saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

Diaspora işinə verilən dəstək öz bəhrəsini verəcək! / 22.04.2015

 

Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında, xaricdəki soydaşlarımızın təşkilatlanmasında diaspora işinin əhəmiyyəti son dərəcədə böyükdür. Rusiyada yaşayan və işləyən soydaşlarımızın təşkilatlanması da mühüm məsələlərdəndir. Rusiyada aktiv diaspora fəaliyyəti ilə məşğul olan təşkilatlardan biri də Yaroslavlda fəaliyyət göstərən Azərbaycan milli-mədəni muxtariyyatıdır. Bu təşkilatın əsası 1996-cı ildə qoyulmuş, 1998-ci ildən isə demək olar ki, Azərbaycanın ilk diaspora təşkilatı kimi fəaliyyətə başlamışdır. Yarandığı gündən soydaşlarımıza, xüsusilə Azərbaycandan Rusiyaya miqrasiya etmiş vətəndaşlarımıza himayəsini əsirgəməmişdir. Təşkilatın sədri Asman Hüseynovla müsahibə elektron poçtumuza daxil olub...

-          Sizcə diaspora işinin gələcəyi daha çox kimlərdən asılıdır? Azərbaycanlı gənclərin diasporanın təşkilatlanmasındakı rolunu necə görürsünüz?

-          Mən sualınızın ikinci hissəsindən başlamaq istərdim, çünki mən optimist bir şəxs olaraq gələcəyimizi gənclərsiz təsəvvür etmirəm. Diaspora işində gənclərimizin yaxından iştirak etməsi onlara  göstərilən diqqət və qayğının artmasının nəticəsidir. Azərbaycan gəncinin təhsil, idman və müxtəlif sahələrdə aktiv fəaliyyəti bu gün cox önəmlidir. Sevindirici hal ondan ibarətdir ki, bu gün gənclərimiz idmanımızı, mədəniyyətimizi, təhsilimizi və ümumilikdə gənclər siyasətimizi layiqli şəkildə təmsil edir və günü gündən irəliyə aparırlar. Diaspora işində gənclərimiz aparıcı rol oynayaraq, gələcəyimizin etibarlı əllərdə olduğunu sübut edirlər. Azərbaycanımızın uğurlu gələcəyi var. Vacib məqam olaraq qeyd edim ki, diaspora işinin daha da sürətləndirilməsi üçün dövlətimizin dəstəyinə cox ehtiyacimiz var.

-          Siz bir diaspora rəhbəri kimi bu işin Rusiyada daha da inkişafı ücün hansı prioritet istiqmətləri qeyd edə bilərsiniz? 

-          Şəxsən biz Yaroslavl regional qeyri-hökumət təşkilatı - Azərbaycan milli-mədəni müxtariyyatı bütün milli bayramlarımızı çox yüksək səviyyədə qeyd edir, bacardıgımız qədər dövlətimizi vacib sahələrdə təmsil edirik. Məsələn bizim təşkilatın incəsənət kollektivi, rəqs qrupu, mini futbol komandası və digər idman komandalarımız vardır. Bütün bu kimi işlərin təşkili və saxlanması böyük xərclər tələb edir. Lakin bir şeyi unutmaq lazım deyil ki, QHT qeyri-kommersiya təşkilatıdır və burada əsas məqsəd vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdan ibarətdir. Biz bu istiqamətdə fəaliyyətimizlə birbaşa dövlətə, milli maraqlara xidmət etməliyik. Bu kimi işlərin daha da səmərəli olmasi ücün mənə elə gəlir ki Azərbaycan dövləti müəyyən qədər öz dəstəyini əsirgəməməlidir.

-          Siz dəstək deyəndə nəyi nəzərdə tutursunuz?

-          Mən deyərdim ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablari doğma vətənimizin azad və çiçəklənməsi istiqamətində çox işlər görür. Bu bizi çox sevindirir və bizləri ruhlandırır. Yalniz müəyyən qurumlar, komitələr var ki, onların işini heç də qənaətbəxş saymaq mümkün deyil.

-          Hansı komitələri nəzərdə tutursunuz?

-          Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi... Hələ 2011-ci ilin dekabr ayında möhtərəm prezidentimiz İlham Əliyev cənablarının ad günü ərəfəsində, Yaroslavl şəhərində 700 kv.m-lik bir sahədə dünyada analoqu olmayan Azərbaycan milli mədəni mərkəzi yaratdıq. Hansı ki, Milli mədəni mərkəzin tərkibində Ulu öndərimizin xatirəsinə muzey, axşam məktəbi, kitabxana, din otağı, milli çay evi, iclas zalı fəaliyyət göstərməyə başladı. Bu günə qədər bir necə dəfə Diaspora Komitəsinə müraciyət etməyimizə baxmayaraq, hələ də bir cavab ala bilmirik. O ki, qaldı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə... 2013-cü idə Yaroslavl regional qeyri-hökumət təşkilatı olan Azərbaycan milli-mədəni müxtariyyatı yaranmasının 15 illik yubleyini qeyd edərkən adıçəkilən nazirliyə hələ iki ay öncə rəsmi müraciət etdik ki, Yaroslavl şəhərində çox yüksək səviyyədə yubiley tədbiri keçiriləcək. Xahiş etdik ki, tədbirimizi daha da rəngarəng etməkdən ötrü doğma vətənimiz Azərbaycandan bir incəsənət kollektivi ezam olunsun. Tədbirə bir gün qalmış belə bir cavab aldıq: “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sizin yubleyinizi təbrik edir. Yalnız incəsənət kolektivi ezam etmək alınmadi, səbəb odur ki, Azərbaycan dövlətinin imkanı xaricindədir”. Bu kimi münasibətlər, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Dünya Azərbaycanlılarının 3-cü qurultayında verdiyi tövsiyyələrə təmamilə ziddir.

-          Diaspora Komitəsinə müraciətiniz nədən ibarət idi?

-          Mən istəməzdim kimlərinsə bostanına daş atım. Ancaq xoş gələcəyimiz naminə nə qədər demokratik olsaq, bir o qədər də uğura tez catarıq. Müraciətimiz ondan ibarətdir ki, milli mədəni mərkəzimizə texniki–təchizat vasitələri göndərsinlər. Heç olmasa milli bayramlarımız ərəfəsində incəsənət kollektivlərinin bölgələrə səfəri, müəyyən proyektlərə dəstək və s.

-          Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfir müavini Qüdsi Osmanovun Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarına münasibətini necə qiymətləndirirsiniz?

-          Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfir müavini Qüdsi Osmanovun Rusiyada fəaliyyət göstərən diaspora təşkilatları ilə ciddi maraqlanması və onlara göstərdiyi qaygıya görə biz Yaroslavl Azərbaycanlıları minnətdarıq. Son illər diaspora işinin formalaşması istiqamətində görülən işlər biz diaspora rəhbərlərinə əlavə impuls verir ki, bu da gələcəkdə öz bəhrəsini verəcəkdir.





380 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium