saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Füzulinin icra başçısı yolun sonuna gəldi / 19.01.2016

Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur. Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının «reytinq cədvəli»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır.
“Unikal” qəzetinin əldə etdiyi məlumatda bildirlir ki, , yeni ilin ilk ayı üzrə hazırlanmış «reytinq cədvəli»ndə də maraqlı məqamlar var. Məlumatlarda deyilir ki, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir.
Qəzetimizə daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, rayonda sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödəmələrin tələb olunması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin bu kimi neqativ hallara qarşı barışmaz olacağını və bu vədində nə qədər ciddi olduğunu atdığı addımları ilə sübut etməsinə baxmayaraq Füzulinin icra başçısı əməllərindən qalmır.
Rayonda yarıtmaz idarəçilik səbəbindən problemlər kifayət qədərdir. Bir neçə gün öncə, daha dəqiqi, yanvarın 13-də Füzulidə bir qrup sakinin etiraz aksiyası keçirməsi də məhz bunun nəticəsidir. Həmin hadisələr isə rayondakı digər problemlərin də üzə çıxmasına səbəb oldu. Bəlli oldu ki, rayonda Alı Alıyevin etimad göstərərək yüksək vəzifələrə təyin etdiyi məmurlar üçün dövlətçilik maraqları anlayışı ümumiyyətlə yox imiş. Hər halda məlum aksiyadan sonra Füzuli rayonunda həyata keçirilmiş həbslər və həmin həbslərlə bağlı verilən açıqlamalardan çıxan nəticə budur. 
Məlumat üçün bildirək ki, yanvarın 14-də Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hacıyev həbs olunub. Onun saxlanılmasına rayon icra hakimiyyətindən verilən açıqlamada isə şok məqamlar var. Belə ki, Füzuli Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, saxlanılan şəhər icra nümayəndəsi haqqında artıq məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib:
"Ancaq hələlik həbs qətimkan tədbirinin müddəti barədə idarəmizdə heç bir məlumat yoxdur. Şakir müəllim əvvəl hətta icra başçısının müavini vəzifəsində də işləyib. Ancaq onun dövlətə və dövlətiçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi. O, rayon ərazisində yanvarın 13-də qanunsuz aksiya təşkil etdiyi, vətəndaşları həmin etirazlarda iştirak etməyə çağırdığı üçün həbs edilib.Maraqlı məqam odur ki, saxlanan Şakir Hacıyev rayonda deyil, Bakıda həbs edilib. O özü heç bir aksiyaya qoşulmayıb, paytaxtda ola-ola vətəndaşları oradan aksiyalara səsləyib", -deyə icra hakimiyyətindən bildiriblər.
Qeyd edək ki, hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur. 
İndi isə ortaya maraqlı situasiya çıxıb. Füzuli RİH başçısının inanıb-etibar etdiyi vəzifəli şəxs dövlətə qarşı çıxırsa, vətəndaşları etiraz aksiyasına təhrik edirsə buna nə ad vermək olar? Alı Alıyev təminat verə bilərmi ki, sabah onun başqa bir kadrı da bu kimi təxribatçı mövqe sərgiləməyəcək?
Hesab edirik ki, baş vermiş çox utancverici bu olayda Füzuli RİH başçısı Alı Alıyevin günah dərəcəsi həbs olunmuş icra nümayəndəsindən heç də az deyil. Odur ki, belə bir şəxsin düşmənlə nəfəs-nəfəsə yaşayan bir rayona rəhbərlik etməyə sadəcə olaraq mənəvi haqqı yoxdur.
Orxan Həsənli 

«MediaPost Azərbaycan»

474 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium