
Goranboyun Buzlaq kəndindən şikayət! / 22.01.2016
Goranboy rayou Buzlaq kənd sakinləri Azərişıq ASC-nin yerli bölməsinin əməkdaşlarının işindən narazıdır. Kənd sakinlərindən elektron poçtumuza daxil olan məktubda bildirilir ki, şirkət işçiləri elektrik sayğaclarını evdən xeyli uzaqda quraşdıraraq sayğaca cavabdehliyin sakinlərin üzərinə düşdüyünü bildirir. Sakinlər vurğulayır ki, sayğac bəzi hallarda 500-600m məsafədə quraşdırıldığından ona sakinlərin nəzarət etməsi mümkünsüz olur. Buzlaqdan Mətləb adlı kənd sakini (mob.tel 070 777 23 88) ümid etdiyini bildirir ki, Azərişıq rəhbərliyi kənddə sayğac quraşdırılması ilə bağlı problemin düzgün həllini təmin edəcək.
«MediaPost Azərbaycan»
|