saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

SOCAR-ın idarə rəisi müavininin arvadı Türkiyədə 20 milyonluq villa aldı! / 25.01.2016

7News.az-ın Redaksiyasına Azərbaycan neftinin pullarının necə talanmasına dair sensasion dosye daxil olub
 
Dərhal qeyd edirik ki, bu irimiqyaslı korrupsiya əməlinə dair sənədlərin mənbəyi Türkiyədəki həmkarlarımızdır. Və biz belə başa düşürük ki, öz növbəsində türkiyəli jurnalistlərə yüksək vəzifəli azərbaycanlı məmuru ifşa edən bu dosyeni onun kompanyonları sızdırıblar.
 
Belə görünür ki, həmin azərbaycanlı məmur türkiyəli podratçılar qarşısında öz öhdəliklərini yerinə yetirməyib, beləliklə də onlar həmin zəngin və nüfuzlu məmurdan qisas almaq qərarına gəliblər.
 
Lakin bu məsələdə bizi türklərin motivi qətiyyən maraqlandırmır. Bizi heyrətə salan Azərbaycanın pullarının necə talan edilməsini və həmin məmurun korrupsioner fəaliyyətini əks etdirən təkzibedilməz faktlardır.
 
 
Beləliklə, 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. Könül Mehdiyeva bu əmlakı hansısa Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.
 
Vətəndaş Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiyamızın sərəncamında Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nəğd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.
 
 
Sual yaranır-bəs Türkiyənin kurort bölgəsində daşınmaz əmlaka 20 milyon dollar kapital qoyan bu biznesvumen kimdir?
 
Vətəndaş K.Mehdiyeva Salyan  rayonunda anadan olub, işləmir. Əvəzində onun əri Azərbaycanda yaxşı tanınan şəxsdir. K.Mehdiyevanın əri dövlət neft şirkəti SOCAR-da tanınmış vəzifəli şəxs Qiymət Mehdiyevdir. O da Salyanda anadan olub.
 
Qiymət Mehdiyev əvvəllər Azərbaycan Dövlət Neft Akademiyasında, indiki Neft və Sənaye İnstitutunda müəllim işləyib. Lakin SOCAR-da vəzifəyə təyin olunandan sonra sürətlə varlanıb. Q.Mehdiyev SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavinidir. Onu Azərbaycanın ən varlı və əliaçıq adamlarından biri kimi xarakterizə edirlər. SOCAR sistemində tikintilər üzrə bütün podrat işlərinə Qiymət Mehdiyev məsuldur. Əlbətdə, bu məmurun rəsmi maaşı Türkiyədə daşınmaz əmlaka yatırılan pullarla müqayisədə cüzidir, ayda cəmi bir neçə min manatdır. Razılaşın ki, xaricdə on milyonlarla dolları daşınmaz əmlaka birdən yatırmağa ancaq amerikalı milyarder  Uorren Baffet kimilərinin gücü çatardı.
 
 
Lakin mötəbər mənbələr deyir ki, Qiymət Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır, onun “sağ əli”dir. M.İsmayılov oxuculara tanış personajdır. O, SOCAR sistemində faktiki olaraq boz kardinaldır, şirkətdə bütün tikinti və maliyyə işlərini o kurasiya edir. Və M.İsmayılov bütün şübhəli layihələrini etibarlı adamı Qiymət Mehdiyevin əli ilə həyata keçirir.
 
 
Olduqca ciddi korrupsiya əməlinə dəlalət edən faktlar ortadadır. Və prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında israrlı çağırışlarını nəzərə alaraq hüquq mühafizə orqanları, ilk növbədə Baş prokurorluq SOCAR-ın vəzifəli şəxslərindən birinin arvadının Türkiyədə 20 milyon dollara daşınmaz əmlak almasını təcili araşdırmalıdır. Bu fakt ölkədən kapitalın necə çıxarıldığına bir daha dəlalət edir!
 
Dövlət büdcəsini talayırlar, vəsaitləri mənimsəyirlər və Bodrumda yüzlərlə sot torpaq sahəsinə, 16 villaya yatırırlar. İnanın ki, bu hələ Mikayıl İsmayılov-Qiymət Mehdiyev duetinin korrupsioner fəaliyyətinə dair ilk faktdır. Türkiyəli həmkarlarımız bizə SOCAR sistemindəki dəhşətli korrupsiyanın izinə düşməyə kömək edən yeni faktlar verəcəklərini vəd ediblər. Biz isə hələlik Qiymət Mehdiyevin və onun şefi Mikayıl İsmayılovun reaksiyasını gözləyirik.../virtualaz
 
7News.az




324 dəfə oxunub | 0 şərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: e-mail:
Mətn:

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Bayraq - öz yurduma öz hakimliyim

Əhəmiyyətli telefon nömrələri

Şəmkir nümayəndə heyəti Belarus Respublikasında



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

March

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium