saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

Paris "Haute Couture Fashion" həftəsinə qoşulan "Nargis" jurnalı 5 yaşını qeyd edib / 29.01.2018

"Nargis" jurnalı Azərbaycanın Fransadakı səfirliyinin, "Tattigner Champagne", "BF Travel", "Gyunel", "Le Louis XV", "Maison Samadi" şirkət və markalarının birgə təşkilatçılığı ilə Parisdə təşkil edilən "Haute Couture" moda həftəsi çərçivəsində təntənəli şəkildə 5 yaşını qeyd edib.

Trend-in verdiyi məlumatda  bildirilir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Hossein, onun həyat yoldaşı aktrisa Kandis Patu, Sen-Klu şəhərinin meri Erik Berdoati, moda aləminin Jan-Klod Jitrua, Stefan Rollan, Yasin Samoylov, Tilman Grav, Liviya Stoyanova, Marcello Jones, Brigitte Sabi, Kristof Gilerme kimi tanınmış üzvləri, "Dior" muzeyinin direktoru Filipp Lö Moll, "Damiani", "Bulgari", "Van Cleef & Arpels", "Chanel", "Louis Vuitton", "Piaget" kimi məşhur markaların nümayəndələri, moda sahəsində məşhur beynəlxalq nəşrlərin baş redaktorları, moda tənqidçiləri, eləcə də biznes və sənət dünyasında tanınmış şəxslər iştirak ediblər.

"Nargis" tədbir çərçivəsində 1934-cü ildən fəaliyyət göstərən "Studio Harcourt Paris" əfsanəvi fotostudiyasını əməkdaşlığa dəvət edib. Fotostudiyanın satış direktoru Paulina Rust-Johnkman ilk dəfə fotolarında loqosunu "Nargis" jurnalının adı ilə birgə yerləşdirməyə razılıq verib. Tədbir iştirakçıları "Nargis" və "Harcourt" loqoları ilə xatirə fotoları çəkdiriblər.

"Nargis"in yaradıcılıq axtarışı və inkişaf tarixinə həsr olunmuş maraqlı fotosərgi, musiqi proqramı, Azərbaycan və xüsusilə də, "Nargis" üçün çalışan "Gladys Perint Palmer" kimi beynəlxalq fotoqrafların və illüstratorların əsərləri, isti və səmimi mühit tədbir iştirakçılarının yaddaşında uzun müddət qalacaq.

Ülviyyə Mahmudovanın eskizləri əsasında kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində işlərini təqdim edib.

Paris moda həftəsi çərçivəsində Azərbaycanın 5 yaşlı "Nargis" jurnalı dünyanın nəhəng moda evləri ilə eyni sırada dayandı. Jurnalın baş redaktoru Ülviyyə Mahmudova və moda şöbəsinin redaktoru Leyla İmanova moda paytaxtında keçirilən moda nümayişlərində iştirak ediblər.

"Christian Dior" moda evinin nümayişinin ilk sırasında "Nargis"in nümayəndələri Olivia Palermo, Monika Bellucci, Vincent Cassel, Alla Verber, Evelina Khromtchenko, Naomi Campbell, Emanuele Farneti kimi ulduzlar və moda dünyasının tanınmış ekspertləri ilə eyni sırada dayanıb.

"Nargis" jurnalı moda həftəsinə Azərbaycandan ilk dəvət alıb və rəsmi olaraq "Fashion Week" media sisteminə müstəqil nəşr kimi daxil olub. Bu nailiyyət ölkəmizdə moda media sənayesinin inkişafı və Avropada ölkəmizin mədəniyyətinin təbliği üçün böyük əhəmiyyət kəsb edir.

"Nargis" jurnalının əsas məqsədi moda sənayesinin və media qruplarının nümayəndələrini oxucularına, eləcə də Azərbaycanın dizayner, qrafist və fotoqraflarını beynəlxalq səviyyədə tanıtmaqla beynəlxalq media bazarında tanınan brend olmaqdır.



«MediaPost Azərbaycan» (MPA)

72 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

May

»
  01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium