saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

Əliyevşünaslığa dəyərlİ tövhə! / 25.01.2016



Mərdlərə halaldır şöhrət

(Nizami Gəncəvi)


Bu gün Heydər Əliyev fenomenindən çox yazırlar. Bu, Heydər Əliyev şəxsiyyətinə böyük maraq və məhəbbətdən irəli gəlir. Xalq Heydər Əliyevi özünün milli qəhrəmanı timsalında görür. Lakin akademik Ramiz Mehdiyev demiş, “Heydər Əliyevin dolğun sayıla biləcək siyasi portretini yaratmaq ən azı ona görə asan deyil ki, bütöv bir epoxanı təsvir etmək cəhdi misalındadır. Bu isə olduqca mürəkkəb məsələdir”.

Tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira xanım Axundova bu “mürəkkəb məsələnin” öhdəsindən bacarıqla gəlmiş və “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı 6 cildlik (7 kitab) epopeyası ilə Azərbaycanın siyasi memuar ədəbiyyatında növbəti uğura imza atmışdı. Elmira xanımın uzun illər davam edən araşdırmalarının nəticəsi olan bu möhtəşəm dastan onu Heydər Əliyevin digər bioqraflarından fərqləndirir.

O, titanik zəhmətin və böyük sevgi və sayqının nəticəsi olan bu möhtəşəm yaradıcılıq uğuruna qədər öz qəhrəmanının, ulu öndər Heydər Əliyevin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən “Naşirin qətli” (2001), “Həqiqət anları” (2003), “Şüşə saray” adlı kitablara imza atmışdır. Bu əsərlər ölkənin oxucu auditoriyası, ziyalıları, Heydər Əliyevi sevənlər tərəfindən böyük maraq və ehtiramla qarşılanmışdır. Elmira Axundova “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik epopeyasını qələmə alana qədər siyasi publisistika janrında çox uğurlu bir yaradıcılıq yolu keçmişdir. “Şəxsiyyət və zaman” dastanı bu yolda onun zəhmət, sevgi və hünər zirvəsidir. Elmira Axundovanın yazıçı-publisist qələmi bu zirvəni yaradıcılığının çox yetkin, çox püxtə və məhsuldar bir dövründə fəth etmişdir. O, öz sevimli qəhrəmanının dahi rəhbərin adına layiq bir abidə yarada bilmişdir.

Əsərin birinci cildi bütünlüklə Heydər Əliyevin şəxsi həyatına, onun yeniyetmə və gənclik illərinə, bir də Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətinə həsr edilib. Heydər Əliyevin mənalı ömrünün 46 ilini əhatə edən bu dövrdə müasir oxucu üçün olduqca maraqlı həyat lövhələri var. Bu cilddə müəllif tədqiqatçı jurnalist kimi çıxış edirsə, Heydər Əliyevin 1969-cu ildən sonrakı həyatını əks etdirən növbəti cilddə isə o, daha çox bu dövrü yaxından müşahidə etmiş, onu çoxtərəfli fəaliyyətini izləmiş, yazıçı kimi diqqəti cəlb edir. Elmira Axundova birinci cilddə kitabın yazılması prosesi haqda oxuculara məlumat verərək bildirir ki, “Bu böyük işə mən Heydər Əliyevin xeyir-duası ilə başlamışdım”. 
Müəllif bütün əsər boyu yeri gəldikcə ədəbi - elmi qaynaqlara, müxtəlif mənbələrə, mətbuat və arxiv materiallarına, Heydər Əliyevi tanıyan, onunla birgə çalışan əməkdaşlara tez-tez müraciət edir. Hər fəsildən sonra müəllif istifadə olunmuş ədəbiyat siyahısını, arxiv materiallarının surətini oxuculara təqdim edir. Məsələn, yalnız birinci cilddə hər fəsildən sonra (səh. 83-də, səh 226-227-də, səh. 348-349-da) üst-üstə 200-dən çox ədəbi-elmi mənbəyə, 300-ə qədər şəxsə müraciət edib.
Tanınmış Qazaq şairi Oljes Süleymenov Elmira Axundovanın bu əsərini “İki əsrin qəhrəmanı”, “yaralı dövləti xilas etmiş insan haqqında ensiklopedik doğum sənədli roman” adlandırmış və haqlı olaraq qeyd etmişdir ki, “E.Axundovanın bu kitabı məhəbbətdən qaynaqlanmışdır”.
Mən O.Süleymenovla tam razıyam. Belə ki, bu cür nəhəng işin öhdəsindən gəlmək qeyri-mümkündür. Burda müəllifin həyat həqiqətindən kənara çıxmağa, təxəyyül və fantaziyaya meydan verməyə heç cür imkanı olmayıb. O, daim sənəd və faktların üstü ilə addımlamalı, qatar relsdən kənara çıxa bilmədiyi kimi, o da sərt realizm adlı “relslərin” izi ilə yeriməlidir.
Elmira Axundova yazır ki, 1990-cı ilin yayında Moskvadan Naxçıvana qayıtdıqdan sonra Heydər Əliyevin memuar yazmaq fikri olub, lakin hadisələrin sonrakı gedişatı ona belə bir imkan verməyib. Bu haqda o, 1990-cı ilin payızında Naxçıvanda Elmira xanımla görüşü zamanı deyib ki, “Mən artıq onların üzərində işləyirəm, hərdən qaralama kimi qeydlərimi qələmə alıram,-deyib və əlavə edib ki, “Mən böyük ömür yaşamışam-həm zaman, həm də hadisələrin zənginliyi baxımından. Çox şeylər görmüşəm, ən mühüm tarixi hadisələrlə təmasda olmuş, onların şahidi və iştirakçısı olmuşam. Odur ki, düşünürəm, xatirələrim istər bir çox müasirlərim üçün, istərsə də haçansa gələcəkdə bu dövrün obyektiv tarixini yazacaq insanlar üçün faydalı olacaq”.
Elmira Axundova 2003-cü ilin aprel ayında bilavasitə Heydər Əliyevin öz xeyir-duası ilə onun siyasi bioqrafiyası üçün material toplamağa başlamış və bu genişmiqyaslı layihəni reallaşdırmağa, 80 illik böyük ömrün dastanını 10 ilə yazıb yekunlaşdırmağa nail ola bilmişdir. Qələm əhli olan hər kəs yaxşı bilir ki, bu nə deməkdir?! Mən şəxsən “Tufanlarda keçən ömür” adlı kitabımı yazarkən bu zəhmətin tamını dadmışam. Bilməyənlər üçün xatırladım ki, yeddi kitabı əhatə edən 6 cildlik epopeya 3.274 səhifə yazı deməkdir! Cildlər 80 illik ömrün mərhələli-xronoloji ardıcıllıqla təqdim olunması əsasında tərtib edilmişdir. Birinci cild 1923-1969 (352 səhifə), ikinci cild 1969-1992 (784 səh.), üçüncü cild 1982-1990 (804 səh.), dördüncü cild 1969-1989 (328 səh.), beşinci cild 1990-1993 (736 səh.), altıncı cild (iki hissə) 1993-2003-cü (478 səh+496 səh.) illəri əhatə edir.
Məncə, Heydər Əliyevin həyatının ən dramatik, ən ağır günləri 1990-1993-cü illərə təsadüf edir. Müəllif bu dövrə həsr etdiyi 5-ci cildin hər səhifəsində, hər sətrində oxucunu dərin düşüncələrə sövq edir. Çox vaxt müəllif oxucuya yalnız faktları təqdim etməklə kifayətlənir. Prosesə, həyatın gedişatına müdaxilə etmir, onu bəzəmir, olduğu kimi oxucuya təqdim edir. Buna baxmayaraq, Heydər Əliyevin ətrafında real hadisələr o qədər sürətlə və təzadlı, sıxıntılı bir gərginliklə davam edir ki, oxucu sətirlərdən gözünü ayıra bilmir. Heydər Əliyevi Moskvadan sonra Naxçıvanda məruz qaldığı çətnliklər. xalqla birlikdə məruz qaldığı bütün məşəqqətlər onu sarsıtmır, ümidsizliyə, passivliyə qoymur, əksinə, xalqın mənəvi dəstəyindən o yeni güc-qüvvət alır və xalqla birlikdə blokada şəraitində yaşayan Naxçıvanı erməni təcavüzündən qoruyub saxlaya bilir.
Heydər Əliyevin həyatının Naxçıvan dövrü olduqca ibrətamiz və düşündürücü lövhələrlə, xalqın böyüklüyünü, onun özünə layiq övladlar yetişdirdiyini, şəxsiyyət və zaman, qəhrəman və xalqın vəhdətini əks etdirən faktlarla zəngindir. Yazıçı Heydər Əliyevin Moskva və Naxçıvan həyatını təsvir etməklə sübut edir ki, o xoş məqamda azmadığı kimi bəd məqamda da çaşmır. Dərin sular bulanmaz, deyiblər.
Akademik Cəmil Əliyev: “Mübaliğəsiz deyə bilərəm ki, Naxçıvan və naxçıvanlılar Heydər Əliyevi həqiqətən xilas etdi”. Müəllif “O da bunun cavabında Naxçıvanı aclıqdan və hərbi təcavüzdən xilas etdi” deyə Akademikin fikrini tamamlayır. Bu, müqəddəs övlad-Vətən, ana-bala, münasibətlərində şəxsiyyt və xalq bağlılığına, vəhdət və bütövlüyünə çox dəyərli misaldır. Müəllif göstərir ki, zamanında öz xalqına övlad sədaqəti ilə xidmət edən şəxsiyəti xalq unutmur. Azərbaycan xalqını bütün böhranlı tarixi məqamlarda həmişə özünün yetişdirdiyi müqtədir və möhtəşəm şəxsiyətlər “Ağ atlı oğlan” kimi onun dadına çatmış və onu yadelli işğalçıların basqı və təpkilərindən xilas etmişdir. Heydər Əliyev də xalqın yetişdirdiyi belə müstəsna siyasi şəxsiyyətlərdən biridir. Altı cildlik epopeyadan çıxan ümumi nəticə bundan ibarətdir ki, Heydər Əliyev gücünü öz xalqının potensialında, onun qeyrət və qüdrətində tapmışdır. əks təqdirdə o, ruzigarın tufan və fırtınalarına layiqincə davam gətirə bilməzdi. 
“Heydər Əliyev. Şəxsiyət və zaman” əsəri təkcə Azərbaycanın bədii-siyasi publisistikasında deyil, ümumən müstəqillik dövründə yaranan ədəbiyyatımızda hadisədir. Bu əsərlə E.Axundova Azərbaycan ədəbiyyatının Heydər Əliyevlə olan “borcunun” öz öhdəsinə düşən payını qaytardı. Təbii ki, bundan sonra da Heydər Əliyev şəxsiyyətinə maraq zaman-zaman sönməyəcək, axtarışlar davam edəcək, amma bu mövzuya hardan və hansı rakursdan yanaşılmasından asılı olmayaraq, ordan Heydər Əliyevin siyasi bioqrafları sırasında Elmira Axundovanın fəth etdiyi zirvə həmişə aydın görünəcək. Çünki o qəhrəmanının çox zəngin, çoxtərəfli, mürəkkəb və daim “təhlükə həddində olan” həyatını bütün əlvanlığı və incəliyi ilə əks etdirməyə daha çox nail olmuşdur. Başqa sözlə desək, müəllif müasir Əliyevşünaslığa öz dəyərli tövhəsini layiqincə vermişdir. Belə ki, o müasirlərinin, silahdaşlarının, doğmalarının və dostlarının, köməkçi və əməkdaşlarının yaddaşlarına hopmuş Heydər Əliyev obrazını toplayıb bir xalq yaddaşı kimi əbədiləşdirə bilmişdir. Bu mənada “Şəxsiyyət və Zaman” əsərini oxuculara məmnuniyyətlə “Heydər Əliyev xalqın yaddaşında” adı ilə də təqdim etmək olardı. Amma bu ad əsərin mövzu və mündəricə ölçülərini heç də tam ehtiva edə bilməzdi. çünki Heydər Əliyevin miqyaslı həyat və fəaliyyətinin çox hissəsi arxiv sənədlərində, mətbuatda, siyasi debat və diskusiyaları, görüş və qəbulları kinoxronikalarda, fotolarda “yaşamaqdadır”. Bunların hamısını müəllif bir ömrün naxışları kimi böyük sənətkarlıqla bir yerə toplamış, bütövləşdirmiş və sabahkı gün üçün əbədiləşdirmiş və əl çatan etmişdir. 
Hər yerdə Azərbaycan və azərbaycanlılar üçün, vətən və vətəndaş üçün döyünən böyük övlad obrazını yaratmaq xoşbəxtliyi Elmira xanıma, onun jurnalist-publisit və yazıçı qələminə elə-belə təsadüfən nəsib olmamışdır. Sanki zaman özü onu bu əsəri yazmaq üçün yetişdirmişdi. Çünki bu möhtəşəm xalq dastanında püxtə jurnalist-publisist qələmi ilə yetkin və həssas yazıçı qələmi birləşib böyük möcüzələr yaratmışdır. müəllifin zaman qarşısında, tarix qarşısında, müasir tənqidçi-tədqiqatçı ziyalı tələbkarlığı qarşısında və ən ümdəsi, çoxminli oxucu qarşısında məsuliyyət daşıdığı, qələmi zərgər dəqiqliyi ilə, ehtiyatla işlətdiyi onun hər bir cümləsində hiss edilməkdədir. Bu məsuliyyət olduqca təqdirəlayiq məziyətdir və əsərin daha dolğun, daha samballı alınmasını şərtləndirən amillərdən biridir. Nəticədə oxucu və ədəbiyatımız qazanmışdır. 

Hacı Ağamirzə Əhədov,
YAP Sumqayıt şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının üzvü,
Heydər Əliyev haqda “Tufanlarda keçən ömür”, adlı kitabın müəllifi





318 dəfə oxunub | 0 şərh olunub

Sualınız varsa, lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Sizin şərhiniz...
Ad: e-mail:
Mətn:

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Əhəmiyyətli telefon nömrələri

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

April

»
          01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium