məsləhətçi İosif Stepan Davidovun bələdçiliyi ilə Quba istiqamətində hərəkət edir və burda da keşişin məsləhətləri generalın dadına çatır. O, Qubanı da müqavimətsiz ələ keçirir və general Bulqakovu burda qoyub Şamaxı istiqamətində hərəkət edir. Bələdçi keşiş İosif Şamaxıda erməni keşişi Stepana lazımi tapşırıqlarını verir və Şamaxı da müqavimətsiz ələ keçirilir. Bunun ardınca B.Zubov fitnəkar İosifin bələdçiliyi və onun erməni əhalisi arasında apardığı məkrli təbliğat və təşkilatçılığı ilə 1796-cı ilin avqustunda Bakı xanını, sonra Gəncə xanını özünə təslim edir. 1896-cı il noyabrın 6-da II Yekatrinanın ölüm xəbəri B.Zubovun geri çağırılması ilə nəticələnir. Amma erməni keşişləri Azərbaycan xanları arasında intriqa və ədavət yaratmaq, rusların növbəti hucumu üçün erməniləri hazırlamaq işini dayandırmayırlar.
 Mədaxil Cavadlı yazır ki, erməni keşişləri təkcə Azərbaycanı işğal edən çar ordusuna bələdçilik və satqınlıq etməklə kifayətlənmir, həm də bundan öz maraq və mənfətləri üçün istifadə edirdilər. Kənardan gələn və Qafqaza nabələd olan xarici qonaq və səyyahlara bu torpaqların ermənilərə məxsus olmağı haqda ağlagəlməz nağıl və əfsanələr danışır, öz cəfəngiyyat və uydurmalarını onlara inandırmağa çalışırdılar. Beləliklə, Azərbaycan bir tərəfdən çar ordusu, digər tərəfdən erməni keşişlərinin yaratdığı soyğunçu quldur dəstələrinin əli ilə talan və qarət edilir. Ermənilər Azərbaycanın torpaqlarını işğal etməzdən əvvəl xalqın mənəvi sərvətlərinin işğalına rəvac vermişdir. Müəllif yazır ki, Şirvan hakimlərinin yay iqamətgahı olan Fit dağı, Fit qalası ilə bağlı xalqımızın çoxlu nağıl və əfsanələri var. 1888-ci ildə Tiflisdə çıxan “Exo” adlı erməni qəzetin həmin əfsanələrdən birini erməniləşdirib “Şirvan qalası” adı ilə çap etdirir. Həmin uydurma bir neçə il sonra, 1893-cü ildə A.Zəkəryan adlı başqa bir erməni tərəfindən kitab kimi çap etdirilir. “Şirvan qalası” adlanan və cəmi 28 səhifədən ibarət olan bu kitabın bir hissəsi 40 il sonra A.Fituni adlı bir tədqiqatçının əlinə keçir və onun marağına səbəb olur. O, Fit dağı, Fit şəhəri və Fit qalası ilə maraqlanır və 1915-ci ildə bu yerləri gəzib-dolaşdıqdan sonra tapıldığı materiallar barədə 1927-ci ildə Azərbaycan arxeoloji komitəsinin “Xəbərlər”ində böyük bir məqalə ilə çıxış edir. Lakin müəllif A.Zəkəryanın Şirvan torpağı haqda yalanlarına düzəliş vermir. Beləliklə, erməni yalanları ildən-ilə, əsrdən-əsrə, nəsildən-nəslə ötürülərək yaşamaqda və yaşadılmaqdadır. Bunun səbəbi zaman-zaman davam edən bizimözümüzə, torpağımıza və tariximizə laqeydliyimizdədir. Mədaxil Cavadlı çox yaxşı ki, şair qələmini Vətən torpağının tərənnüm və təsvirinə həsr etsə də, publisist qələmini Vətən tarixinin təbliğinə və öyrənilməsinə həsr etmişdir. Çox istərdik ki, hörmətli şairimiz bu ənənəni 60 illik yubiley hesabatından sonra da səylə davam etdirsin. O, tarixi yerlərin övladı, yetirməsi olduğu kimi, həm də əsərləri ilə sübut etdi ki, tariximizin ayıq-sayıq keşikçisi və xeyirxahıdır. Ona bu yolda yeni-yeni uğurlar və can sağlığı arzu edirəm. Tariximizi və torpağımızı tək qoymaq olmaz.


Qalib Qadir

425 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

July

»
            01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium