saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

60 İL SAĞLAMLIĞIN KEŞİYİNDƏ / 09.02.2018

Ötən əsrin ortalarında, ikinci dünya müharibəsindən sonra beynəlxalq aləmdə, o cümlədən Sovetlər ölkəsində insan sağlamlığına diqqət və qayğı ön plana keçmişdi. BMT yanında Beynəlxalq Səhiyyə Təşkilatının təşəbbüsü ilə 7 Aprel Ümumdünya Sağlamlıq günü elan edilmiş, alkoqolizmə, papiros çəkməyə qarşı mübarizə komitələri yaradılmışdır. Hazırda Bakı, Abşeron və Sumqayıt miqyasında xalq həkimi kimi geniş şöhrət qazanmış Hacı Cəfər həkim Quliyev o vaxtlar Azərbaycan Tibb Universitetini bitirib ağ xalatlı həkimlərin sırasına yenicə daxil olmuşdur. O az vaxtda nəinki işlədiyi kollektivdə, həm də Sumqayıtda bacarıqlı cərrah, qayğıkeş həkim kimi geniş şöhrət qazandı. Mənim onunla tanışlığım həmin illlərə təsadüf edir. Cəfər həkim həm də əhali arasında tibbi maarifləndirmə işinə cəlb edilmiş çox savadlı təbib-təbliğatçılardan biri idi. Tez-tez müxtəlif əmək kollektivlərində, zavod, fabrik, məktəb, ictimai iaşə obyektlərində müxtəlif mövzularda mühazirə oxuyur, əhali arasında tibbi bilikləri təbliğ edirdi. O vaxtlar ölkədə alkoqollu içkilərə meyl kütləvi miqyas almışdır. Cəfər həkim “Alkoqolizm ictimai bəladır”, “Patoloji sərxoşluq” və s. mövzularda etdiyi çıxışları ilə əhalinin sağlamlığı naminə pis vərdişlərə qarşı var qüvvəsi ilə müqavimət göstərir, mübarizə aparırdı. O vaxtdan zaman çox şeyi dəyişdirib, o cümlədən həkimləri də. Hazırda iki cür həkim var: bir var müalicə həkimi, bir də var xəstəlik həkimi. Hacı Cəfər Quliyev müalicə həkimidir. 1973-cü ildən onu tanıyıram. O, hər yerdə, həmişə kara gələn, adamların dadına çatan təmənnasız təbiblərdən biri olub. Xəstənin kimliyinə, haralı, nəçi olmasına, sosial vəziyyətinə, cibinə, adamına, arxasına baxmayaraq öz sənət borcunu can-başla yerinə yetirən insandır. Xalq həkimidir. Adlı-sanlı cərrahdır. Ömrünün düz 60 ilini bir əlində cərrah bıçağı, bir əlində Qələm insanların sağlamlığının bərpasına və xəstələnməməsinə həsr edib. O, bu iki sehirli Alətlə Türk əsgəri kimi daim sağlamlığın keşiyini çəkib. O, dərdlə dərvan, İnsanla təbiət arasında etibarlı vasitəçi olub. Cəfər həkim mahir cərrah olsa da təbii müalicəyə, xalq təbabətinə çox önəm verir. O, İbn Sinanın “Hər bir qida dərmandır, hər bir dərman qida olmalıdır” tövsiyəsinə dönmədən əməl edən loğmandır. Bu məziyyətlərinə görə mən dostlarımın, doğmalarım nədən xəstələnirsə xəstələnsin, onlara Cəfər həkimi nişan vermişəm. Onlar da onun yanına nasaz gəlib razı gediblər. Onların əksəriyyəti əməliyyat olunmayıb. Sadəcə birinə keçi südü içirir, digərinə əvəlikli aş, başqasına kələm yeməyi və s. məsləhət bilib və xəstəlikdən əzab çəkən insanlar şəfa tapıblar. Bunun sirri ondadır ki, Cəfər həkim təbiətin vurğunudur, onun hikmətinə, gücünə pərəstiş edən bir insandır. Onun özü də, naturası da, davranışı da sanki təbiətin bir parçasıdır. Bəlkə də bu Cəfər həkimin əslən barlı-bəhərli Ordubaddan olması ilə bağlıdır. Bilmirəm, ancaq onu bilirəm ki. Cəfər həkim təbiətin də, öz peşəsinin də vurğunudur. “Peşə, ona vurulanları xoşbəxt, əksinə tələm-tələsik ona qurşananları bədbəxt edə bilər” (K.Marks). Mən həkimliyin müqəddəsliyini əməli ilə sübut edən peşə sahiblərinə, onların ulu babası Hippokratın davamçısı kimi ehtiramla baş əyirəm. Atalar yaxşı deyib: “Pisi görməsən, yaxşının qədrini bilməzsən”. Ötən əsrin səkkizinci illərinin sonları idi. SSRİ səhiyyə naziri respublika təsərrüfat fəallarının yığncağında çıxış edərək dedi ki, Azərbaycanda tibbi xidmət olduqca yarıtmaz haldadır. Təcili cərrahi əməliyyatdan ölənlərin sayı orta ittifaq göstəricisindən qat-qat yüksəkdir. Əlbəttə, bunun çoxlu səbəblərindən biri “həkim xəstəliyi” idi. Ötən 60 ildə gördüklərimə əsasən deyə bilərəm ki, biganəlik, qənimətçilik, təmənnalıq Azərbaycan səhiyyəsində çalışan tibb işçiləri arasında elə bir sağalmaz bəlaya çevrilmişdi ki, onun müalicəsi xərçəngdən də çətin olmuşdu. Bunu sübut edən minlərlə misal çəkmək olar, amma məqsədim başqadır. Qəlbən, ruhən həkim olmayanlar bu sahədə saxta ad-san, var-dövlət qazansalar da, cəmiyyətə yük, insanlıq adına ləkə idilər Çox təəssüf ki, bu gün belələri müalicə həkimlərindən sayca 2-3 dəfə çoxdur. Cəfər həkimin “Tüstü də var ocaq söndürür” adlı kitabını alıb oxuyanda onun bu yaşda öz sənətinə sədaqəti və vurğunluğu məni həm heyrətləndirirdi, həm də qəlbən sevindirdi. O, bir neçə il əvvəl sağlamlığın keşiyində cərrah kimi necə ayıq-sayıq dayanmışdırsa, bu gün də işini qələmlə davam etdirir. Kitabın ümumi qayəsi “sosial xəstəliklər” kateqoriyasına aid edilən tütün məhsullarının kütləvi istehlaçından doğan zəhərlənmə və tədriçi ölümlə nəticələn digər ağır fəsadlardı. Durğunluq və saxtakarlıq illərində gözdən pərdə asmaq ənənəsi başqa sahələrdə olduğu kimi səhiyyənin də evini yıxmışdı. Baxmayaraq ki, hər on min nəfər əhaliyə düşən həkimlərin sayına görə respublikamız nəinki İttifaq daxilində, eləcə də dünyada qabaqcıl yerlərdən birini tuturuq. Lakin sayımız çox olsa da “həkim xəstəliyi” ucbatından səviyyə və sanbal həmişə aşağı olub. Hacı Cəfər Quliyev səmimi publisistik bir üslubda yazdığı “Tüstü də var ocaq söndürər” adlı çox dəyərli kitabını Qurani-Kərimdən gətirdiyi bu Epiqrafla başlayır: “İnsanın əqlini başından alan nə varsa, o, haram sayılır” (“Qurani-Kərim”, Əl-Fürqan surasi, 71-ci ayə). Cəfər həkimin adı çəkilən bu kitabı 2017-ci ildə çap etdirsə də, o, “insanın əqlini başından alan”, sağlamlığını zədələyən, həyatını şikəst edən, ömrünü qaraldan hər nə varsa, ona qarşı 60 ildən çoxdur mübarizə aparır. Yaxşı yadımdadır, 1973-cü ildə Cəfər həkim 49 saylı texniki peşə məktəbinə dəvət olunmuşdur. O, gələcək metallurqların və müəllim kollektivinin qarşısında papirosun fəsadları haqda çox məzmunlu və təsirli bir söhbət elədi. O, papiros çəkmə tarixindən, papirosun törətdiyi fəlakət və fəsadlardan danışdı. Dedi ki, papiros təkcə onu çəkənlər üçün təhlükəli deyil, həm də bütün cəmiyyət üçün böyük bəladır. Çoxlu misallar gətirdi. Papirosun törətdiyi yanğınlardan, meşələrin, evlərin, sarayların, insanların od tutub yanmasından, milyonlarla vəsaitin məhv olmasından danışdı. Sonra həkim zaldakılara müraciətlə soruşdu:-Bəs sizcə, gəncləri tütnə sarı çəkən qüvvə nədən ibarətdir? Bu suala özü də cavab verdi. Dedi ki, bu, ən ucuz əyləncə mənbəyinin nə qədər rəzil və riyakar bir düşmən olduğunu bilməməkdən, onu yaxşı tanımamaqdan, əsil mahiyyətindən xəbərsiz olmaqdan irəli gəlir. Əgər insan gənc yaşlarından papiros çəkən böyüklərin necə bir təhlükəli düşmən toruna düşdüyünü bilsə, heç vaxt özünün də bir vaxt bu ölüm toruna düşməsinə imkan verməz. Çünki tütün tüstüsü mürəkkəb tərkibli kimyəvi maddədir. Bu tüstünün tərkibində 4000-dən artıq kimyəvi birləşmə var. Onlardan 40-dan çoxu orqanizm üçün ziyanlıdır. Təsəvvür edin ki, papiros yanında 700 dərəcəyə qədər istilik yaranır. Bir papiros tam yandıqda 2 litr tüstü verir. Tütünün tərkibindəki maddələrin 25 faizi yanır, 50 faiz havaya çıxır. Bunlar papiros çəkəni də zəhərləyir, ona qıraqdan laqeyd tamaşa edənləri də. Sanki gözümüzün qabağında bir insan daxilən od tutub yanır, biz isə bu odu söndürməyə cəhd göstərmirik. Bu cahillik, bu laqeydlik, bu qəddarlıq bizə lazımdırmı? Cəfər həkimin özünə məxsus emosional, ehtiraslı çıxışı təsirsiz qalmadı. Şair Məşkur Əkbər məktəbin yataqxanasında tərbiyəçi işləyirdi. O, elə zalda kollektiv qarşısında təntənəli şəkildə bəyan etdi ki, “Mən bu gündən papirosa əlvida deyirəm!”. Müəllim yoldaşlarımdan Əziz adlı müəllimdən başqa hamısı yekdilliklə papirosun daşını atdılar. Oğrun-oğrun orda-burda papiros tüstülədən gənclərə bu söhbət xüsusilə güclü təsir göstərdi. Onlar “Mən daha nə yanmaq istəyirəm, nə də yandırmaq!” deyib papirosla vidalaşdılar. Cəfər həkim əhalinin sağlamlığı məsələsinə həmişə vətəndaş məsuliyyəti ilə yanaşıb və hər yerdə insanların sağlamlığına xidməti özünün vətəndaşlıq borcu bilib. Xatırlayırsınızsa, 1974-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı yanında papirosun orqanizmə təsirini öyrənən ekspert komitəsi yaradıldı. Ondan sonra Cəfər həkim “yanğınla mübarizəyə”, yəni papiros çəkənlərə qarşı təbliğat-təşviqat mübarizəsinə daha peşəkarlıqla girişdi. Ümumdünya Səhiyyə Təşkilatı 1980-ci ili “Papiros çəkməklə mübarizə ili” elan etdi. Həmin ili mən “Təşviqatçı” jurnalında yenicə işə başlamışdım. Cəfər həkimin 7 Aprel-Beynəlxalq Sağlamlıq günü münasibətilə qəzetlərin birində “Sağlamlıq və papiros çəkmək: ikisindən birini seçin!” rubrikası altında çap olunmuş məqalədə Cəfər Quliyevin adına rast gəldim. Sonralar Cəfər həkim Sumqayıtda məişət ekologiyasına dair bir cəmiyyət yaratmağa təşəbbüs göstərdi. Mən də onun təsis yığıncağında iştirak etmişdim. Orda Cəfər həkim məişət ekologiyasının pozulmasında papiros çəkənlərin “rolundan” ətraflı danışdı və maraqlı misallar gətirdi. Dedi ki, 5 papirosdakı nikotin ada dovşanı üçün, 100-cü at üçün öldürücü dozadır. Əgər şüşə çubuğu nikotinə batırıb qarğanın dilinə toxundursaq, qarğa o dəqiqə ölər. Əlavə etdi ki, bir vaxtlar Fransada “yaxşı papiros çəkmək” yarışı keçirilir. Onun iştirakçılarından iki nəfər ara vermədən 60 papiros çəkir və birinci yeri tuturlar. Bir neçə saatdan sonra hər ikisi kəskin zəhərlənmədən ölür. Yarışda “ikinci”, “üçüncü” yeri tutanlar isə ağır vəziyyətdə xəstəxanaya düşürlər. Bu misalları xatırlatmaqda məqsədim odur ki, deyim: Cəfər həkimin 83 yaşında “Tüstü də var ocaq söndürər” adlı kitabının meydana çıxması heç də təsadüfi deyil. Qabaqlar, yəni sovet dönəmində “Bilik” cəmiyyəti vardı və belə kitablar bu cəmiyyətin xətti ilə çap olunur və yayılırdı. Əhali kütləvi şəkildə maariflənir və hər kəs öz ağlına görə oxuduqlarından nəticə çıxarırdı. Etiraf edək ki, o dövrdə siqaretə meyl indiki qədər güclü deyildi. Respublikada tütün sənayesi, tütün istehsalı sahəsində yüz minlərlə insan çalışırdı. Bakıda tütün fabriki fəaliyyət göstərirdi. Orda “Azərbaycan”, “Göy göl”, “Bakı”, “Nizami”, “Paytaxt”, “Muğan”, “Kəpəz”, “Arzu”, “Gəncə”, “Nərgiz”, “Qız qalası” və s. cəlbedici adlarla çeşid-çeşid siqaretlər hazırlanıb kütləvi satışa buraxılırdı. Hətta 1961-ci ilə qədər SSRİ-də ordu və hərbi dəniz donanmasında pulsuz tütün verilirdi. Amma tütünə kütləvi aludəçilik indikindən qat-qat aşağı səviyyədə idi. Hazırda bu meyl artan və yüksələn xətlə getməkdədir. Mütəxəssislərin rəyinə görə, son 30 ildə (1988-2018-ci illər) arasında Azərbaycanda siqaret, narkotika və spirtli içkilərə qurşananların sırasında papiros çəkənlərin və narkomanların sayı fantastik sürətlə artmışdır. Bu müddətdə bir milyondan çox vətəndaşımız bu bəlanın qurbanı olmuşdur. Hazırda ölkəmiz ən çox papiros çəkənlərin sırasındadır. Bunu müxtəlif obyektiv və subyektiv mülahizələrlə şərh edənlər var. Məsələnin mahiyyətinə vardıqca aydın olur ki, əmək qabiliyyətli işsiz vətəndaşlar bir növ siqaret çəkməyi öz daimi “məşğuliyyətinə” çeviriblər. Bekarçılıqdan yaranmış boşluğu bir növ “papiros tüstüsü” doldurur. Boş, məzmunsuz əyləncəni xoşlayanlar arasında da siqaretə meyl güclüdür. Əməkdən kənar insanlar papiros tüstüsündə özlərinə xəyalən bir təsəlli, toxtaqlıq tapırlar. Amma harda ki, müqəddəs halal əmək bulaq kimi çağlayır, yaradıcı insan düşüncəsi dəniz kimi dalğalanır, orda yardımçı təsəlli, toxtaqlığa, yalançı ümid verici tüstü-dumana ehtiyac qalmır. Dünya və regional miqyasda əhali artımına mürtəce mövqedən yanaşan bədxah qüvvələr siqaret, narkomaniya, spirtli içki aludəçiliyinə planetimizin insan yükünü azaldan, əhali sıxlığını “təmizləyən” bir faktor kimi baxırlar. Bu terrorçulara, tütün, narkotik biznesi ilə məşğul olanlara haqq qazandırmaq deməkdir. Cəfər həkim kitabında belə üzdəniraq “nəzəriyyələri” tutarlı faktlarla rədd edir. Papiros çəkməyə aludəçilik səd-sərhəd tanımayan miqyaslı ekoloji fəsadlarına görə qlobal problemlərin tərkib hissəsidir. Zahirən papiros çəkmək, tütün tüstülətmək fərdi bir iş, xırda olduqca ucuz əyləncə predmeti kimi görünsə də, törətdiyi fəsadlar qlobal mahiyyət daşıyır. Ona görə onu yerli və regional miqyasda həll etmək olmaz. Belə ki, hazırda ölkəmizdə tütün istehsalı və siqaret sənayesi çox məhdud çərçivədə, demək olar ki, yox səviyyədə fəaliyyət göstərsə də, beynəlxalq tütün biznesi bizim yerli bazarları zəbt etmişdir. Bu biznes sahəsi əksər hallarda mürtəce dairələrin, qeyri-humanist qüvvələrin, terrorçuların inhisarında olur. Onlar bəşəriyyətin aldanmış kəsiminin bu zərərli istehlakçı vərdişlərindən milyardlar qazanırlar. Tütün biznes nəhəngləri nə etdiklərini, mürtəce sosioloqların dediyi kimi, əhali artımını “tənzimlədiklərini” çox yaxşı bilir və bu ümumbəşəri fəlakət üzərində öz qanlı səltənətlərini yaşatmaq, ömrünü uzatmaq üçün reklam və təbliğata milyonlar xərcləyirlər. Qeyd etmək lazımdır ki, Cəfər həkim təbabət aləminə onun hələ alver havası ilə zəhərlənmədiyi bir dövrdə qədəm qoymuşdu. Təbabətə sürətlə varlanmaq mənbəyi kimi baxan işbazlar ötən əsrin 60-cı illərində hələ səhiyyə sisteminə belə geniş yol tapmamışdılar. Tibb aləmi varlanmaq ehtirası ilə yaşayanların deyil, təbabəti Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, Ümnisə Musabəyova, Fuad Əfəndiyev, Kübra Hacıyeva, Abbasqulu Talışinski kimi qəlbən sevən təbiblər üçün idi. Ağ xalatlı şəfa mələklərinin vicdanı hələ ləkələnməmişdir. İnsan sağlamlığının keşiyində dayanmaq humanist bir missiya idi, onu bazar əmtəəsinə və kommersiya predmetinə çevirən işbazlar bu mühitə hələ soxula bilməmişdilər. Bir məsələni xüsusi qeyd etmək istəyirəm: Cəfər Quliyev Azərbaycanın əli qələmli, sözü şəfalı, ürəyi təpərli həkimlər qleyadasına daxildir. O, sələfləri kimi cəmiyyətin həm fiziki, həm də mənəvi sağlamlığı keşiyində dayanmaqdan heç vaxt yorulmayıb. İndiyə qədər 3-4 kitaba imza atıb. Belə insanları xalq heç vaxt unutmur. Hazırda çoxları N.Nərimanov, Abbas Səhhət, Tağı Şahbazi, Sultanməcid Əfəndiyev, Əbdül Axundov və onlarla başqalarını həkim kimi deyil, daha çox ədib, şair, publisist kimi xatırlayır. Bu yaradıcı insanların nəcib ənənələrini bacarıqla davam etdirən Cəfər həkim həm də təbiətsevər ekoloqdur. O, təbiətlə cəmiyət arasında ekoloji tarazlığın yaranması üçün əlindən gələni edir. Ekoloji böhran cəmiyyətlə təbiət, insanla ətraf aləm arasında yaranan konfliktlərin nəticəsidir. Konfliktin törədicisi sərvətə, hakimiyyətə həris insanlardı. Konfliktləri ləğv etməyə çalışan və konflikt yaratmayan insanların sırasında tarazlıq ilbəil pozulur. Birinci qütbün mövqeyi güclənir və bu da bəşəriyyətin, planetin gələcəyini şübhə altına alır. Bəzi pessimist filosoflar bundan belə nəticə çıxarırlar ki, planetin məhvi labüddür. Amma Cəfər həkimin kitabı bizi belə pessimist fikirlərdən uzaqlaşdırır. Əgər mən peşəkar siqaret çəkən olsaydım, onun olduqca səmimi bir dillə yazdığı bu əsəri oxuduqdan sonra papirosu birdəfəlik atardım. Burda o qədər düşündürücü fakt və misallar var ki, onlar oxucu qəlbinə və beyninə təsirsiz qalmır. Çox istərdim ki, Cəfər həkim bu nəcib işini 85. 90 yaşlarında da davam etdirsin.

Qalib Qadir 
peşəkar jurnalist-politoloq





664 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

August

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium